A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə11/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   7   8   9   10   11   12   13   14   ...   190

 

 

28 



istehsalının artdığı bir Ģəraitdə taxıl döyümü üçün vəllərdən istifadəyə keçildi [35]. 

Kür-Araz mədəniyyəti daĢıyıcılarının təsərrüfat həyatında maldarlıq da mühüm 

yer  tuturdu.  Atdan  istifadə  maldarlıqda  böyük  əhəmiyyətə  malik  yeniliyə  -  köçmə, 

yaylaq  maldarlığına  keçilməsinə  Ģərait  yaratdı.  Mal  və  qoyun  sürülərinin  yayda  dağ 

çəmənliklərində  bəslənməsi  maldarlığın  sürətlə  inkiĢaf  etməsinə  və  bu  zəmində 

birinci böyük ictimai əmək bölgüsünə - əkinçiliyin maldarlıqdan ayrılmasına gətirib 

çıxardı. 

Maldarlığın sürətli inkiĢafı həmçinin zəruri tələbatdan artıq məhsul istehsalına, 

mübadilənin geniĢlənməsinə, maldar tayfaların varlanmasına səbəb oldu. Bu da maldar 

tayfalar  içərisində  əmlak  bərabərsizliyi  yaranmasına  və  tədricən  dərinləĢməsinə, 

sərvətin  icma,  tayfa  baĢçılarının  əlində  cəmləĢməsinə  gətirib  çıxardı.  Tayfa 

baĢçılarının təmtəraqla dəfn edilməsi və qəbri üzərində kurqanlar ucaldılması əmlak 

və sosial bərabərsizliyin əlamətləri idi. Belə kurqanlar Mil düzündə Üçtəpə, Qəbələ, 

Xankəndi və Borsunluda aĢkar edilib öyrənilmiĢdir. 

Erkən Tunc dövründə saxsı qablar istehsalı daha yüksək inkiĢaf mərhələsinə 

çatdı.  Simmetrik  ölçülərin  diqqətlə  nəzərə  alınması,  qabların  səthinin  yüksək  peĢə-

karlıqla cilalanması və parıltı verilməsi, oyma, cızma naxıĢlarla bəzədilməsi, çox zərif 

qab-qacaq  hazırlanması  dulusçuluq  sənətinin  yüksək  səviyyəyə  çatdığını  göstərirdi. 

Yaylaq  maldarlığına  keçilməsi  saxsıdan  köçürmə  ocaqlar,  süd  və  süd  məhsulları 

saxlamaq  üçün  qab-qacaq  istehsalını  artırmağa  gətirib  çıxardı.  Ġlk  saxsı  nehrələrin 

düzəldilməsinə də bu dövrdə baĢlandı. 

E.ə.  III  minillikdə  mis  filizinin  əridilməsi,  mərgümüĢ  qarıĢıqlı  tunc  alınması, 

metal istehsalı üçün kürələr, qəliblər düzəldilməsi sahəsində mühüm irəliləyiĢ oldu. Təc-

rübi  biliklərin  toplanması  yolu  ilə  tunc  əldə  etməyin  daha  səmərəli  yolları  tapıldı. 




 

 

29 



Azərbaycanın  Erkən  Tunc  abidələrinin  çoxunda:  ġortəpə,  Kültəpə,  Qaraköpəktəpə, 

MiĢarçay,  Sərkartəpə  və  digər  yaĢayıĢ  məskənlərində  odadavamlı  gildən  hazırlanmıĢ 

borulu tunc balta qəlibləri [36], filizin əridilməsi, əridilmiĢ metalın götürülməsi üçün 

butələr aĢkar edilməsi tunc istehsalının geniĢ miqyas aldığını göstərir. 

Kür-Araz mədəniyyəti daĢıyıcılarının təsərrüfat həyatındakı yeniliklər ictimai 

münasibətlərə  də  ciddi  təsir  göstərirdi.  Ərzaq  istehsalının  sürətlə  artması  əhalinin 

sayının çoxalmasına, icmaların böyüyərək qohum nəsil icmalarına bölünməsinə və yeni, 

daha  böyük  etnik  birliklərin  -  tayfa  və  tayfa  ittifaqlarının  yaranmasına  gətirib  çıxardı. 

Təsərrüfat  iĢlərində,  icmanın  və  tayfanın  idarə  olunmasında  kiĢinin  -  ağsaqqalın  rolu 

gücləndi, ata xaqanlığına keçildi. Bu dövr abidələrindən kiĢi heykəllərinin tapılması, 

kiĢiyə pərəstiĢin oda pərəstiĢlə əlaqələndirilməsi, gil manqalların və sacayaqlarının kiĢi 

təsvirlərilə bəzədilməsi [37] bunu aydın göstərir. Bu dövrdə insanlar günəĢə və ocağa 

sitayiĢ edir, odun sehrli qüvvəsi olmasını güman edirdilər. 

Erkən Tunc dövründə dəfn adətlərində dəyiĢikliklər baĢ verdi. Ölülərin yaĢayıĢ 

yerindən kənarda dəfn edilməsinə baĢlandı. Həm də dəfn olunanlar sağlığında istifadə 

etdiyi  əĢyalarla:  əmək  alətləri,  qab-qacaq,  bəzək  əĢyaları  ilə  birlikdə  qəbrə 

qoyulurdu. Bu dövrdə Azərbaycanda ölübasdırma adəti ilə yanaĢı, ölüyandırma adəti 

də mövcud idi. Bu dövrə aid Gəncəçay hövzəsində, Qəbələ, Tərtər bölgələrində aĢkar 

edilmiĢ qəbir abidələrində ölüyandırma adəti müĢahidə edilmiĢdir. 

E.ə. III minillikdə Azərbaycanda yaĢayan tayfalar Qafqazın digər bölgələrində, 

Kiçik Asiya və Ġkiçayarasında yaĢayan əhali ilə sıx əlaqə saxlayır, məhsul mübadiləsi 

edirdilər.  ġimali  Qafqazda  bu  dövrə  aid  Maykop  mədəniyyəti  abidələrindən  tapılan 

tunc  əĢyaların  kimyəvi  tərkibinin  öyrənilməsi  zamanı  bəlli  olmuĢdur  ki,  bu  əĢyaların 

çoxu Cənubi Qafqaz mənĢəlidir [38]. 

Erkən Tunc dövrünün son mərhələsində əkinçilik, maldarlıq, sənətkarlıq, xüsu-

sən  metaliĢləmə  sahəsində  böyük  irəliləyiĢlər  artıq  məhsul  istehsalının  həcmini 

dəfələrlə  artırdı.  Bu  da,  öz  növbəsində,  həmin  sərvətlərin  qorunması  zərurətini 

doğurdu.  Qaraköpəktəpə,  II  Kültəpə  (Naxçıvan),  Göytəpə  yaĢayıĢ  məskənlərinin 

ətrafına qalın müdafiə divarı çəkilməsi [39] bununla bağlı idi.

 

Bu  dövrdə  həmçinin  qənimət  ələ  keçirmək  üçün  hərbi  yürüĢlər  təĢkil 



edilməsi  çoxalır.  Atçılığın  inkiĢafı,  möhkəm  tunc  silahlar  istehsalının  artması  buna 

imkan verirdi. Ġri tayfa birliklərinin yaranması isə onun baĢçısını çoxsaylı qoĢunla uzaq 

ölkələrə  yürüĢlərə  baĢlamağa  həvəsləndirirdi.  Ġkiçayarasında  aĢkar  edilmiĢ  mixi 

kitabələrdə Azərbaycanın cənubunda yaĢamıĢ kuti tayfalarının e.ə. XXIII əsrdə bu 

ölkəyə yürüĢ etməsi və 100 ilə qədər orada hökmranlıq etməsi haqqında məlumat 

vardır. Həmin dövrə aid mixi kitabələrdə Urmiya gölündən cənubda yaĢayan digər 

Azərbaycan tayfasının - lullubilərin adı da ciddi siyasi qüvvə kimi çəkilir [40]. 

 



 

 

30 



 

E.ə.III minilliyin sonunda Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Kür- 

Araz  mədəniyyəti  ümumilliyin  parçalanması,  iqtisadi  inkiĢafın  sürətlənməsi  ictimai 

münasibətlərdə  ciddi  dəyiĢikliklərəgətirib  çıxardı.  Bu,  yeni  mərhələnin  –  Orta  tunc 

dövrünün baĢlanğıcı idi. Bu dövr e.ə. II minilliyin ortalarına kimi davam etmiĢdir.  

 

Orta Tunc dövründə 



əkinçilik, 

maldarlıq 

və 

sənətkarlığın  böyük  sürətlə 



inkiĢafı,  əmlak  və  sosial 

bərabərsizliyin  dərinləĢməsi, 

Yaxın  ġərqin  mədəniyyət 

mərkəzləri  ilə  əlaqələrin 

geniĢlənməsi  və  bu  zəmində 

Azərbaycanda 

ilkin 

Ģəhərlərin  yaranması,  sinifli 



cəmiyyətin 

formalaĢması 

prosesləri baĢlandı. Bu dövrə 

aid 


çoxsaylı 

yaĢayıĢ 


məĢkənlərinin  aĢkar  edilib 

öyrənilməsi 

göstərir 

ki, 


əhalinin 

sayının 


sürətlə 

artması 


yaĢayıĢ 

məskənlərinin 

kəskinliklə 

geniĢlənməsinə, 

iri  tayfa 

birliklərinin  az-çox  sabit 

etno-siyasi 

birliklərə 

çevrilməsinə gətirib çıxarırdı. 

Bu  da  bütün  Qafqazı  əhatə 

edən  Kür-Araz  mədəniyyəti 

ümumiliyinin pozulmasına, böyük tayfa birliklərinin yaĢadıqları ərazilərə uyğun gələn 

və  fərqli  cəhətlərin  daha  qabarıq  nəzərə  çarpdığı  Üzərliktəpə,  Qızılvəngtəpə  kimi 

arxeoloji mədəniyyətlərin yaranmasına gətirib çıxardı. 

Bu dövrdə memarlıqda inkiĢaf xüsusilə nəzərə çarpırdı. Dairəvi evlərin yerinə 

düzplanlı, dördkünc çoxotaqlı evlər inĢa edilməsinə keçilmiĢdi. YaĢayıĢ məskənlərinin 

ətrafında  müdafiə  divarları,  bürclər  tikilməsi  geniĢ  miqyas  almıĢdı.  Urmiya  gölü 

yaxınlığında  Həftəvantəpə  yaĢayıĢ  məskəninin  ətrafında  salamat  qalmıĢ  müdafiə 

divarının hündürlüyü 3,3 m-ə çatır. Buradakı evlər küçə boyu hər iki tərəfdə sıra ilə 

tikilmiĢdir.  Naxçıvanda  II  Kültəpə  yaĢayıĢ  yerinin  sahəsi  10  ha-ya  çatır.  YaĢayıĢ 

məskəninin  mərkəz  hissəsində  3  ha  sahəni  əhatə  edən  Narınqala  yerləĢir.  Narınqala 

dördkünc  bürc  və  kontrforslarla  möhkəmləndirilmiĢ  müdafiə  divarı  ilə  əhatə 

edilmiĢdir.  YaĢayıĢ  evləri  düz  küçə  boyunca  bir-birindən  müəyyən  məsafədə  inĢa 

edilmiĢ,  küçələrin  bəzilərinə  daĢ  döĢənmiĢdir  [41].  Bu  qala  tipli  yaĢayıĢ  məskənləri 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə