A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə72/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

175 
 
çəkməklə onun Mikoyanın ingilislər tərəfindən ələ alınmağından xəbəri olduğunu 
erməni baĢbiləninə sətiraltı bildirmək istəyirdi. 
Lakin  Stalinin  ölümü  bu  istintaqı  yarımçıq  qaldı.  Ancaq  Beriya-Bağırov 
birliyi  Kremldə  siyasi  hakimiyyəti  ələ  ala  bilsəydilər  çox  güman  ki,  Mikoyan  və 
Molotov  üzərində  böyük  məhkəmə  prosesi  qurulacaqdı.  Bağırovun  Beriya  ilə 
bərabər  həbs  olunmamağının  yuxarıda  qeyd  etdiyimiz  səbəblərindən  baĢqa  digər 
mühüm  bir  səbəbi  də  vardı.  Bu  da  Mikoyanın  həqiqətən  də  onun  keçmiĢi  ilə 
əlaqədar məxfi sənədərin Bağırovun əlində ola biləcəyindən çox ehtiyat etməsi idi. 
Ona görə də bir il azadlıqda olması və yeni bir vəzifəyə təyin edilməsi Mikoyana 
vaxt udmaq üçün lazım idi. Mikoyan öz xəfiyyəçiləri vasitəsilə tam əmin oldu ki, 
Bağırov  da  onun  ingilislərə  iĢlədiyini  təsdiq  edən  bir  sənəd  yoxdur.  O,  artıq 
Bağırovun həbsini XruĢĢov   vasitəsilə   təĢkil  etdirdi.   Bağırov  istintaqda,   həbs 
olunmuĢ  ingilis  agentinin  ifadələrinə  əsaslanaraq  Mikoyanın  ingilislərə  iĢlədiyini 
qeyd edirdi. Lakin M.C. Bağırovun  əlində Bakıda həbs olunmuĢ ingilis agentinin 
ifadələrindən baĢqa heç bir sənəd yox idi. Həmçinin də artıq, 1955-ci ildən Siyasi 
hakimiyyətdə  möhkəmlənməyə  baĢlayan  XruĢĢovun  Malenkov  və  Kaqanoviçin 
siyasi  səhnədən  kənarlaĢdırılmasında  Sov.  Ġt.  KP  MK-nın  rəyasət  heyətində 
Mikoyanın köməyinə ehtiyac vardı. Ona görə də M.C. Bağırovun istintaq zamanı 
Mikoyan barədə verdiyi   ifadələrə   XruĢĢov   siyasi   rəng   verməkdə   maraqlı 
deyildi. Qayıdaq  plenuma  hadisələrin  bu  cür  cəryanı  Kreml emissarını heç cür 
razı  sala  bilməzdi  ona  görədə  M.  C.  Bağırov  nüfuzunu  sındırmaq  üçün  Teymur 
Quliyev irəli verilir . 
Teymur Quliyevin çıxıĢı: 
-  “YoldaĢlar  Sovet  Ġttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin 
yoldaĢ  Malenkovun  plenumunda  Beriyanın  dövlət  və  partiya  əleyhinə  apardığı 
fəaliyyət barədə məruzəsini dinlədik. 
Plenumda Beriyanın MK-nın tərkibindən azad etmək, kommunist partiyası 
sıralarından  xaric  etmək  sovet  və  kommunist  partiyasının  düĢməni  kimi 
məhkəməyə verilməsi barədə qərar alındı. 
Bütün  bizim  partiya  və  sovet  xalqı  Beriya  ilə  əlaqədar  olan  bu  qərarı 
yekdilliklə və vaxtında atılmıĢ bir addım kimi qəbul etdi. 
Son  4  ay  ərzində  MK-nın  Prezidumunun  ardıcıl  və  səlis  fəalliyəti 
nəticəsində,  bu  avanturistin  əsl  simasını  üzə  çıxardı.  Əvvəllər  o,  antipartiya  və 
antidövlət  fəaliyyətini  məxfi  və  gizli  apararaq  əsl  simasını  maskalaya  bilirdi. 
Sonralar isə həyasızlaĢaraq əsl simasını biruzə verdi. 
Ġndi  baĢa  düĢürük  ki,  Beriya  kənd  təssərüfatı  sahəsində  təxirəsalınmaz 
qərarların  həyata  keçirilməsini  tormozlayaraq  ölkəmizdə  ərzaq  təhcizatını  çətin 
vəziyyətə salmağa çalıĢırmıĢ. 
Beriyanın  ən  dəhĢətli  cinayətlərindən  biri  isə  çoxmillətli  sosialist 
dövlətimizin əsası olan SSRĠ xalqları arasındakı dostluğu pozmağa çalıĢmasıdır. 


176 
 
Onun əsas məqsədi antoqonizm toxumunu səpərək Sovet Ġttifaqı xalqlarının 
birliyinin  möhkəmliyinə  zərbə  vurmaq  və  bu  istiqamətdə  antoqonizm  toxumlarını 
səpməkdir.  Bu  məqsədinə  çatmaq  üçün  Beriya  ittifaq  respublikalarında 
milliyətçilik  elementlərini  aktivləĢdirərək  və  onların  fəaliyyətini  Sovet  dövlətinin 
əleyhinə çevirməkdən ibarət olub. 
HəyasızlaĢmıĢ və həddini aĢmıĢ, özünü idarə edə bilməyən Beriya insanlarla 
heç bir normaya sığmayan münasibət göstərirdi. 
Bu  çirkin  əməllərini  həyata  keçirmək  üçün  o,  özü  ətrafına  ona  yaxın 
adamları toplayırdı. Daxili ĠĢlər Nazirliyin ələ keçirən kimi Dekanozovu, Kabulovu 
Tiflisə,  MilĢteyni  isə  Ukraynaya  göndərərək  öz  planlarını  həyata  keçirməyə 
çalıĢırdı. 
Hansı ki, onların bir çoxu daxili iĢlər orqanından dəfələrlə qovulmuĢ və ifĢa 
edilmiĢlərdi,  onlardan  bir  neçəsini  mən  Ģəxsən  tanıyıram.  Bir  mənalı  Ģəkildə 
kütbeyin,  səviyəsiz  Dekanozov  Tiflisdə  çekist  kimi  iĢləyərkən  müqavimətsiz 
quldurlara  təslim  olduğuna  görə,  hafizəm  məni  aldatmırsa  Zaqafqaziya  fövqalədə 
komisiyasının əmrinə əsasən iĢdən azad olmuĢdu." 
Ancaq belələri Beriyaya lazım olduqları üçün onlar yenidən irəli çəkilməyə 
baĢlanıldı. 
Teymur  Quliyev  çıxıĢı  zamanı  uzun  uzadı  Beriyanı  tənqid  etdikdən  sonra 
M.C.Bağırova qarĢı hücuma keçməyə baĢladı. 
«YoldaĢlar  burada  M.C.Bağırov  çıxıĢ  edərək  çox  ciddi  məsələlərə  yüksək 
səslə  cavab  verməlidir.  Burada  bu  məsələlərə  yoldaĢ  Mir  Teymur  Yaqubov  da 
toxundu. Belə ki, yoldaĢ Malenkovun replikasına yoldaĢ Bağırov ağıllı və aydın bir 
cavab vermədi.» 
M.C.Bağırov Teymur Quliyevi sakitləĢdirmək üçün yerindən səslənir: 
- «Düz deyirsiniz» 
Lakin  Teymur  Quliyev  elə  təlimatlandırılmıĢdı  ki,  çıxıĢını  daha  da 
sərtləĢdirdi. 
-  «Nəinki,  cavab  vermədi,  öz  cavabında  yoldaĢ  Malenkovu  cavab  üçün 
Beriyanın yanına göndərdi. 
Mən  M.C.Bağırovu  on  illərdir  ki,  tanıyıram,  ancaq  bu  insan  Plenumda 
özünü dəhĢətli bir Ģəxs kimi təqdim etdi. ġəxsən mən çox heyifsləndim ki, bizim 
partiya təĢkilatımız bu Ģəkildə MK-nın plenumda təqdim olunur». 
Bu  vaxt  iclasa  sədrlik  edən  M.T.Yaqubov  Kremlin  təmsilçisi  SOV.Ġttifaqı 
KP MK-nın katibi Pospelovun gözü önündə mövqesizlik göstərməmək üçün tələm-
tələsik Teymur Quliyevin sözünü yerindən təsdiq edir: 
- «Düz deyirsiniz yoldaĢ Quliyev». 
Bu  səhnəni  görən  M.C.Bağırov  keçmiĢ  silahdaĢlarına  xəbərdarlıq  etmək 
üçün yenidən üstü örtülü və ironik «düzdür» sözünü uca səslə yerindən səsləndirir. 
 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə