A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə163/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   159   160   161   162   163   164   165   166   ...   190

 

 

454 



əksini  tapmıĢdır.  "Balıq"  çeĢnili  Qarabağ  xalçalarının  1811-ci  ildə  toxunmuĢ  bir 

nümunəsi  hazırda  Tiflis  Ģəhərindəki  Xalq  Tətbiqi  Sənəti  muzeyində 

saxlanılmaqdadır. 

Gəncə  -  Qazax  xalçaları  Qarabağ 

xalçaları  kimi,  hündür  xovlu  olmaları  ilə 

səciyyələnir.  Gəncə  xalçalarının  məĢhur 

çeĢniləri  ―Köhnə  Gəncə‖,  ―Topalhəsənli‖, 

―Samux‖,  ―Gədəbəy‖,  ―Çıraqlı‖,  ―Çaylı‖  və 

s.-dən ibarətdir. [204].  

Qazax  xalçalarının  əsas  ornamental 

xüsusiyyətlərindən  birini  gölün  ətrafında  geniĢ 

rəng fonunun yaradılması təĢkil etmiĢdir. ġıxlı, 

Salahlı,  Dağkəsəmən,  Qaymaqlı,  Ağköynək, 

Çaylı,  Öysüzlü  kəndləri  Qazax  xalçaçılığının 

baĢlıca  istehsal  mərkəzləri  və  eyniadlı  xalça 

çeĢnilərinin  tipik  nümunələri  olmuĢdur.  Borçalı 

xalçaları  ("Qarayazı",  "Qaçağan")  həm  texniki, 

həm  də  çeĢni  xüsusiyyətləri  cəhətdən  tarixən 

Qazax xalça tipinə yaxın olmuĢdur [205]. 

Xonçasız  xalça  çeĢniləri  arasında 

özünün  zəngin  bədii  ornament  məziyyətlərinə 

görə,  gül  motivli,  o  cümlədən  "Nəlbəki  gül" 

kompozisiyasına  malik  çeĢni  növü  diqqəti  daha 

çox cəlb edir. SənətĢünaslıq ədəbiyyatında çox 

vaxt  "Minə  xani"  adı  ilə  bəlli  olan  və  ġərq 

ölkələrinin  xalçaçılıq  sənətində  geniĢ  yayılmıĢ 

bu  çeĢninin  orta  gölü  baĢdan  baĢa  nəlbəkiyə 

bənzəyən  iri  həcmli  çiçəklər,  xüsusilə  zanbaq 

çiçəyi  düzümü  ilə  bəzədilib  tərtiblənmiĢdi. 

Çiçəklərin  ağ rəngini  nəzərə çapdırmaq  üçün bu  tipdə olan  xalçaların  yerliyi,  adətən 

yaĢıl  bəzən  isə  qırmızı  rəngli  ilmələrlə  doldurulurdu.  Ənənəvi  xalçaçılıq  sənətinin 

zəmanəmizədək gəlib çatmıĢ qədim çeĢni nümunələrindən biri də "buta" kompozisıyalı 

xalça növü olmuĢdur. Bu tipdən olan xalçaların bəzək-naxıĢ kompozisiyası baĢdan-baĢa 

buta motivli rəsm nümunələri ilə tərtiblənirdi. 

Buta motivli bəzək növünə təkcə xalçaçılıq sənətində ("Xilə buta", "ġirvan buta", 

"TalıĢ buta", "Naxçıvan buta", "Gülabdan buta" və s.) deyil Azərbaycanın digər tətbiqi 

sənət  sahələrində,  xüsusən  kəlağayı,  tirmə,  tikmə,  qələmkarlıq  məmulatı,  mis  qablar 

üzərində  ("ġah  buta",  "Bala  buta",  "Tərsavand  buta",  "Çiçəkli  buta"  və  s.)  təsadüf 

olunur. 


 

 


 

 

455 



BƏZZAZLIQ 

 

Ənənəvi  parça  istehsalında  bəzzazlıq  mühüm  yer  tutmuĢdur.  Yerli 



xammal  əsasında  inkiĢaf  edən  bu  sənət  pambıqçılıq  təsərrüfatı  ilə  üzvi  surətdə 

bağlı olmuĢdur. 

Orta  əsrlərdə  Təbriz,  Mərənd,  Ordubad,  Gəncə  və  s.  Ģəhərlər 

Azərbaycanda  pambıq  parça  istehsalının  baĢlıca  mərkəzlərinə  çevrilmiĢdi.  [206] 

Evliya Çələbinin yazdığına görə, Naxçıvanın çit parçaları, qələmkar süfrələri bütün 

dünyada  Ģöhrət  qazanıbmıĢ  [207].  Son  orta  əsrlərdə  pambıq  parça  istehsalında 

Təbriz,  Marağa,  Mərənd,  Xoy,  Gəncə,  Bakı,  ġamaxı,  Kəhpəvan  görkəmli  yer 

tuturdu  [208].  E.Çələbi  Marağa  əhalisinin  bəzzaz  və  digər  toxuculardan  ibarət 

olduğunu xəbər verir [209]. Kəhrəvan özünün qələmkar, basma çit və bez parçaları 

ilə məĢhur olmuĢdur [210]. 

XIX  əsrdə  Azərbaycanın  pambıq  parça  istehsalında  Gəncə,  Naxçıvan  və 

Ordubad  görkəmli  yer  tuturdu.  Bununla  yanaĢı,  bəzzazlıq  sənəti  ġamaxı  və  ġuĢa 

Ģəhərlərində də davam etdirilməkdə idi. 

XIX  əsrin  30-cu  illərinə  aid  yazılı  mənbələr  Azərbaycan  bəzzazlığının 

ümumi vəziyyəti barədə dolğun təsəvvür yaradır. Bu dövrdə bez istehsalı, əvvəllər 

olduğu kimi, təkcə Ģəhər karxanalarında deyil, ev peĢəsi formasında kəndlərdə hələ 

də  qalmaqda  idi.  XIX  əsrin 30-cu illərində  Qazax distansiyasından bəhs edən bir 

mənbədə  xalça, palaz, Ģal  və  bu kimi  yun  məmulatı ilə  yanaĢı,  hər bir ailədə  bez 

toxunduğu xəbər verilir [211]. Həmin dövrdə ġamaxı Ģəhəri ilə yanaĢı, ġirvanın bir 

sıra  kəndlərində  pambıqdan  tuman,  köynək  və  örpək  hazırlamaq  məqsədilə  bez 

toxunurdu  [212].  Mənbənin  yazdığına  gorə,  Rusiyada  kətan  necədirsə,  burada  da 

bez eləcə adidir [213]. 

Ənənəvi  bez  istehsalında  baĢlıca  yeri  Ģəhər  karxanaları  tuturdu.  Bu 

dövrdə,  yəni  30-cu  illərin  əvvəllərində  təkcə  Gəncə  Ģəhərində  164  nəfər  toxucu 

[214] olmuĢdur ki, bunun da böyük əksəriyyətini bəzzazlar təĢkil edirdi. XIX əsrin 

30-cu  illərində  Naxçıvan  Ģəhərində  təkcə  bəzzazların  sayı  40  nəfərə  çatırdı  [215]. 

Həmin  dövrdə  Naxçıvan  və  Ordubadda  271  nəfər  toxucu  iĢləyirdi  ki,  [216] 

bunların da çoxu bəzzazlardan ibarət idi. 

Bez istehsalının mühüm mərkəzlərindən birinə çevrilmiĢ Gəncə Ģəhərində 

müxtəlif  çeĢiddə  pambıq  parça  toxunurdu.  XIX  əsrin  30-cu  illərində  Gəncə 

karxanalarında 30 bez dəzgahı iĢləyirdi. Həmin dəzgahlarda il ərzində 2000 top ağ 

bez,  200  top  qırmızı  bez  (Ģilə)  və  400  topa  yaxın  calamaya  (nazik  bez) 

toxunmuĢdur [217]. 

1829-cu  ildə  ġuĢa  Ģəhərində  80  toxucu  dəzgahı  olan  28  bez  karxanası 

fəaliyyət  göstərirdi.  Ġl  ərzində  burada  hər  birinin  uzunluğu  10  arĢın,  eni  7  gireh 

olan 8000 top bez toxunurdu [218]. 

XIX  əsrin  30-cu  illərində  ġamaxıda,  ağ  və  qara  rəngdə  olmaqla,  iki  cür 

bez istehsal edilirdi. ArĢınnüma toxunan ağ bezin hər topunun uzunu 12 arĢın, eni 



 

 

456 



1-1/4 arĢın, qara bezin isə uzunu 10 arĢın, eni 3/4 arĢına çatırdı. Həmin dəzgahlarda 

bezdən əlavə hər birisinin uzunluğu 8 arĢına çatan yorğan üzü də toxunurdu [219]. 

Bəzzaz dəzgahlarının hər birində, iki nəfər iĢləməklə, gün ərzində 3 ədəd 

bez və ya yorğanüzü toxunurdu [220]. Əmək  məhsuldarlığı barədə aydın təsəvvür 

yaradan  bu  məlumatdan  bir  daha  aydın  olur  ki,  Ģəhər  karxanalarındakı  bez 

dəzgahları  mütəhərrik  quruluĢa,  yəni  təpkən  vasitəsilə  hərəkət  etdirilən  nirəĢana 

sisteminə malik imiĢ. 

Daxili tələbatın qalması ilə əlaqədar Azərbaycanda bəzzazlıq sənəti XIX 

əsrin 40-50-ci illərində hələ də davam etməkdə idi. Xəzər vilayəti rəisinin 1841-ci 

ilə  dair  hesabatında  ġirvan,  TalıĢ  və  Quba  əyalətlərinin  fərdi  təsərrüfatlarında 

becərilən  pambıq  məhsulunun  bir  hissəsinin  ev  məiĢətində  iĢləndiyi,  yerdə  qalan 

hissəsinin  isə  yerli  bez  istehsalına  sərf  olunmaq,  yaxud  Rusiya  və  digər  ölkələrə 

ixrac edilmək üçün satıĢ bazarlarına çıxarılması barədə məlumat verilir [221]. Bakı 

əyalətinin 1842-ci ildəki vəziyyətinə dair hesabatda isə məhdud miqdarda becərilən 

AbĢeron pambığının bir hissəsindən yerli istehlak məqsədilə bez toxunduğu, qalan 

hissəsinin  Quba  əyalətinə  göndərildiyi  xəbər  verilir  [222].  1843-cü  ildə  ġirvan 

qəzasında  35,  Dərbənddə  10  bez  karxanası  fəaliyyətdə  idi  [223].  50-ci  illərinin 

əvvəllərində Gəncədə təkcə calamaya (nazik bez) istehsalı üzrə 30 dəzgah iĢləyirdi 

[224]. 

Xam  bezdən  bəsit  boyama,  qələmkarlıq  və  ya  basma-naxış  üsulu  ilə 



müxtəlif növ pambıq parçalar hazırlanırdı. 

Bez  əksər  hallarda  təbii  ağ  rəngdə  toxunandan  sonra  müxtəlif  rənglərə 

boyanırdı. Onu qırmızı rəngə boyamaqla "Ģilə", tünd göy rəngə boyamaqla "qədək" 

əldə  edilirdi.  Bezin  qaba  növü  sayılan  codananı  mavi  rəngə  boyamaqla  ondan 

"çadra" hazırlanırdı. 

Codana  möhkəm  və  davamlı  olduğundan  uzun  müddət  məiĢət 

əhəmiyyətini  saxlamıĢ  və  ucuz  fabrik  parçalarının  rəqabətinə  dözmüĢdür. 

Codananın  möhkəmliyini təmin etmək  üçün, adətən, onun  əriĢ və  arğaçı nisbətən 

yoğun əyrilməkdən baĢqa, həm də möhkəm bükdərilirdi. 

Codananın əriĢ və arğacı toxunmazdan əvvəl bəzən mavi rəngə boyanırdı. 

Bu halda o, arĢınnüma deyil, ədədi qaydada toxunaraq çadra kimi iĢlənirdi. 

Bezin  əriĢ  və  arğacı  bəzən  müxtəlif  rənglərə  boyanaraq  zolaqlı,  yaxud 

damalı (xanalı) olmaqla müxtəlif çeĢiddə toxunurdu. Buna müvafiq olaraq zolaqlı 

toxunmuĢ bez "təfsilə", onun damalı növü isə "çadraĢan" adlanırdı. 

Təfsilə toxumaq üçün əriĢ düzümünü əmələ gətirən ipliyin rəng çaları hər 

dəfə  müəyyən  saydan  sonra  növbəli  qaydada  aldəyiĢik  edilirdi.  ƏriĢ  tellərinin 

düzümündə  rənglərin  dəyiĢməsi  nəticəsində  toxunma  zamanı  parçanın  üzərində 

boya-boy zolaqlar əmələ gəlirdi. Zolaqların enli və ya ensiz, yaxud gah enli, gah da 

düĢməsi  əriĢ  düzümündə  müvafiq  rəngli  ipliyin  miqdarı  ilə  tənzimlənirdi.  Bəzən 

təfsilə  "miləmü"  toxuma  texnikası  ilə  hazırlanırdı.  Bu  halda  onun  əriĢi  yekrəng, 

arxacı isə müxtəlif rənglərə boyanmıĢ bir neçə cərgə iplikdən ibarət olurdu. Arğac 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə