A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə20/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   16   17   18   19   20   21   22   23   ...   190

 

 

55 



XIX  əsrin 30-cu  illərində  müstəmləkə  əsarətinə  və  feodal  istismarına  qarĢı 

üsyanlar  çarizmi  məcbur  etdi  ki,  Azərbaycanda  və  bütövlükdə  Cənubi  Qafqazda 

idarəçilik sistemində dəyiĢikliklər etsin. Qafqaz caniĢinliyinin yaradılması, yerli hakim 

zümrənin  hüquq  və  imtiyazlarının  bərpa  edilməsi  Qafqaz  diyarında  Rusiyanın 

mövqeyini möhkəmlətdi. 

 

XIX əsrin ortalarında ġimali Azərbaycanın təsərrüfat həyatında bir sıra dəyi-



Ģikliklər baĢ verdi. Cənubi Azərbaycanla və bütövlükdə müsəlman ġərqi ilə əsrlər boyu 

qərarlaĢmıĢ  iqtisadi  əlaqələr  zorakılıqla qırıldı,  Qafqazın  digər  bölgələri  və  Mərkəzi 

Rusiya  ilə  əlaqələrin  isə  geniĢləndirilməsinə  baĢlandı.  Bakı-Tiflis  poçt  yolunun 

abadlaĢdırılması, Kür çayında və Xəzər dənizində gəmiçiliyin inkiĢaf etdirilməsi, Xəzər 

sahilini Qara dəniz sahili ilə birləĢdirən və Cənubi Qafqazın mərkəzindən keçən dəmir 

yolu  çəkilməsi  sahəsində  addımlar  atıldı  [102].  Taxıl  məhsulları  istehsalı  artdı, 

ipəkçilik,  qızılboya  istehsalı  sürətlə  inkiĢaf  etməyə  baĢladı.  Yerli  əhalinin  əsas 

məĢğuliyyət  sahələrindən  biri  olan  maldarlıqda  da  canlanma  baĢ  verirdi.  Mal-qara, 

davar, at saxlanması sürətlə geniĢlənirdi. Xüsusən Qarabağ atlarının sayı artmaqda idi. 

Onun  Ģöhrəti  çox-çox  uzaqlara  yayılırdı  [103].  Sənətkarlığın,  sənaye  məhsulu 

istehsalının inkiĢafında da xeyli irəliləyiĢ baĢ verdi. 1829-cu ildə ġəkidə Xanabad ipək 



 

 

56 



manufakturasının,  1855-ci  ildə  Gədəbəy  misəritmə  zavodunun,  sonrakı  dövrdə  neft 

emalı zavodlarının, fabriklərin açılması kapitalist sənayesinin yarandığını göstərirdi. 

XIX əsrin birinci yarısında Azərbaycanda mədəniyyət sahəsində də  mühüm 

yeniliklər baĢ verdi. 30-cu illərdə çarizmin ruslaĢdırma siyasətinə uyğun olaraq ġuĢada, 

ġəkidə,  Bakıda,  Gəncədə,  Naxçıvanda  və  ġamaxıda  rus  dilində  təhsil  verən  qəza 

məktəbləri  açıldı.  Bu  məktəblərdə  kitabxanalar  yaradıldı.  Azərbaycan  türkcəsini 

tədris etmək üçün dərsliklər tərtib edilməsinə baĢlandı. Mirzə Kazım bəyin 1839-

cu  ildə  nəĢr  etdirdiyi  "Türk-tatar  dilinin  qrammatikası"  əsəri  Rusiya  Elmlər 

Akademiyasının  mükafatına  layiq  görüldü.  Həmin  dövrdə  Kazan  və  Peterburq 

universitetlərində  dərs  deyən  azərbaycanlı  alimlər:  Mirzə  Cəfər  TopçubaĢov  və 

Mirzə  Kazım  bəy  Rusiyada  ĢərqĢünaslıq  elminin  yaranması  və  inkiĢafında 

görkəmli  rol  oynadılar.  Azərbaycan  tarixinin  öyrənilməsinə  A.Bakıxanov, 

M.Adıgözəl bəy, M.Camal, Ə.CavanĢir, K.Fateh və b. əsərləri qiymətli töhfə oldu. 

Azərbaycan  ədəbiyyatının  inkiĢafında  M.ġ.Vazeh,  Q.Zakir  və 

Ġ.QutqaĢınlının  böyük  xidmətləri  oldu.  Xüsusən  M.F.Axundzadə  öz  ölməz 

komediyaları ilə Azərbaycan ədəbiyyatı tarixində yeni səhifə açdı. Bu dövrdə aĢıq 

yaradıcılığı, musiqi və təsviri sənətin inkiĢafında da ciddi uğurlar qazanıldı. 

Rusiyada  XIX  əsrin  60-70-ci  illərində  təhkimçilik  hüququnun  ləğv 

edilməsi,  yerli  idarəçilik,  məhkəmə  və  Ģəhər  islahatlarının  keçirilməsi  mərkəzi 

quberniyalarla  yanaĢı,  milli  ucqarlarda  da  kapitalizmin  inkiĢafına  təkan  verdi. 

Azərbaycanda  1870-ci  il  kəndi  islahatı  kənd  təsərrüfatında  kapitalistcəsinə 

yenilikləri  sürətləndirdi.  Satlıq  taxıl  istehsalı  XIX  əsrin  son  onilliklərində  2-2,5 

dəfə  artdı,  texniki  bitkilər:  pambıq,  tütün  əkinləri  geniĢləndirildi,  üzümçülük 

Gəncə,  ġuĢa,  ġamaxı  və  Göyçay  qəzalarında  mühüm  yer  tutmağa  baĢladı  [104]. 

Təkmil alətlərin və muzdlu iĢçi qüvvəsinin tətbiqi geniĢ miqyas aldı. 

XIX  əsrin  ikinci  yarısında  Azərbaycanda  neft  sənayesi  və  onunla  bağlı 

olan  mexaniki  istehsal,  gəmi  təmiri  və  kükürd  turĢusu  sahələri  sürətlə  inkiĢaf 

etməyə  baĢladı.  Bakı  dünyanın  ən  böyük  neft  istehsalı  mərkəzinə  çevrildi.  Bu 

dövrdə  həmçinin  yeni,  qabaqcıl  texniki  avadanlıqla  təchiz  edilmiĢ  misəritmə, 

pambıqtəmizləmə,  Ģərab,  konyak,  biyankökü  emalı  zavodları,  ipəksarıma, 

toxuculuq, tütün fabrikləri iĢə salındı. Əsrin sonunda Azərbaycan  sənaye məhsulu 

istehsalının  həcminə  və  bu  sahədə  çalıĢanların  sayına  görə  Rusiya  imperiyasının 

mərkəzi bölgələri ilə bərabər səviyyədə dururdu [105]. 

XIX  əsrin  son  onilliklərində  nəqliyyat  və  rabitə  sahəsində  də  çox 

əhəmiyyətli  dəyiĢikliklər  baĢ  verdi.  1883-cü  ildə  Bakı-Tiflis  dəmir  yolunun 

çəkilməsi  Azərbaycanın  sənaye  və  kənd  təsərrüfatı  məhsullarını  daha  öncə  inĢa 

edilmiĢ  Tiflis-Poti  dəmir  yolu  xətti  ilə  birlikdə  sabit,  davamlı,  həm  də  böyük 

həcmdə Qara dəniz limanlarına və oradan da Mərkəzi Rusiyaya və Qərbi Avropaya 

göndərməyə Ģərait yaratdı. 1900-cü ildə Bakı-Dərbənd dəmir yolunun iĢə salınması 

isə Azərbaycanın və bütün Cənubi Qafqazın Ümumrusiya bazarı ilə birbaĢa əlaqə 

yaratmasına  imkan  verdi.  Dəmir  yolu  stansiyalarından  qəza  mərkəzlərinə 



 

 

57 



ĢoseləĢdirilmiĢ  yollar  çəkilməsi  isə  Azərbaycanın  ayrı-ayrı  bölgələri  arasında 

iqtisadi-ticarət əlaqələrinin inkiĢafına müsbət təsir etdi [106].

 

Bu dövrdə Azərbaycan həm də nəqliyyat və  yük daĢımaları üzrə çox mühüm 



yeniliklərin  ilk    dəfə  tətbiq  olunduğu  ölkə    idi.      1878-ci    ildə  dünyada  ilk  dəfə 

Xəzər  dənizində  neft  məhsullarının  

xüsusi    gəmi-tankerlə    daĢınmasına  

baĢlandı,  Avropada  ilk  dəfə  neftin  boru 

kəmərilə  nəql  edilməsi  həmin  il  inĢa 

edilmiĢ  Bala-xanı  -  Qara  Ģəhər  neft 

kəməri vasitəsilə həyata  keçirildi. 1880-ci 

ildə  istifadəyə  verilmiĢ  Bakı-Sabunçu-

Suraxanı dəmir  yolu  xəttində dünyada   ilk 

dəfə  parovoz  neft  yanacağı  ilə  hərəkətə 

gətirildi, xüsusi neftdaĢıyan yük vaqonları - 

vaqon-sisternlər  tətbiq  edildi  [107].  1868-

ci  ildə  Bakı-Tiflis  teleqraf  xəttinin 

çəkilməsi,  1886-cı  ildə  Bakı      Ģəhərində   

mərkəzləĢdirilmiĢ    telefon    stansiyasının 

iĢə  salınması  ilə  ölkəmizdə  müasir    rabitə 

vasitələrindən istifadəyə baĢlandı.

 

XIX  əsrin  son  onilliklərində 



kapitalizmin  inkiĢafı  ilə  əlaqədar  yeni 

sosial  təbəqələrin-milli  burjuaziya  və 

fəhlələrin  formalaĢması  sürətləndi.  Milli 

oyanıĢ baĢ verdi. Ədəbiyyatda, mətbuatda 

millət,  türk  milləti,  Azərbaycan  milləti 

ifadələri 

iĢlədilməyə 

baĢlandı. 

M.F.Axundzadə, H.Zərdabi, Ə.Ağayev, Ə.TopçubaĢov, Ə.Hüseynzadə kimi görkəmli 

xadimlər  öz  əsərləri,  ictimai  fəaliyyətləri  ilə  milli  inkiĢafa  çox  böyük  töhfələr 

verdilər.  Böyük  xeyriyyəçi,  millət  atası  Hacı  Zeynalabdin  Tağıyev  xalqın 

maariflənməsi,  gənclərin  yüksək  təhsil  alması,  mədəniyyətin  inkiĢafı  üçün  misilsiz 

xidmətlər göstərdi.

 

Bu  dövrdə  kapitalist  istismarının  güclənməsinə  qarĢı  fəhlə  çıxıĢları  -  tətil 



mübarizəsi  baĢlandı.  Qəzalarda  isə  feodal  zülmünə,  çarizmin  milli-müstəmləkəçilik 

siyasətinə qarĢı kəndli çıxıĢları geniĢ miqyas aldı. Qaçaq Nəbi, Qaçaq Kərəm kimi xalq 

intiqamçıları ümumxalq məhəbbəti qazandılar.

 

XIX əsrin ikinci yarısında mədəniyyətin inkiĢafında çox mühüm irəliləyiĢlər 



baĢ verdi. Ġlk orta məktəblər - gimnaziyalar yaradıldı, sadə xalqın övladlarının dünyəvi 

təhsil almasına imkan verən ibtidai kənd məktəbləri, üsuli-cədid məktəbləri açıldı. Ġlk 

kütləvi  kitabxanalar,  qiraətxanalar  təĢkil  edildi.  Milli  mətbuatın,  milli  teatrın  əsası 

qoyuldu. N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanovun, C.Məmmədquluzadənin əsərləri 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə