A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə10/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   6   7   8   9   10   11   12   13   ...   190

 

 

26 



hazırlanmıĢ  bizlər,  [24]  Kültəpədən  mis-mərgümüĢ  qatıĢıqlı  əĢyalar,  Xantəpədən 

(Füzuli) mis əridilməsi üçün gildən hazırlanmıĢ butə [25] və saxsı çökmə tapılması 

göstərir ki, qədim azərbaycanlılar artıq bu dövrdə metaliĢləmə, metal əridilməsi iĢi 

ilə tanıĢ idilər. 

Eneolit  dövrü  abidələrindən  tapıntılar  Azərbaycanın  qonĢu  regionlarla, 

xüsusən də Ġkiçayarası ilə geniĢ qarĢılıqlı əlaqələrə malik olduğunu göstərir. Əmək 

alətləri, dulusçuluq məmulatları hazırlanması, evlərin inĢası sahəsində oxĢarlıqlar, 

gətirilmə  tapıntıların  təhlili  Kür  və  Araz  çayları  boyundakı  abidələrlə  ġimali 

Ġkiçayarasındakı  e.ə.V  minilliyə  aid  Xələf  mədəniyəti  və  e.ə.IV  minilliyin  birinci 

yarısında  yenə  orada  yaranmıĢ  Übeyd  mədəniyyəti  ilə  bağlılıq  olması  fikrini 

möhkəmlədir.  Cənubi  Azərbaycanın  Eneolit  abidələrində  (Göytəpə,  Yanıqtəpə), 

eləcə də Əliköməktəpə və Leylatəpədə tapılan boyalı qablar Übeyd mədəniyyətinin 

səciyyəvi  xüsusiyyətlərini  özündə  əks  etdirir,  bu  mədəniyyətin  məhəlli  variantı 

təsirini  bağıĢlayır.  Bu  da  Ġkiçayarasından  Azərbaycana  və  ya  əksinə  eyni 

mədəniyət daĢıyıcılarının köçməsi [26] mülahizəsini irəli sürməyə əsas vermiĢdir. 

Eneolit 


dövründə 

insanların 

sosial-ictimai 

həyatında 

və 

dünyagörünüĢündə  ciddi  dəyiĢikliklər  baĢ  verirdi.  Bu  dövrün  yaĢayıĢ  məskənləri 



təsərrüfat və məiĢət tikililərinin sıxlığı ilə səciyyələnir. YaĢayıĢ otağı, ərzaq anbarı, 

həyətyanı  sahəsi  olan  belə  tikililər  hasarla  bir-birindən  ayrılırdı.  Otaqlar  çiy 

kərpicdən  və  gil  möhrədən  hörülmüĢdür,  dairəvi  və  ya  dördkünc  formadadır.  Bu 

bir otaqlı evlərdə tərkibi 5-6 nəfərdən ibarət ailə  yaĢayırdı [27]. Ailələrdən ibarət 

icmalar  həmin  dövrün  cəmiyyətlərinin  ictimai  əsasını  təĢkil  edirdi.  Ailələr 

təsərrüfatla  birgə  məĢğul  olurdu,  əkin  yerləri,  mal-qara,  otaqlar  icmanın  ümumi 

milkiyyətində idi. Toplanan məhsul ailələr arasında illik pay kimi bölünürdü. 

Əkinçilik  və  maldarlığın  sürətli  inkiĢafı,  metaliĢləmə  sənəti  və  ibtidai 

metallurgiyanın yaranması ilə əlaqədar ailədə və icmada kiĢinin mövqeyi tədricən 

güclənirdi. Lakin Eneolit dövründə təsərrüfatda və ictimai həyatda qadının aparıcı rol 

oynaması  hələ  də  qalmaqda  idi.  Bu  dövr  abidələrindən  tapılan  çoxsaylı  qadın  hey-

kəlcikləri göstərir ki, ana məhsuldarlıq, bərəkət rəmzi, təmizlik, paklıq nümunəsi kimi 

öz yüksək mövqeyini saxlamaqda idi. 

Bu dövrdə insanların dünyagörüĢü xeyli geniĢlənir, yeni ayinlər yaranır, dəfn 

adətləri  mürəkkəbləĢir.  Ġbtidai  insanların  əcdadlara  pərəstiĢ  ayini  ilə  bağlı  ölülərin 

bilavasitə  yaĢayıĢ  yerlərində  dəfn  edilməsi  geniĢ  yayılırdı.  Ölüləri  torpağa  göm-

məzdən öncə üzərinə qırmızı boya (oxra) çəkilir, sifətinin qarĢısına su qabı qoyulurdu. 

Tədqiqatçılar  belə  dəfnetmə  adətinin  insanların  o  dünyaya  olan  inamları  ilə  bağlı 

olduğunu,  [28]  yenidən  həyata  qayıtma  haqqında  təsəvvürlərindən  qaynaqlandığını 

güman edirlər. 

Eneolit  dövrünə  aid  paleoantropoloji  materiallar  fraqmentar  olsa  da,  bu 

dövrdə  Azərbaycan  əhalisinin  avropoid  irqinin  cənub  qrupuna,  dolixokran,  ensizsifət, 

uzun-burun kaspi tipinə aid olması müəyyən edilmiĢdir [29]. 

Eneolit dövrünün sonunda ibtidai metallurgiyanın yaranması tamamilə yeni və 




 

 

27 



fərqli mərhələyə - Tunc dövrünə keçməyə Ģərait yaratdı. Misdən hazırlanan alətlər daĢ 

alətlərə nisbətən məhsuldarlığı dəfələrlə artırsa da, yumĢaq və kövrək olduğu üçün tez 

sıradan  çıxırdı.  Bu  alətlərin  davamlılığını  artırmaq  üçün  müxtəlif  yollara  baĢ  vuran 

ibtidai metallurqlar misin tərkibinə sürmə, mərgümüĢ, nikel, qurğuĢun qatmaqla daha 

möhkəm  xəlitə  -  tunc  əldə  etməyin  sirrini  öyrəndilər.  Sonrakı  dövrlərdə  isə  misin 

tərkibinə qalay qatmaqla daha keyfiyyətli tunc almağa baĢladılar. 

Azərbaycanda Tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. II minilliyin sonuna 

kimi davam etmiĢdir və 3 mərhələyə: Erkən, Orta və Son Tunc dövrlərinə bölünür. 

Erkən Tunc dövrü e.ə. IV minilliyin sonundan e.ə. III minilliyin sonuna qədər 

davam  etmiĢdir.  Bu  dövrün  maddi  mədəniyyəti  arxeoloji  ədəbiyyatda  Kür-Araz 

mədəniyyəti  adlanır.  Bu,  həmin  dövr  abidələrinin  Azərbaycanda  ilk  dəfə  Kür-Araz 

ovalığında aĢkar edilməsi, maddi mədəniyyət sahəsindəki çox əhəmiyyətli yeniliklərin 

burada təĢəkkül tapması və buradan digər bölgələrə yayılması ilə əlaqədardır. 

Tunc dövrünün baĢlanğıcında iqlimdə dəyiĢikliklərlə bağlı quraqlılaĢma baĢ 

verir, kiçik çayların, bulaqların bir qismi quruyur. Ġnsanlar əvvəlki yaĢayıĢ yerlərini tərk 

edərək əkinçilik üçün əlveriĢli olan yeni yerlərə: Kür və Araz çayları boyuna, Quruçay 

və Köndələnçay vadisinə, Mil, Muğan, Qarabağ düzlərinin bol sulu bölgələrinə, Quba-

Xaçmaz  bölgəsinin,  Kəlbəcər,  ġəmkir  və  Cəlilabadın  dağlıq  və  dağətəyi  hissələrinə 

köçürlər.  Kültəpə,  Baba-DərviĢ,  Göytəpə  və  Yanıqtəpə  kimi  Eneolit  məskənlərində 

müəyyən fasilədən sonra insanlar yenidən məskunlaĢırlar [30]. 

Erkən Tunc dövrü yaĢayıĢ məskənlərində tikinti iĢi Eneolit dövrü ənənələrinin 

davam  və  inkiĢaf  etdirilməsi  ilə  əlamətdardır.  Dairəvi  və  ya  düzbucaqlı  evlər  çiy 

kərpic və möhrə ilə tikilmiĢdir. Tikililərin özülü çox vaxt daĢdan inĢa edilmiĢ, [31] bəzi 

otaqların  divarları  çubuqla  hörülüb  suvanmıĢdır.  Otağı  qızdırmaq,  yemək  hazırlamaq 

üçün  saxsı  manqal,  gil  altlığı  olan  ocaq  və  dördkünc  sobalardan  istifadə  edilmiĢdir, 

Xüsusi quruluĢu olan ocaq qurğuları Kür-Araz mədəniyyətinin səciyyəvi cəhətlərindən 

biridir [32]. 

Erkən Tunc dövrünün baĢlanğıcında əkinçilikdə çox böyük dəyiĢikliklər baĢ 

verir:  toxa  əkinçiliyindən  xıĢ  əkinçiliyinə  keçilir,  iribuynuzlu  heyvanlardan  qoĢqu 

qüvvəsi  kimi  istifadəyə  baĢlanır.  Bu  dövrə  aid  yaĢayıĢ  yerlərindən  tapılan  qoĢquya 

qoĢulmuĢ öküz və arabanın əks olunduğu gil fiqurlar, təkər nümunələri həm də təkərli 

nəqliyyat vasitələrinin kəĢf olunduğunu göstərir. 

Bu dövrdə sadə süni suvarma Ģəbəkələri yaradılır, səpin üçün daha münasib 

buğda, arpa dənləri seçilib əkilirdi ki, bütün bunlar da məhsuldarlığı artırırdı. Baba-dərviĢ 

yaĢayıĢ yerindən 20-dən çox taxıl quyusunun tapılması [33] taxıl istehsalının artmasını 

əyani  sübut  edir.  Tunc  oraqlardan  istifadəyə  baĢlanması  taxılın  tez  və  itkisiz 

toplanmasına imkan verirdi. 

Bu dövrdə taxılçılığın yüksək inkiĢafını taxıl döyümü üçün qoĢqu qüvvəsi ilə 

vəllərdən  istifadəyə  baĢlanması  da  təsdiq  edir.  Əgər  ilk  vaxtlarda  taxıl  döyümü  ibtidai 

üsullardan:  sünbülün  iki  əl  arasında  ovuĢdurulması  və  ya  taxılın  xüsusi  meydançada 

çubuqla döyülməsindən istifadə olunurdusa [34], Erkən Tunc dövründə taxıl məhsulu 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə