A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə70/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

171 
 
hazırlayan  20  əməkdaĢdan  biri  olan  Ernest  Bediyanın  guya  bu  kitabın  müəllifi 
olduğunu  iddia  edirlər.  Ona  görə  də  yenidən  Əmirxanyanın  çıxıĢına  qayıtsaq 
görərik ki, o, Bağırova «Mərkəzi Komitənin Beriyanın ifĢa edilməsində artıq sizin 
köməyinizə  ehtiyacı  yoxdur»  deməklə  sanki  erməni-siyasi  elitasının  mövqeyini 
bildirir.  O,  bu  sözlərlə  Bağırovu  Kremlin  rus-siyasi  klanın  yırtıcı  caynaqlarının 
altına  itələyirdi.  Əmirxanyanın  çıxıĢı  zamanı  daha  da  azğınlaĢaraq  deyirdi:  Siz 
həmiĢə  Beriyanın  qalxanının  altında  gizlənmiĢdiniz!  Siz  Respublikada  hamıya  öz 
iradənizi diktə edirdiniz! Siz həmiĢə deyirdiniz ki, Moskvaya göndərilən istənilən 
Ģikayət ərizəsinin qarĢısını ala bilərsiniz və Beriya adlı «kozırdan» xalqa, partiyaya 
qarĢı istifadə edirdiniz! Siz Respublikanın siyasi aktivinə hədə-qorxu gəlirdiniz! 
Artıq  bu  hücumlara  dözə  bilməyən  M.C.  Bağırov  Əmirxanyanın  iki  dəfə 
sözünü kəsərək deyir: 
«Bir  dəqiqə  dayanın,  söyləyin  görək  kimə  Moskvaya,  mənim  haqqımda 
mənfi  nə  isə  yazmağa  imkan  verməmiĢəm,  iftiralarınıza  son  qoyun  və  mənə 
konkret  cavab  verin.  Mən  kimə  hədə-qorxu  gəlmiĢəm?  Üzümü  plenum 
iĢtirakçılarına tutub deyirəm, indiyə qədər mən kimi təhqir etmiĢəm?» 
Əmirxanyan  birdən  qarĢısında  zəhmli  Bağırovun  cüssəsini  gördükdə 
çıxıĢının əvvəlində söylədiyi fikri bir qədər inkar edərək deyir: 
«Mən demirəm ki, siz hədə-qorxu gəlirdiniz. Mən deyirəm ki, siz Beriyanın 
köməkliyindən istifadə edirdiniz». 
Əmirxanyan birdən baĢa düĢür ki, o, mövqeyini tez dəyiĢməklə ssenaridən 
kənara çıxıb. 
Yenidən  o,  Bağırovu  hədəf  seçərək,  Sov.  Ġttifaqı  KPMK-nın  Bakı 
pleniumundakı nümayəndə heyətinin üzvü N.Ġ. ġubinə yaltaqlanaraq deyir: 
«YoldaĢlar,  Sov.  Ġttifaqı  KP  MK-nın  nümayəndəsi  yoldaĢ  ġubin  Bakıya 
gəlmiĢdi.  Mən  yoldaĢ  ġubinlə  Naxçıvan  Muxtar  Respublikasında  bir  faktı 
yoxlamağa  getdim.  Söhbət  Naxçıvan  Muxtar  Respublikasının  II  katibi  Hacıyevin 
maliyyə fırıldaqlarından gedirdi. Büro iclasından sonra yol. ġubin Moskvaya getdi 
və mən də bir neçə müddət Bakıdan kənarda oldum. Mən Bakıya qayıtdıqda Ģahidi 
oldum ki, büronun onun vəzifəsindən azad edilməsi barədə qərarına baxmayaraq, 
Hacıyev  yenə  də  öz  vəzifəsini  icra  edirdi  (Sonralar  artıq  SSRĠ  Daxili  ĠĢlər 
Nazirliyinin  məsələyə  müdaxilə  etməsindən  sonra  Hacıyev  həbs  olunur  -  A.M.). 
Bu  faktdan  sonra  Bağırov  Azərbaycan  kommunistlərinə  yol.  ġubinə  müraciət 
etməyi  məsləhət  görmürdü».  Bu  sözlərdən  sonra  Əmirxanyanın  simasızlığından 
heyrətə  gələn  plenium  iĢtirakçıları  arasında  böyük  səs-küy  yaranır.  Yerlərdən 
Əmirxanyanın üstünə qıĢqıraraq: 
«Yalan danıĢırsınız, siz deyə bilərsinizmi bu sözləri kim deyib». 
Qəlbi zəhərlə dolu olan, rəngi ağarmıĢ Əmirxanyan: «Mən nə bilirdim, onu 
dedim» deyərək vəziyyəti gərginləĢdirməmək üçün tribunadan ayrılır. 
Pleniumun  bəzi  azərbaycanlı  iĢtirakçılar  da  Bağırovu  tənqid  atəĢinə 
tutmuĢdurlar.  Sual  olunur?  Axı  plenium  iĢtirakçılarının  böyük  əksəriyyəti 


172 
 
Bağırovun özünün irəli çəkdiyi kadrlar idi. Bəs niyə görə Bağırov  Ģəninə yüksək 
fikir söyləyən bu kadrlar mövqelərini ani olaraq dəyiĢirlər. Sözsüz ki, bu quruluĢun 
bəlası  idi.  Bağırovu  respublikada  apardığı  represiyalarda  ittiham  edənlər  bir 
məsələni yaddan çıxarmamalıdırlar ki, bu Kremlin apardığı siyasətin yerlərdə icrası 
idi və bu plenumda da M.C.Bağırova ittiham edən vəzifəli Ģəxslər yenidən Kremlin 
sifariĢini həyata keçirirdilər. 
1953-cü  il  13  iyul  plenumunun  axĢam  iclasında  M.C.Bağırov  vəziyyətin 
çıxılmaz  olduğunu  baĢa  düĢərək  yenidən  söz  almaq  istəyir.  Sözsüz  ki,  burada 
plenum  iĢtirakçılarının  və  xüsusən  azərbaycanlı  kommunistlərinin  böyük 
əksəriyətinin M.C.Bağırova olan hörməti bir daha üzə çıxır. 
Bağırov  istər  Moskvadakı,  istərsədə  Bakıdakı  pleniumda  ona  qarĢı 
hazırlanan  məruzələrdə  A.Mikoyanın  redaktəsini  hiss  edirdi.  Mikoyanın  keçmiĢi 
Bağırova  gözəl  bəlli  idi.  Ona  görə  də  M.C.Bağırov  pleniumdakı  ikinci  çıxıĢında 
üstüörtülü Ģəkildə Mikoyana xəbərdarlıq göndərir. O, çıxıĢında qeyd edirdi: 
«Burada  yoldaĢlar  məndən  Beriyanın  Müsavat  əks  kəĢfiyyatındakı 
fəaliyyəti  barədə  faktlar  istəyirlər.  Mənim  çox  çətinliklə  yadıma  sala  bildiyim  bir 
faktı  sizin  nəzərinizə  çatdırmaq  istəyərdim.  Ancaq  müəyyən  adları  çəkə 
bilməyəcəm.  Bu  adları  yalnız  Sov.  Ġttifaqı  KP  MK-nın  rəyasət  heyətində  söyləyə 
bilərəm.  1918-19-cu  illərdə  burada  Zaqafqaziyada  amerikan  general-qubernatoru 
Naxçıvanda  oturan  zaman  Bakıda  isə  istilaçılar  bir-birlərini  əvəz  edirdilər. 
Ġtalyanlar,  almanlar,  türklər  və  ingilislər  Bakını  istila  etdikləri  zaman  öz 
kəĢfiyyatlarını  iĢə  salırdılar.  Buranı  tərk  etdikdən  sonra  da  onların  kəĢfiyyat 
Ģəbəkələri  fəaliyyətlərini  dayandırmırdı.  Mən  dünəndən  fikirləĢirəm  ki,  necə  ola 
bilər  ki,  partiya  xətti  ilə  əks  kəĢfiyyatda  fəaliyyət  göstərməyini  Beriya  Ģəxsi 
vərəqəsində  qeyd  edir.  Dünən  burada  Partiya  tarixi  institutundan  yoldaĢ  Zevin 
Beriya  haqqında  arayıĢı  oxudu.  Fikir  verin,  Beriyanın  Kommunist  Partiyasına 
qəbul olunması təklifini ifĢa olunmuĢ düĢmən Sarkis edir. YoldaĢlar, 1937-ci ildəki 
prosesləri  yadınıza  salın.  Bu  proseslərdən  aydın  olur  ki,  vaxtilə  burada  S.M. 
Kirovdan sonra Respublikaya rəhbərlik etmiĢ L.Mirzoyan 1918-ci ildə ingilislərin 
agentura Ģəbəkəsinin əlaqələndirici Ģəxslərindən olmuĢdur.» 
M.C  Bağırov  çox  gözəl  baĢa  düĢürdü  ki,  onun  çıxıĢının  stenoqraması  ilə 
Sov.  Ġttifaqı  KP  MK-nın  rəyasət  heyətinin  üzvləri  və  xüsusən  Mikoyan  tanıĢ 
olacaq. Bağırov çıxıĢını daha da sərtləĢdirərək qeyd edir: 
«Mirzoyanın dəstəsini Qazaxıstanda məhv etdikdən sonra Bakıda qoca qurd 
menĢevik Roxlin peyda olur, Stalinlə mənim adıma ərizə ilə müraciət edir. O, bu 
müraciətdə  özü  haqqında  məlumat  verir.  Azərbaycanlıların  məsəli  var  «Göydə 
axtarırdım, yerdə tapdım» və istintaq zamanı biz ondan ingilislərin məxfi agentləri 
haqqında kifayət qədər məlumat aldıq. Bir neçə ay bundan əvvəl, daha dəqiq desək 
hələ  Azərbaycanda  Sovet  hakimiyyətindən  əvvəl  ingilislər  tərəfindən  ələ  alınmıĢ 
agenti  həbs  etdik.  YoldaĢlar,  nəzərinizə  çatdırmaq  istəyirəm  ki,  ən  qədim  və  ən 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə