A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə12/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   8   9   10   11   12   13   14   15   ...   190

 

 

31 



Qədim  ġərqin  Ģəhərlərinə  bənzəyirlər.  Deməli,  e.ə.  II  minilliyin  birinci  yarısından 

Azərbaycanda Ģəhərsalma mədəniyyəti yaranmaqda idi. 

Qala-Ģəhər  tipli  yaĢayıĢ  məskənlərinin  yaranması  sənətkarlığın  yüksək 

inkiĢaf  mərhələsinə  çatması  və  digər  məĢğuliyyət  sahələrindən  ayrılması  ilə  bilavasitə 

bağlı idi. MetaliĢləmə sənətində bu inkiĢaf daha keyfiyyətli tunc - qalay qatıĢıqlı "əsil" tunc 

istehsalına baĢlanması, daha çox və müxtəlif çeĢidli alətlər və silahlar düzəldilməsi, qızıl 

və  gümüĢdən  bəzək  əĢyaları  hazırlanmasının  artması  ilə  özünü  büruzə  verirdi. 

Dulusçuluqda inkiĢaf dulus çarxlarından geniĢ istifadə olunması və dulus kürələrinin daha 

mükəmməl  olması,  saxsı  qabların  çeĢidinin  artması  və  mürəkkəb  naxıĢlarla 

bəzədilməsində özünü aydın gostərirdi. II Kültəpədən aĢkar edilmiĢ böyük dulusçuluq 

emalatxanası və mükəmməl quruluĢlu dulus kürələri aydın göstərir ki, burada fəaliyyət 

göstərmiĢ dulusçular tayfanın tələbini ödəməklə yanaĢı, mübadilə üçün də qab-qacaq 

istehsal etmiĢlər. Bu dövrdə boyalı qablar istehsalı geniĢ miqyas aldığı üçün Orta Tunc 

dövrü həm də "Boyalı qablar mədəniyyəti" adlanır [42]. 

Toxuculuq, dəri və göniĢləmə sənətləri də xeyli inkiĢaf etmiĢdi. Bu dövrdə 

sadə  toxuculuq  dəzgahlarından  istifadəyə  baĢlanmıĢdı.  Qoyunçuluğun  inkiĢafı  xammal 

ehtiyatlarının  sürətlə  artmasına  və  toxucuların  icma  üzvlərinin  tələbatından  artıq, 

mübadilə üçün məhsul istehsal etmələrinə imkan verirdi. 

Orta  Tunc  dövründə  əkinçilikdə  əsas  yeniliklər  bağçılıq  və  bostançılığın 

təĢəkkül tapması, üzümçülüyün mühüm yer tutması, Ģərabçılığın yaranmasından ibarət 

idi [43]. Əmək alətlərinin təkmilləĢdirilməsi, süni suvarmanın tətbiqinin geniĢ miq-

yas alması məhsuldarlığı daha da artırmağa imkan verirdi. 

Maldarlıq  təsərrüfatı  yaylaq  maldarlığının  inkiĢafı  ilə  əlaqədar  daha  çox 

məhsul verməyə baĢladı. Həm də xırdabuynuzlu heyvanların - davarın saxlanması 

əsas yer tutdu [44]. Maldar tayfalar böyük sürülərə malik oldular. Sərvətin sürətlə 

artması  mübadilənin  geniĢlənməsinə,  həm  də  universal  mübadilə  vahidi  kimi 

davarın  iĢlənməsinə  gətirib  çıxardı.  Mahmud  QaĢqarinin  "Divani-lüğət-it-türk" 

əsərində  türk  tayfalarında  tavar  (davar)  sözünün  alğı-satqı  vahidi  mənasında 

iĢlədildiyini qeyd etməsi bunu təsdiq edir. 

Orta  Tunc  dövründə  əmlak  və  ictimai  bərabərsizlik daha  da  dərinləĢmiĢ, 

ibtidai  icma  qaydalarının  dağılması,  erkən  dövlət  qurumlarının  -  böyük  tayfa 

birliklərinin  yaranması  sürətlənmiĢdi.  Tayfa  baĢçıları  öz  patriarxal  ailələri,  silahlı 

dəstəsi,  əyanları  və  kahinləri  ilə  birlikdə  ətrafında  möhkəm  müdafiə  divarları 

çəkilmiĢ  yaĢayıĢ  məskənlərinin  mərkəzində  -  Narınqalada  yaĢayırdılar.  Onların 

dəfn  olunduqları  qəbirlər  də  fərqli  idi,  onlara  daha  zəngin  və  təmtəraqlı  qəbir 

avadanlıqları qoyulurdu [45]. Bu dövrdə sənətkarlığın xüsusi məĢğuliyyət sahəsinə 

çevrilməsi,  yəni  ikinci  əmək  bölgüsünün  baĢ  verməsi  sinifli  cəmiyyətə  keçid 

mərhələsinin  baĢlandığını  göstərirdi.  Azərbaycan  tayfalarının  Qədim  ġərq 

dövlətləri ilə iqtisadi-mədəni əlaqələrinin geniĢlənməsi də ictimai həyata öz təsirini 

göstərirdi. 

E.ə.  II  minillikdə  Azərbaycan  tayfaları  həm  Qafqazın  digər  bölgələrində 



 

 

32 



yaĢayan əhali ilə, həm də Ön Asiyanın qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqə 

saxlayır,  hazır  məhsul,  silah,  boyalı  qab,  bəzək  əĢyaları  və  xammal  mübadilə 

edirdilər.  Məsələn,  müəyyən  edilmiĢdir  ki,  daha  keyfiyyətli  və  davamlı  tunc 

alınması üçün lazım olan qalay ehtiyatları Qafqazda olmadığından, onu çoxpilləli 

mübadilə  yolu  ilə  ya  cənub-Ģərqi  Asiyadan  [46],  ya  da  Böyük  Britaniyadan 

gətirdirdilər. 

E.ə.  II  minillikdə  Azərbaycanda  kuti,  lullubi,  hurri,  kassi,  turukku 

tayfalarının  yaĢamaları  haqqında  mixi  kitabələrdə  bilgi  vardır.  Bu  tayfaların 

yaratdığı etno-siyasi birliklər - erkən dövlət qurumları Ġkiçayarası və Yaxın ġərqin 

digər  ölkələri  ilə  sıx  əlaqələrə  malik  idilər.  Bu  tayfaların  etnik  mənsubiyyəti 

haqqında  müxtəlif  mülahizələr  mövcuddur.  Onların  bəzilərinin  (hurrilər)  Qafqaz 

dil ailəsinə, bəzilərinin isə (kutilər, turukkular və kassilər) türk dil ailəsinə mənsub 

olduqları güman edilir [47]. Bu tayfaların dillərinə aid materiallar hələlik çox azdır; 

ayrı-ayrı  sözlər  və  adlar  əsasında  isə  yalnız  ehtimal  irəli  sürmək  mümkündür. 

Lakin antropoloji materiallar müasir azərbaycanlıların mənsub olduqları fiziki tipin 

daĢıyıcılarının çox qədim çağlardan 

Cənubi  Qafqazda  yaĢadıqlarını 

sübut  edir.  Orta  Tunc  dövrünə  aid 

paleoantropoloji 

tapıntılar 

(Naxçıvanda  Xarabagilan,  Urmiya 

gölü 


yaxınlığında 

Göytəpə 


abidəsindən  aĢkar  edilmiĢ  insan 

qalıqları)  göstərir  ki,  həmin  dövrdə 

yerli  əhali  antropoloji  əlamətlər 

kompleksinə  görə  əsasən  kaspi 

tipinin 

xüsusiyyətləri 

ilə 

səciyyələnən  müasir  naxçıvanlılara 



yaxın olmuĢdur [48]. 

Son  Tunc  (e.ə.  XTV-XII 

əsrlər)  və  Erkən  Dəmir  (e.ə.  XI-VIII 

əsrlər) 


dövrləri 

Azərbaycanda 

təsərrüfatın 

bütün 


sahələrinin, 

xüsusən  də  sənətkarlığın  o  vaxta 

qədər  görünməmiĢ  sürətlə  inkiĢaf 

etməsi  ilə  xarakterizə  olunur.  Bu 

mərhələdə  tunc  emalı,  metaliĢləmə 

sənəti  yüksək  çiçəklənmə  dövrü 

keçirirdi. 

Dulusçuluqda 

ayaqla 

hərəkətə  gətirilən  dulus  çarxının 



kəĢfi  saxsı  qab  istehsalını  kəskin 

surətdə 


artırmağa, 

dulusçuluq 

məmulatının 

keyfiyyətini 

daha 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə