A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

 

 

45 



Əhalinin  bütün  təbəqələrinin  iĢtirak  etdiyi  bu  üsyan,  xilafətin  digər  bölgələrində  baĢ 

verən xalq çıxıĢları ilə birlikdə, Əməvilər sülaləsinin devrilməsinə gətirib çıxardı. 

Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin ən parlaq səhifələrindən biri 

xilafətin əsarətinə qarĢı 60 ildən çox davam etmiĢ Xürrəmilər hərəkatıdır. Bu  xalq-

azadlıq  hərəkatına 816-cı ildən  milli qəhrəman, istedadlı sərkərdə  və dövlət  xadimi 

Babək  baĢçılıq  etdi.  Onun  yaratdığı  üsyançı  ordu  20  ildən  artıq  qalibiyyətlə  vuruĢdu, 

Xilafətin 6 böyük ordusunu məhv etdi [82]. Məhz Xürrəmilər hərəkatı ərəb ağalığını 

kökündən sarsıtdı, xilafətin parçalanmasına zəmin hazırladı. 

Ərəb ağalığı dövründə Azərbaycanın təsərrüfat, sosial və mədəni həyatında 

mühüm dəyiĢikliklər baĢ verdi. Yeni torpaq sahibliyi formaları yarandı. Xilafətə daxil 

olan  ölkələrlə  iqtisadi-ticarət  əlaqələri  geniĢləndi.  ġərqdən  Bizansa  doğru  gedən 

ticarət  yollarının  istiqaməti  Qafqaza  yönəldildi.  Azərbaycandan  Xəzər  sahili  boyunca 

Ģimala  və  qərbə  -  Qara  dəniz  sahillərinə  doğru  ticarət  yolları  beynəlxalq  əhəmiyyət 

qazandı. ġəhərlərimiz, xüsusən də Bərdə tranzit ticarət mərkəzinə çevrildi. Mədəniyyət 

sahəsində baĢ verən çox mühüm yeniliklərə ərəb dilinin təhsil, elm və digər sahələr-

 

 



 

 



 

 

46 



də geniĢ miqyasda iĢlədilməsi, müsəlman dünyası ilə mədəni əlaqələrin güclənməsi aid 

idi. Bu dövr Azərbaycan xalqının formalaĢmasında çox önəmli mərhələ oldu. ġimalın 

və  cənubun  yenidən  uzun  müddət  ərzində  bir  dövlətin  -  xilafətin  tərkibində  qalması, 

yadelli əsarətinə, ərəbləĢdirilməyə qarĢı birgə mübarizə aparılması, Ġslamın qəbulu ilə 

əlaqədar  din  birliyinin  yaranması,  adət-ənənələrin,  məiĢət  qaydalarının  Ģəriətə 

uyğunlaĢdırılması etnik konsolidasiyanı möhkəmləndirdi. 

IX  əsrin  60-cı  illərində 

Xilafətin zəifləməsindən istifadə edən 

Azərbaycanın 

feodal 


hakimləri 

ġirvanda,  Aranda  öz  müstəqilliklərini 

elan  etdilər.  Əsrin  sonunda  isə 

Azərbaycanın  cənubunda  daha  güclü 

Sacilər  dövləti  yarandı.  Türk  əsilli 

Sacilər  sülaləsi  qısa  müddətdə  Cənubi 

Qafqazın çox hissəsini özünə tabe etdi. 

Dərbənddən  Zəncana  qədər  bütün 

Azərbaycan ərazisi tarixdə ilk dəfə türk 

hökmdarlarının  hakimiyyəti  altında 

birləĢdirildi  [83].  941-ci  ildə  Saciləri 

əvəz edən Salarilər sülaləsi dövründə də 

bütün  Azərbaycan  vahid  dövlət  halında 

qalmıĢdı. X əsrin 70-ci illərində Arazdan 

Ģimalda  ġəddadilər,  80-ci  illərdə  isə 

Azərbaycanın  cənubunda  Rəvvadilər 

sülaləsi 

hakimiyyətə 

gəldi, 

ġirvanĢahlar dövləti gücləndi.



 

XI  əsrin  30-cu  illərində 

Azərbaycana oğuz türklərinin yeni böyük 

axını  baĢlandı.  Oğuzlar  ġəddadi  və 

Rəvvadi 

dövlətlərində 

kütləvi 

məskunlaĢaraq 

Azərbaycanın  qərb 

torpaqlarına Bizans-gürcü-erməni feodallarının basqınlarının dəf edilməsində böyük rol 

oynadılar [84]. XI əsrin ortalarında isə bütün Azərbaycan, Cənubi Qafqazın digər bölgələri 

ilə  birlikdə  Səlcuq  dövlətinə  qatıldı.  Ərəb  ağalığı  zamanında  da  davam  edən  oğuz 

tayfalarının  ölkəmizdə  məskunlaĢması  prosesi  bu  dövrdə  daha  geniĢ  miqyas  aldı  və 

Azərbaycan türk xalqının formalaĢması prosesi qəti baĢa çatdı.

 

XII  əsrin  əvvəllərində  Səlcuq  imperatorluğunun  zəifləməsindən  istifadə 



edən  ġirvanĢahlar  dövləti  müstəqil  siyasət  yeritməyə  baĢladı,  qonĢu      gürcü   

dövləti ilə dostluq münasibəti yaratdı. 1136-cı ildə isə Kürdən cənubdakı Azərbaycan 

torpaqlarında  Eldənizlər  (Atabəylər)  dövlətinin  əsası  qoyuldu.  Tədbirli  sərkərdə, 

mahir siyasətçi və dövlət baĢçısı olan ġəmsəddin Eldəniz tezliklə Dərbənddən Ġran 




 

 

47 



körfəzinədək  böyük  ərazini 

özünə  tabe  etdi,  Yaxın  və 

Orta ġərqin siyasi həyatında 

fəal  rol  oynamağa  baĢladı 

[85].  Bu  dövrdə  təsərrüfat 

həyatı  canlandı,  Ģəhərlərin 

sənətkarlıq 

və 


ticarət 

mərkəzləri  kimi  əhəmiyyəti 

daha  da  artdı.  Gəncə, 

Naxçıvan,  Təbriz,  Ərdəbil, 

ġamaxı  və  Bakı  kimi 

Ģəhərlərimiz 

həm 

də 


zəmanəsinin  böyük  elm  və 

mədəniyyət 

mərkəzlərinə 

çevrildi.  Xaqani,  Nizami 

kimi Ģairlər, Əcəmi Əbubəkr 

oğlu,  Məsud  Davud  oğlu 

kimi  memarlar  xalqımıza 

dünya  Ģöhrəti  gətirdilər. 

Azərbaycan 

Müsəlman 

Ġntibahının 

əsas 


mərkəzlərindən  biri  [86] 

kimi  ġərq  mədəniyyətinə 

böyük töhfələr verdi. 

XIII


 

əsrin  20-ci 

illərindən  etibarən  Azərbaycan  dalbadal  yadelli  yürüĢlərinə  məruz  qaldı.  Monqol 

yürüĢləri və ağalığı əkinçilik təsərrüfatına, süni suvarma qurğularına, Ģəhər həyatına 

çox ağır zərbə  vurdu. Yalnız XIV əsrin baĢlanğıcında  Elxani hökmdarı Qazan xanın 

islahatları iqtisadi  həyatın  dirçəlməsinə  və inkiĢafına imkan  verdi. Bu dövrdə ilk dəfə 

olaraq ölkəmizin Ģimalı və cənubu ümumi bir adla - Azərbaycan adlanmağa baĢlandı. 

XIV


 

əsrin  ortalarında  Elxani  dövləti  süqut  etdi,  əhalini  açıqca  qarət 

etməklə  çoxlu  sərvət  toplamıĢ  Çobani  əmirlərinin  özbaĢınalığına  son  qoyuldu  [87]. 

Cəlalilər sülaləsi ölkədə əmin-amanlıq yaratdı. ġirvanda 1382-ci ildə xalq üsyanı nəti-

cəsində hakimiyyətə gəlmiĢ I Ġbrahim də ölkənin inkiĢafı naminə diqqətəlayiq iĢlər 

gördü.  O,  ġirvanı  Qızıl  Ordu  hökmdarı  ToxtamıĢ  xanın,  Əmir  Teymurun  viranedici 

yürüĢlərindən qorumaq üçün düĢünülmüĢ, ağıllı tədbirlər həyata keçirdi. Onun səyi ilə 

ġəki vilayəti də Əmir Teymurun hücumundan xilas oldu və daxili idarəçiliyini saxlaya 

bildi. 1406-cı ildə isə o, Teymuri əmirlərinin zülmündən əziyyət çəkən Təbriz əhalisinin 

köməyinə  yetiĢdi,  [88]  qısa  müddətə  də  olsa,  Azərbaycanı  öz  hakimiyyəti  altında 

birləĢdirməyə müvəffəq oldu. Ona görə də, I Ġbrahim Azərbaycan tarixində görkəmli 

dövlət baĢçısı və uzaqgörən diplomat kimi özünə layiqli  




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə