A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə18/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   14   15   16   17   18   19   20   21   ...   190

 

 

48 



Teymurilərə qəti zərbəni Qaraqoyunlu Qara Yusif 1408-ci ildə Sərdrud döyü-

Ģündə endirdi. MiranĢah öldürüldü, Teymuri qüvvələri Azərbaycandan qovuldu. Qara 

Yusif  iki  il  sonra  Cəlarilər  sülaləsinin  hakimiyyətinə  son  qoydu,  Kürdən  cənubdakı 

Azərbaycan  torpaqlarını  və  qonĢu  vilayətləri  özünə  tabe  edərək  böyük  dövlət  - 

Qaraqoyunlu dövlətini yaratdı. Onun varisləri ġirvanı və digər əraziləri ələ keçirmək 

uğrunda  uzun  müddət  mübarizə  apardılar.  1467-ci  ildə  MuĢ  yaxınlığında  döyüĢdə 

Qaraqoyunlu  hökmdarı  CahanĢah  digər  oğuz  tayfa  birliyi  -  Ağqoyunlu  ilə  döyüĢdə 

məğlub  oldu  [89].  Bir  il  sonra  isə  Ağqoyunlu  Uzun  Həsən  Kürdən  cənubdakı  bütün 

Azərbaycan  torpaqlarını  özünə  tabe  etdi  və  Təbrizə  daxil  olaraq  özünü  Ģah  elan  etdi. 

Ağqoyunlu  dövlətinə  Cənubi  Qafqazın  çox  hissəsi,  ġərqi  Anadolu,  Ġraq,  Ġran  əraziləri 

daxil idi. Uzun Həsən silah gücünə yaratdığı, tərkibinə müxtəlif xalqların və ölkələrin 

daxil  edildiyi  bu  dövləti  möhkəmləndirmək  üçün  bir  sıra  tədbirlər  gördü,  əhalinin 

vəziyyətini qismən  yüngülləĢdirmək,  vergi  iĢini  nizama  salmaq  üçün  "Qanunnamə" 

qəbul etdi. 

XV əsrin ortalarında Osmanlı dövlətinin Bizansı süquta uğratması, Kiçik Asiya-

dan  və  Suriyadan  keçən  əsas  karvan  yollarını  öz  nəzarəti  altına  alması  ġərqlə  Qərb 

arasında  münasibətlərə,  Azərbaycanın  Avropa  ölkələri  ilə  iqtisadi-ticarət  əlaqələrinə 

ağır  zərbə  vurdu.  Ona  görə  də,  Uzun  Həsən  Qərbi  Avropa  ilə  birbaĢa  münasibətlər 

yaratmaq, Osmanlı dövlətinə qarĢı birgə mübarizə aparmaq üçün Venesiya, PolĢa, Çexiya, 

Avstriya,  Macarıstan,  Almaniya,  Moskva  knyazlığı  və  digər  ölkələrlə  diplomatik 

əlaqələri geniĢləndirdi [90]. 

Osmanlı sultanı II Mehmed də, öz növbəsində, dövlətinin hüdudlarını ġərqə doğru 

geniĢləndirməyə, o dövrün baĢlıca gəlir mənbələrindən biri - xam ipəyin vətəni olan 

Azərbaycanı ələ keçirməyə çalıĢır, bu yolda baĢlıca maneə olan Ağqoyunlu dövləti ilə 

müharibəyə ciddi hazırlaĢırdı. 1472-1473-cü illərdə baĢ verən döyüĢlərdə daha böyük 

canlı qüvvəyə və odlu silaha malik olan Osmanlı dövləti qalib gəldi. Lakin Ağqoyunlu 

Uzun  Həsən  ağır  itkilər  hesabına  olsa  da,  osmanlıların  Qafqaza  doğru  irəliləməsinin 

qarĢısını ala bildi. XV əsrin 90-cı illərində Ağqoyunlu Ģahzadələrinin taxt-tac uğrunda 

ara müharibələri bu dövləti zəiflətdi. Feodal əyanlarının özbaĢınalığı, dərəbəyilik gücləndi, 

ölkə iqtisadiyyatının normal inkiĢaf ahəngi pozuldu, əhalinin güzəranı ağırlaĢdı. 

XV əsrin ikinci yarısında Azərbaycanın siyasi həyatında Ərdəbil hakimi olan 

Səfəvi Ģeyxləri mühüm rol oynamağa baĢladılar. Səfəvi Ģeyxləri Azərbaycanda və digər 

ġərq ölkələrində ağalıq edən sünni hökmdarların siyasətindən narazı olan xalq kütlələri 

içərisində Ģiəliyi təbliğ etməklə çoxlu tərəfdarlar topladılar. Xüsusən yarımköçəri həyat 

sürən ġamlı, Rumlu, Ustaclı, Təkəli, ƏfĢar, Qacar və s. tayfaların rəsmi sünniliyə qarĢı 

mübarizədə  Səfəviləri  müdafiə  etmələri,  [91]  onların  hərbi  gücünü  kəskin  surətdə 

artırdı.   

 

 



 

 

 



 

 

Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinin  yaranması,  ġirvanĢahlar 



dövlətinin  öz  müstəqilliyini  qoruması  təsərrüfat  sahələrinin  inkiĢafına,  Ģəhərlərin 

iqtisadi əhəmiyyətinin daha da artmasına imkan verirdi. 

XIII-XV əsrlərdə Azərbaycanın mədəni həyatında önəmli yeniliklər baĢ verdi.  



 

 

49 



1259-cu  ildə  böyük  ensiklopediyaçı  alim  Nəsirəddin  Tusi  Marağa  rəsədxanasını 

yaratdı, onu dərin elmi araĢdırmalar aparılan, müxtəlif ölkələrdən gəlmiĢ 100-dən çox 

alimin çalıĢdığı akademiyaya çevirdi. XIV əsrin əvvəlində görkəmli dövlət xadimi, tarixçi və 

təbib Fəzlullah RəĢidəddin Təbrizdə ġəfa evi yaratdı. Bu həm də minlərlə gəncin dərin 

tibbi biliklər aldığı böyük universitet idi [92]. XIV əsrin əvvəlində Təbrizdə inĢa edilən 

ƏliĢah məscidi ölçülərinə görə o zamankı müsəlman aləminin ən möhtəĢəm memarlıq 

abidəsi - camesi idi. Divarlarının qalınlığı 3 olan bu abidə təbrizlilərin dar günündə etibarlı 

sığınacaq  rolu  oynadığı  üçün  "Ərk  qalası"  adını  almıĢdı.  XV  əsrin  ortalarında  Bakıda 

ucaldılan  ġirvanĢahlar  sarayı,  Təbrizdə  tikilən  Göy  məscid,  HəĢtbehiĢt  saray 

kompleksi çox gözəl və kamil memarlıq abidələri idi. 

XIII əsrdən etibarən Azərbaycan türkcəsində poeziya nümunələri yaradılma-

sına  baĢlandı,  sonrakı  yüzilliklərdə  geniĢ  miqyas  aldı.  Ġzzəddin  Həsənoğlu,  Qazi 

Bürhanəddin, Ġmadəddin Nəsimi Azərbaycan dilində yazdıqları divanları ilə böyük Ģöhrət 

qazandılar. 

ġərq və Azərbaycan musiqisinin inkiĢaf etdirilib, yüksək zirvəyə qaldırılması 

XIII  əsrdə  yaĢamıĢ  Səfiəddin  Urməvinin  adı  ilə  bağlıdır.  O,  musiqinin  səslər  sistemi 

nəzəriyyəsinin özülünü qoydu, özünün not yazısı ilə 12 baĢlıca məqamın səs düzümünü 

müəyyənləĢdirdi.  Onun  baĢladığı  iĢi  XIV  əsrin  sonu  -  XV  əsrin  ilk  onilliklərində 

Əbdülqadir  Marağayi  davam  etdirdi,  musiqimizin  12  baĢlıca  məqamından  törəmə  24 

Ģöbə sisteminin nəzəri əsasını qoydu, yeni musiqi ritmləri yaratdı. 

 



 

 

50 



Azərbaycanda XV əsrin sonunda feodal özbaĢınalığından, ara müharibələrin-

dən  əziyyət  çəkən  geniĢ  xalq  kütlələri  ədalətli  qaydalar  vəd  edən  Səfəvilərə  böyük 

ümidlər  bəsləyir,  gənc  Ġsmayılın  hakimiyyət  uğrunda  mübarizəsini  fəal  müdafiə 

edirdilər. Bunun nəticəsi idi ki, Ġsmayıl çox qısa müddətdə öz ətrafına minlərlə döyüĢçü 

topladı, ġirvanĢah Fərrux Yasarın, Ağqoyunlu Əlvənd Mirzənin sayca qat-qat üstün olan 

qoĢunlarını məğlub etdi. 1501-ci ilin payızında Ġsmayıl təntənə ilə Təbrizə daxil olub Ģah 

taxtına çıxdı, Azərbaycan Səfəvi dövlətini yaratdı [93]. 1503-cü ildə Ağqoyunlu Murad 

Mirzəni məğlub edib, Ġranın mərkəzi və Ģərq bölgələrini, ardınca Ġraq, ġərqi Anadolu və 

Xorasanı ələ keçirdi. Səfəvi dövləti Amu-Dəryadan Fərat çayına qədər geniĢ ərazini əhatə 

edən  böyük  imperatorluğa  çevrildi.  Bu  nəhəng  dövlətin  özəyini  Azərbaycan,  hakim 

zümrəsini Azərbaycan əyanları, hərbi qüvvələrinin əsasını Azərbaycan əhalisi təĢkil 

edirdi.  Əsas  saray  vəzifələri,  qoĢuna  rəhbərlik,  maliyyə  iĢləri,  vilayətlərin  idarəsi 

azərbaycanlı  əmirlərin  əlində  idi.  Səfəvi  Ģahlarının  sarayında,  orduda,  qismən  də 

diplomatik yazıĢmada Azərbaycan türkcəsi iĢlədilirdi. Dövlətin ilk paytaxtı Təbriz 

ġərqin ən böyük və gözəl Ģəhəri idi. 

 

 



 

 

 



Osmanlı 

dövləti 


Səfəvi 

imperatorluğunun 

yaranmasını 

özünün  Anadoludakı  mülkləri  üçün 

çox  ciddi  təhlükə,  həmçinin  ġərqdə 

yeni  ərazi  iĢğalları  yolunda  böyük 

maneə sayaraq bütün qüvvələrini onu 

məhv  etməyə  yönəltdi.  1514-cü  ildə 

Çaldıran  döyüĢündə  Səfəvi  ordusu 

ağır  məğlubiyyətə  uğradı  və  ġərqi 

Anadolunu  itirdi.  Əvəzində  ġah 

Ġsmayıl 


ġərqi 

Gürcüstanda 

öz 

mövqeyini  möhkəmlətdi.  Oğlu  I  ġah 



Təhmasib  isə  ġirvanı  və  ġəkini  qəti 

Ģəkildə  Səfəvi  dövlətinə  tabe  edib, 

Azərbaycan 

torpaqlarının 

vahid 

dövlətdə 



birləĢdirilməsini 

baĢa 


çatdırdı. 

Ġlk  Səfəvi  Ģahları  güclü 

mərkəzləĢdirilmiĢ  dövlət  yaratmaqla  feodal  -  ara  müharibələrinə  son  qoydular, 

əmin-amanlıq,  qayda-qanun  bərqərar  etdilər.  1  ġah  Təhmasib  osmanlılarla 

müharibələrdə  xalqın  ağır  vəziyyətə  düĢməsini  nəzərə  alıb  əsas  məhsul  vergisi  - 

malcəhəti  azaltdı.  1565-ci  ildə  isə  sənətkarlardan  və  tacirlərdən  alınan  tamğa 

vergisini ləğv etdi [94]. Bütün bunlar iqtisadi həyata müsbət təsir etdi, sənətkarlıq 

və ticarət dirçəldi. Azərbaycan ipəyinin Xəzər-Volqa su yolu ilə Rusiya və Qərbi 

Avropaya göndərilməsinə baĢlandı. 

XVI 


əsrin 70-ci illərində Səfəvi dövlətində daxili çəkiĢmələr baĢ verdi. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə