359
Camalı Yaxın Şərq ölkələrindən birinə göndərirlər.
Camal onun əridir. Böyük diplomatdır. Doğrudan, məcazi
yox, hərfi mənada. Yalançılar sözü, Avropanın bütün
ölkələrində işləyib. Az qala səfirdi, attaşedi nədi. Yox, əlbəttə,
səfir yox, amma axır vaxtlar deyəsən, doğrudan da attaşe
işləyirdi.
Adamlarda qəribə bir xasiyyət var — bir-biriylə əlaqələrini
dramatik şablon üzrə qururlar. Məsələn, əvvəl mən filankəs
haqqında çox yaxşı fikirdə idim, sonra onu tanıdım, gördüm nə
yuvanın quşudur. Və yaxud: əvvəl o məni açmadı, amma sonra
gördüm ki, qızıl kimi adamdır.
Bu şablonun, bu sxemin səbəbi, məncə, ondadır ki, hər
adam sövqi-təbii bir dramaturqdur. Hər adamda dramatik
inkişaf ehtiyacı, xarakteri açmaq, süjet hərəkəti yaratmaq, nə
bilim daha nə ehtiyacı var. O ki, qaldı Camalla mənim
münasibətlərimə — burda heç bir dramatik inkişaf, dəyişmə,
xarakterin açılması və bu kimi şeylər yox idi. Əvvəlcədən
Camal məni açmadı. Ondan sonra da heç vaxt fikrimi
dəyişmədim. Xoşuma gəlmədi, vəssalam, bir dəfə gəlmədi və
həmişə, daima gəlmirdi... Yəni sözün düzü, axır vaxtlar son
yeddi-səkkiz ildə heç onunla görüşməmişdik də. Bir dəfə ötəri,
Moskvada ona rast gəldim. Dedi ki, Əsmər doğum evindədir.
Vəliəhd gözləyirik. Yadımdadır, elə beləcə dedi: vəliəhd
gözləyirik.
Sonralar Bakıda bildim ki, qızları olub.
Əsmər Bakı torpağına düşəndə üzündə həyəcan, bir qədər
süni, bir qədər qeyri-təbii çılğınlıq vardı, amma indi yavaş-
yavaş bu həyəçan, bu çılğınlıq qrim təkin onun üzündan
yuyulub-silinir, yerinə azacıq əsəbi nigaranlıq ifadəsi gəlirdi.
Amma, kim bilir, bəlkə bu da onun maskalarından biri idi.
Sənin neçə maskan var, — deyə vaxtilə mən ondan xəbər
alardım. O vaxtlar, mənim belə suallar vermək yaşım çatmışdı,
amma bu suallara özümün cavab tapmaq vaxtı hələ qarşıda idi.
—Bura bax, — deyə o, həvəslə sükutu pozdu, amma bu
360
həvəs özü bir qədər saxta idi, — bilirsən, hamıdan qaçmışam.
Ərimdən, qızımdan, dostlarımdan, hətta dərzimdən — bu gün
gərək onun yanına gedəydim. Düzdü, tamam, qaçmamışam,
bircə günlüyə. Gecə uçuram geri. Gəldim sənin ad gününü
təbrik edəm, amma görürəm sən çox da elə sevinmirsən.
—Boşla görək, həddindən artıq şadam ki, gəlmisən.
Fədakarlığını da lazımınca qiymətləndirirəm, həm də ki,
hadisələri qabaqlayırsan. Mənim bu fani dünyaya qədəm
basdığım gün bu gün deyil, sabahdır.
—Necə yəni sabah? Bu gün 29-u deyil?
—Elədir. Amma mən 30-da anadan olmuşam. 1 May
bayramına hədiyyə kimi.
—Yox, — bu sözü elə qəti dedi ki, az qala məni də şübhəyə
saldı, mənim lap yaxşı yadımdadır ki, sizə ayın 29–da
gəlmişdim.
"İlahi, gör nəyi yadında saxlayıb? — deyə düşündüm və hiss
etdim ki, qəhərlənirəm. Qəhərlənirdim ki, bu qadın, indi mənə
tamamilə yad olan bu qadın, Diorun geyimlərilə bəzənmiş bu
qranddama mənim baş tutmamış ilk sevdam —uzaq və
unudulmuş uşaqlıq rəfiqəm o axşamı, 29 aprel axşamını,
illərin, ölkələrin, yad üzlərin, yad sözlərin içindən keçirib
saxlamışdır. Lap mənim özüm təki. Axı mən də o axşamı
dolaşıq ömrümün illəri, günləri içində itirib atmamışdım. İndi
də o axşam — rəngləri, səsləri, qoxularıyla birlikdə içimdədir.
O il biz məktəbi bitirirdik, anam icazə verdi ki, bütün sinfimizi
qonaq çağırım. Ad günümü də 30-dan 29-a, şənbə gününə
keçirtdik. İndi neçə illərdən sonra o axşam burada taksidə
bizim aramızda — Əsmərlə mənim aramda idi. O axşam
Əsmərin mənə gətirdiyi nərgizlər, bir də onun qısa vurulmuş
saçları. Məhz o axşam Əsmər uşaqlıq illərinin uzun hörüklərini
kəsdirmişdi.
Yadımdadır, bizim riyaziyyat müəllimimiz Babayev
lövhənin qabağında bizə teoremi izah edərkən qəfilcən susardı,
fikrə gedərdi, sonra əzbərdən Ömər Xəyyamın, ya Füzulinin bir
361
beytini deyərdi. O, Şərq poeziyasının bilicisi, aşiqi idi. Əsmərin
uzun hörüklərinə o, — Şəbi Yelda deyərdi Sonra da bizə başa
salardı ki, Şəbi Yelda ilin ən uzun gecəsi — 22 dekabr
kecəsidir. Əsmərin saçlarını qısa kəsilmiş görəndə kişinin az
qaldı dili tutulsun. Düz bir həftə dərsdə ancaq riyaziyyatla
məşğul olduq. Babayev indi ancaq teoremlər isbat edir, həll
etdiyimiz məsələləri yoxlayır, tapşırıqlar verirdi. Bir həftə
sonra lövhə qarşısında yenə bir teoremi izah edərkən. O, birdən
dayandı, bizə tərəf çevrildi və Əsmərə baxdı: —İndi sənin
saçların 22 iyun gecəsidir, — dedi.
Bu obrazın Şərq poeziyasına heç bir dəxli yox idi. Onu
bizim riyaziyyat müəllimimiz icad etmişdi.
Əntiqə kişi idi Babayev. Kök, yekəpər, ürəyiaçıq, gah hirsli,
üzünü görmə, gah xoş, mehriban, gah acıqlı, gah şən. Həmişə
də səsli-küylü. Amma öləndə sakit öldü. Sakit və səs-küysüz.
Səssiz-səmirsiz dayanan saat kimi. Çoxumuz onun ölümünü
neçə ay keçəndən sonra bildik. Belə uzun müddətdən sonra
başsağlığına getmək gülünc çıxardı. Getmədim.
—Sən bildin ki, Babayev ölüb?!
O, qəmlənmədi, elə belə — üzünə kədər maskası taxdı.
—Hə, yazıq. Camal dedi mənə.
Camal da bizim müəllimimiz idi. O bizim məktəbə gələndə
biz doqquzuncu sinifdə idik. Camal bizdən vur-tut yeddi-səkkiz
yaş böyük idi. Bizə ingilis dili dərsi deyirdi.
—Yaxşı, bir danış görüm nə var, nə yox. Necə keçir ömrün?
—Belə də, — deyə həvəssiz cavab verdim və hiss etdim ki,
cavabımın soyuqluğu ona toxundu, odur ki, dərhal soruşdum:
—Sən danış. Sən necə yaşayırsan?
—Əla — dedi. — Əladan da əla. Əsas etibarilə xaricdə
ömür keçiririk. Amma Moskvada da həyatımız əla keçir. Yeni
evdə üç otaqlı mənzil. Telefonu, altında qarajı, vannada qara
kafel, döşəməsi plastik...
—Sənə nə olub? Niyə özündən çıxmısan. Məgər mən sənə
bir şey dedim?
Dostları ilə paylaş: |