A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə21/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   17   18   19   20   21   22   23   24   ...   190

 

 

58 



müvəffəqiyyətlə  tamaĢaya  qoyuldu.  AĢıq  Alı,  Molla  Cümə,  AĢıq  Ələsgər, 

xanəndələrdən  Hacı  Hüsü,  MəĢədi  Ġsi,  Keçəçi  oğlu  Məhəmməd,  Cabbar  Qaryağdı 

oğlu  musiqinin  inkiĢafında  böyük  rol  oynayırdılar.  Tarzən  Sadıqcan  tara  yeni  simlər 

əlavə etməklə onu mükəmməl musiqi alətinə çevirdi [108]. 

Bu  dövrdə  Bakıda  BayırĢəhərdə  gözəl  memarlıq  nümunələri  olan  inzibati-

ictimai binalar, Mərdəkanda villalar inĢa edildi. 

XX əsrin ilk onilliklərində sənayenin inkiĢafında yeni, mühüm yeniliklər baĢ 

verdi. Neft sənayesində iri inhisarların, xarici kapitalın  mövqeyi gücləndi. ĠnhisarlaĢma 

həmçinin  mis  və  Ģərab  istehsalı  sahələrində  sürətlə  gedirdi.  Bu  dövrdə  ipək  emalı, 

pambıqtəmizləmə,  balıq  sənayesi  sahələrində  milli  kapital  nümayəndələri  əsas  rol 

oynayırdılar. Azərbaycan qəzalarında da sənaye istehsalı sürətlə artırdı [109]. Bu, nəqliyyat 

əlaqələrinin inkiĢafı ilə birbaĢa bağlı idi. 1908-ci ildə Uluxanlı-Culfa dəmir yolu xəttinin 

iĢə salınması ilə Naxçıvan Azərbaycanın əsas hissəsi ilə davamlı nəqliyyat əlaqəsinə 

malik oldu ki, bu da bölgənin iqtisadi inkiĢafına,  ümumazərbaycan  miqyasında daxili 

bazarın geniĢlənməsinə müsbət təsir etdi. 

XX əsrin baĢlanğıcında kənd təsərrüfatında əsas yeniliklərdən biri texniki bit-

kilər:  pambıq,  tütün  istehsalının  daha  sürətlə  artması  idi.  Üzümçülük  və  ipəkçilik  də 

inkiĢaf  edirdi.  Əvəzində  taxıl  əkini  sahələri  ixtisar  olunur  və  ildən-ilə  Azərbaycana 

kənardan, xüsusən ġimali Qafqazdan taxıl məhsulları gətirilməsi geniĢ miqyas alırdı. Bu 

dövrdə  dəmir  yolu  nəqliyyatının  inkiĢafı  ilə  bağlı  dəvələrlə  yükdaĢımalar  kəskin 

surətdə azaldı və bu da dəvəçiliyə mənfi təsir göstərdi.

 



 

 

59 



XIX  əsrin  sonu  -  XX  əsrin  əvvəllərində  Azərbaycan  kəndlərinin  torpaqla 

təmin olunması sahəsində vəziyyət daha da ağırlaĢdı. Əkinə yararlı torpaq fondunun 

əsas  hissəsi  xəzinənin  ixtiyarında  idi  və  hökumət  yerli  əhalinin  torpaq  payı  almaq 

istəklərinə illər boyu cavab vermədiyi halda, Rusiyadan köçürülənlərə bol-bol torpaq 

sahələri bağıĢlayırdı. Təkcə Muğanda 1912-ci ildə 20 min rus ailəsinin yaĢadığı 49 

kənd salınmıĢdı [110]. Bu dövrdə çarizmin müstəmləkəçilik siyasətinin sərtləĢməsi, 

kapitalist  istismarının  və  feodal  zülmünün  çulğalaĢması  fəhlə  tətillərinin,  kəndli 

çıxıĢlarının, milli hərəkatın güclənməsinə gətirib çıxardı. Xüsusən 1905-1907-ci illər 

inqilabı dövründə Azərbaycanda ictimai-siyasi fəallıq artdı, milli dilin və mədəniyyə-  



 

 

60 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

61 



tin  inkiĢafı,  azərbaycanlıların  dövlət  iĢlərində  iĢtirakı  uğrunda  mübarizə  gücləndi. 

Çar hakimiyyəti orqanları və davakar erməni millətçiləri - daĢnaklar xalqımıza qarĢı 

qətl  və  qarətlərə  baĢladılar.  Azərbaycanın  qeyrətli  oğulları  Əhməd  bəy  Ağayev  və 

Ələkbər  bəy  Rəfibəyli  Difai  partiyasını  yaradaraq  xalqın  özünü-müdafiəsini  təĢkil 

etdilər,  düĢmənə  hər  yerdə  sarsıdıcı  zərbələr  endirdilər.  Azərbaycanlı  deputatlar 

Rusiya  Dövlət  Dumalarının  iĢində  fəal  iĢtirak  edərək  imperiyada  yaĢayan  bütün 

müsəlman xalqlarının mənafeyini müdafiə edirdilər. 

1914-cü  ildə  baĢlanan  Birinci  dünya  müharibəsi  dövründə  ölkədə  ümumi 

vəziyyət  daha  da  ağırlaĢdı.  Müharibənin  doğurduğu  çətinliklər  bütün  imperiyanı 

bürüyən dərin böhrana səbəb oldu. Xalq inqilabı 1917-ci ilin fevralında Romanovlar 

sülaləsinin  devrilməsi  ilə  nəticələndi.  Azərbaycanda  milli-azadlıq  mübarizəsi  geniĢ 

miqyas aldı. M.Ə.Rəsulzadənin baĢçılığı ilə Müsavat partiyası bu mübarizədə bütün milli 

qüvvələri öz ətrafında toplayaraq, Azərbaycan xalqını demokratik Rusiya tərkibində 

geniĢ  muxtariyyət  tələbindən  Ġstiqlal  bəyannaməsinin  qəbul  edilməsinə  doğru 

qətiyyətlə apardı.

 

1918-ci il mayın 28-də Azərbaycan Cümruhiyyətinin yaradılması ilə müstəqil 



dövlətçiliyimiz  bərpa  edildi.  Osmanlı  dövlətinin  hərbi  yardımı  ilə  Bakı  düĢməndən 

təmizləndi.  F.Xoyskinin,  N.Yusifbəylinin  baĢçılığı  ilə  Azərbaycan  hökuməti  müs-

təqilliyin  möhkəmləndirilməsi,  ərazi  bütövlüyünün  qorunması,  demokratik  dəyi-

Ģikliklər  aparılması,  ordu  və  hərbi  donanma  yaradılması,  milli  mədəniyyətin  inkiĢaf 

etdirilməsi  sahəsində  çox  böyük  uğurlar  qazandı.  Bakıda  universitet,  Qazaxda 

seminariya  açıldı.  Ölkəmizdə  yaĢayan  bütün  xalqların  təmsil  olunduğu  parlament 

yaradıldı,  qonĢu  dövlətlərlə  normal  əlaqələr  qurulmasına  baĢlandı.  Dünyanın  böyük 

dövlətləri tərəfindən Azərbaycanın istiqlalının tanınmasına nail olundu [111]. 

Lakin Rusiyada bolĢeviklər daxili müharibədə qalib gəldikdən sonra Qafqazı 

yenidən iĢğal etməyə qalxdılar. XI Qırmızı ordu 1920-ci il aprelin 27-də Azərbaycanı 

istila etdi. Azərbaycanın sovetləĢdirilməsi baĢlandı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə