A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə71/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

173 
 
təcrübəli kəĢfiyyatçılar ingilislərdir. Onlar insanı gənclik və hətta uĢaqlıq illərindən 
agent kimi ələ alırlar». 
Bağırov  Mirzoyanın,  Roxlinin  adını  ingilislərlə  hallandırmaqla  Mikoyana 
«siqnallar» ötürürdü. Bağırov çıxıĢında 6 ay əvvəl tutulmuĢ ingilis agentinin adını 
çəkməklə üstüörtülü hansısa mətləbdən xəbər verirdi. Əslində hadisələr 6 ay.əvvəl 
1952-ci ilin oktyabr Sov. Ġttifaqı KP pleniumunda baĢlamıĢdı. 
Bu  pleniumun  stenoqraması  iĢtirakçılardan  biri  olan  və  o  vaxtlar  Kursk 
vilayət partiya komitəsinin I katibi olmuĢ L. N. Yefremovda saxlanılıb. 
Stalin çıxıĢına köhnə qvardiyanı tənqid atəĢinə tutaraq baĢlayır: 
«YoldaĢlar, sual oluna bilər ki, niyə biz tam inandığımız bir neçə dövlət və 
partiya  xadimlərini  məsul  vəzifələrdən  azad  etdik.  Biz  Molotovu,  Kaqanoviçi, 
VoroĢilovu  və  digərlərini  nazir  vəzifələrindən  azad  etdik.  Sual  oluna  bilər,  niyə? 
Nazir  iĢi  əsl  zəhmət  sevən  və  böyük  enerji  tələb  edən  iĢdir.  Bu  iĢi  görmək  üçün 
əvvəlcə  biliyin,  peĢəkarlığın  və  sağlam  olmağın  vacibdir.  Ona  görə  də  enerji  və 
qüvvə ilə zəngin olan yeni nəslin məsul vəzifələrlə təmin olunmağında biz onlara 
köməklik göstərməliyik. 
Bununla  belə  bizim  bəzi  partiya  xadimlərimizin  səhv  hərəkətlərinə  də  göz 
yummaq olmaz. Mən yoldaĢ Molotovla, Mikoyanı nəzərdə tuturam. 
Molotov partiya iĢinə sadiq yoldaĢlardan biridir. Lakin bu xüsusiyyət onun 
bağıĢlanılmaz  səhvlərinə  haqq  qazandıra  bilməz.  YoldaĢ  Molotov  Xarici  ĠĢlər 
Naziri  olaraq  ingilis  səfiri  ilə  görüĢdə  bizim  ölkəmizdə  burjua  qəzet  və 
jurnallarının  çap  olunmasına  razılıq  vermiĢdir.  Sual  oluna  bilər  niyə?  Məgər 
Molotov  baĢa  düĢmür  ki,  burjuaziya  bizim  sinfi  düĢmənimizdir.  Bu  qəzetlərin 
çapına  razılıq  verməklə  o  baĢa  düĢmür  ki,  sovet  cəmiyyətinin  dünya  görüĢünü 
dəyiĢdirərək  kommunist  ideologiyasının  zəifləməsinə,  onun  əvəzinə  isə  burjua 
ideologiyasının  güclənməsinə  köməklik  edir.  Bu  Molotovun  birinci  siyasi  səhvi. 
Yaxud  yoldaĢ  Molotovun  Krımın  yəhudilərə  verilməsi  barədə  təklifi  bizə  nəyin 
hesabına  baĢa  gələ  bilərdi?  Bu  təklif  Molotovun  bağıĢlanılmaz,  kobud 
səhvlərindəndir. Hansı əsasla Molotov belə bir təklif irəli sürür. Bizdə yəhudilərin 
avtonom respublikası mövcuddur. Məgər bu azdırmı? YoldaĢ Molotov, yəhudilərin 
Sovet Krımında muxtar respublika yaratmaq niyyətlərinə vəkillik etməməlidir. Bu, 
yoldaĢ Molotovun ikinci böyük səhvi. 
YoldaĢ  Molotov  həyat  yoldaĢına  o  qədər  hörmətlə  yanaĢır  ki,  biz  siyasi 
büroda  hər  hansı  bir  qərar  qəbul  etdikdə  ilk  olaraq  bu  qərar  haqqında  məlumatı 
yoldaĢ  Jemçujina  alır.  Belə  çıxır  ki,  siyasi  büronu  Molotovun  həyat  yoldaĢı 
Jemçujina  və  onun  dostları  ilə  çox  gizli  tellər  bağlayır.  Bu  dostlara  isə  inanmaq 
olmaz. Aydındır ki, siyasi büro üçün bu hərəkətlər yol verilməzdir. (Nəzərə alaq ki, 
bu  pleniumda  Stalinin  təklifinə  əsasən  siyasi  büro  əvəzinə,  Sov.  Ġttifaqı  KP  MK-
nın rəyasət heyəti təĢkil olunur - A.M.). 
YoldaĢlar, indidə Mikoyan haqqında bir-neçə kəlmə söyləmək istərdim. 


174 
 
Fikir  verin,  yoldaĢ  Mikoyan  kəndlilərin  istehsal  etdiyi  kənd  təsərrüfatı 
məhsullarına görə dövlətə verəcəyi rüsumları artırmamağı təklif edir. 
Axı bu Anastas Mikoyan kimdir? Burda aydın olmayan nə var? 
Ona görə də Mikoyanın mövqeyi ilə biz razılaĢa bilmərik». 
Mikoyan  tez  tələm-tələsik  tribunaya  çıxaraq  Stalinin  toxunduğu  məsələyə 
aydınlıq gətirir. 
Stalin Mikoyanın sözünü kəsərək: 
«Fikir  verin,  yeni  Frunkin  peyda  olub  (Buxarinin-iqtisadi  məktəbinin 
nümayəndəsi  -  A.M.)  belə  prinsipial  məsələdə  Mikoyan  özü  də  azıb,  bizi  də 
azdırmaq istəyir». 
Sözsüz ki, Stalinin bu formada Molotov və Mikoyana etiraz etməsi, artıq bu 
Ģəxslərin siyasi karyeralarının sonluğundan xəbər verirdi. Stalin dövründə isə siyasi 
karyeranın sonu fiziki cəhətdən məhv olmaq demək idi. Belə ki, artıq 1953-cü ilin 
yanvarından təhlükəsizlik orqanları Molotov və Mikoyana qarĢı ardıcıl fəaliyyətə 
baĢladılar. 
O vaxtlar SSRĠ Dövlət Təhlükəsizlik Naziri Semyon Denisoviç Ġqnatev idi. 
Siyasi bürodakı bölgüdə bu orqana Beriya kuratorluq edirdi. Ġqnatevdən əvvəl bu 
vəzifədə  çalıĢmıĢ  Abakumovun  həbsindən  sonra  güc  strukturlarının  rəhbərləri 
Beriyadan  daha  çox  qorxmağa  baĢladılar.  S.D.Ġqnatev  partnomekulatura  iĢçisi 
olduğundan  xüsusi  xidmət  orqanlarında  qeyri-peĢəkar  idi.  Ona  görə  də  o,  ciddi 
əməliyyat planlarını yalnız L.R. Beriya ilə razılaĢdırdıqdan sonra həyata keçirirdi. 
1953-cü ilin yanvarın sonunda Molotovun arvadı P.S. Jemçujina Moskvaya 
gətirilir  və  «həkimlərin  iĢi»  ilə  onun  əlaqəsini  araĢdırmaq  üçün  istintaq  baĢlayır. 
Səs-küylü  «həkimlər  iĢi»nə  gəldikdə  isə  bu,  bir  qrup  həkimlərin  liderə  qarĢı 
törədilə  biləcək  sui-qəsddə  günahlandırılaraq  həbs  olunmasından  ibarət  idi.  Əgər 
biz bu həkimlərin milli mənsubiyyətinə nəzər yetirsək əksəriyyətinin yəhudilərdən 
ibarət olduğunu görə bilərik. 1953-cü ilin fevralında Molotovun müavini və SSRĠ-
nin  Britaniyadakı  keçmiĢ  səfiri  Ġ.M.  Mayskini  həbs  edirlər.  Həmçinin  SSRĠ-nin 
Londondakı diplomatik korpusunun 3 əməkdaĢı da həbs olunur. Bütün bu həbslər 
Molotovla  Mikoyana  qarĢı  yönəldilə  biləcək  ittihamların  əsasını  formalaĢdıra 
biləcəkdi. 
Bəs  niyə  Stalin  Mikoyam  da  Molotovla bərabər həbs etmək  istəyirdi. Belə 
ki, 1918-ci ildə Mikoyan 26 Bakı komissarları ilə birlikdə həbs olunmuĢdu. Lakin 
nədənsə  o,  ingilislərin  güllələdiyi  komissarlar  içərisində  yeganə  sağ  qalan  Ģəxs 
olmuĢdu.  Bəzi  Ģayələrə  görə  Mikoyanı  daĢnaqlar  AĢqabaddakı  Eser  höküməti  ilə 
danıĢıqlar  apararaq  xilas  etmiĢdilər,  lakin  istintaqçıların  versiyasına  görə  isə 
Anastas  Ġvanoviç  nəinki  daĢnak  olmuĢdur,  o,  ingilislər  tərəfindən  ələ  alınmıĢ 
bununla da güllələnməkdən yaxa qurtara bilmiĢdi. 
Artıq hazırlanan istintaq materiallarına görə, ingilislərin xeyrinə Ģpionluqda 
ittiham edilən Mikoyan, Molotovu ələ alaraq Londona iĢləməyə sövq etmiĢdi. Çox 
güman ki, Bağırov Roxlinin və altı ay əvvəl həbs olunmuĢ ingilis agentinin adını 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə