A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə110/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   106   107   108   109   110   111   112   113   ...   168

 385 

–Bu gecə, bu qoca, bu ocaq, — dedi. 

Rejissorun yenə  də halı  dəyişmədi. Feyzulla sözlərini 

üçüncü dəfə təkrar etdi. 

 Rejissor ilan çalmış kimi yerindən sıçradı: 

–Ay kişi, ay yoldaş, vətəndaş, müsəlman, erməni, moltanı, 

adam oğlusan axı. Ay... — deyə birdən-birə ovcuyla ağzını 

bərk-bərk yumub zarıdı. 

Aktyorlar onun bu hərəkətinə  bələd idilər, bilirdilər ki, 

ovcuyla ağzını yumanda dişinin dibindən çıxan söyüşləri 

saxlayır, saxladığıyçün, də zarıyır. 

–Siyavuş, sakit, ol, —deyə  rəssam  əlini rejissorun çiyninə 

qoydu, —bir toxta görək.  

Rejissor "Badamlı"nı stəkana tökmədən birbaşa  şüşədən 

başına çəkdi. Bir qədar sakitləşib rəssama tərəf döndü: 

–Görürsən də, görürsən də mənim günümü. Sən də deyirsən 

ki, bəs Brext belə  gəldi, Meyerxold belə getdi. Adə, bu 

məxluqnan Brext olar, bu məxluqnan Meyerxold olar? Üç 

kəlmə sözü səhərdən adam kimi buna dedizdirə bilmirəm. Mən 

köpək oğlu Feyzulla Kəbirlinskiynən böyük sənət yaradacam? 

—  Əsəbi titrək barmaqlarıyla papirosu götürüb yandırdı, 

sümürüb tüstünü ciyərlərinə  çəkdi. — Balam, səndən yaxşı 

pinəçi olar, çayçı, aşpaz, mən nə bilim camadar, məsciddə 

mürdəşir olar, amma daha aktyor yox, atam, aktyor yox. 

Aktyorluq sənətdir ey, ay müsəlmanlar, açın qulağınızı eşidin, 

iskusstvo. Yaradıcılıq. Tvorçestvo. Burda istedad lazımdır. 

Temperament, hərarət lazımdır. Bəli, hərarət. 36,6 hərarətiylə 

sənət yaratmaq olmaz. Gərək qaynayasan, yanasan ki, 

yaradasan. Yoxsa səsinin zor yerinə salmaqnan iş keçməz, 

atam balası, çığır-bağırnan obraz yaratmaq olmaz. Səsin 

gurdur, çox əcəb, get məscidə, ol əzançı. 

Feyzulla səhnədə lal-dinməz dayanmışdı. Pörtüb qıpqırmızı 

qızarmışdı. Bolluca tər tökürdü. Qırx ildi səhnədəydi və  qırx 

ildə cürbəcür rejissorlardan, aktyorlardan bu cür sözləri, 

töhmətləri az eşitməmişdi. Amma indi ona yer eləyən 



 386 

Siyavuşun son sözləri — məscid, əzan, mürdəşir söhbəti oldu. 

Teatrda hamı — Siyavuş özü də,  Əlikram da bilirdilər ki, 

Feyzulla ruhani ailəsindəndir, atası müfti olub. Bunu bəlkə 

bircə cavan rəssam bilmirdi — teatra təzə gəlmişdi. 

Rəssam pıçıldadı: 

–Ay Siyavuş, sakit ol bir az, — dedi. — Axı  bədbəxt 

neyləsin, bacardığı budur da.  

–Bəs mən köpək oğlu neyləyim? — deyə Siyavuş partladı, 

— mənim təqsirim nədir ki, cavan ömrümü belə insanların 

içində çürütməliyəm.  İki eşşəyin arpasını bölə bilmir, gəlib 

çıxıb səhnəyə. 

Rəssam ərklə:  

—Ayıbdır, Siyavuş, —dedi, — atan yerindədir. 

—Mənim atam qələt eləyər. Mənim atam çoxdan o dünyaya, 

mələklərə salam aparıb. Amma beləsi bilibitdən kimidir. Səni 

də, məni də basdıracaq, arxayın ol. Yüz il yaşayacaq. Niyə də 

yaşamasın? Nə  dərdi, nə  qəmi var? Qışqırırsan üstünə quzu 

kimi boynunu bükür, lal-dinməz dayanır. Ürəyində  də  yəqin 

hələ  mənə gülür ki, gör zalım oğlu nə özünü cırır. Bax, heç 

tükü də  tərpənmir. Doğrudan da nə iskusstvo, nə teatr? Qırx 

ildi gəlir, üç kəlmə sözünü deyir, maaşını alır, çıxır gedir 

bozbaşını yeməyə. Qırx il də bundan sonra belə ömür sürəcək. 

Bizik axmaq, dəridən çıxırıq, sənət, yenilik, inkişaf… Kimə 

lazımdır bunlar hamısı, ay Zeynal, dünya Feyzulla dünyasıdır. 

Rejissor ürəyini boşaldıb bir az sakitləşdi, yenidən papiros 

yandırdı, dərin bir qullab aldı, səhnəyə baxdı. Səhnədə 

Feyzulla mütilik heykəli kimi quruyub qalmışdı. Elə yazıq-

yazıq rejissora sarı baxırdı ki, Siyavuş özünü saxlaya bilməyib 

güldü.  Əvvəl dodağı qaçdı, gülümsündü, sonra bərkdən 

şaqqanaq çəkib güldü. 

—Mən ölüm Kəbirlinski, — dedi. — Elə belə məzəyçün o 

replikanı bir də de. 

Dəlisov xasiyyətli Siyavuşun gülüşünə cavab olaraq 

Feyzulla da mağmın-mağmın gülümsədi, hətta güldü də, amma 



 387 

sonra nə edəcəyini bilmirdi. Bilmirdi rejissorun təklifi ciddidir, 

ya zarafat, məşqi davam etdirir, ya elə belə dilxoşluq edir. 

Bilmədi ki, necə desin, birinci dəfə dediyi kimi (onda rejissor 

bəyənməmişdi, ayrı cürə göstərmişdi). Ya rejissor əvvəl 

göstərdiyi kimi, ya sonra göstərdiyi kimi, ya da tamam başqa 

bir tərzdə. Ya da bəlkə zarafatla desin. "Yox, zarafatı qoy özü 

eləsin, mən eləsəm, sonra xatası  çıxar, bilmək olmaz düşər-

düşməzi var". 

Var qüvvəsini, hafizəsini, təcrübəsini səfərbər edib gərgin 

bir səslə: 

–Bu gecə! Bu qoca! Bu ocaq! —dedi. Rejissorun 

şaqqıltısından diksindi: 

–Afərin Kəbirlinski, oğulsan oğul. Kişinin sözü bir olar, üç 

saat məşqimiz — bir fındıq. 

Sonra Siyavuş qəfilcə gülüşünü kəsib ciddiləşdi və birdən–

birə hamı rejissorun necə yorğun olduğunu aydın gördü. Sanki 

bütün bayaqkı ehtiraslı danışıqları, odlu şikayətləri, acı sözləri, 

bir qədər süni hərəkətləri — bütün bunlar hamısı bədən paltarı 

tarım saxlayan kimi onu gərgin və kip saxlayırdı.  İndi birdən 

bütün varlığı  çıxarılıb bir qırağa atılmış paltar kimi əzik, 

bürüşük, aciz və yorğun göründü. Ağır-ağır: 

–Yaxşı, gedin, — dedi. — Məşq qurtardı.  

Feyzulla teatrdan Əlikramla birlikdə çıxdı. 

Əlikram: 

–Gördün hərif na özündən çıxmışdı? — dedi. —Deynən 

səndən qabaq rejissor–zad görməmişik. Deynən başımızın tükü 

sanı sənin kimi rejissor görüb ötürmüşük. 

Feyzulla: 

–Ay Əlikram, sənin başında tük var ki, o misalı çəkirsən? —

deyə zarafat elədi, amma zarafatına nə özü güldü, nə  də 

Əlikram. Bir müddət səssiz addımladılar. 

Əlikram: 

–Bəs bazara getmirsən? — dedi.  

Feyzulla: 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə