A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə3/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 



həyatının  aparıcı  təsərrüfat  sahələri  olmuĢdur.  Lakin  sonrakı  tarixi  minilliklərdə  bu 

sahələr öz aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahələrinə çevrilmiĢdir. Yardımçı 

sahələrinin  mərhələləri,  bu  sahələrdə  iĢlədilən  əmək  alətləri  və  qaydaları  haqqında 

əsərdə verilən məlumatlar böyük maraq doğurur. 

Azərbaycanın  yeraltı  və  yerüstü  xammal  ehtiyatı,  zənginliyi,  qədim 

zamanlardan baĢlayaraq müxtəlif sənət sahələrinin yaranması və inkiĢafı üçün əlveriĢli 

zəmin  yaratmıĢdır.  Xalqımız əsrlər boyu 50-dən artıq sənət növü  yaratmıĢdır. Lakin 

onlardan əsasları haqqında məlumat verməklə kifayətlənirik. 

Azərbaycanda  ən  qədim  sənət  növlərindən  biri  daĢiĢləmə  sənətidir.  Bu 

sənətin tarixi ibtidai icma quruluĢunun tarixilə səsləĢir. DaĢdan hazırlanan əmək alətləri 

insanın  inkiĢafında  öz  rolunu  oynamıĢdır.  Tarixin  müxtəlif  dövrlərində  yaĢayıĢ 

binalarının  tikilməsində,  sədlərin  və  keçidlərin  inĢasında  daĢdan  geniĢ  istifadə 

edilmiĢdir.  Zəngin  daĢ  ehtiyatına  malik  Azərbaycanda  kəndlərin,  Ģəhərlərin 

salınmasında  və  digər  sahələrdə  bu  sənət  növü  öz  rolunu  oynamıĢdır.  Əsərdə 

daĢçıxarma,  daĢyonma,  daĢoyma,  diĢəmə,  cilalama  prosesləri  və  bu  məqsədlə 

iĢlədilən əmək alətlərinə geniĢ yer verilir. 

Ərazimizdə  ən  qədim  sənət  sahələrindən  biri  olan  dulusçuluq  hələ  Neolit 

dövründə mövcud olmuĢdur. Dulusçuluq təkcə  mühüm sənət növü olmayıb həm də 

arxeologiya  elminin  əlifbası  sayılır.  Tariximizin  qədim  dövrlərinin  öyrənilməsində 

mühüm mənbə rolunu oynayır. Tunc dövründən əkinçilik və maldarlıq mədəniyyətinin 

sonrakı inkiĢafı dulusçuluğun geniĢləndirməsinə səbəb olmuĢdur. 

Əkinçilik,  maldarlıq  və  Ģərabçılıq  məhsullarının  saxlanılmasında  dulusçuluq 

sənətinin  rolu  daha  da  artmıĢdır.  Bu  fikri  arxeoloji  qazıntılar  zamanı  tapılan  dulus 

çarxlarının  varlığı  bir  daha  təsdiq  edir.  Feodalizm  dövründə  kəndlərlə  yanaĢı, 

Azərbaycanın bir sıra Ģəhərlərində daha çeĢidli, daha naxıĢlı zərif qablar məiĢətə geniĢ 

daxil olmuĢdur. Dulus  sənətinin inkiĢafında  münasib torpaq  növünün olması  mühüm 

rol oynayır. Əsərdə dulus məmulatlarının sadədən mürəkkəbə doğru inkiĢaf prosesi və 

onun mərhələləri Ģərh edilir. 

Ərazimizdə  meĢələrin  olması  ağaciĢləmə  sənətinin  hələ  Tunc  dövründən 

təĢəkkül  tapmasına  Ģərait  yaratmıĢdır.  Bu  sənətin  ən  geniĢ  yayılan  sahəsi  ev 

avadanlığı,  təsərrüfat  tikililəri  və  nəqliyyat  vasitələrinin  hazırlanmasıdır.  Əsərdə  yer 

verilən maraqlı məsələlərdən biri də münasib ağac növünün kəsilməsi, qurudulması və 

sənətkarlar  tərəfindən  iĢlədilməsidir.  AğaciĢləmə  bölməsində  bu  sənətdə  istifadə 

edilən əmək alətləri, ağaciĢləmə ustaları haqqında yığcam məlumat vardır. 

Azərbaycanda  filiz  yataqlarının  olması  metaliĢləmə  sənətinin  hələ  Eneolit 

dövründən təĢəkkül tapmasına əsaslı zəmin yaratmasıdır. MetaliĢləmənin inkiĢaf etmiĢ 

bir sahəsi  misgərlikdir.  Feodalizm  dövründə  misgərlik  sənəti  daha da inkiĢaf  edərək 

Təbriz,  Marağa,  Ərdəbil,  ġamaxı,  Bakı,  Naxçıvan  və  bir  sıra  ticarət  və  sənətkarlıq 

mərkəzlərində  geniĢ  intiĢar  tapmıĢdır.  Azərbaycan  misgərlərinin  hazırladıqları  sənət 

nümunələri  yüksək  qiymətləndirilmiĢdir.  Əsərdə  misgərliyin  bütün  prosesləri  və  mis 

məmulatları hazırlayan mahir ustalar haqqında maraqlı fikirlər verilmiĢdir. 



 

 



MetaliĢləmə sənətinin bir növü də zərgərlikdir. Azərbaycan zərgərləri təkcə 

qızıl,  gümüĢ,  əlvan  metallardan  deyil,  həm  də  qiymətli  daĢlardan  istifadə  edərək 

zərif,  incə,  gözoxĢayan  nümunələr  yaratmıĢlar.  Ərazimizdə  qızıl  və  gümüĢlə  zəngin 

yataqların və qiymətli daĢların olması zərgərlik sənətinin inkiĢafına təkan vermiĢdir. Bu 

incəsənət  daha  çox  qadınlara  xidmət  etmiĢdir.  Ona  görə  də  əsərdə  əlvan  metallardan 

hazırlanan  qadın  baĢ  bəzəyi,  boyunbağı,  üzük,  sırğa,  kəmər,  toqqa  və  baĢqa  bəzək 

əĢyalarının  hazırlanması  ətraflı  Ģərh  edilir,  mahir  zərgərlərin  adları  və  əl  iĢləri 

haqqında məlumat verilir . 

Əsərdə  dəmirçilik,  dabbağlıq,  kürkçülük,  çəkməçilik,  sərraclıq  və  digər 

mühüm  sənət  növləri  ilə  yanaĢı,  boyaqçılıq,  keçəçilik  haqqında  da  ətraflı  məlumat 

vardır. 

Xalqımızın  ən  qədim  və  aparıcı  sənət  sahələrindən  biri  toxuculuqdur. 

Toxuculuğun  xammal  bazası  hesab  edilən  maldarlıq  əsas  təsərrüfat  sahəsi  kimi  hələ 

Neolit dövründə inkiĢaf etmiĢdir. 

Yun,  pambıq,  ipək,  kətan  və  digər  xammal  mənbəyinin  olması  toxuculuq 

sənətinin sadədən  mürəkkəbə  doğru təkamülünü izləməyə imkan verir. Toxuculuğun 

ilkin mərhələsi hörmə sənəti olmuĢdur. Əsərdə ən qədim dövrdən baĢlayaraq XX əsrin 

əvvəlinə  qədərki  dövrün  toxuculuq  sənəti  tədqiq  edilir.  Burada  xırdabuynuzlu 

heyvanlarmın qırxımı, yunun əyirilməsi, boyanması ilə yanaĢı, istifadə edilən dəzgahlar 

və  əmək  alətləri  tədqiq  edilir.  Eyni  zamanda,  pambıq  və  ipəkqurdunun  becərilməsi  və 

toxuculuqda  istifadəsi  qaydaları  Ģərh  edilir.  Toxunan  çeĢninin  və  rəngarəng  parça 

növlərinin hazırlanması və istifadəsi qeyd edilir. 

Üçminillik  tarixi  olan  xalçaçılıq  sənəti  muğamlarımız  kimi,  aĢıqlarımız  kimi 

dünyada məĢhurdur. Əsasən yundan, pambıq və ipəkdən toxunan zövqlü, naxıĢlı, çeĢidli 

xalçalarımız dünyanın bir sıra muzeylərinin bəzəyinə çevrilmiĢdir. Təbriz, Qarabağ, Gəncə-

Qazax,  ġirvan,  Quba  və  digər  xalça  məktəblərinin  istehsal  etdiyi  məhsulların  sorağı 

uzaq-uzaq ölkələrdən gəlir. Əsərdə xovlu və xovsuz xalça, kilim, məfrəĢ, çuval, xurcun 

haqqında maraqlı məlumatlar diqqəti cəlb edir. Xalçaçılıqda iĢlədilən əmək alətləri və 

dəzgahları da təsvir edilir. 

Xatırladaq ki, elmi, tərbiyəvi və həm də təcrübəvi əhəmiyyət kəsb edən üç 

cildliyin  birinci  cildi  hələ  1988-ci  ildə  iĢıq  üzü  görmüĢ,  mütəxəssislər  tərəfindən 

yüksək  qiymətləndirmiĢ  və  geniĢ  oxucu  kütləsinin  böyük  marağına  səbəb  olmuĢdur. 

Lakin  hazırda  ikinci  və  üçüncü  cildlər  nəĢr  olunmuĢdur.  Qərara  alınmıĢdır  ki,  əsərin 

birinci  cildi  də  təkrar  çap  edilərək  oxuculara  tam  Ģəkildə  təqdim  edilsin.  Aydın 

məsələdir  ki,  birinci  cilddə  elə  bir  köklü  dəyiĢiklər  olmasa  da,  bir  sıra  məsələlərə 

yenidən - bu günün tələbi baxımından yanaĢmaq lazım gəlmiĢdir. 

Aydın  və  oxunaqlı  dildə  yazılmıĢ  və  zəngin  illüstrativ  materiallarla  təchiz 

edilən  birinci  cilddə  xalqımızın  çoxəsrlik  tarixi,  təsərrüfat  məiĢəti,  maddi 

mədəniyyətilə  məĢğul  olan tədqiqatçıların, ali məktəb tələbələrinin və  geniĢ oxucu 

kütləsinin arzu və istəyi nəzərə alınmıĢdır. 

Heç Ģübhəsiz, belə əhatəli Ģəkildə ilk dəfə qələmə alınan birinci cilddə bəzi 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə