23
indiyədək gördüyü işlərdən narazı olduğunu "sübut edərək") Fuadı
ram eləyir... Daha sonralar Fuad Şövqünün əsl simasını, kimliyini
öyrənir və bundan sonra da Şövqünün iş üsullarını, Şövqü
prinsiplərini, Şövqü əqidələrini - bütöv bir Şövqüzmi tədriclə
mənimsəyir, özünküləşdirir.
Ancaq canında-qanında Şövqü əlamətləri olan Fuad üçün əsl, kişi
insan nümunəsi uzaqda deyildi, öz doğma evində idi - atası idi,
həmçinin, o, Fuad Salahlıtək bir adamın tələbəsi olmaq kimi bir
xoşbəxtliyə malik idi! Fuadda isə, əksinə, getdikcə məhz
özünüqoruma "yarağı" möhkəmlənərək, "Şövqü prinsipləri" ilə də
"zənginləşir".
Başqa-başqa məqamlarda Fuad Salahlı Şövqü haqqında
"konyukturşik" (prinsipsiz adam), Şövqü isə Salahlı haqqında
"neudaçnik" (müvəffəqiyyətsiz adam) deyir! Povestdəki bu iki
mövqeyin fərqi də məhz prinsip haqqındakı iki əks həyatayanaşma
yolu ilə bağlıdır. "Neudaçnik" Fuad Salahlının həmfikri Oktayın
"xoşbəxtlik və əzab gətirən prinsiplər" haqqındakı mövqeyi ilə
razılaşmayan, "konyukturşik" Şövqünün "adamı" Fuada elə gəlir ki,
hər hansı bir konkret dövrün tələblərinə cavab vermək özü də bir
prinsipdir. O, dövrün qəbul etmək istəmədiyi prinsiplər, əqidələr
üzərində əsib durmağı məqbul hesab eləmir. Bax, bu zaman
prinsipsizliklə "dəqiq məqsədlər" konsepsiyası birləşərək, həm
insanı, həm də onun görəcəyi böyük işin mahiyyətini heçə endirir.
Fuad öz fikirlərini sübut eləmək üçün, əqidələri yolunda qurban
gedən ilk xristianları, islam şəhidlərini misal gətirir, bəs görəsən,
niyə misallarını davam etdirə bilmir, Nəsimini, Brunonu və neçə-
neçə zamanın özündən də əbədi olan, yaşadığı dövrlərin dediklərinə
əməl etmədiklərinə görə bütün dövrlər üçün prinsipiallıq
mücəssəməsinə çevrilən adamları xatırlamır?! B.Şounun zarafatyana
aforizmlərindən birində deyilir ki, ağıllılar dünyaya uyğunlaşırlar,
axmaqlar isə dünyanı özlərinə uyğunlaşdırmağa cəhd edirlər, elə
buna görə də dünyanı dəyişdirir və tarixi axmaqlaşdırırlar. Şövqü və
Fuad belə "ağıllıardandır"... Birinci tərəfi "dəqiq məqsədlər" olan
"prinsipsizlik" ideyasının ikinci mühüm tərəfi də "dünənsiz
yaşamaq"dır. Bu əslində o deməkdir ki, sən keçmişdə etdiklərin üçün
nə peşimansan, nə də cavabdehsən, çünki keçmişdə səndən başqa şey
tələb edirdilər, indi isə ayrı bir şey tələb edirlər, indi nə etsən olar,
axı, onsuz da sən gələcəkdə yaxşı işlər görəcəksən! - Bu elə bir əyri
24
düşüncənin, şikəst mövqeyin bəliridir ki, onu bir qədər də davam
etdirsən, ən rəzil hərəkətlərə, nəzəriyyələrə belə haqq qazandırmaq
mümkündür; hətta insanların kütləvi fiziki sağlamlığı naminə
anormal körpələri tələf edən qədim yunanlara da, bəşəriyyətin
gələcək səadəti naminə, onların bir hissəsini qırmağı təklif edən
maltusçusayaq konsepsiyalara da! Povestin epiqrafındasa oxuyuruq:
"İşlənmiş günahları sonrakı yaxşılıqlarla yumaq fikri, gələcək
bəxtiyarlıq naminə hazırkı yamanlıqlara bəraət qazandırmaq ideyası
Zen əxlaqına kökündən ziddir". Sufilərin dörd pillədən (şəriət,
təriqət, mərifət, həqiqət) keçən yolu, Dostoyevski Raskolnikovunun
faciəvi sarsıntıları, Kamyunun "Alman dostuma məktubu"nda
dedektivləri məhz bu əxlaqi axtarışların məbədinə gətirir və buradan
qaldırır insanı. F.Engels isə yazırdı: "Şəxsiyyət nə etdiyi ilə deyil,
həm də bunu necə (kursiv bizimdir - R.U.) etdiyi ilə xarakterizə
olunur". Zen fəlsəfəsində və Engelsin ibrətamiz cümləsində ifadə
olunan və çağımız üçün də qətiyyən əhəmiyyətini itirməyən bu
böyük humanist fikirlərlə Şövqü və Fuad "prinsiplərinin" qəti əksliyi
göz qabağındadır. Elə bütün dövrlərdə olduğu kimi, indi də
prinsipiallıq, dəyişməz əqidə, məslək uğrunda əbədi mübarizə davam
edir. Sanki Fuad Salahlının faciəli taleyi Oktay üçün də gözlənilir;
əbəs yerə Fuadın ürəyinə dammır ki, Salahlının dəfnində nitq
söyləyən Oktay həm də özünə, öz gələcək taleyinə ağı deyir. Biz
Salahlı ilə Şövqünün mübarizəsinin davamını nəsillər mübarizəsi
kimi, startda imkanları Fuadla eyni olan Oktayla Fuadın əks əxlaqi
mövqelərində görürük...
Bəs necə olur ki, Şövqünün içərisində az qala həll olmuş, əriyib
yoxalmış Fuad özünə qayıda bilir?!
Yox! Biz burada hind filmlərində olduğu kimi, mənfi qəhrəmanın
hansı bir hadisənin təsiri nəticəsindəsə birdən müsbət qəhrəmanın
qarşısında diz çökərək bağışlanmaq diləməsinin şahidi olmuruq. Bu
özünəqayıdış gündən-günə qövr eləyən, əbədi narahatlığa, əzaba
səbəb olan hisslərin, nəhayət, ağıl məntiqi ilə calanaraq insanda
özünənifrət yaratması nəticəsində baş verir. Ürəyindən keçən
giziltini, sentimentallığı özündən qovmağa çalışan Fuadda çoxdan
başlamış mənəvi ağrıların təbii davamı mütləq böhranla
nəticələnməliydi. Özü də Fuadın böhranı, "öz-özü ilə görüşü" - məhz
Fuad Salahlının dəfni günü olmalıydı! Bu elə bir gündür ki, eyni bir
Fuad xarici qonaqları qarşılayarkən "bu gün bizimçün çox sevincli
25
bir gündür", Salahlının dəfnində isə "bu gün bizimçün çox kədərli bir
gündür" deyir! Bu elə bir gündür ki, Fuad Salahlını bütün arzuları ilə
birlikdə dəfn edirlər, Fuadın isə arzuları həyata keçir! (Onu daha
yüksək vəzifəyə layiq görüblər.) Və bu zaman Fuadın günahları -
BMV-li oğlan qarşısında alçalması, çox böyük şərəfsizlik edib
atasının adını biabırçı halda divara yazması, Asyaya xəyanəti, doğma
ata-anasına yadlaşması, cinayətə rast gəlib onu gizlətməsi və
nəhayət, şüurlu şəkildə etdiyi ən böyük səhvi - Fuad Salahlıya
dönüklüyü - Şövqüyə təslimçiliyi (bir görün, insan necə damcı-
damcı, mərhələ-mərhələ məhv olarmış!) - bir-birinin üstünə
qalaqlanaraq, onun mənəviyyatını sarsıdır. Fuad bir də ayılıb görür
ki, o bütün varlığını, heysiyyətini, kişiliyini itirmişdir, o bütün
doğma, əziz olan varlıqlardan uzaqlaşmışdır, görür ki, o qəti olaraq
müəyyən bir dünyanın adamı deyil, aralıq dünyanın adımıdır. Duyur
ki, sevdiyi arvadı, uşaqları, pulu, vəzifəsi olsa da, xoşbəxtlik sarıdan
əbədilik qısırdır. Müəllimigildə yediyi limon qabığı da, doğmaca
evlərindəki akvarium balıqları da, anasının ütülədiyi paltarların iyi də
- malik olduğu bütün naz-nemətlərdən daha əzizdi, da istəklidi...
Fuad ikinci dəfə özünün ayda bir dəfə gəldiyi, Rumiyyənin
tərbiyəsini görmüş uşaqlarının isə iyrənib gəlmədiyi ata evində -
oğlanlarının şəklini atası Qurbanın çarpayısı yanında asılmış görəndə
sarsılır: - "Fuadın içindən buğum-buğum qalxan, boğazını qəhərlə
tıxayan, gözlərini dumanlandırıb dolduran duyğu-peşimançılıq,
günahlılıq, nisgil idimi bu, qəribə, izahsız, dolaşıq dünyada qəribə,
izahsız, dolaşıq insan münasibətlərinin, ata-oğul, ailə, nəsil
əlaqələrinin pırtlaşıq kələfiydimi, bilmirdi, nə idi bu bağrını çatladan,
nə idi axı..." Fuadın oğlanları isə tamam yad mühitdə tərbiyələnib
böyüyür... Fuad yəqin bunu da anlamalıydı ki, onun övladları mərd
atasının - Qurban kişinin deyil, Şövqünün nəslini davam etdirəcəklər.
Doğma nəvələri ola-ola, Qurban kişinin nəsli kəsiləcəkdir! Fuad
məhz bu anda dərk edir ki, həmişə nəyisə itirə-itirə yüksəlib, amma
əslində heç nə qazanmayıb. Özü də elə şeyləri itirib ki, onu bir də
heç vaxt qazanmaq mümkün olmayacaq!… Düşünür…, düşünür və
nəhayət Çərkəz ananın yanına qayıdır: "Gəldim balıqların suyunu
dəyişməyə".
Biz buna nə deyiriksə deyək: özünəqayıdışmı, təmizlənməmi,
Yeni Çağ katarsisimi, Buddasayağı daxili işıqlanmamı, Karmanın
genetik təcəllasımı, Tolstoyun əxlaq fəlsəfəsinin yeni təsdiqimi, -
Dostları ilə paylaş: |