A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə65/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

160 
 
L.P.Beriya həbs edildikdən sonra növbə onun tərəfdarlarına çatır. Beriyanın 
təĢəbbüsü ilə təhlükəsizlik və daxili iĢlər nazirliyi birləĢdirilib daxili iĢlər nazirliyi 
adlandırıldıqdan sonra onun I müavini vəzifəsinə Kabulov Boqdan Zaxareviç təyin 
edilir. Ġlk olaraq Kabulovun hərbiçilər gecəynən evinə soxularaq onu həbs edirlər. 
Sonra,  Dekanozov  Vladimir  Qeorqoviç  MeĢikov  Pavel  Yakovleviç,  Vlodzimirski 
Lyev  Emelyanoviç  və  Qoqlidze  Sergey  Arsentoviç  həbs  edilirlər.  Moskvadakı 
plenumdan bir müddət sonra Merkulov Vsevolad Nikolayeviç də həbs edilir. 
L.P.Beriyanın  həbsinin  türmə  həyatının  Ģahidi  Xijnyak  1994-cü  ilin  28 
iyulunda  «Veçernaya  Moskva»  qəzetinə  verdiyi  müsahibəsində  qeyd  edir. 
«General Moskalenka, Bakseyev, Batiskiy, polkovnik Zub, podpolkovnik Yuferev 
və  polkovnik  Yerastovun  əhatəsində  Beriya  nazirlər  sovetinin  qapısından  çıxaraq 
ZĠS-110 markalı avtomobilinə otuzduruldu. Onların dalınca avtomatla silahlanmıĢ 
50  nəfərdən  ibarət  avtomobil  karvanı  müĢayiət  edirdi.  40-50  dəqiqədən  sonra 
qarnizon  qaup-vaxtında  gəldik  və  orada  da  Beriyanı  kamerada  yerləĢdirdilər. 
Ġyulun  27-sində  ordu  komandiri  K.J.Moskalenko  məni  yanına  çağırtdırdı  və  o, 
mənə kamerada Beriyaya xidmət etməyi tapĢırdı. Mən Beriyaya yemək hazırlayır, 
yedizdirir,  çimizdirir,  saçın,  üzün  qırxır  və  növbətçi  generalla  əlaqəyə  girməyin 
təĢkil  edirdim.  Beriya  ilə  ilk  görüĢüm  27-si  iyunda  baĢ  verdi.  Belə  ki,  mən 
Beriyaya yemək aparırdım. Öncə general Bakeyev onun arxasınca polkovnik Zub, 
sonra isə mən kameraya daxil oldum. 
Beriya  kamera  çarpayısında  əyləĢmiĢdi,  gözüm  önündə  cəzbedici  eynəkdə 
dolu  bir  kiĢi  canlandı.  160-170  santimetr  hündürlüyündə  olan  bu  Ģəxs  ciddi  və 
əsəbi  baxıĢları  ilə  kameraya  daxil  olanları  gözlərinin  ucu  ilə  süzərək  üzünü  yana 
çevirdi. Biz ona «Siz yemək yeyəcəksinizmi?» o, isə əsəbi vəziyyətdə mənə kağız 
və  qələm  gətirmisinizmi?  -  GətirmiĢik,  deyərək  general  Bakeyev  cavab  verdi. 
Qələmi  əlinə  alaraq  yazmağa  baĢladı  (Beriya kameradan Malenkova ünvanlanmıĢ 
məktubunda  ondan  ailə  üzvlərinə  qayğı  yanaĢmağını  xahiĢ  edirdi.  Çox  təəsüf  ki, 
Malenkov nəinki Beriyanın ailə üzvlərinə qayğı ilə yanaĢdı, əksinə Beriyanın həyat 
yoldaĢı  Nina  Teymurazovnanın  və  oğlu  Serqonun  həbsinə  razılıq  verdi  -  A.M.). 
Mən  yeməyi  onun  stoluna  qoyduqda  O,  nimçədəki  supu  mənim  üstümə  tökdü. 
General  Bakeyev  Beriyanın  bu  hərəkətinə  görə  onu  xəbərdarlıq  etdi.  Sonrada 
Beriyanı Moskva hərbi dairəsinin Osipenko 29-da yerləĢən Ģtabına köçürdülər. 3-4 
gün  ordu  qaldıqdan  sonra  onu  Ģtabın  bunkerinə  yerləĢdirdilər.  Bir  aydan  artıq 
Beriyanın  məhkəməsi  getdi.  Artıq  ona  hökm  oxunduqdan  sonra  general 
Moskalenko  məni  yanına  çağırtdırdı.  O,  mənə  Beriyanın  Kaçalov  küçəsindəki 
evindən onun paltarlarını gətirməyi əmr etdi. Mən həmin ünvana gəldikdə bir qadın 
onun  qara  kostyumu  mənə  təqdim  etdi  (çox  güman  ki,  bu  qadın  əməliyyat 
iĢçilərindən olubdur, ona görə ki, Beriyanın həbsindən bir qədər sonra onun həyat 
yoldaĢı  Nina  Teymurazovnanı  və  oğlu  Serqonu  həbs  etmiĢdilər  -  A.M.).  Mən 
bunkerə qayıdaraq onun boz kostyumunu əynindən çıxardaraq yandırdım (görünür, 


161 
 
Beriya  Kremldə  həbs  edildikdən  sonra  boz  kostyum  onun  əynində  olub  -  A.M.). 
Qara kostyumu ona geyindirdikdə artıq o, onu nə gözlədiyini baĢa düĢürdü. 
Mən 2 xarratla 3 metrə enində, 2 metrə hündündürlüyündə taxtadan «Ģit»-i 
bunkerin  zalındakı  divara  pərçimlədik.  Bütün  axĢamı  hazırlıq  iĢləri  görürdük. 
Beriyanı  bunkerin  yataq  hissəsindən  zala  gətirdik.  Əlləri  açıq  vəziyyətdə 
gətirildiyindən mən onu «Ģit»-ə söykədikdə əllərini kürəyinin arxasından bağladım. 
Beriya  özünü  məğrur  aparırdı,  ancaq  rəngi  ağarmıĢdı.  Üzünün  sağ  tərəfi 
səyriyirdi.  Mən  onun  gözünü  əsgər  dəsmalı  ilə  bağlamaq  istədikdə  general-
polkovnik Batiski Pavel Fyodroviç üstümə qıĢqıraraq: onun gözlərini bağlama, qoy 
əclaf gözləri ilə görsün! Bunkerin zalında məhkəmənin üzvləri: Mixaylov, ġvernik, 
Batiskiy,  Moskalenko,  onun  adyutantı  və  Rudenko  iĢtirak  edirdi.  Həkim  yox  idi. 
Onlar  Beriyanın  5-6  metrliyində  durmuĢdular.  General  Batiskiy  1-2  addım  irəli 
gələrək  «parabellum»  tapançasını  çıxardaraq  Beriyanı  güllələdi.  Beriya  öldükdən 
sonra onun meyitini brezentə büküb avtomobilə yüklədik». 
23 dekabr 1953-cü il hərbi məhkəmənin aktına görə isə:  
Kabulov Baqdan Zaxareviç - 1904-cü il  
Merkulov Vsevolod Nikolayeviç - 1895-ci il  
Dekanozov  Vladimir  Qeorqiyeviç  -    1888-ci  ildə  Bakı  Ģəhərində  anadan 
olub. 
MeĢikov Pavel Yakovleviç - 1910-cu il 
Blodzimirski Lev Yemelyanoviç - 1907-ci il 
Qoqlidze Sergey Arsentyeviç - 1901-ci il 
23 dekabr 1953-cü il saat 21:30 dəqiqədə yuxarıda adı çəkilən mühakimlər 
güllələnmiĢdilər. 
 
 
 


162 
 
VI  HĠSSƏ 
 
M.C.BAĞIROVUN  SĠYASĠ  HAKĠMĠYYƏTĠNĠN  SONU 
 
Moskvadakı plenumdan bir neçə gün sonra M .C.Bağırovun siyasi taleyini 
həll etmək üçün Bakıda AKPMK-nın və Bakı KPMK-nın plenumu çağırılır və bu 
plenumda  Moskvada  baĢ  verən  hadisələr  barədə  plenum  iĢtirakçılarının  nəzərinə 
çatıdırılır.  Bakıda  12  iyul  1953-cü  ildə  keçirilmiĢ  plenumun  steno-qrammasına 
baxdıqda (siyasi partiyalar və ictimai hərəkatlar dövlət arxivi f. 1, op. 39, d. 18). 
Moskvada M.C.Bağırovla baĢ vermiĢ hadisələrin təvsilatından xəbər tuturuq. 
24  iyul  1953-cü  ildə  Moskvada  Sovet  Ġttifaqı  KPMK-nın  rəyasət  heyəti 
qapalı  iclas  keçirilir  və  M.C.Bağırovu  da  buraya  dəvət  edirlər.  Burada  Bağırova 
Beriyanın  həbsini  əsaslandırmaq  üçün  1918-1920-ci  ildə  mövcud  olmuĢ 
Azərbaycan  Demokratik  Respublikasının  xüsusi  xidmət  orqanlarının  agenti  kimi 
Beriyanı göstərmək və ittiham edən məruzə ilə çıxıĢ etməyi təklif edirlər. Bağırov 
rəyasət  heyətinin  iclasından  sonra  Teymur  Quliyev,  Mir  Teymur  Yaqubovla 
pleniumda  edəcək  çıxıĢının  tezisləri  ilə  əlaqədar  məsləhətləĢmələr  aparır.  Mir 
Teymur Yaqubovla Teymur Quliyev M.C.Bağırava məsləhət görürlər ki, Beriyanın 
ona  olan  sonuncu  zəngindəki  təklifini  çıxıĢına  salsın.  Bu  təklif  ondan  irəli  gəlirdi 
ki,  rəyasət  heyətinin  iclasında  N.  XruĢov  Bağırovdan  Beriyanın  ona  zəng  edib-
etməməsi  barədə  məlumat  verməyi  tələb  edirdi.  Belə  ki,  Beriya  Bağırova  zəng 
edərək  Azərbaycanda  mədəniyyət  iĢçilərinin  təltif  edilməsi  üçün  Nizami  Milli 
Ordeninin təsis edilməsi barədə təklif etmiĢdi. Bağırov isə Nizami dühasına böyük 
hörmətlə  yanaĢdığını  qeyd  edərək,  M.F.  Axundov  adına  Ģərəf  niĢanının  təsis 
edilməsini  məqbul  saymıĢdı.  M.T.  Yaqubova  görə  bu  barədə  M.C.  Bağırov  öz 
çıxıĢında  pleniumda  söyləməli  idi.  M.C.  Bağırov  baĢa  düĢürdü  ki,  o  Beriyanı 
Müsavat  hökumətinin  əks  kəĢfiyyatının  agenti  kimi  göstərməklə  sonradan  özünü 
də  zərbə  altında  qoyacaqdı.  Uzun  illər  təhlükəsizlik  orqanlarına  rəhbərlik  etmiĢ 
M.C.  Bağırov  anlayırdı  ki,  təklif  olunmuĢ  ssenarinin  nəticəsi  kimi  zərbənin 
sonradan onun üzərinə gələcəyi aydın idi. Ona görə də o, bu mövzudan qətiyyətlə 
yayınmağa  çalıĢırdı.  Həmin  gün  saat  2-də  Moskvada  Sovet  Ġttifaqı  Mərkəzi 
Komitəsinin pleniumu baĢlayır. 
Malenkov  Beriyanın  antipartiya  və  antidövlət  fəaliyyəti  barədə  məruzə  ilə 
çıxıĢ edir. Plenumda həmçinin Sovet Ġttifaqı KP MK-nın rəyyasət heyətinin üzvləri 
XruĢov,  Molotov,  Bulqanin,  Kaqanoviç,  VoroĢilov,  Mikoyan  və  MK-nın  üzvləri 
ittifaq  respublikalarının  və  vilayət  partiya  komitələrinin  I  katibləri  də  çıxıĢ  edir. 
Plenumda  həmçinin  yol.  Ġqnatev  Sovet  Ġttifaqı  MK-sı  üzvlüyünə  bərpa  olunur  və 
marĢal Jukov isə MK namizədliyindən həqiqi üzvlüyə seçilir. Plenumda çıxıĢ edən 
natiqlər Beriyanı ittiham atəĢinə tuturlar. Belə ki, Beriyanın təĢəbbüsü ilə SSRĠ Ali 
Sovetinin  rəyasət  heyətinin  fərmanına  uyğun  aparılmıĢ  amnistiya  prosesi  tənqid 
olunur və həbsdən azad olunan vətəndaĢları cinayətkar, risidivist, ictimai stabilliyə 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə