A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə112/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   108   109   110   111   112   113   114   115   ...   168

 392 

bilmirəm, vallah necə deyim. 

Feyzullanın ürəyi düşdü. "Yox, bu gün bilmirəm nədir, 

mənimki gətirmir. Gətirməyəndə gətirmir də. Görəsən yenə nə 

olub, səsim kimin xoşuna gəlməyib". 

—Nədi, qızım, de görüm, utanma. 

–Bilirsiz Feyzulla dayı, bu verilişimizi  kənar  müəllif yazıb, 

nabələddi, tülkü  rolunu  götürüb qadına  verib, heç  bir  şeyi də  

dəyişmək  olmaz,  çünki  əhvalatı  elə  bunun üstündə  qurub. 

Feyzullanın bir an boğazı qurudu. Sonra özünü ələ alıb: 

–Bəs necə olsun, —dedi, — deməli bundan sonra tülkü 

qadın olacaq? 

–Yox, yox, yox, — deyə  Səfurə  tələsik danışmağa başladı 

—heç elə  şey olar, biz ölməmişik ki, heç qoyarıq? Bircə bu 

səfər, bircə  dəfə  gələn səfərdən yenə  gəlib öz rolunuzu 

oxuyacaqsınız. 

Məcid: 

—Bu səfər tülkü arvad çıxıb, —dedi. —Gələn səfər yenə 



döndərib eləyəcəklər kişi. 

Səfurə ona baxıb məzəmmətlə başını buladı. Feyzulla:  

–Neynək, —deyə stula çökdü. —Qoy oturub nəfəsimi 

dərim. Bu sizin dik lap adamın kələyini kəsir. 

Məcid: 

–Tülkü, tülkü, tənbəki, quyruq üstə nəlbəki, —dedi. 



Səfurə yerinə qayıtdı. Elə bil ağır yükü çiynindən atmışdı. 

Feyzulla stulda oturub töyşüyə–töyşüyə nəfəs alırdı. Dəsmalını 

çıxarıb, alnında, bığ yerində puçurlanmış təri sildi. 

Dəhlizdə hay-küy qopdu. Gur bir səs eşidilirdi: 

–Salam, mirzə, salam, necəsən krasavitsa, xoş gördük, 

göyçək oğlan, özün necəsən e, canından, başından muğayat ol. 

Səfurənin gözləri parladı. Sevinclə: 

–Gəldi, çıxdı, —dedi. 

Qapı taybatay açıldı. Hündür gənc bir oğlan içəri daxil oldu. 

Cavadın saçları, çatma qaşları və nazik bığları zil qara, gözləri 

isə ala idi. Bu təzad onun yaraşıqlı sifətində  qəribə bir ifadə 



 393 

yaradırdı —yarıtəkəbbürlü, yarısadəlövh, bir qədər çoxbilmiş, 

bir qədər məsum.  Şıx geyinmişdi, qızartdaq məxmər 

pencəyinin altından qar kimi ağ ipək köynək, köynəyin 

yaxasında qırmızı zolaqlı qalstuk görünürdü. Saçlarını 

həmişəki kimi yağlayıb səliqəylə dala daramışdı. Barmağında 

iri qaşlı üzük parlayırdı. Cavad: 

–Bütün  əhli–məclisə atəşin salamlar, —dedi. —Səfurə 

xanıma xüsusi Privet, Kəbirlinski, Məcid, eşq olsun. 

Məcid irişib: 

–Privet, Məstan pişik, — dedi. 

Səfurə: 


–Gəl çıx da, — dedi. — Gözləməkdən gözümüzün kökü 

saraldı ki...  

Cavad: 

—Canınçun, maşını gücnən qovmuşam, — dedi. — Sizdən 



artıq olmasın, yaxşı bir məclisdəydim. Yarımçıq qoydum, 

durdum. Yalvardılar ki, getmə, dedim xeyr, siznən oturan 

Cavad Cabbarov idi, hər həftənin bu günü bu saatı mən dönüb 

oluram Məstan pişik, ministr də  gəlsə  məni burda 

saxlayammaz. Qapını bağlasaz, pəncərədən atılıb qaçaram. 

Gərək cumam radioya. 

Hamı gülüşdü. Məcid: 

–Məstan pişik, —dedi, —çoxdan görünmürsən, otağımızda 

siçan əmələ gəlib. 

Cavad ciddi bir təəccüblə: 

–Bıy ay Məcid, bəs nə əcəb tutub yeməmisən? — dedi, hamı 

yenidən gülüşdü. 

Cavad gülüşlərinə ara verib: 

–Yaxşı, Səfurəcan, — dedi, — yarımca saat vaxtım var, 

balamın ölmüşünə kinostudiyada dublyajım vardı, sənin 

xətrinçün keçirtdim sabaha. 

Kəbirlinski: 

–Düz deyir, Səfurə xanım, —deyə sözə qarışdı. — Mən 

allah şahidi.  



 394 

Cavad: 


–Görürsən ki, — dedi, — deyir yalançının  şahidi yanında 

olar. Yaxşı, tez yazaq, gərək qaçam məktəbə, məni görüşə 

çağırıblar.  

Səfurə: 


–Bu saat yazacağıq. — dedi. — On dəqiqədən sonra studiya 

bizimdir. Hələlik al mətnlə tanış ol. 

Cavad mətni götürub gözucu baxdı, səhifələrə ötəri nəzər 

salıb bir–bir çevirirdi. 

Səfurə yavaş səslə: 

–Bura bax, Cavad, camaat cürbəcür sözlər danışır, —dedi.  

Cavad: 

–Nə sözlər? —deyə soruşdu. 



–Nə bilim, sən bilərsən. Deyir guya Zərifəylə... 

–Allahu–əkbər, —deyə Cavad kağızları bir qırağa qoydu, —

belə müsibət olar, evində yatıb durasan, camaat səninçün söz 

çıxarda. Canımçün elə  şey yoxdur. Gicəm arvadımı, uşağımı 

atam. Canınçün Səfurə, — o da səsini lap yavaşıtdı, —axşam 

oturmuşam evdə, televizora baxıram, zəng olur. Arvad gedir 

telefona, bir də görürəm dili–dodağı əsir. Deyirəm, ay qız, nə 

olub? Deyir bəs, al, qulaq as. Bəli, alıram, zənən xeylağıdır. 

Zəng eləyib arvadıma yanıq verir ki, bax bu saat ərin mənim 

yanımda kefdədir, səni də maymaq kimi qoyub evdə. Deyirəm 

gördün, indi özün görürsən ki, necə  ağ yalan olur. Durduğu 

yerdə adama necə söz çıxarırlar. Görürsən ki, burda, 

oturmuşam, nə deyir? Bax, bütün şayiələri də bu cür 

uydururlar. Kimə deyirsən? Sıxır gözünün qorasını ki, bir şey 

olmasa deməzlər. Deyir, kaş sən çaş, çopur olaydın, mənim də 

canım rahat olaydı. Neynirəm belə göyçək  əri ki, ömrüm 

çəhənnəmə dönsün. Eh, nə isə... —o, mətni götürdü. —Yaxşı, 

gəl yazaq da, baxdım mətnə. Elə çevir tatı, vur tatıdır. 

Səfurə: 

–Gedək, —dedi.  

Dəhlizdən keçərkən Cavad: 



 395 

–Bəs Kəbirlinski nə oldu? — deyə soruşdu.  

Səfurə əhvalatı ona danışdı.  

Cavad ayaq saxladı. 

–Yox, yaxşı deyil, Səfurəcan, —dedi, — allah onsuz da onu 

döyüb, siz də belə eləyirsiz. Sinli kişidi, o boyda yolu durub 

gəlib bura. 

–Yaxşı, mən neyləyim, yoxdur da bu səfər rolu.  

Onlar bir neçə addım da atdılar. Sonra Cavad yenə dayandı, 

geri döndü: 

–Kəbirlinski, ay Kəbirlinski, — deyə çağırdı. 

Kəbirlinski otaqdan çıxdı.  

–Gəl bəri. 

Kəbirlinski onlara tərəf tələsdi. Səfurə narahatlıqla: 

–Ay Cavad, — dedi, — axı sənə söz dedim, yoxdur e rolu.  

Cavad  əlindəki mətn kağızlarını divara söykəyib cibindən 

qələm çıxartdı: 

–Gəl bura, Kəbirlinski, —dedi, — bu saat səninçün bir şey 

düzəldərəm. Tülkü olmasın, çaqqal olsun, nə eybi var, hə? Təki 

on bir manat gəlsin, ay zalım. Stavkan neçədir?  

Kəbirlineki: 

–Yeddi manat, —dedi 

–Yeddi? Zərər yoxdur. Yeddi manat da puldur. Çaqqalnan 

necəsən? 

–Çaqqal? 

–Həmişə tülkü olmusan, bir gün də çaqqal olarsan, —deyə 

Cavad şaqqıldadı —Ay lotu, vur bura.  

Kəbirlinski də gülümsündü. 

–Yox, axı, —deyə nə isə kəkələdi... 

–Sən heç ürəyivi sıxma, —deyə Cavad əlindəki mətnə 

əlavələr edirdi. —Bax burda qoy tülkü desin: çaqqal sən də 

burdasanmış. Aha, çaqqal da deyir: hə, hə, tülkü lələ, mən də 

burdayam, hə, hə. —O, sanki çaqqalı yamsılayırmış kimi 

əcayib bir səs çıxartdı. 

Səfurə: 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə