A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə67/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   63   64   65   66   67   68   69   70   ...   79

165 
 
1. M.C.Bağırovun Respublikada xüsusən son dövrlər həyata keçirtdiyi milli 
siyasi kurs istər Mikoyanı istərsə də XruĢĢovu heç cür qane edə bilməzdi. 
2.  SSRĠ  dövlət  büdcəsinin  1/3  hissəsinin  Azərbaycanın  sənaye-təsərrüfat 
sahələrinə  yönəldilməsi  istər  Kaqanoviçi,  istərsə  də  Malenkovu  narahat  etməyə 
bilməzdi.  Belə  ki,  kitabda  göstərdiyimiz  kimi  Dağlıq  Qarabağa  qarĢı  ermənilərin 
ərazi iddialarında onların havadan həmiĢə Malenkov olmuĢdur. 
3. Hələ Cənubi Azərbaycandakı siyasi proseslər zamanından M.C.Bağırovla 
Molotov arasında kəskin ziddiyət yaranmıĢdı. Bunu da kitabın «SSRĠ rəhbərliyinin 
Ġran və yaxın ġərq üzrə strategiyası» bölməsində göstərmiĢəm. 
Qalırdı yalnız VoroĢilov - Bulqanin cütlüyü. Onlar da yuxarıdakı qüvvələrin 
iradəsinin  əleyhinə  getməkdə  ehtiyatlı  idilər.  M.C.Bağırov  baĢa  düĢürdü  ki, 
Kremldəki siyasi atmosfera onun əleyhinə yönəlib. 
Bəs nə etməli? 
Bəlkə  Respublikanın  yerli  kadrları  ilə  öz  iradəsini  ortalığa  qoymaq!?  Bu 
gülüncdür!  Ona  görə  ki,  artıq  onların  bir  hissəsi  Kremldən  gələn  «soyuq  Ģimal 
küləyindən» özlərini qorumaq üçün M.C.Bağırova qarĢı «ittiham» kampaniyasına 
qoĢulmuĢdular. 
Budur reallıq! 
 
Müstəqilliyi  əlindən  alınmıĢ  millətin  taleyi  onun  rəhbərinin  taleyinə  oxĢar 
olur. Hər iki halda bu tale açarı «böyük qardaĢlar»ın əlində olur. 
Bütün bu reallıqları saf - çürük edən M.C.Bağırov məntiqlə yalnız Bakıdakı 
plenumda  çıxıĢ  etdiyi  Ģəkildə  çıxıĢ  edə  bilərdi.  Əgər  M.C.Bağırov  ABġ  və 
«Müsavat»ın agenti kimi qələmə verilən Beriyanın müdafiəsinə qalxmıĢ olsaydı, o, 
həm  özünü,  həm  də  onun  təqdimatı  ilə  irəli  çəkilmiĢ  AKP,  KP  və  respublikanın 
bütün  məsul  vəzifəli  Ģəxslərini  zərbə  altında  qoymuĢ  olardı.  Belə  ki,  bu  hal 
Kremldə  dəfələrlə  KP  MK-nın  rəyasət  heyətində  azərbaycanlıların  türk  olduğunu 
qeyd  edən və onların deportasiyasını  məqsədyönlü  Ģəkildə  qaldıran qatı «daĢnak» 
Mikoyanın  niyyətlərini  həyata  keçirməyinə  imkan  yaradardı.  Son  nəticədə  zərbə 
yenə  də  Azərbaycan  xalqına  dəyəcəkdi.  Ona  görə  də  M.C.Bağırov  yuxarıdakı 
reallıqların  hər  birini  düĢünərək,  özü  də  istəmədən  L.P.Beriyanı  ifĢa  edən  ali 
hakimin nümayəndəsinə çevrilir! 
Bakıdakı  plenumu  Moskvadan  göndərilmiĢ  XruĢĢovun  emissarı  Sovet 
Ġttifaqı  KP  MK-nın  Ģöbə  müdiri  P.N.Pospelov  və  onun  rəhbərliyi  altında  olan 
T.Yaqubov aparırdı. 
Plenumda  M.C.  Bağırov  söz  alaraq  Sovet  Ġttifaqı  KP  MK-nın  çıxardığı 
qərarları  dəstəklədiyini  və  Beriyanın  «antisovet»  fəaliyyətinə  mövqeyini  bildirir: 
O, əvvəlcə çıxıĢında sosializm ideyalarının Çində geniĢ vüsət almasını və həmçinin 
AFR-in kansleri Adenaueri ABġ agenti adlandıraraq sosializmin qatı düĢməni kimi 
təsvir  edir.  Görünür  bu  mövqe  ondan  irəli  gəlirdi  ki,  «Beriya  Almaniyanın  yarı 
sosializm yarı kapitalizm formasında birləĢməsi fikrinin tərəfdarı kimi çıxıĢ edirdi. 
O cümlədən də, Bağırov Cənubi Koreya rəhbəri Li-Sın-Manı»da ABġ agenti kimi 


166 
 
ittiham  edir  və  Beriyanı  da  bu  sıraya  qoĢur.  Bu  yanaĢma  ilə  o,  Beriyanı  ABġ-ın 
agenti kimi göstərərək deyir: 
«YoldaĢ  Malenkovun  Beriyanın  antidövlət,  antipartiya  fəaliyyəti  barədə 
məruzəsinə  əsasən  Sov.  KP  MK-nın  rəyasət  heyətinin  qərarı,  bir  daha  təxribatçı, 
casus partiyanın qatı düĢməni Beriyanın iç üzünü açdı». 
Bağırov baĢa düĢürdü ki, onun Moskvadakı çıxıĢı Sov. KP MK-nın rəyasət 
heyətinin üzvlərini qane etməmiĢdir. XruĢovun üstüörtülü Bağırovun onun sualına 
aydın  cavab  verməməsi  barədə  Moskvadan  gələn  MK-nın  məsul  iĢçilərinin 
təlimatlandırması və onların Bakıdakı plenumdakı çıxıĢlarındakı vurğuları onu yeni 
manevrlərə əl atmağa məcbur edirdi. 
O,  qeyd  edirdi:  «Mən  uzun  illərdir  ki,  Beriyanı  tanıyırdım  və  onun  təmiz 
kommunist və qatı bolĢevik olduğuna inanırdım. Mən yoldaĢ Malenkova söylədim 
ki, bu əclaf məni ən çirkin yolla aldadıbmıĢ». 
Sonra P.N. Pospelov 1937-ci ildə bir Ģəxs tərəfindən Beriyanın Müsavat əks 
kəĢfiyyatında  xidməti  barədə  rəsmi  ərizəylə  müraciət  etməsi  barədə  plenum 
iĢtirakçılarına məlumat  verir. Bəzi  müəlliflər  öz  əsərlərində bu barədə ziddiyyətli 
fikir  söyləyirlər.  Eldar  Ġsmayılov  «Vlastğ  i  narod»  kitabında  bu  Ģəxsin  əvvəllər 
Azərbaycanda KP MK  I katibi iĢləmiĢ  sonralar  1937-ci ildə  SSRĠ  Səhiyyə  Naziri 
olmuĢ  Q.Kaminski  olduğunu  qeyd  edir.  Müəllif  göstərir  ki,  Stalinin  Beriyanı 
aradan götürmək planı olmadığı üçün Q.Kaminski sonradan yoxa çıxır. A.Antonov 
Ovsienkoda «Beriya» kitabında bu məqama baĢqa mövqedən yanaĢaraq qeyd edir: 
1921-ci  ilin  dekabrın  əvvəllərində  FK-nin  sədri  F.  Dzerjinski  Beryazini  yanına 
çağıraraq  Az.  FK-nin  məxfi-əməliyyat  Ģöbəsinin  rəisi  iĢləyən  L.  Beriyanın  siyasi 
sabotajda günahlandıraraq həbs edilməsini tapĢırır və guya Mikoyanın havadarlığı 
ilə  həbs  mümkün  olmur.  A.  Antonov  Ovsienkoda  Q.  Kaminskinin  1937-ci  il 
plenumundakı  çıxıĢını  qeyd  edir  və  L.  Beriyanın  Müsavat  əks  kəĢfiyyatındakı 
xidmətlərindən  S.  Orconikidzenin,  S.Kirovun,  F.  Dzerjinskinin  xəbəri  olduqları 
barədə məlumat verir. 
Hər  iki  yanaĢmaya  münasibət  bildirərkən  onu  qeyd  etmək  istərdim  ki, 
ümumiyyətlə,  L.  Beriya  1921-1953-cü  illər  arasında  Ģəxsi  anketlərində  Müsavat 
hökumətinin  kəĢfiyyatında  olmağı  barədə  məlumat  verir.  Ancaq  o,  Azərbaycan 
Demokratik  Respublikasının  polisinə,  yəni  kəĢfiyyatına  bolĢeviklərin  xətti  ilə 
göndərildiyini qeyd edir. Bu barədə o dövrün bütün rəhbərlərinin məlumatı var idı. 
Məsələ  burasındadır  ki,  L.Beriyanın  Müsavat  hökumətindən  bolĢeviklər  içərisinə 
göndərilmiĢ  kəĢfiyyatçı  kimi  təsdiq  edən  sənədlər  isə  yalnız  M.C.  Bağırovda  idi. 
Ġstər Kaminskinin, istərsə də Dzerjinski və Orconikidzenin əlində bu sənədlər yox 
idi. Hələ Orconikidze 1935-ci ildə Stalinə Beriyanın Müsavat kəĢfiyyatında olmağı 
barədə məlumat verdikdə Stalin ondan bunu təsdiq edən sənədləri tələb etmiĢdi. Bu 
sənədləri  əldə  edə  bilməyən  (Boris  Sokolov  «Beriya»  kitabından)  Orconikidze 
sonradan  yanıldığını  və  Beriya  haqqında  yüksək  fikirlərlə  zəngin  və  onu  təmiz 
kommunist  kimi  göstərən  məktubunu  Stalinə  göndərir.  Əgər  yaxud  Mikoyan 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə