A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə104/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   100   101   102   103   104   105   106   107   ...   168

 365 

kimisən, başqalarından birisən, rahatlaşırsan.  Əsəbiləşmirsən, 

hövsələdən çıxmırsan. 

—Gözəl fəlsəfədir, hansı dinə tapınmısan? Zaqorska gərək 

sən gedəydin. 

—Bax, bu təzə  şeydir. Məni indiyəcən bir çox şeylərdə 

ittiham ediblər —köhnəpərəstlikdə  və yalançı novatorluqda, 

konservatizmdə  və modernizmdə,  ənənələrin  əsiri olmaqda və 

ənənəyə xor baxmaqda, moda dalınca qaçmaqda və modadan 

geri qalmaqda və sairə  və sairə. Amma dindarlıqda hələ ki, 

ittiham olunmamışdım. Ağıllarına gəlməyib yəqin. 

—Belə de. Harda belə  səni ittiham ediblər. Deməli, sən 

böyük mübahisələr doğuran bir sənətkarsan, hə? Məsələn 

Pikasso kimi. 

—Yox, yox, ağlın ora getməsin. Bütün bu qızğın 

mübahisələr bizim şöbənin daxilində cərəyan edir. Şöbəmizdə 

də cəmi–cümlətanı səkkiz adam var. Bəndənizin şəxsiyyəti və 

işi də orda müzakirə olunur. 

—Yaxşı, axı sənin işin nədən ibarətdir? 

—Rayon mehmanxanalarının layihələrini çəkirəm. 

—Oy, Oqtay, əgər bilsəydin dünyada necə mehmanxanalar 

var. Bir mehmanxanalarda yaşamışıq, iki göz istəyir baxasan. 

Bolqarıstanda bilirsən necə otellər tikiblər, Zolotıye peski, 

Solneçniy bereq — adamın ağlı başından çıxır. Sən gərək 

görəsən onları. Camalnan mən... 

"Camalnan mən" ifadəsi məni xeyli əsəbiləşdirdi və odur ki, 

mən onun sözünü ağzında qoyub bir qədər kəskin xəbər aldım. 

—Yaxşı, nə deyirsən, bizə gedəcəyik? 

—Yox, yox, mən bura gizli gəlmişəm. Məni gərək səndən 

başqa bir kimsə görməsin. Tanış-bilişi nəzərdə tuturam. Gəl elə 

belə şəhəri gəzək, göstər mənə Bakını, gecə də uçub gedəcəm. 

Geriyə bilet də almışam. Yaxşımı? 

—Bəs  şəhəri necə  gəzəcəksən ki, istəmirsən səni görən 

olsun? 


—Budey, bax, — deyə o, qara eynəyini gözünə keçirdi, —


 366 

kim məni tanıyacaq? Kim tanıyacaq ki, mən həmin o 

Əsmərəm? Tanısalar da qoy isbat eləsinlər ki, mənəm, görək 

neçə isbat edəcəklər. 

Sürücü mənə tərəf döndü: 

—Yaxşı, xalaoğlu, — dedi. — Hara gedəcəyik. 

—Bax, burda saxla, — dedim. — Gəlib çatdıq. Çox sağ ol. 

Biz Dağüstü parka getdik, açıq yay kafesində yemək yedik. 

Bütün  şəhər ayaqlarımız altında idi. Bütün şəhər. Göy dəniz, 

gömgöy dəniz, bir də ağ, ağappaq gəmi. Krasnovodska gedən 

"Qırğızıstan" gəmisi. 

Bütün oğlan uşaqları kimi, biz də  dəniz sərgüzəştləri 

haqqında düşünür, Xəzərə baxıb uzaq limanlar, fırtınalar və 

okeanları arzulayardıq. Belə vaxtlarda coğrafiyanı da 

unudurduq.  Unudurduq ki, Xəzər ancaq böyük bir göldür. 

Dünyanın başqa dənizlərindən və okeanlarından ayrılmış qərib 

bir göl — təbiətin  əcaib eksperimenti. Dünyanın  ən böyük 

gölü. Ən böyük hovuzu. Ən böyük akvariumu. 

"Qırğızıstan" açıq dənizə  tərəf yönələrək uzun-uzadı fit 

verdi və bu fit səsi aramla şəhərin, dənizin üzərinə axıb 

əriyirdi. 

—O adanın adı nədir? —Əsmər əlini üfüqə tərəf uzatdı. 

—Nərgiz. 

—Nərgiz? 

—Əsil adı Nargindir. Amma mən ona Nərgiz deyirəm. 

—Hə, hə, Nargin. Yadıma düşdü. Uşaqlıqda o mənə çox 

sirli və  əfsanəvi görünürdü. Elə istəyirdim ki, bir ora gedim. 

Ora getmək olar? 

—İstəyirsən dəniz gəzintisinə çıxarıq. Adaya çıxmayacağıq, 

amma onu lap yaxından görəcəksən. 

—Nə yaxşı, gedək də onda. 

—Axşam gedərik. Daha romantik olsun. —Hiss elədim ki, 

istehza ona toxundu. 

—Gedək, — dedi. 

—Gedək. Ya bəlkə bir şey istəyirsən? 



 367 

—Yox, yox, nə danışırsan? Bilmirsən arıqlamaqçün nə 

müsibət çəkmişəm. İndi, deyəsən, normadayam. Elədir? 

—Yüz faiz. 

—Mən yoq sistemiylə arıqlayırdım. Bilirsən yoq sistemi 

nədir? 


"Yoq sistemi". İndi o, fransız xalçalarından, Kafkadan və 

Antonioninin filmlərindən, Qaliçin nəğmələrindən danışacaq. 

Aman allah, bu həmin o Əsmərdirmi? Həmin o Əsmər ki, 

səkkizinci sinifdə oxuyanda oğlanların tualetində bizim sinif 

jurnalını yandırmışdı.  Ədəbiyyat müəllimi ona üç qoymuşdu. 

Bu Əsmərin həyatında birinci "üç" idi. O, bütün dərslərdən əla 

alırdı. Xətti də sinifdə hamıdan yaxşı idi. Ədəbiyyat 

müəlliminin bu "namərdliyi"  Əsmərə elə yer eləmişdi ki

jurnalı yandırmaqla onun ürəyi soyumadı.  Ədəbiyyat 

müəllimindən dəhşətli intiqam aldı. Nədisə bu müəllimdən heç 

birimizin xoşu gəlmirdi, özü də bilirdik ki, o, arvadından oddan 

qorxan kimi qorxur. Eşitmişdik ki, arvadı ona göz verir, işıq 

vermir, həm də yaman qısqancdır. Əsmər də bunu bilirdi. Bir 

gün — o gün ədəbiyyat müəllimi səhərdən ikinci növbənin 

axırına qədər məktəbdə  dərsdə olurdu —Əsmər kişinin evinə 

gedib yazıq bir görkəmlə (masqa taxmağı uşaqlıqdan bacarırdı) 

müəllimin arvadından soruşub: "Müəllimə  nə olub, nigaran 

qalmışıq, xəstə deyil ki? Bu gün məktəbə gəlməyib". 

Bir fısqırıq qopmuşdu, gəl görəsən.  Əsməri məktəbdən 

qovacaqdılar. Babayev birtəhər girdi qanının arasına. 

Ədəbiyyat müəllimi isə bir neçə gün özünə  gələ bilmədi. 

Gözlərinin altında qapqara dairələr vardı. 

—Əsmər, yadındadı  ədəbiyyat müəlliminin başına nə oyun 

açardıq? Ocaqçının əhvalatı yadında? 

Dedim ki, ədəbiyyat müəllimindən xoşumuz gəlmirdi, hər 

dəfə o, sinfə girən kimi, ayaqlarımızla yeri döyərdik, soruşanda 

da bu nədir, cavab verirdik ki, biz nə bilək, yəqin aşağıda 

ocaqçı  işləyir. O, bizi başqa sinif otağına keçirtdi və biz hər 

şeyi təzədən başladıq. "Bu nədir, ocaqçı da bizim dalımızca 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə