A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə14/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   10   11   12   13   14   15   16   17   ...   190

 

 

35 



edirdilər. Bu mübarizədə mannalılara iskitlər də böyük yardım göstərirdilər. Manna 

hökmdarı  AhĢeri  e.ə.  VII  əsrin  70-ci  illərində  iskitlərin  və  midiyalıların 

(madalıların)  köməyi  ilə  AĢĢur  asılılığından  çıxdı  və  müstəqil  siyasət  yeritməyə 

baĢladı. AĢĢur hökmdarı itirdiyi qalaları geri almaq, Mannanı yenidən tabe etmək 

üçün  iskitləri  öz  tərəfinə  çəkdi.  E.ə.  VII  əsrin  ortalarında  AĢĢur  ordusu  Mannaya 

soxuldu,  bir  neçə  Ģəhər  və  qalanı,  o  cümlədən  paytaxt  Ġzirtunu  dağıtdı,  çoxlu 

qənimət ələ keçirdi. Bu yürüĢdən sonra Manna yenidən AĢĢurdan asılı hala düĢdü. 

E.ə. 590-cı ildə isə Midiya tərəfindən iĢğal olundu. 

Manna dövlətini hakimiyyəti irsən keçən hökmdarlar idarə edirdilər. Ölkə 

inzibati  cəhətdən  vilayətlərə  bölünürdü  və  hökmdarın  təyin  etdiyi  caniĢinlər 

tərəfindən  idarə  olunurdu.  Mannada  dövlət  iĢlərində  Ağsaqqallar  Ģurası  da 

müəyyən rol oynayırdı. Mənbələrə görə, paytaxt Ġzirtu möhtəĢəm qala divarları ilə 

əhatə  olunmuĢdu,  gözəl  sarayları,  yaraĢıqlı  imarətləri  vardı.  Ölkədə  çoxlu  sayda 

Ģəhər və qalalar, möhkəmləndirilmiĢ yaĢayıĢ məntəqələri mövcud idi. Mannanın ən 

qüdrətli  dövründə  -  hökmdar  Ġranzunun  zamanında  (e.ə.  VIII  əsrin  ikinci  yarısı) 

ölkənin  ərazisi  Araz  çayından  Ģimala  və  Xəzər  dənizi  sahillərinə  qədər  uzanırdı 

[58]. 

Mannada  əkinçilik,  maldarlıq,  sənətkarlıq  sahələri  yüksək  inkiĢaf 



səviyyəsinə  çatmıĢdı.  Ölkənin  ərazisi  suvarma  kanalları  Ģəbəkəsi  ilə  örtülmüĢdü. 

Arxeoloqlar  bu  dövrə  aid  yerin  altından  borularla  çəkilmiĢ  kanal  qalıqları  aĢkar 

etmiĢlər. Manna Ģəhərlərində çoxlu buğda, arpa ehtiyatları olan anbarlar, Ģərab küpləri 

olan  zirzəmilər  haqqında  mixi  kitabələrin  məlumatları  taxılçılığın,  bağçılığın  və 

üzümçü-lüyün  yüksək  inkiĢaf  mərhələsində  olduğunu  təsdiqləyir.  Ölkənin  iqtisadi 

həyatında  maldarlıq  da  önəmli  yer  tuturdu.  AĢĢur  və  Urartu  hökmdarları  Mannaya 

qarətçi  yürüĢləri zamanı çoxlu  qaramal, davar,  at  və dəvə ələ  keçirdiklərini  təntənə  ilə 

qeyd etmiĢlər [59]. Mannada atçılıq xüsusilə inkiĢaf etmiĢdi. AĢĢura ödənilən xəracın çox 

vaxt təkcə atlardan ibarət olması Manna atlarının bütün Qədim ġərqdə məĢhur olması 

ilə  bağlı  idi.  Mannada  metaliĢləmə,  xüsusən  də  silahqayırma  və  zərgərlik  sənəti 

sahələri,  dulusçuluq,  toxuculuq  üzrə  çox  mahir  sənətkarlar  mövcud  idi.  Arxeoloji 

qazıntılar  zamanı  Həsənli  və  Ziviyədən  aĢkar  edilmiĢ  sənətkarlıq  məmulatları  bunu 

aydın göstərir. 

Mannalılar etnik, dil, iqtisadi və mədəni cəhətcə lullubi, kuti, turukku tayfa-

larının  törəmələri,  əsl  varisləri  idilər.  E.ə.  VIII  əsrdə  Qafqazın  Ģimalından  cənuba 

kimmerlərin,  onların  ardınca  da  iskitlərin  və  sakların  yürüĢ  edib  Mannanın  Ģimal 

vilayətlərində  məskunlaĢmaları  ölkəmizdə  türk  tayfalarının  mövqeyini  daha  da  möh-

kəmlətdi. Bu tayfaların yaratdığı dövlət qurumu - Ġskit Ģahlığı e.ə. VII əsrin 70 ili ərzində 

Urmiya  gölündən  Ģimalda  və  qərbdə  mövcud  olmuĢ,  o  dövrün  etnik-siyasi 

proseslərində  fəal  iĢtirak  etmiĢdi.  Bu  tayfaların,  xüsusən  də  iskit,  sak  adı  altında 

yürüĢdə  iĢtirak  edənlərin  bir  qismi  türk  etnosları  idi  [60].  E.ə.  VIII-VII  əsrlərə 

qədərki  dövrdə  Hind-Avropa  və  ya  ari  tayfalarının  Cənubi  Qafqazda  və  onunla 

həmhüdud bölgələrdə yaĢamaları haqqında yazılı qaynaqlarda heç bir məlumat  



 

 

36 



 

 



 

 

37 



yoxdur.  Bir  sıra  tədqiqatçıların  ciddi  səy  göstərmələrinə  baxmayaraq,  arxeoloji  və 

etnoqrafik  araĢdırmalar  da  bu  tayfaların  qeyd  olunan  dövrə  kimi  Qafqazla,  ətrafı 

bölgələrlə bağlılığı haqqında heç bir dəlil-sübut verməmiĢdir [61]. 

Ġskitlər tarixdə ilk dəfə çoxsaylı atlı qoĢun yaratmıĢ, yeni hərbi taktikalar tətbiq 

etmiĢ, daha mükəmməl silahlardan istifadə etmiĢdilər. Onların gəliĢi Azərbaycanda və 

bütövlükdə Yaxın ġərqdə hərbi iĢdə, incəsənətdə və məiĢətdə yeniliklərə səbəb oldu. 

Sonrakı  yüzilliklərdə  baĢ  verən  etnik  proseslər  göstərir  ki,  kimmer,  iskit  və 

sak axınları Azərbaycanda, o cümlədən də Urmiya ətrafı bölgədə qədimdən yaĢamaqda 

olan türk etnoslarının sayının artmasına, mövqeyinin möhkəmlənməsinə gətirib çrxardı. 

E.ə. I minilliyin ilk əsrlərində Mannadan cənub-Ģərqdə Midiya (Mada, Amaday) 

tayfaları yaĢayırdılar. AĢĢur hökmdarları bu tayfaları özünə tabe etmiĢdi. E.ə. VIII əsrin 

sonunda Deyok Midiya tayfalarını birləĢdirərək dövlət yaratdı, paytaxt Ģəhəri Ekbatanın 

əsasını  qoydu.  Midiya  mannalıların  və  iskitlərin  yardımı  ilə  AĢĢur  əsarətinə  son  qoydu. 

Özünə  Ģahlar  Ģahı  titulu  götürmüĢ  Kiaksar  hərbi  islahat  keçirərək  ordunu  atlılara  və 

piyadalara böldü, nizəçiləri oxatanlardan ayırdı. O, öncə Midiyadan cənub-Ģərqdə yerləĢən 

Parsua - Fars ölkəsini ələ keçirdi, daha sonra Babil hökmdarı ilə ittifaqa girib AĢĢura 

qarĢı  müharibəyə  baĢladı.  E.ə.  612-ci  ildə  Nineva  yandırıldı,  AĢĢur  ərazisi  bu  iki 

dövlət arasında bölüĢdürüldü. Kiaksar e.ə. VI əsrin əvvəlində Manna, Ġskit və Urartu 

dövlətlərini də özünə tabe etdi [62]. 

Mannalılar iqtisadi və mədəni cəhətdən midiyalılardan daha üstün idilər və onla-

rın  təsərrüfatına  və  mədəniyyətinə  müsbət  təsir  göstərdilər.  E.ə.  550-ci  ildə  Fars 

əyalətinin  baĢçısı  II  Kir  Ekbatanı  ələ  keçirib  özünü  Ģah  elan  etdi,  yeni  Ġran  -

Əhəmənilər  dövlətinin  əsasını  qoydu.  Midiyaya  tabe  olan  ölkələri,  o  sıradan  Cənubi 

Azərbaycanı  Ġran  -  Əhəmənilər  dövlətinə  birləĢdirdi.  II  Kir  e.ə.  530-cu  ildə  Araz 

çayından  Ģimala  -  Massagetlər  (Saklar)  ölkəsinə  hücum  etdi.  Massagetlərin  hökmdarı 

Tomiris Əhəmənilər ordusunu məğlub edib qovdu, II Kir öldürüldü. I Dara Ġran taxtına 

çıxdıqdan  sonra  Araz  çayından  Ģimaldakı  sakları  itaət  altına  aldı.  Herodot  Qafqaz 

dağlarınadək  ərazidə  yaĢayan  tayfaların,  o  cümlədən  də  kolxidalıların  HaxamaniĢi 

Ģahına xərac göndərdiklərini qeyd etmiĢdir. 

E.ə. IV əsrin 30-cu illərində Makedoniyalı Ġskəndərin ġərqə yürüĢü nəticə-

sində  Əhəmənilər  imperiyası  məhv  oldu.  Ġskəndərin  ölümündən  sonra,  onun  yaratdığı 

nəhəng  imperiya  da  parçalandı.  Azərbaycanın  cənubunda  Atropaten,  Ģimalında 

Albaniya dövlətləri yarandı. Atropaten adı sərkərdə Atropatın adı ilə bağlıdır. Atropat III 

Daranın  atlı  qoĢununun  baĢçısı  kimi  Qavqamel  döyüĢündə  igidliklə  vuruĢmuĢdu.  O, 

Əhəmənilər dövlətinin süqutundan sonra Kiçik Midiya caniĢini-satrapı kimi Ġskəndərin 

hakimiyyətini  qəbul  etmiĢ  və  onun  tərəfindən  Midiya  caniĢini  təyin  olunmuĢdu. 

Ġskəndərin  ölümündən  sonra  Atropat  Midiyanın  Ģimal  hissəsində  müstəqil  siyasət 

yeritməyə baĢlamıĢ və bu ölkə onun adı ilə Atropat Midiyası, daha  sonra  isə  Atropaten 

adlanmıĢdı. Hökmdarın iqamətgahı Qazaka Ģəhəri idi. 

Azərbaycan adının etimologiyası ilə məĢğul olan tədqiqatçıların çoxu bu adın 

qədim  və  erkən  orta  əsrlərdə  Atropaten-Adurbadaqan-Adərbayqan-Azərbaycan 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə