A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə2/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 



F.Engelsin  qeyd  etdiyi  kimi:  "...bu  çox  qədim  dövr  -  hər  hansı  bir  Ģəraitdə  bütün 

gələcək nəsillər üçün son dərəcə maraqlı bir dövr olub qalacaqdır, çünki, həmin dövr, 

çox  sonrakı  daha  yüksək  inkiĢafın  əsasını  təĢkil  edəcəkdir,  çünki  həmin  dövrün 

baĢlanğıc  nöqtəsi  insanın  heyvan  aləmindən  ayrılmasından,  onun  məzmunu  ilə 

gələcəkdəki  birləĢmiĢ  insanların  heç  bir  zaman  təsadüf  etməyəcəkləri  çətinliklərin 

aradan qaldırılmasından ibarətdir". 

Etooqrafik əsərlərin yazılmasında arxeologiya elmi kimi tarix elminin aparıcı 

rolu da danılmazdır. Ona görə də, tarix elminin nailiyyətlərindən, müxtəlif xarakterli 

qaynaqlardan,  səyyahların,  tacirlərin,  alimlərin,  Ģairlərin  əsərlərindən  yeri  gəldikcə 

istifadə  edilmiĢdir.  Buraya  ayrı-ayrı  məsələlərlə  bağlı  muzey  kolleksiyaları,  arxiv 

materialları və dövrü mətbuat da daxil edilmiĢdir. 

Azərbaycan  xalqının  mənĢəyinin  və  təkamülə  çatmasının  öyrənilməsində 

antropologiya elminin rolu son dərəcə böyükdür. Ona görə də üçcildlikdə bu problemə 

yeri  gəldikcə  müraciət  edilir.  Əsərin  birinci  cildilə  bağlı  kənd  təsərrüfat  elmlərinin 

məlumat  və  müddəalarından  daha  geniĢ  Ģəkildə  istifadə  edilmiĢdir.  Sənətkarlıq 

sahələri  ilə  əlaqədar  məsələlərin  Ģərhində  incəsənət  sahələrinə  də  müraciət 

edilmiĢdir. 

Etnoqrafıya elmi  hər  hansı bir  materialı təkcə qeydə almaq, təsvir etmək  kimi 

deyil,  eyni  zamanda  onun  nесə  əmələ  gəldiyinin  bərpasına  çalıĢır,  əhəmiyyətini 

göstərir,  sadədən  mürəkkəbə  doğru  inkiĢaf  mərhələlərini  izləyir.  Müqayisəli 

materiallarla tədqiq edir. Tarixi ardıcıllığı üstün tutur. 

Etnoqrafiya  xalqın  əmək  fəaliyyətinin  zəngin  irsinin,  dünyagörüĢünün 

araĢdırılmasında əvəzsiz rol oynayır. Əmək insanın heyvanat aləmindən ayrılmasında 

ilkin və əsas Ģərt kimi mənalandırılır. Onun sonrakı inkiĢaf fəaliyyətinin əsasını təĢkil 

edir. F.Engelsin təbirincə desək: "Əmək bütün insan həyatının birinci əsas Ģərtidir, həm 

də о dərəcədə belə bir əsas Ģərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü 

əmək yaratmıĢdır". 

Azərbaycan  xalqının  etnoqrafiyası  onun  tarixi  qədər  zəngin  və  qədimdir.  Bu 

çoxsahəli zəngin irsi hərtərəfli araĢdırmadan, onun tarixini də yüksək elmi səviyyədə 

tədqiq  etmək  qeyri-mümkündür.  Deməli,  etnoqrafiya  elmi  hazırda  qurub-yaradan 

Azərbaycan xalqının qədim və müasir tarixinin öyrənilməsinə təsirli kömək göstərir, 

onu yeni dəlil-sübutlarla zənginləĢdirir. 

Heç  Ģübhəsiz,  "Azərbaycan  etnoqrafiyası"nın  nəĢr  edilməsi  çoxcildlik 

Azərbaycan tarixi, ədəbiyyatı, folkloru, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə 

xalq  təsərrüfatı  tarixinin  yazılmasına  xeyli  kömək  edəcək,  həmin  əsərlərin  daha  da 

dolğunlaĢmasına və zənginləĢməsinə imkan yaradacaqdır. 

Uzun  illərin  və  gərgin  əməyin  məhsulu  olan  Azərbaycan  etnoqrafiyası  bu 

Ģəkildə  etnoqraflarımız  tərəfindən  ilk  dəfə  qələmə  alınır.  Üç  cilddən  ibarət  olan  bu 

ciddi araĢdırmada demək olar ki, etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərin 

hamısı yetərincə öz əksini tapmıĢdır. 

Xatırladaq ki, bu üç cildliyin əhatə dairəsi daha geniĢ olsa da, onun tədqiqat 



 

 



obyektinin əsasını XIX əsr və XX əsrin əvvəlləri təĢkil edir. Üçcildliyin birinci cildində 

"Azərbaycan  xalqının  təsərrüfat  həyatı"  və  "Sənətkarlıq"  sahələri  xronoloji  ardıcıllıq 

prinsipinə  uyğun  Ģəkildə  özünün  geniĢ  əksini  tapmıĢdır.  Ġkinci  cild  "Maddi 

mədəniyyət"  və  "Ailə  və  ailə  məiĢət",  üçüncü  cild  "Mənəvi  mədəniyyət" 

problemlərini əhatə edir. 

Azərbaycan  etnoqrafiyasının  əsas  tərkib  hissələrindən  olan  əkinçilik  və 

maldarlıq  mədəniyyətinin,  çoxsaylı  sənətkarlıq  sahələrinin,  maddi  və  mənəvi 

mədəniyyət məsələlərinin daha dolğun və əhatəli Ģəkildə araĢdırmasında təbii-coğrafi 

Ģəraitin son dərəcə böyük, bir sıra hallarda isə müstəsna rolu vardır. Bu mühüm cəhəti 

nəzərə  alaraq  əsərdə  ölkəmizin  coğrafiyası  qısa  oçerk  Ģəklində  öz  əksini  tapması 

təbiidir. 

Birinci cilddə Azərbaycanda zaman-zaman yaĢayan əhalinin iki milyon illik 

tarixi  nəzərdən  keçirilir.  Burada  Paleolit,  Neolit,  Eneolit  və  Tunc  dövrləri,  ibtidai  icma 

quruluĢunun  dağılması,  ilk  sinifli  cəmiyyətin  və  dövlətin  yaranması,  feodalizmin 

bərqərar  olması  və  inkiĢafı,  eləcə  də  kapitalizmin  təĢəkkülü  prosesinin  qısa  Ģəkildə 

Ģərhi verilmiĢdir. 

Həqiqətdir ki, bəĢər tarixinin ən qədim və əsas kəĢflərindən biri, insanlar üçün 

həyatı  məna  kəsb  edən  əkinçilik  mədəniyyətidir.  Ərazimizin  əlveriĢli  təbii-coğrafi 

Ģəraitə  malik  olması  burada  qədim  zamanlardan  müxtəlif  təsərrüfat  sahələrinin 

yaranması və sonrakı inkiĢafına əsaslı zəmin yaratmıĢdır. Azərbaycanda yabanı аrpа və 

buğda,  taxıl  növlərinin  mövcudluğu,  yığıcılıq  iĢilə  məĢğul  olan  ibtidai  insanların 

tədricən əkinçilik vərdiĢləri yeni mədəniyyətinin yaranmasına gətirib çıxarmıĢdır. 

Azərbaycan təkcə Qafqaz da deyil, həm də ġərq ölkələri arasında ən qədim 

kənd  təsərrüfatı  ölkələrindən  biri  kimi  tanınır.  Burada  hələ  Neolit  dövründə  dəmyə 

əkinçilik  əhalinin  təsərrüfat  həyatında  əsas  yerlərdən  birini  tutmuĢdur.  Əsərdə  Ģum 

alətlərinin sadədən mürəkkəbə doğru inkiĢafından, biçin və döyüm qaydaları, taxılın 

saxlanması  məsələləri  tədqiq  edilir.  Həm  də  süni  suvarma  məsələləri,  üzümçülük, 

bağçılıq,  bostançılıq,  tərəvəzçilik  və  təsərrüfatın  baĢqa  sahələrinin  inkiĢafı 

araĢdırılır. 

Çəltikçilik  və  ipəkçilik  bəzi  bölgələrdə  əhalinin  əsas  məĢğuliyyəti  olmuĢdur. 

Əsasən  ilk  orta  əsrlərdən  etibarən  Azərbaycanda  bir  sıra  sərfəli  texniki  bitkilər 

becərilmiĢdir.  Əsərdə  bu  təsərrüfat  sahələrinin  hər  biri  ayrılıqda  tədqiq  edilmiĢ  və 

onların  əhalinin  təsərrüfat  məiĢətində  tutduğu  mövqe  müəyyənləĢdirilmiĢdir.  Eyni 

fikri arıçılıq təsərrüfatı sahəsinə də Ģamil etmək olar. 

Azərbaycan xalqının təsərrüfat məiĢətində maldarlıq minilliklər boyu mühüm 

rol oynamıĢdır. Hətta bəzi bölgələrdə qoyunçuluq aparıcı təsərrüfat sahəsi olmuĢdur. 

Qaramal,  atçılıq  və  dəvəçilik  əsrlərdən  əsrlərə  keçərək  yerli  əhalinin  təsərrüfat 

həyatında  möhkəm  yer  tutmuĢdur.  Əsərdə  maldarlıq  təsərrüfatı  ilə  yanaĢı,  maldarlıq 

məhsullarının  hazırlanması  və  istifadəsi  barədə  də  maraqlı  etnoqrafik  məlumatlar 

vardır. 


Azərbaycanda  ovçuluq  və  balıqçılıq  qədim  DaĢ  dövründə  əhalinin  iqtisadi 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə