A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə13/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   9   10   11   12   13   14   15   16   ...   190

 

 

33 



da yüksəltməyə imkan  verdi [49]. XıĢ əkinçiliyi,  süni  suvarma  daha  da  inkiĢaf  etdi, 

taxıl  biçini  alətləri  və  döyüm  vasitələri  təkmilləĢdirildi.  Köçmə  (yaylaq)  maldarlığı 

əsas yer tutdu. Atçılıq və dəvəçilik mühüm nəqliyyat vasitələri kimi inkiĢaf etdirilərək 

ayrıca təsərrüfat sahəsinə çevrildi [50].  

Dəmirin 

kəĢfi 


həm 

məhsuldar 

qüvvələrin  inkiĢafını,  həm  də  bu  zəmində  ictimai  inkiĢafı    daha  da    sürətləndirdi.  

Dəmirin ərimə temperaturu yüksək - 1530 dərəcə olduğu üçün, yalnız metallurgiya iĢi 

müəyyən inkiĢaf mərhələsinə çatdıqdan, xüsusən körük kəĢf olunduqdan sonra ondan 

istifadə  olunmasına  baĢlandı.  Körük  vasitəsi  ilə  dəmiri  900  dərəcə  istilikdə  almaq 

mümkün  oldu  [51].  Dəmir  baĢqa  metallara  nisbətən  ucuz  baĢa  gəldiyindən  və 

ehtiyatları daha çox olduğundan tezliklə geniĢ əraziyə yayıldı. 

E.ə. II minilliyin sonu –I minilliyin baĢlanğıcında metallurgiya və metaliĢləmə 

sənəti yerli xammal hesabına yüksəliĢ dövrü keçirirdi. Metal əĢyalar hazırlanmasında 

daĢ  qəliblərə  ərintinin  tökülməsi,  isti  və  soyuq  döymə,  qaynaqlama,  bənd  vurma, 

oyma,  minalama  və  s.  üsullardan  istifadə edilirdi.  Dəmir  nizə ucluqları,  xəncərlər və 

qılınclar  daha  əvvəlki  dövrlərdə  tunc  silahların  hazırlandığı  üsullarla,  onların 

qəliblərinə tökülərək hazırlanırdı [52]. Tunc və dəmir metallarının emalı, onlardan alət 

və silah hazırlanması arasındakı varislik bu dövrün arxeoloji abidələrindəki tapıntılarda 

aydın  nəzərə  çarpır.  Xocalı  -  Gədəbəy  mədəniyyəti  abidələrindəki  dəmir  nizə 

ucluqları, Muğan mədəniyyəti abidələrindən tapılan dəmir tiyəli xəncər və qılınclar 

eyni tunc silahların formasını təkrar edir. 

Son Tunc - Erkən Dəmir dövründə təsərrüfat sahələrinin sürətli inkiĢafı ilə bağlı 

tayfalararası  və  bölgələrarası  mübadilə  daha  da  gücləndi.  Maldar  tayfalar  alıĢ-veriĢ 

iĢlərində  fəal  vasitəçi  idilər.  Bu  dövrdə  alıĢ-veriĢ  həm  davarla,  həm  də  metal 

əĢyalarla,  hətta  metal  parçaları  ilə  aparılırdı.  Təsərrüfatın  və  mübadilənin  belə  güclü 

inkiĢafı da öz növbəsində üçüncü əmək bölgüsünə: tacirlərin sənətkarlardan ayrılmasına 

səbəb oldu. Əmlak bərabərsizliyi daha da dərinləĢdi, ibtidai icma qaydalarının intensiv 

sürətlə dağılması baĢ verdi. Arxeoloji materialların təhlili göstərir ki, bu dövrdə ictimai 

inkiĢaf  ayrı-ayrı  bölgələrdə  fərqli  olmuĢdur.  Azərbaycanın  Ģimalına  nisbətən 

cənubunda  qədim  cəmiyyətlərin  formalaĢması,  qul  əməyindən  istifadə  daha  tez 

baĢlanmıĢdı. 

Sərvətlərin artması həm də onu asan yolla ələ keçirmək ehtiraslarını güclən-

dirdi.  Az-çox  sabit  hərbi  dəstələrin  yaranması  təkcə  tayfa  birliyinin  mal-qoyun 

sürülərini, əkinlərini, yaĢayıĢ məskənlərini qorumaqla bağlı olmayıb, həm də yaxın-uzaq 

qonĢular üzərinə basqın edib qənimət ələ keçirmək məqsədi güdürdü. Bu yürüĢlər tayfa 

baĢçılarının, hərbi əyanların daha da varlanmasına gətirib çıxarırdı. Çoxsaylı və müxtəlif 

formalı dəmir silahların (qılınc, xəncər, təbərzin, yaba, ox və nizə ucluqları) və qalxan, 

dəbilqə, zirehli geyim istehsalının artması qarətçi yürüĢlərin daimi peĢəyə çevrilməsinə 

gətirib çıxardı. Ġbtidai icma quruluĢunun bu son mərhələsinin hərbi demokratiya dövrü 

adlanması da bu proseslərlə bağlıdır. 

Azərbaycanda bu dövrə aid yaĢayıĢ məskənlərinin, xüsusən sərvətin daha çox 

toplandığı  maldar  tayfaların  dağlıq  və  dağətəyi  bölgələrdəki  yaĢayıĢ  yerlərinin  çoxunun 



 

 

34 



hasara  alınması,  iri  daĢ,  qaya  parçalarından  qalaçaların  (siklop  tikililərinin)  inĢa 

edilməsi qarətçi basqınlarından qorunmaq məqsədi daĢıyırdı [53]. DaĢkəsən, Gədəbəy, 

Naxçıvan  bölgələrində  qalıqları  bizim  günlərə  qədər  gəlib  çatmıĢ  qalaçaların  inĢası 

həmçinin  həmin  dövrdə  memarlıq  sənətinin  yüksək  inkiĢaf  səviyyəsinə  çatmasını 

göstərir. 

Hərbi yürüĢlərin, müharibələrin geniĢ miqyas almasını tayfa baĢçılarının, əyan-

ların  qəbirlərində  silahların  sayca  dəfələrlə  artması,  sıravi  icma  üzvlərinin  qəbir-

lərində də silahlar tapılması sübut edir. Əksər hallarda baĢçı dəfn edilərkən xidmətçiləri, 

arvadı, qulları da öldürülüb, onunla bərabər basdırılırdı. Məsələn, Borsunlu  (Qarabağ) 

kurqanında tayfa baĢçısının qızıl lövhələrlə bəzədilmiĢ tabutu ilə yanaĢı, burada 8 at, 9 

hərbi qulluqçu (və ya xidmətçi), kəniz gömülmüĢdür [54]. 

Son Tunc - Erkən Dəmir dövrünə aid Sarıtəpə, Baba-DərviĢ, Xanlar yaĢayıĢ 

yerlərində yanğın-dağıntı nəticəsində həyatın kəsilməsi də tayfalararası toqquĢmaların 

nəticəsi idi. 

Tayfa və icma daxilində təbəqələĢmə bu dövrdə daha da güclənir, var-dövlət 

baĢçıların  əlində  cəmləĢirdi.  Daha  münbit  torpaqlar,  otlaq  sahələri  onların  ixtiyarına 

keçirdi.  Bu  Ģəxslərin  böyük  təsərrüfatlarında  çalıĢmaq  üçün  əlavə  iĢçi  qüvvəsi  cəlb 

edilirdi.  Müharibələr  zamanı  ələ  keçirilən  hərbi  əsirlər  baĢçıların  köləsinə  çevrilir, 

qul kimi iĢlədilirdi. 

Bu dövrdə Azərbaycanın Ön Asiya ölkələri ilə əlaqələri daha geniĢ miqyas alırdı. 

Müxtəlif  bölgələrdə  aĢkar  edilən  silindrik  möhürlər,  qızıl,  fil  sümüyü  və  sədəfdən 

hazırlanmıĢ  bəzək  əĢyaları,  "Ön  Asiya  tipli"  xəncərlər,  üzərində  AĢĢur  hökmdar-

larının adı olan toppuz (Həsənlidən tapılıb), muncuq (Xocalıdan tapılıb) [55] və s. 

bu əlaqələrin möhkəm və davamlı xarakter aldığını göstərir. 

E.ə.  II  minilliyin  sonu  -I  minilliyin  əvvəllərində  əkinçilik  və  maldarlıq 

təsərrüfatlarının  intensiv  inkiĢafı,  sənətkarlıq  sahələrinin,  xüsusən  dəmir  alətlər 

istehsalının yüksəliĢi, qonĢu bölgələrlə, ictimai inkiĢafın daha yüksək mərhələsinə 

keçmiĢ Yaxın ġərq (AĢĢur, Het, Misir) ölkələri ilə mədəni-iqtisadi əlaqələrin daha 

da  geniĢlənməsi  sinifli  cəmiyyətin  meydana  gəlməsinə  imkan  və  Ģərait  yaratdı. 

Artıq bu dövrə aid mixi  kitabələrdə Azərbaycanın cənubundakı tayfa birliklərinin 

torpaqları ölkə, baĢçıları isə hökmdar adlandırıldı. E.ə. I minilliyin baĢlanğıcına aid 

AĢĢur qaynaqlarında Urmiya gölü hövzəsində Zamua, Gilzan, Alateye, Gizilbunda, 

Zikurtu, Subi, UiĢdiĢ adlı ölkələrin varlığından bəhs edilir [56]. 

E.ə.  IX  əsrin  əvvəlində  Urmiya  gölündən  cənubdakı  Zamua-Lullubi 

ölkəsinə AĢĢur hökmdarları yürüĢ edib qalaları və digər yaĢayıĢ məntəqələrini qarət 

etmiĢdilər.  Gilzan  ölkəsi  isə  Urartu  basqınlarına  məruz  qalmıĢdı.  Bu  yadelli 

basqınlarına  qarĢı  gərgin  mübarizə  Ģəraitində  Azərbaycan  tayfaları  birləĢərək 

Manna dövlətini yaratdılar. Manna dövlətinin adı ilk dəfə e.ə. 843-cü ilə aid AĢĢur 

kitabəsində çəkilmiĢdir [57]. 

Manna  hökmdarları  öz  ölkələrini  yadelli  basqınlarından  qorumaq  üçün 

gərgin  mübarizə  aparır,  imkan  düĢdükdə  özləri  də  düĢmən  üzərinə  yürüĢlər 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə