A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə75/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   71   72   73   74   75   76   77   78   79

182 
 
Bu  zaman  «hücum  korpusu»  həm  Yaqubov  həm  T.Quliyev,  həmdə  Nəzər 
Heydərova qarĢı yenidən iĢə düĢür. Hərçənd həm Yaqubov həm T.Quliyev, həmdə 
Nəzər  Heydərov  qurultayda  M.C.Bağırovu  daha  kəskin  tənqid  etməyə  çalıĢırlar.  
Hətta N.Heydərov M.C.Bağırovu aĢağılayan və onu ələ salan çıxıĢ edir lakin bu da 
onun  köməyinə  çatmır.  Çünki  artıq  Kremldə  onların  aqibəti  Ġ.Mustafayevin 
XruĢĢova  verdiyi  «informasiyalara»  əsasən  həll  edilmiĢdi.  Qurultayın  sonunda 
Bağırova  və  Ġmam  Mustafayevin  xüsusi  hədəfinə  gəlmiĢ  üçlüyə  (M.T.Yaqubov, 
T.Quliyev,  N.Heydərovu)  qarĢı  daha  çox  can-fəĢanlıqla  hücuma  edənlərin  vəzifə 
bölgüsü baĢlayır. 
Plenum  Ġ.D.Mustafayevi  Azərbaycan  KP  MK-nın  birinci  katibi, 
V.Y.Səmədovu  Azərbaycan  KP  MK-nın  ikinci  katibi,  M.Ə.Ġsgəndərovu 
Azərbaycan KP MK-nın katibi seçir. 
Penum Azərbaycan KP MK bürosu heyətinə Ġ.K.Abdulayev, P.A.AruĢanov, 
A.M.Quskov,  M.Ə.Ġbrahimov,  M.Ə.Ġsgəndərov,  Ġ.D.Mustafayev,  S.H.Rəhimov, 
V.Y.Səmədov, H.ġ.Əfəndiyev seçilir. 
Azərbaycan KP TəftiĢ kommisiyasının sədri A.Z.Tarıverdiyev seçilir. 
 
 
 


183 
 
VII HĠSSƏ 
 
M.C.BAĞIROVUN MƏHKƏMƏSĠ 
 
1953-cü  ilin  sonuna  qədər  M.C.Bağırov  Moskvadakı  evində  həyat  yoldaĢı 
Yevgeniya  Mixaylovna  və  oğlu  Cenlə  (bu  adın  yaranması  Cəfər  ilə  Yevgeniya 
Mixaylovnanın  adlarının  baĢ  həriflərindən  irəli  gəlir)  birlikdə  Sovet  Ġttifaqı  KP 
MK-nın  təyinatını  gözləyir.  1954-cü  ilin  yanvarında  onu  KuybıĢev  Ģəhərində 
KuybıĢev neft idarəsinin kadrlar iĢi üzrə rəis müavini təyin edirlər. Hətta bu dövrdə 
Azərbaycan  jurnalistləri  KuybıĢevə  gedərək  M.C.Bağırovla  görüĢürlər.  Lakin 
1954-cü  ilin  yazında hadisələr  kəskin  sürətdə  dəyiĢilir. Belə  ki,  1954-cü  ilin  mart 
ayının 13-də M.C.Bağırovu kommunist partiyaları sıralarından azad edirlər. Sözsüz 
ki, hadisələrin bu cür cərəyan etməsi «Ali sifariĢçinin» M.C.Bağırovun addım baĢı 
izində olduğundan xəbər verirdi. Artıq 1954-ci ilin sonunda onu həbs edirlər. 1956-
cı  ilin  martında  M.C.Bağırov  və  C.Yemelyanov  X.Qriqoryan,  R.Markaryan, 
A.AtakiĢiyev  və  T.BorĢov  üzərində  məhkəmə  prosesi  qurulur.  Məhkəmə 
prosesində  M.C.Bağırovu  qarĢı  söylənilən  ittihamların  böyük  əksəriyyəti 
həqiqətdən  kənar  idi.  Daha  çox  M.C.Bağırovu  represiyaların  təĢkilində  ittiham 
edirdilər.  Onda  sual  oluna  bilər,  məgər  bu  represiyalar  birbaĢa  Moskvadan  xalq 
daxili  iĢlər  komissarlığının  (kitabın  əvvəlində  bu  göstəriĢi  oxucuların  nəzərinə 
çatdırılmıĢdır - A.M.) göstəriĢinə uyğun aparılmırdımı? 
XruĢov  Ukraynada,  Artyunov  Ermənistanda  və  o  cümlədən  bütün  SSRĠ 
məkanındakı  rəhbərlər  bu  göstəriĢləri  həyata  keçirmirdilərmi?  Niyə  onda  bu 
rəhbərlərə qarĢı Ermənistanda, Özbəkistanda, Qazaxıstanda, Ukraynada, məhkəmə 
prosesi  qurulmurdu  (kitabda  göstərilmiĢdi  ki,  ən  az  represiyalara  məruz  qalmıĢ 
respublika Azərbaycan idi). Bəs niyə Azərbaycan rəhbəri müqəssirlərin ən böyüyü 
sayılaraq ən böyük cəzaya məhkum edilir. Bax burda, bu məhkəmənin məğzi üzə 
çıxır. Məhkəməyə milli rəng verməmək üçün rus və erməniləri də ittiham olunan 
Ģəxslər  siyahısına  daxil  etdilər.  Ġstintaq  zamanı  X.Qriqoryan,  R.Markaryan, 
T.BorĢov  və  S.Yemelyanovdan  M.C.Bağırovun  əleyhinə  qondarma  ifadələr 
almırdı.  Qeyri  azərbaycanlılarda  belə  arxayınçılıq  formalaĢdırılırdı  ki,  siz 
ifadələrinizi M.C.Bağırova qarĢı yönəltməklə məsuliyyətdən yaxa qurtaracaqsınız. 
Bax,  elə  buna  görə  də  onlar  M.C.Bağırovu  ləkələmək  üçün  sanki,  bir-biriləri  ilə 
yarıĢa girmiĢdilər. 
Məhz  ona  görə  də  M.C.Bağırov  məhkəmədə  «məni  asmaq  azdır,  məni 
güllələmək  azdır,  məni  Ģaqqalamaq,  dörd  yerə  bölüb  tikə-tikə  doğramaq  lazımdır 
ki,  mən  inanmıĢam!  Bu  müraciətlə  M.C.Bağırov  öz  etirazını  sistemin  özünə 
bildirdi  və  sonra  O,  bəyan  edirdi  ki,  xalqının  qarĢısında  vicdanım  təmizdir!  Bir 
həqiqəti nəzərdən qaçırmaq lazım deyil ki, 30-cu illərdə və 40-cı illərin II yarısına 
qədər  Azərbaycanda  güc  strukturlarının  rəhbərliyinin  təyinatı  birbaĢa  Moskvada 
həll  olunurdu.  Hətta  M.C.Bağırov  bu  ermənilər  ilə  iĢləmək  istəməsədə  onlarla 


184 
 
iĢləməyə  məcbur  idi.  Bu  hal  40-cı  illərin  ortalarına  qədər  davam  etdi.  Artıq 
Beriyanın Kremldəki mövqeyi möhkəmləndikdən sonra M.C.Bağırov yerli kadrları 
güc  strukturlarında  yerləĢdirməyə  baĢladı.  O  cümlədən,  A.AtakiĢiyev  və 
M.T.Yaqubov da daxili iĢlər naziri oldu. Niyə məhz M.T.Yaqubov yox, AtakiĢiyev 
həbs  olundu?  Axı  Yaqubov  da  M.C.Bağırovun  kadrı  idi?  Ona  görə  ki, 
M.T.Yaqubov  M.C.Bağırova  qarĢı  yönəldilmiĢ  XruĢov-Mikoyan  ssenarisində 
mühüm personajlardan birini ifa edirdi. Sənədlərlə kitabda göstərmiĢdim. Elə buna 
görə  də  AtakiĢiyevin  ittiham  olunan  Ģəxslər  arasında  yerinin  bronu  çoxdan 
hazırlanmıĢdı.  Stalinin  ölümündən  sonra  daxili  iĢlər  nazirliyi  ilə  təhlükəsizlik 
komitəsi birləĢdikdən sonra Yemelyanov daxili iĢlər naziri olur. Beriya Bağırovdan 
Yemelyanovu  yerli  kadrlarla  əvəz  etməyi  məsləhət  görürdü.    Məhkəmənin  niyə 
məhz  bu  heyət  üzərində  qurulmağı  da  Kremldə  əyləĢmiĢ  imperiya  adeptlərinin 
istəklərindən  irəli  gəlirdi.  Çox  güman  ki,  bu  qərarların  baĢ  məsləhətçisi  Mikoyan 
və  Molotov  idi.  Oxucunun  gözünə  ilk  sataĢan  hal  bu  heyətin  tam  bərabər 
bölgüsüdür. Ġki azərbaycanlı,  iki rus, iki erməni. M.C.Bağırovla bərabər  üzərində  
məhkəmə  qurulan  bu  Ģəxslərin  hər  biri müəyyən dövrlərdə Azərbaycanda güc 
strukturlarında rəhbər vəzifələrdə iĢləmiĢdilər. Sual oluna bilər, bütün ermənilərin 
havadarı  nə  yaxĢı  bu  ermənilərin  M.C.Bağırovla  bərabər  güllələnməsinə  göz 
yummalı oldu? Bu suala yalnız erməni dünya görüĢünün məntiqi ilə cavab vermək 
olar. Mikoyanın qalxanın altında SSRĠ məkanındakı erməni «kitlərinin» qarĢısında 
Markaryan  və  Qriqoryan  «kilkə»  kimi  görünürdü.  Ona  görə  də  bu  «kitləri» 
qorumaq üçün «kilkələrin» qurban verilməsi müqayisəyə gəlmirdi. Burada erməni 
yazıçısı Aleksandr ġirvanzadənin bir fikri yadıma düĢür. O, qeyd edirdi: 
«Ermənilərin  milli  dünya  görüĢündə  belə  bir  xarakterik  keyfiyyət  vardır. 
Onlar  ümumi  erməni  iĢi  üçün  hətta  zaman-zaman  öz  içərilərindən  cəllad  baltası 
altına qurbanlıqlar göndərirlər». 
8-12  may  2003-cü  ildə  «Yeni  Zaman»  qəzetinin  32  nömrəli  saymda 
«M.C.Bağırovun doprosu» məqaləsi dərc olunmuĢdu. Təssüf hissi ilə qeyd etmək 
istəyirəm  ki,  artıq  bu  zamanda  da  M.C.Bağırov  haqqında  məsuliyyətsiz  yazılar 
dərc edilir. Məqalə baĢdan-baĢa uydurmalarla doludur. Məqalədə yazılır ki, 1946-
cı  ildə  «Tudə»  partiyasının  rəhbərləri  ilə  M.C.Bağırov  görüĢür  və  onların 
vətənpərvər olmaqları barədə istintaq zamanı müstəntiqə ifadə verir. 
Bu  fikir  tam  yalandır!  Ona  görə  ki,  hələ  1944-cü  ildə  Mir  Cəfər  Bağırov 
Stalinə  göndərdiyi  məktubda  «Tudə»  partiyasının  rəhbərinin  erməni  olduğunu 
göstərərək  və  bu  partiyanın  Azərbaycan  xalqını  arxasınca  apara  bilməyəcəyini 
yazır  (bu  məktubu  mən,  kitabın  «SSRĠ  rəhbərlərinin  Ġran  və  Yaxın  ġərq  üzrə 
strategiyası» hissəsində vermiĢəm - A.M.). 
Yaxud,  məqalədə  yazılır  ki,  Bakı-Batumi  neft  kəməri  proyekti 
M.C.Bağırovun  təĢəbbüsü  ilə  ləğv  edilmiĢdir.  Görünür,  məqalənin  müəllifi  bu 
barədə hardansa eĢidib və bu faktı istintaq materialları kimi oxuculara təqdim edir. 
Həqiqətdə isə reallıq baĢqa cür olmuĢdur. Belə ki, N.K.Baybakovun 1995-ci ilin 23 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə