A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə6/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 

16 



Kəhriz istiqamətində qərbdən Ģərqə doğru 125 km məsafədə uzanır. Onun dibində çay 

terraslarından  ibarət  düzənliklər  vardır.  Mianə  çökəkliyi  isə  Qızılüzən  çayının  orta 

axarında yerləĢir [12]. 

Cənubi Azərbaycanın dağarası çökəklərində Naxçıvan Muxtar Respublikasında 

olduğu  kimi  yayı  quraq  keçən  soyuq  yarımsəhra  və  quru  çöl  iqlimi  hakimdir.  Kon-

tinental iqlimə aid olan bu iqlim tipi daxilində illik mütləq minimum temperatur mənfi 

32°C, illik mütləq maksimum temperatur isə 43°C olur. Hər iki ərazinin orta və yüksək 

dağlıq  hissəsində  yayı  quraq  keçən  soyuq  iqlim  tipi  mövcuddur.  Ġstər  Naxçıvanda, 

istərsə  də  Cənubi  Azərbaycan  ərazisində  meĢə  örtüyü  çox  azdır,  demək  olar  ki,  yox 

dərəcəsindədir.  Ġqlim  Ģəraitinin  kontinentallığı  və  quraqlıqla  əlaqədar  Cənubi 

Azərbaycandakı  dağ  yamaclarında  kolluqlar  və  yarımkol  bitkilər  geniĢ  yer  tutur. 

Dağarası  çökəkliklərdə  və  maili  düzənliklərdə  quru  və  yarımsəhra  bitkiləri  inkiĢaf 

etmiĢdir.  Qotur-Musalan  dağ  silsiləsinin  Ģərq  yamaclarında  enliyarpaqlı  meĢələr  və 

səhra  (bozqır)  bitkilərindən  ibarət  kolluqlar  yayılmıĢdır.  Dağ  yamaclarının  meĢədən 

məhrum olması eroziyanın intensiv getməsinə, sellərin tez-tez baĢ verməsinə səbəb olur. 

Belə iqlim Ģəraitində yay otlaqları da az məhsuldar olur [13]. 

Cənubi Azərbaycanın torpaq örtüyü kəskin parçalanmıĢ relyef Ģəraitində for-

malaĢmıĢdır. Alçaq dağlıq ərazilərdə açıq sarı, əksər hallarda isə çimli torpaqlar əmələ 

gəlmiĢdir. Tipik boz torpaqlar yüksək dağarası çökəklərdə yayılmıĢdır. Qəhvəyi torpaqlar 

Cənubi  Azərbaycanın  geniĢ  ərazisini  əhatə  edir.  Vulkanların  püskürməsi  nəticəsində 

yaranan  süxurlardan əmələ  gəlmiĢ  torpaqlar  mikroelementlərlə  zəngin olduqlarından 

onların  məhsuldarlığı  yüksək  olur.  Kiçik  Qafqazda  Qarabağ  vulkanik  yaylasının, 

Cənubi  Azərbaycanda  Savalan  və  Səhənd  dağları  yamaclarının  torpaqları  belə 

torpaqlardandır [14]. 

Azərbaycan  ərazisində  atmosfer  yağıntılarının  miqdarı  qeyri-bərabər 

paylanmıĢdır.  Əgər  Lənkəranın  cənubunda  illik  yağıntının  miqdarı  1800  mm-dən 

artıqdırsa, Qobustanın cənub-Ģərq hissəsində illik yağıntının miqdan 150 mm-dir. Müla-

yim iqlim qurĢağının orta illik yağıntılarının miqdarı 200 mm-dən az olan ərazilərdə 

tipik səhra bitkiləri, 200-400 mm olan ərazilərdə tipik yarımsəhra bitkiləri, 400-500 

mm olan ərazilərdə rütubətli dağ kolları və alçaq dağlığın arid meĢələri, 600-1400 mm 

olan  ərazilərdə  meĢələr  yaranır.  Yüksək  dağlığın  alp  çəmənlikləri  üçün  orta  illik 

yağıntının miqdarı 600-900 mm tələb olunur [15]. 

Azərbaycan ərazisi yeraltı faydalı qazıntılarla da zəngindir. Azərbaycanın ən 

qiymətli  sərvəti  ilk  növbədə  neft  və  qazdır.  Neft  və  qaz  qədim  zamanlardan  ölkəni 

ĢöhrətləndirmiĢdir.  Heç  də  təsadüfı  deyil  ki,  Azərbaycana  "Odlar  yurdu"  deyirlər. 

Azərbaycanın  yeraltı  sərvətlərinə  dəmir,  mis,  qızıl,  gümüĢ,  civə,  qurğuĢun,  maq-

nezium, xrom, titan, kobalt, polimetallar, molibden, kvars, kükürd, alunit, daĢ duz və s. 

faydalı qazıntılar da aiddir. 

Azərbaycanın  mineral  suları  və  sərin  bulaqları  da  onun  milli  sərvətidir. 

Azərbaycanın  mineral  suları  kimyəvi  tərkiblərinə  görə  on  bir  tipə  bölünür: 

hidrokarbonatlı,  hidrokarbonatlı-xloridli,  hidrokarbonatlı-sulfatlı,  hidrokarbonatlı-




 

 

17 



xloridli-sulfatlı, xloridli, sulfatlı-xloridli, kükürdlü və b [16]. 

Azərbaycanın təbii-coğrafı Ģəraitinin qısa xarakteristikasından tamamilə aydın 

olur  ki,  bu  ərazidə  insanlar  çox  qədim  zamanlardan  məskən  salmıĢ  və  güzəran  keçir-

miĢlər. ƏlveriĢli iqlim Ģəraiti, münbit torpaqlar, zəngin yerüstü və yeraltı sərvətlər bu 

ölkəni  Azərbaycan  xalqının  ilkin  ocağına  çevirmiĢ,  xalqın  qaynar  həyatı  bu  ərazidə 

keçmiĢdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

18 



 

TARĠXĠ OÇERK 

 

Azərbaycan bəĢər sivilizasiyasının çox qədim mərkəzlərindən biridir. Xalqı-



mız minilliklər boyu bu bərəkətli diyarda davamlı yaĢamıĢ, olduqca zəngin maddi və 

mənəvi  irs  yaratmıĢdır.  Yurdumuzun  əlveriĢli  təbii-coğrafı  Ģəraiti, bitki  və  heyvan 

aləminin zənginliyi milyon illər öncədən insanların burada davamlı məskən salmasına 

imkan vermiĢdir. 

Son dövrlərdə aparılan elmi araĢdırmalar Qafqazın, о cümlədən Azərbaycanın 

ilk  insanların  yaĢadığı bölgələrdən biri olduğunu  sübut edir.  Mütəxəssislərin  fikrincə, 

3-3,5 milyon il əvvəl ġərqi Afrikada, Ön və Cənubi Asiyada, Cənubi Avropada fiziki 

quruluĢu  və  həyat  tərzi  gələcək  insanların  formalaĢması  üçün  əsas  olan  driopitek, 

ramapitek  və  s.  avstraliopitek  tipli  məxluqlar  yaĢayırdılar.  Bu  tip  paleoantropoloji 

tapıntıların  biri  də  Gürcüstanın  Azərbaycanla  sərhədi  yaxınlığında,  Udabno  adlı  yerdə 

aĢkar edilmiĢdir [1]. Bu məxluqların çoxu, о cümlədən udabnopitek insan təkamülündə 

barsız budaq olsa da, bu fakt insanabənzər məxluqların ən qədim çağlardan Qafqazda 

yaĢadığını göstərən ilk maddi dəlil kimi qiymətlidir. 

Təkamül prosesində insanabənzər varlıqların çox az bir qismi ət yemək, ov 

etmək  qabiliyyətini  inkiĢaf  etdirmiĢ,  iki  ayaqla  yerimək,  ən  sadə  əmək  alətləri 

düzəltmək  vərdiĢlərini  tədricən  möhkəmlətmiĢlər.  Son  elmi  tədqiqatlara  görə,  Yer 

üzərində ilk insanlar 2,5-3 milyon il öncədən yaĢamağa baĢlamıĢlar. ġərqi Afrika və 

ġərqi Aralıq dənizi hövzəsi ilə birlikdə Cənubi Qafqaz da ən qədim insanların  ilkin 

yaĢadıqları  regionlardan  biri  olmuĢdur.  XX  əsrin  90-cı  illərində  Borçalıda  (müasir 

Gürcüstanın  Dmanisi  bölgəsində)  alınan  və  gürcü  alimlərinin  arxeoloji  araĢdırmaları 

zamanı  1,8-2  milyon  il  əvvələ  aid  6  mindən  çox  daĢ  alət,  heyvan  sümükləri  və  ən 

baĢlıcası, həmin dövrdə yaĢamıĢ insanın qalıqları: alt çənəsi, ayaq darağı, qafa tası aĢkar 

edilmiĢdir  [2].  Mütəxəssislərin  Homo  erektus  adı  verdiyi  bu  varlıqlar  onlarla  bir 

dövrdə  yaĢamıĢ  Homo  habilislərdən  düzqamətli  və  beyin  tutumlarının  daha  böyük 

olması ilə fərqlənmiĢlər. 

Azərbaycan arxeoloqlarının tədqiqatları da müasir Azərbaycan ərazisində ilk 

insanların  çox  qədim  çağlardan  -  1,5  milyon  il  öncədən  davamlı  yaĢadığını  göstərir. 

Qarabağın cənub-Ģərqində Quruçay dərəsindən, çaydan soldakı yamacda yerləĢən Azıx 

mağarasının  alt  qatlarından  adi  çay  daĢından  hazırlanmıĢ  kobud  çapma  alətləri,  ərsinlər, 

qaĢovlar,  4-5  kq  ağırlığında  nəhəng  çoppervari  alətlər  tapılmıĢdır  [3].  Bu  əmək  alətləri 

formasına  və  hazırlanma  texnikasına  görə  ġərqi  Afrikadakı  Olduvey  düĢərgəsindən 

aĢkarlanmıĢ əmək alətləri ilə müqayisə edilmiĢ və qismən uzlaĢma müəyyənləĢdirilsə də, 

buradakı əmək alətlərinin daha çox özünəməxsus xüsusiyyətlər daĢıdığı aydın olmuĢdur. 

Alimlərin  "Quruçay  mədəniyyəti"  adı  verdiyi  həmin  maddi  mədəniyyət  nümunələrini 

yaradan insanların təxminən 1,2-1,5 milyon il öncədən yaĢaması müəyyən edilmiĢdir. Bu 

insanlar  ilk  öncə  Quruçay  dərəsində  yaĢamıĢ,  Azıx  mağarasına  köçdükdən  sonra  da 

həmin  ərazi  ilə  sıx  bağlı  olmuĢlar.  Dərədən  götürdükləri  daĢlardan  əmək  alətləri 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə