A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə74/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   71   72   73   74   75   76   77   78   79

180 
 
Naxçıvan  vilayət  partiya  komitəsinin  katibi  Əsgərov  Azərbaycan  KP  MK 
katibi  Səmədov,  yazıçı  Süleyman  Rəhimov,  Lənkəran  rayon  partiya  komitəsinin 
katibi  Allahyarlı,  Azərbaycan  KP  MK  partiya,  həmkarlar  ittifaqı  və  komsomol 
orqanları  Ģöbəsinin  müdiri  Əfəndiyev,  əskəri  hissə  kommunistlərinin   
nümayəndəsi   FilyaĢkin,   Sumqayıt   Ģəhər partiya komitəsinin katibi Hüseynov, 
Azərbaycan  SSR  BaĢ  mətbuat  müdirliyinin  rəisi  Sultanova,  Kirovabad  Ģəhər 
partiya  komitəsinin  katibi  Mehdiyev  qeyd  edirdilər  ki,  Azərbaycan  KP  MK-nın 
keçmiĢ  birinci  katibi  Bağırov  tərəfindən  uzun  illər  yaramaz  və  partiyaya  zidd 
rəhbərlik  üsulu  tətbiq  edilib.  Bağırov  partiya  metodlarını  inzibatçılıqla  əvəz  edir, 
partiya  rəhbərliyinin  ali  prinsipi  olan  kollektiv  rəhbərlik  prinsipini  kobud  surətdə 
pozur, aĢağıdan tənqidi hər vasitə ilə boğur, çox mühüm məsələləri təkbaĢına, həm 
də bir çox hallarda yanlıĢ həll edirdi. 
Bağırov  kadrların  seçilməsi  və  yerləĢdirilməsində  partiya  prinsiplərini 
kobud surətdə pozur, bir çox hallarda adamları məsul iĢə Ģəxsən özünə sədaqət və 
dostluq  prinsipinə  görə  irəli  çəkir,  namuslu  və  partiyaya  sədaqətli  iĢçiləri  isə 
hörmətdən  salırdı,  yeni  kadrların,  xüsusən  ziyalıların  yetiĢməsinə  etinasızlıqla 
yanaĢırdı. 
Bu  nöqsanların  və  səhvlərin  aĢkara  çıxarılmasında  Sov.  ĠKP  MK  iyul 
plenumunun  qərarları  çox  böyük  rol  oynamıĢdır.  Azərbaycan  partiya  təĢkilatları, 
Beriyanın  iĢindən  siyasi  ibrət  dərsləri  almaq  lazım  gəldiyi  haqqında  MK 
plenumunun  göstəriĢini  rəhbər  tutaraq,  respublikanın  partiya  rəhbərliyi 
metodlarında Bağırovun ciddi səhvlərini və partiya həyatında qeyri-normal halları 
aĢkara çıxarmıĢlar. 
Sonra  növbə  1953-cü  ilin  iyul  plenumda  M.C.Bağırovu  daha  zəif  tənqid 
edən  və  N.S.XruĢĢova  onları  Bağırovun  yaxınları  kimi  hədəf  göstərən 
Ġ.Mustafayevin  «hücum  korpusu»nun  Azərbaycan  KP  MK-nın  birinci  katibi 
Yaqubov  və  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri  Quliyevə  qarĢı  çıxıĢlarına 
start  verilir.  ÇıxıĢçılarda  qeyd  edirdilər;  YoldaĢ  Yaqubov  Azərbaycan  KP  MK 
bürosunun və aparatının iĢinə rəhbərliyi təmin etməyi bacarmamıĢ, köhnə, yaramaz 
iĢ metodlarını aradan qaldırmaq üçün tədbir görməmiĢdir. 
Azərbaycan  SSR  Nazirlər  Soveti  öz  iĢlərini  Sov.  ĠKP  MK-nın  iyul  və 
sentyabr  plenumlarının  qərarları  əsasında  yenidən  qurmamıĢdır,  nazirliklərin, 
zəhmətkeĢ deputatları Sovetləri icraiyyə komitələrinin və təssərrüfat təĢkilatlarının 
fəaliyyətinə  yarıtmaz  istiqamət  verir,  öz  qərarlarının  yerinə  yetirilməsini  təmin 
etmir. 
ÇıxıĢ  edənlər  deyirdilər  ki,  Azərbaycan  SSR  Nazirlər  Sovetinin  sədri 
Quliyev  yoldaĢ  MK  plenumlarında  və  partiya  konfranslarında  özünün  iĢi 
barəsindəki  tənqiddən  nəticələr  çıxarmamıĢdır  və  respublikada  Nazirlər  sovetinin 
iĢinə rəhbərliyi təmin etməyi bacarmır. 
Qurultayda  qeyd  edilirdi  ki,  Yaqubov,  Quliyev  və  Heydərov  yoldaĢlar  öz 
səhvlərini geniĢ və hərtərəfli tənqid etməmiĢlər. 


181 
 
Qurultay  bundan  sonra  Yaqubov,  Quliyev  və  Heydərov  yoldaĢların 
respublikaya  rəhbərlikdə  qalmalarını  qeyri-mümkün  hesab  edir  və  onları 
Azərbaycan partiya təĢkilatının rəhbər orqanları heyətinə seçmirlər. 
Azərbaycan KP MK  katibi Ġ. Mustafayev çıxıĢında deyirdi: 
-  «Respublikanın  partiya,  sovet  və  kənd  təsərrüfatı orqanları,  bir  çox  MTS 
kolxoz  və  sovxozların  rəhbərliyi  Sov.  ĠKP  MK  sentyabr  Plenumunun  qərarlarını 
yarıtmaz yerinə yetirir, yeni tələblərə uyğun surətdə öz iĢlərini yenidən qurmaqda 
ləng tərpənir, kənd təsərrüfatında iĢlərin vəziyyəti üçün lazımınca məsuliyyət hiss 
etmirlər. 
Ġ. Mustafayevin çıxıĢındakı fikirlər XruĢĢov dəsti-xəttindən xəbər verirdi. 
Qurultay  nümayəndələrdən  «Kirpi»  jurnalının  redaktoru  Sadıqov, 
Azərbaycan  SSR  Elmlər  Akademiyasının  prezidenti  Əliyev,  Azərbaycan  KP  MK 
təbliğat-təĢviqat  Ģöbəsinin  müdiri  Ġsgəndərov,  Göyçay  rayon  partiya  komitəsinin 
katibi  Əlizadə,  Azərbaycan  SSR  mədəniyyət  naziri  Ələkbərov,  Dağlıq  Qarabağ 
vilayət  partiya  komitəsinin  katibi  Sərkisov,  «Kommunist»  qəzetinin  redaktoru 
Vəzirovun  və  baĢqalarının  çıxıĢlarında  partiya-daxili  iĢinin  və  ideoloji  iĢin 
təĢkilindəki nöqsanlar ciddi surətdə tənqid edildi. 
Qurultayda  həmçinin  AHĠġ  sədri  Kərimova,  nümayəndə  Pliyev, 
Azərbaycan SSR daxili iĢlər naziri Quskov, Azərbaycan LKKĠ MK katibi Hacıyev. 
Azərbaycan  SSR  Nazirlər  Soveti  sədrinin  müavini  Əmiraslanov,  Azərbaycan  KP 
MK  elm  və  mədəniyyət  Ģöbəsinin  müdiri  Həsənov,  Azərbaycan  KP  MK-nın  
qadınlar arasında iĢ aparan Ģöbəsinin müdiri Aslanova, Bakı Ģəhər Soveti icraiyyə 
komitəsi  sədrinin  müavini  Ġsmayılov,  Kür  -  Araz  su  tikintisi  baĢ  idarəsinin  rəisi 
Bayramov çıxıĢ edirlər. Müzakirələrdə ümumiyyətlə 49 nümayəndə çıxıĢ edir. 
Qurultay Azərbaycan KP MK-nın hesabat dövründəki iĢini qeyri-kafi hesab 
edir. 
Qəbul  olunmuĢ  qurultay  mövcud  nöqsanları  tez  bir  zamanda  aradan 
qaldırmaq,  bütün  partiya  -  təĢkilat  iĢini  və  partiya  siyasi  iĢi  kökündən 
yaxĢılaĢdırmaq,  respublikada  bütün  təsərrüfat  və  mədəni  quruculuq  sahələrinə 
rəhbərliyin  qüvvətləndirmə  məqsədi  güdən  tədbirlər  müəyyən  edir.  Qətnamədə 
deyilir: 
«Azərbaycan  Kommunist  partiyasının  XX  qurultayı  Sov.  ĠKP  MK-nın 
böyük Kommunist partiyamızın sədaqətli dəstəsi olan Azərbaycan partiya təĢkilatı 
Sov. ĠKP MK ətrafında daha sıx birləĢəcək, öz iĢindəki nöqsan və səhvləri aradan 
qaldıracaq,  inqilabi  sayıqlığı  daha  da  yüksəldəcək  və  Sovet  Ġttifaqı  Kommunist 
partiyası  Mərkəzi  Komitəsinin  rəhbərliyi  altında  Azərbaycan  kommunistlərini  və 
bütün  zəhmətkeĢlərini  respublikanın  qarĢısında  duran  vəzifələrin  müvəffəqiyyətlə 
həyata keçirilməsi üçün səfərbərliyə alacaqdır». 
Qurultay Azərbaycan KP MK-nın və Azərbaycan KP TəftiĢ komissiyasının 
ön heyətini seçir. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə