A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə108/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   104   105   106   107   108   109   110   111   ...   168

 378 

canlanırdı. O illər, o günlər ki, bütün həyatım hələ irəlidə idi. 

Qəribə, dumanlı arzularla, xəyallarla dolu ömrüm —hələ  

ancaq gələcək idi. Ömür tərəzimin keçmiş gözü yüngül idi, 

göyün üzünə qalxmışdı. Gələcək gözü ağır idi, dolu idi, 

yükündən aşağı düşmüşdü. 

Qarşımdakı  həyat böyüklüyü və  təxminiliyinə görə 

sərhədsiz-kənarsız, formasız və sahilsiz bir şey kimi 

görünürdü. Elə bil uzaqdan yaxınlaşdığın naməlum bir şəhərin 

peyzajıydı. Hər şey də bir az duman içində idi. Elə bil ekranda 

fokusu düzəlməmiş filmə baxırsan. Bu dumanlı  mənzərədən-

dumanlı  şəhərin siqnal işıqları kimi, televiziya qülləsinin 

qırmızı işıqları kimi ayrı-ayrı nöqtələr görünürdü — hadisələr, 

qələbələr, döyüşlər. Ancaq bu gələcəyə yaxınlaşdıqca, yaşın 

artdıqca, kənd kinomexanikinin göstərdiyi filmdəymiş kimi 

fokus düzəlir, duman çəkilir, dumanın arxasından real həyat 

çıxır — real həyatın konturları, formaları, sahilləri, sərhədləri 

və onda bir çox şeyləri başa düşməyə, düzgün görməyə 

başlayırsan. Başa düşürsən ki, dünyanın rəngi bozdur və ayrı-

ayrı hadisələr, qəribə  işlər varsa da, onlar vadilər kimi vaxtın 

sonsuz səhrasında itib gediblər. Həyat elə uzundur ki, parlaq 

ola bilməz. Və ancaq sonda — axıb getmiş keçmişə dönüb 

nəzər salarkən çıxıb getdiyin, əbədi tərk etdiyin şəhərə baxan 

kimi, ona baxarkən, yenə də başa düşürsən ki, bu arxada qalan 

şəhər, bu mənzərə, bu axşam qaranlığında görünməzləşən 

keçmişində  hər halda nəsə var — hadisələr, sevinclər, 

qələbələr, məğlubiyyətlər. Və indi onları görürsən — tərk 

etdiyin  şəhərin axşam qaranlığında televiziya qülləsinin 

işıqlarını görən kimi. 

İçən kimi başlayıram çərənləməyə, dərin qırıldatmağa. Necə 

deyərlər, stəkanda tufan. Amma su stəkanında yox, araq 

stəkanında... 

Çaxırla dəm olmaq —işdə pillə–pillə qalxmaq kimidir. Bəs 

araq? Bir stəkan bəsdir. Bir stəkandan sonra kim istəsən 

olursan. İçən kimi Moskvadayam. Təyyarəsiz, qatarsız, pulsuz, 



 379 

biletsiz. Daraqomilov küçəsində yasəmənlər açır, bütün 

dostlarım yanımdadır, dünyada nə  qədər gözəl  şeylər var —

axşam radio xoru, "küçələrə su səpmişəm" mahnısı, Moskva 

mayı, kişi dostluğu, arvad barmaqları —uzun sərin barmaqlar, 

dəniz, yazın erkən çağında torpaq, Zuğulbada aylı gecə, Ağsu 

dolamalarını keçəndən sonra yağış, Tallinin qışı, Kürcüstan, bir 

də Heminqueyin yazdığı iri, ləng atlar —Monsuri parkındakı 

atlar... Monsuri parkı Parisdədir... Parisdə  də, mən heç vaxt 

olmamışam. Bir də  İçəri  şəhərin  əbədi daşları — heç kəsin 

dağıdıb sovura bilməyəcəyi daşlar.  Əsmərə danışdım ki, bir 

dəfə bir dostumla İçəri  şəhərə  gəlmişdik. Qədim hamamı 

sökürdülər. Kiminsə  səhlankarlığı ucundan hamama tarixi 

abidə lövhəsini vurmayıblar, cavan, sarışın buldozerçi də 

entuziastlar mahnısını oxuya-oxuya müdhiş maşınını bu yazıq, 

biçarə, sanki qorxusundan büzüşüb qalmış  tikintinin düz 

üstünə sürürdü. Biz haray-həşir qaldırdıq. "Mənə  nə var, — 

dedi, — mənə deyiblər, mən də sökürəm. Yoldaşım qaçdı ora-

bura zəng eləməyə, mən də oturdum buldozerin parçına. 

Buldozerçiyə dedim ki, hünərin var, məni burdan düşür. 

–Bilirsən gəl nəyin sağlığına içək? Bax, sən Moskvadan 

uçub gəlmisən. Camalla dünyanın yarısını gəzmisiz. Amma ən 

yaxşı  səyahət bilirsən hansıdır? Bilmirsən...  Ən yaxşı  səyahət 

araq şüşəsinin boğazından dibinə səyahət etməkdir. Gəl bax bu 

səyahətin sağlığına içək. 

Bu mənim  ənənəvi tostumdur. Kiminsə başını tovlamaq 

istəyəndə bu tostu deyirəm. Bəs  Əsmərə niyə bunu dedim? 

Ancaq daha özümü saxlaya bilmirdim. Danışır, danışır, 

danışırdım. Deyirdim ki, heç vaxt bir adam başqasını başa düşə 

bilməyəcək. Deyirdim ki, allah yoxdur, amma mən bir dəfə onu 

eşitdim: Açarların zəngindən eşitdim. Bu açarlarla o bizi — 

insanları təklik kameralarında bağlayıb, indi də gəzir özüyçün, 

açarlarını cingildədir. Amma bu təklik kameralarında insanlar 

hamısı eyni şeyləri görür —ulduzları, ayı, buludları, çarmıxa 

çəkilmiş  səmanın bir tikəsini, bir udumunu, yağışı — bizim 



 380 

ümumi  ərazimizi. Hər adamın həqiqəti onun içində bağlıdır. 

Seyf kimi, şkaf kimi. Bu seyfi, bu şkafı başqası aça bilmir, 

çünki birinin açarı başqasına düşmür. Hər adam öləndə torpağa 

onun açarlarını da basdırırlar. Biz öləndə də torpağa bizi — heç 

bir vaxt açılmamış şkafları basdıracaqlar. 

Aman allah, mən nə qədər boş-boş danışırdım. Dəm olsam 

da, birdən hiss elədim ki, o, mənə qulaq asmır və harasa baxır. 

–Hara baxırsan? —deyə mən kəskin soruşdum. 

–Orda güzgü var. Güzgüyə baxıram görəm mən hansı cür 

şkafa oxşayıram. 

Dənizə tərəf getdik. Gəmiyə iki bilet aldım. 

Dənizdən  əsən külək  Əsmərin saçlarının mürəkkəb 

səliqəsini alt-üst edirdi, o iki əllə yaylığından yapışıb, saçlarını 

birtəhər qorumağa çalışırdı. Mən onun çiyinlərini qucaqladım. 

Gəmi  şəhərdən get-gedə uzaqlaşır, dənizin çil-çıraqlarının 

əksinə boyanmış  işıqlı  tərəfindən ağır qaranlığına doğru 

gedirdi. Televiziya qülləsinin konturları itmişdi, onun qırmızı 

işıqları-gecənin düymələrinə oxşayırdı. 

Əsmər dəsmalıyla üzünü örtdü, ancaq alnı  və gözləri açıq 

qalmışdı. Alnı  və gözləri gözəl idi. Mən onun baş yaylığını 

götürüb alnını  və gözlərini örtdüm. İndi burnu, dodaqları, 

çənəsi açıq qalırdı  və onlar da gözəl idi. Mən yaylıqla onun 

sifətinin müxtəlif tərəflərini örtürdüm və hər dəfə qalan hissələr 

gözəl, kamil idilər. 

Gəmi uzun bir fit verdi və geri dönməyə başladı. Mən 

barmaqlarımı onun sərin əlində gəzdirdim. 

–Əzizim, — dedim, — sənin beş barmağın varmış. 

–Qəribədir, eləmi, qəribədir ki, altıbarmaq deyiləm.  

O bu sözləri yaylığın dalından dedi, mən yaylığı onun 

dodaqlarından qopardım və  Əsməri öpməyə başladım. Mən 

hiss elədim ki, yaylığı boynuma keçirdi və  bərk-bərk dartdı. 

Onun sifətinin bütün formalarını, bütün əzalarını duyur və 

Əsmərin pıçıltısını eşidirdim. 

–Bax, görürsənmi, səni buxovladım, yaylığımla.  



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə