A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə7/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   10   ...   190

 

 

19 



hazırlamıĢ,  orada  yığıcılıqla  məĢğul  olmuĢ,  ova  çıxmıĢlar.  Azıx  mağarasının  VII-X 

təbəqələrindən  aĢkar  edilmiĢ  əmək  alətləri  Quruçay  mədəniyyətinin  700  min  il 

əvvələ  kimi  davam  etdiyini  təsdiqləyir.  Bu  mədəniyyətin  daĢıyıcıları  ovçuluq  və 

yığıcılıqla  məĢğul  olmuĢ,  oddan  istifadə  etməyi  bacarmıĢlar.  Alt  qatlardakı  sümük 

yanıqları  və  kömür  qırıntıları  Azıx  sakinlərinin  təbii  oddan  istifadə  etdiklərindən 

xəbər verir [4]. 

Azıx mağarasının VI təbəqəsindən 2 mindən çox daĢ alət, çoxlu heyvan sümük-

ləri aĢkar edilmiĢdir. Erkən AĢel dövrünə (700 min - 500 min il əvvəl) aid edilən bu 

təbəqədən tapılan alətlər tipoloji cəhətdən alt təbəqələrin alətləri ilə uzlaĢsa da, daha 

təkmil olmaları ilə seçilirlər. Bu dövrdə yeni alətlər: əl çapacaqları, diĢli-gəzli alətlər 

meydana  çıxmıĢ,  ovlanan  heyvanların  çeĢidi  geniĢlənmiĢdir.  Quruçay  mədəniyyəti 

təbəqələrindən  yalnız  məhdud  sayda  maral,  antilop,  qaban  sümükləri  aĢkar  edildiyi 

halda, Erkən AĢel dövründə mağara ayısı, ibtidai at, kərgədan, bizon və s. iri heyvanlar 

ovlanması  geniĢ  miqyas  almıĢdı.  Azıx  mağarasında  aĢkar  edilmiĢ  bu  heyvanların 

sümüklərinin çoxu iliyi çıxarılması üçün qırılmıĢdır, həm də çoxunun üzərində  yanıq 

izi vardır. 

Azıx  sakinlərinin  uzun  müddət  ərzində  davamlı  surətdə  oddan  istifadə 

etmələri AĢel qatlarında 4 ocaq yerinin üzə çıxarılması ilə təsdiqlənir. Ən qədim ocağın 

yaĢı 700 min ilə yaxındır və bu, elmə məlum olan ilkin ocaq yerlərindən biridir. 

Mağaranın V təbəqəsi Orta AĢel dövrünə (400 min - 200 min il əvvəl) aiddir. 

Bu  təbəqədən  tapılan  alətlərin  çeĢidi  daha  geniĢ,  hazırlanma  texnikası  daha 

yüksəkdir.  Bu  təbəqədən  45  növ  müxtəlif  heyvanın  və  quĢun,  о  cümlədən  sürətlə 

qaçan ceyran, cüyür, dağ keçisi sümüklərinin aĢkar edilməsi ovçuluğun daha da inkiĢaf 

etdiyini əyani göstərir. 

Azıx  mağarasının  V  

təbəqəsindən  aĢkar  edilən  çox 

qiymətli  tapıntı  ibtidai  insanın  alt 

çənəsidir.  Çənə  sümüyü  350  min 

-  400  min  il  öncə  yaĢamıĢ  18-22 

yaĢlı  qadına  aiddir  [5].  Tədqi- 

qatçıların  Azıxantrop  -  Azıx 

adamı  adı  verdikləri  bu  çox  qə- 

dim  insanın  çənəsinin  qurulu- 

Ģundakı  spesifik  cəhətlərə  görə 

Fransanın  Araqo  mağarasından 

aĢkar  edilmiĢ  preneandertallara 

yaxındır.  Həmin  təbəqədə  divar- 

ların      arasında      xəlvəti      yer  qeydə  alınmıĢ  və  ayı  kəllələri  aĢkar  edilmiĢdir.  

Kəllələrin  biri üzərində 8 xətt cızılmıĢdır ki, bu da ibtidai dini təsəvvürlərlə bağlı 

ola bilər. 

Azıxantropun  öz  sələflərinə  nisbətən  daha  bacarıqlı  və  düĢüncəli  olmasını 



 

 

20 



baĢqa dəlillər də göstərir. Bu baxımdan, V təbəqədəki ocaq yerinin yanında əhəngdaĢı 

parçaları və maral buynuzları ilə hörülmüĢ divar qalıqları [6] diqqəti cəlb edir. 

Orta  Paleolit  -  Mustye  mədəniyyəti  (100  min  -  40  min  il  əvvəl)  dövründə 

insanların  daha  geniĢ  ərazidə  yaĢaması  Kiçik  Qafqazın  bütün  Ģərq  dağətəyi 

bölgələrində,  Kür  və  Araz  çayları  vadilərində  yayılmıĢ  mağara  düĢərgələrindən 

aĢkar  edilmiĢ  maddi  mədəniyyət  nümunələri  ilə  təsdiqlənir.  Azıx  mağarasının  III 

təbəqəsindən, onun yaxınlığındakı Tağlar mağarasından, Qazax ərazisində  Damcılı və 

DaĢsalahlı mağaralarından, Qazma (Naxçıvan), Zar (Kəlbəcər) və Buzeyir (Lerik) 

düĢərgələrindən Mustye mədəniyyətinə aid minlərlə əmək alətləri, heyvan sümükləri 

aĢkar  edilmiĢdir.  Bu  abidələr  içərisində  ən  möhtəĢəmi  Tağlar  düĢərgəsidir.  Burada 

ibtidai insanlar davamlı yaĢamıĢ, yeni, daha təkmil əmək alətləri düzəltməyi bacarmıĢlar 

[7]. Tağlar sakinləri çaxmaqdaĢı və dəvəgözü (obsidian) qəlpələrindən itiuclu, diĢli, 

gəzli ərsinlər, lövhəvari bıçaqlar hazırlamıĢlar. Ġtiuclulardan nizə ucluğu kimi istifadə 

edilmiĢdir. 

Arxeoloji  tədqiqatlar  nəticəsində  Tağlar  düĢərgəsinin  çox  böyük  areal  üçün 

mühüm  maddi  mədəniyyət  mərkəzi 

olması,  burada  hazırlanmıĢ  əmək 

alətlərinin  hələ  orta  paleolit  dövründə 

Yaxın ġərq ölkələri ərazisində yayılması 

müəyyən olunmuĢdur. 

Orta 

Paleolit 



dövründə 

Neandertal - yeni tipli insanlar yaĢamıĢdır. 

Dikqamətli  və  beyin  tutumu  Homo 



habilisdən 2 dəfəyə qədər böyük olan bu 

insanlar  fiziki  görünüĢünə  və  həyat 

tərzinə  görə  müasir  insana  daha  yaxın 

olmuĢlar.  Onların  Ģüurunun  daha  da 

inkiĢaf 

etməsinin 

mühüm 

göstəricilərindən  biri  rəngləri,  rəng 



çalarlarını  qavraya  bilmələridir.  Tağlar 

mağarasından qırmızı, sarı, yaĢıl, qəhvəyi, qara, ağ rəngli və bu rənglərin 20-dən çox 

çalarında daĢ məmulatları aĢkar edilməsi bunu açıqca göstərir. 

Azərbaycanda  Neandertal  adamın  qalığı  -  bud  sümüyü  Urmiya  gölü 

yaxınlığında Tamtama mağarasından aĢkar edilmiĢdir. Bu tapıntı 40-50 min il əvvələ 

aiddir və ibtidai insanların Azərbaycan ərazisində ən qədim çağlardan üzü bəri fasiləsiz 

yaĢamını  davam  etdirdiyini  sübut  edir.  Mağara  sakinləri  ovçuluqla  məĢğul  olmuĢlar. 

Buradan çoxlu maral, öküz, at sümükləri tapılması bunu təsdiqləyir [8]. 

Mustye dövründə kortəbii  sürü  münasibətləri tədricən arxada qalmıĢ, nəsil, 

qəbilə icması yaranmağa baĢlamıĢdır. Neandertal qəbirləri həmin dövrdə uzunmüddətli 

birgə  yaĢayıĢ  nəticəsində  xəstənin,  Ģikəst  olanın  qayğısına  qalmaq  kimi  ümumilik 

münasibətlərinin  qərarlaĢmasını  gostərir.  Bu,  qarĢılıqlı  yardım  elementlərinin 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə