A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 2,48 Mb.
Pdf görüntüsü
səhifə103/168
tarix28.06.2018
ölçüsü2,48 Mb.
#52388
1   ...   99   100   101   102   103   104   105   106   ...   168

 362 

—Ah, nə  qədər həssassınız. Qəlbiniz nə  qədər incədir. Bir 

şey dedim? Daha nə deyəcəksən? Dur bir söy də  məni. Bir 

buna bax, sən allah. Mən atıla-atıla ordan durub gəlmişəm 

bura, elə bilirsən asan məsələ idi mənimçün? Gəlmişəm ki, o 

uzaq axşamı qaytarım, o axşam ömrümun ən xoş günlərindən 

biri idi. Bu cənab isə özünü çəkib oturub, qoyub özünü dağ 

başına, heç bu gün ad günü də deyil. 

Mən güldüm. 

—Əzizim, — dedim, — inan ki, sənin gəlməyinə 

dünyalarca sevinirəm. Bu mənimçün bayramdır,  ən gözəl 

hədiyyədir. Səmimi deyirəm. Amma mən yazıq, mən biçarə 

neyləyim ki, dünyaya bu gün yox, sabah gəlmişəm. Əşi, bunun 

nə  əhəmiyyəti var? Əsas odur ki, sən gəlmisən. Bir şey 

danışmırsan axı, elə sirli görkəmin var ki, mən də qorxuram bir 

şey soruşum. 

—Yaxşı, qulaq as — Bu, yeni bir maska idi. Qayğısızlıq, 

şən, oğlanvari  şıltaqlıq maskası. —  Moskvadakı, bolqar 

attaşesinin arvadı çoxdandır mənə  təklif edirdi ki, Zaqorska 

gedək. Mən də razılıq verdim, sonra bir rəfiqəmi ona qoşdum, 

özüm də gəldim bura. 

—Allah, sən saxla, bircə diplomatik əngəllər çatmırdı. 

—Heç bir əngəl–flan yoxdur. Biz Camalla çoxdan Bakıya 

gəlməyə hazırlaşırıq. Bilirsən neçə ildir burdan çıxanıq. Bura 

gələndə  də  gərək azı bir ay qohumlara-tanışlara qonaq gedək. 

Bir də axı neçə il xaricdə yaşayandan sonra gəlirik, adı 

böyükdür. Dünyanın yarısını  gəzmişik. Hədiyyə-flan, özün 

bilirsən də... Mən daha bu illər ərzində hamıyçün hədiyyə alıb 

hazırlamışam, amma heç macal eləyib gələ bilmirik. Yəqin bu 

il də  gələ bilməyəcəyik. Bir aya yenə gedirik xaricə. Amma 

mənim... — birdən o lap uşaq kimi dodaqlarını büzdü, — İçəri 

şəhər yaman düşmüşdü könlümə. 

Onlar İçəri şəhərdə yaşayırdılar. Tez-tez gedərdim evlərinə. 

Köhnə pilləkənin altında iki göz kiçik otaq. Otaqların birinin 

pəncərəsi balaca, çirkli həyətə açılırdı. İkinci otağın yerli-dibli 



 363 

pəncərəsi yox idi. Bu otaq indiki kimi yadımdadır. Balaca, 

lampanın zəif işığında ədəbiyyatdan ifadə yazıya hazırlaşardıq, 

qış aylarında Əsmərin anası kerosinkanı gətirərdi otağa — bir 

az qızınmaq üçün. Anası deyərdi ki, evdə kişi olsaydı, bu 

otağın divarını deşib küçəyə  pəncərə açmaq olardı. Belə 

pəncərədən dəniz görünərdi. 

Müharibə çağının başqa uşaqları kimi, Əsmərin də uşaqlığı 

çətin olub. 

—Bəs niyə deməmisən Camala? 

—Qəribə sual verirsən. Camalı tanımırsan? Yadından çıxıb? 

O heç dəyişməyib. 

Yox, mənim yadımdan çıxmamışdı.  Əsmər məktəbi bitirən 

kimi Camalla nişanlandı. Camal Əsmərə köhnə sinif 

yoldaşlarıyla görüşməyi qadağan etmişdi. 

Hətta sinifdə oxuyan vaxtda da mən hərdən Camalın acıqlı 

baxışlarını tuturdum. Əsmər yoldaşlarıyla çox deyib güləndə. 

Bizim yaşımız — bizim ümumi vətənimiz idi və bu vətəndə 

Camal qərib idi. O bunu duyurdu. Ancaq mən bunu sonralar 

başa düşdüm. 

Əsmər Xarici dillər institutuna daxil oldu. Camal orda dərs 

deyirdi, bir ildən sonra evləndilər, Camal ailəsindən ayrı, tək 

yaşayırdı,  Əsmər də onun evinə köçdü. Bir gün Əsmər bizə 

zəng elədi və hamımızı qonaq çağırdı. — TAncaq düz 12-də 

ha" 

Biz hamımız gəldik — oğlanlar, qızlar, bir yerdə böyümüş, 



bir-biriylə qapaz-qapaz oynayan uşaqlar.  İndi də gözümün 

qabağındadır, ö gün. 

Başqa bir aləmə düşmüşdük. Tərtəmiz, hədsiz səliqəylə, 

hədsiz zövqlə bəzədilmiş bu mənzil tamam başqa bir dünya idi. 

Bu aləmin hər detalı, hər əşyası qeydi-adi idi və Əsmər də bu 

aləmin bir əşyası idi. Amma nigaran, öz yerini tapa bilməmiş, 

narahatlıqla bu yeri axtaran əşyası, sanki o yeri tapıb, əbədi o 

yerdə sabitləşmak, hərəkətsizləşmək, donub qalmaq istəyən bir 

əşyası. 



 364 

Əsmər Camalın adını belə  çəkmədən: "Leksiyadadır, —

dedi, — ikiyə  qədər leksiyada olacaq. İki saat vaxtımız var", 

Bu sözlərdən hamı özunü daha da pərt, narahat hiss etdi. Ən 

çox da Əsmər özü. 

Əsmər qızlara mənzili göstərirdi. Biz oğlanlar isə otaqda 

qalmışdıq, eşidirdik ki, hardasa siyirtmələr çəkilir, cürbəcür 

mexanizmlər və cihazlar quruldayır, hardasa su axıdılır. Biz 

özümüz də  ağzımızı açıb servantın içinə tamaşa edirdik. 

Servantın içi növbənöv ekzotik içkilərlə  və çeşid-çeşid xarici 

markalı siqaretlərlə dolu idi. 

Sonra  Əsmər hamımızı masanın arxasında oturtdu. Özü 

mətbəxə keçib, bir boşqab gətirdi. Boşqabda isə... İndi də bunu 

xatırlayanda boğazım qəhərlənir — boşqabda yeddi dənə ucuz 

kağıza bükülmüş dondurma var idi — hərəmizə biri. Əsmər 

düşüb, onları bizimçün almış  və buz dolabının bir güncündə 

gizlətmişdi. O bizi bircə buna qonaq edə bilərdi. 

O an ömrümdə ilk dəfə mənə elə gəldi ki, Əsməri sevirəm 

və birdən istədim onu götürüb burdan qaçam, heç bilmirəm 

hara, bəlkə yenə İçəri şəhərə. 

Bundan sonra onu görmədim, bəlkə  də  təsadüfən bir–iki 

dəfə küçədə rastlaşmışdıq, bilmirəm, hər halda yadımda 

qalmayıb. Bir qədər sonra onlar Bakıdan köçüb getdilər. 

—Bax deyəsən şəhərə çatmışıq. Evləri görürsən, bu lap təzə 

rayondur. 

—Biz hara gedəcəyik? 

—Bizə, əlbəttə, bizə. 

—Yox, yox, nə danışırsan? Evdə anan, qardaşın. 

—Bacım, —dedim, — qardaşım Moskvadadır. Oxuyur. 

—Harda? 


—Memarlıq institutunda. 

—Sənin kimi, hə? Yaxşı, de görüm işindən razısan? 

—Necə deyim, ümumiyyətlə razıyam. Bilirsən illər 

keçdikcə adamın ağlı  gəlir başına. Daha özünü bəşəriyyətin 

dahisi hesab eləmirsən, Dərk eləyəndə ki, sən də başqaları 



Yüklə 2,48 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə