A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə4/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 

10 



iradlar,  kəm-kəsirlər  və  çatıĢmayan  cəhətlər  də  vardır.  Onlar  çöl  etnoqrafik 

materialların  azlığından,  bir  sıra  mühüm  sahələrin  az  araĢdırılması  və  ya  heç 

araĢdırılmamasından,  eləcə  də  müqayisəli  materialların  kasadlığından  irəli  gəlir. 

Ümidvarıq  ki,  tələbkar  oxucular  əsərlə  tanıĢ  olduqdan  sonra  öz  arzu,  tələb  və 

təkliflərini bildirəcək. 

Yeri  gəlmiĢkən  son  dərəcə  mühüm  bir  məsələnin  gündəmə  gətirilməsini 

vacib  sayır,  özümüzə  borc  bilirik.  O  da  vaxtilə  ―Azərbaycan  etnoqrafiyası‖nın 

birinci  cildinin  redaksiya  heyətinin  artıq  dünyalarını  dəyiĢmələri  ilə  əlaqədardır. 

Biz  bu  cəhəti  nəzərə  alaraq  akademik  Ə.Sumbatzadə,  akademik  Ġ.Əliyev,  müxbir 

üzvlər  M.Ġsmayılov,  A.Abbasov  və  tarix  elmləri  namizədi  ġ.Quliyevin  çəkdikləri 

əvəzsiz əməyi yüksək qiymətləndirir, onlara Tanrıdan rəhmət diləyir, ruhunuz Ģad 

olsun deyirik. 

Cildin  müzakirəsilə  əlaqədar  öz  mülahizə  və  təkliflərini  verən  alimlərə, 

informasiya-məlumat  çatdıranlara  dərin  minnətdarlığımızı  bildiririk.  Əsərin  nəĢrə 

hazırlanmasında  T.Kərimovun,  T.Quluzadənin,  N.Vahabovanın,  T.Qasımovanın 

yaxından  köməyini,  illüstrativ  materialların  çəkilməsi  və  tərtibində  rəssamlardan 

S.Hüseynovanın,  B.Muradovanın  və  F.Cavadovanın  əməyini  xüsusi  qeyd  etmək 

istərdik. 



Teymur Bünyadov 

akademik 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

11 



 

 

 



 


 

 

12 



COĞRAFĠ ġƏRAĠT 

 

Azərbaycanlılar dünyanın ən qədim və mədəni xalqlarından biridir. Onların 



tarixi  vətəni  Qafqazda  və  Ön  Asiyada  yerləĢən  Azərbaycandır.  Azərbaycan  Qafqazın 

cənub-Ģərq və cənubunda və Ġran yaylasının Ģimal-qərbində yerləĢən ölkədir. 

Azərbaycanın tarixi ərazisinin Ģimal sərhədləri BaĢ Qafqaz dağ silsiləsinin 

cənub  yamacları  boyu,  qərb  sərhədləri  Böyük  Qafqaz  sıra  dağlarından  baĢlayaraq 

Suram dağ silsiləsi, Kiçik Qafqaz dağlarının qərb yamacları və Qotur dağ silsiləsi boyu 

cənuba  doğru  uzanır.  Onun  cənub  hüdudlarını  Zaqros  dağları  təĢkil  edir.  Azərbaycan 

Ģərqdə  Xəzər  dənizi  ilə  və  Ġranın  Qəzvin,  Zəncan  və  Həmədan  mahalları  ilə 

hüdudlanır. 

Azərbaycanın tarixi torpaqlarının ümumi sahəsi 250 min kv.km-dən artıq olmuĢ-

dur.  Müasir  dövrdə  bu  tarixi  ərazinin  bir  hissəsini  əhatə  edən  Azərbaycan  Respub-

likasının  sahəsi  86,6  min  kv.km,  Ġran  Ġslam  Respublikasının  tərkibində  olan  Cənubi 

Azərbaycanın sahəsi isə 135 min kv.km-dir. Azərbaycan Cümhuriyyətinin sahəsi 114 

min  kv.km  olmuĢdur.  1918-1921-ci  illərdə  Azərbaycan  özünün  29  min  kv.km-dan  çox 

torpağını  itirmiĢdir.  1918-ci  ildə  Azərbaycan  toфaqlarının  bir  hissəsində  Ermənistan 

dövləti  yaradılmıĢ,  1921-ci  ildə  Zəngəzur  və  Göyçə  bölgələri  Ermənistana,  Borçalı 

bölgəsi Gürcüstana, Dərbənd bölgəsi Rusiyaya verilmiĢdir. 

Hazırda Azərbaycan Respublikasının əhalisi 8,6 mln. nəfər, Cənubi Azərbaycanın 

əhalisi  isə  26  mln.  nəfərdir.  Azərbaycanlılar  Azərbaycan  Respublikasının  və  Cənubi 

Azərbaycanın  əsas  əhalisini  təĢkil  etməklə  yanaĢı  toplu  kütlə  Ģəklində  Türkiyə, 

Gürcüstan,  Rusiya,  Qazaxıstan,  Özbəkistan,  Qırğızıstan  və  Türkmənistanda  və  diaspora 

halında  dünyanın  20-dən  çox  dövlətinin  ərazisində  yaĢayırlar.  Azərbaycan  ərazisində 

azərbaycanlılardan  baĢqa  azsaylı  xalqlardan  talıĢlar,  tatlar,  kürdlər,  aysorlar,  ləzgilər, 

saxurlar, avarlar, laklar, udilər, ingiloylar, haputlar, buduqlar, qırızlar, ceklər, xınalıqlılar 

və azlıq təĢkil edən millətlərin nümayəndələri də yaĢayırlar. 

Azərbaycan ərazisi dağlıq və düzənlik relyefə malikdir. Onun ən hündür zirvəsi 

dəniz  səviyyəsindən  4821  m  yüksəklikdə  yerləĢən  Savalan  dağı,  ən  çökək  hissəsi  isə 

Lənkəran Ģəhəri yaxınlığında dəniz səviyyəsindən 28 aĢağı olan Lənkəran düzənliyidir 

[1].  Azərbaycanın  ən  böyük  düzənliyi  olan  Kür-Araz  ovalığı  Azərbaycan 

Respublikasının ərazisindədir. Azərbaycanın digər ovalıq və düzənlik relyefli əraziləri 

-  Ceyrançöl,  Gəncə-Qazax,  Arazyanı,  ġərur,  Samur-Dəvəçi  düzləri  və  Lənkəran 

ovalığı  da  Azərbaycan  Respublikası  ərazisindədir.  Cənubi  Azərbaycan  isə  geoloji 

quruluĢu müxtəlif olan, əsas etibarilə dağlıq relyefə malik ölkədir. 

Azərbaycanın ən böyük çayları Kür və Arazdır. Kür Qafqazda ən böyük çaydır. 

Onun uzunluğu 1515 km-dir, ondan 900 km-i Azərbaycan ərazisindən axır. Kür çayı 

öz mənbəyini Türkiyə torpağından, dəniz səviyyəsindən 2741 yüksəklikdə yerləĢən 

Çaldıran suayırıcından götürür. Ölkənin ikinci böyük çayı olan Arazın uzunluğu 1072 



km-dir. O, da öz baĢlanğıcını Türkiyə ərazisindəki 2600 yüksəklikdə yerləĢən Bingöl 

dağlarından götürür. 




 

 

13 



Azərbaycan Respublikasının ərazisi beĢ fiziki-coğrafi vilayətə bölünür: Böyük 

Qafqaz, Kiçik Qafqaz, Naxçıvan, Lənkəran və Mərkəzi Aran [2]. 

Böyük Qafqaz sıra dağlarının Azərbaycan ərazisinə daxil olan cənub-Ģərq his-

səsi  BaĢ  Qafqaz,  Yan,  Nialdağ,  Qovdağ  və  Ləngəbiz  dağ  silsilələrindon  ibarətdir. 

Böyük  Qafqazın  bu  hissəsi  Bazardüzü  dağından  cənub-Ģərqə  doğru  uzanaraq  Dağlıq 

ġirvan,  Qobustan  və  AbĢeron  yarımadasına  qədər  davam  edir.  Böyük  Qafqaz  sıra 

dağlarının Azərbaycan ərazisində ən uca zirvələri Bazardüzü dağı (4466 m) ġahdağ 

(4243  m),  Tufandağ  (4206  m),  Bazaryurd  (4126  m),  Quton  (3648  m)  və  Babadağdır 

(3229  m).  Qanıx,  Qabırrı,  Əyricay,  KiĢ,  ġin,  Künküt,  Samux,  Quzeyçay,  Türyançay, 

Dəvəbatan, Girdiman, Göyçay, Ağsu, Qarasu, Samur, Qusarçay, Gilgilçay, Vəlvələçay, 

Qaraçay,  Ağçay,  Qudyalçay,  Rustovçay,  Pirsaatçay,  Sumqayıtçay  və  b.  çaylar  öz 

baĢlanğıclarını Böyük Qafqaz sıra dağlarından götürürlər. 

Böyük Qafqazda dağ ətəyindən zirvəyə doğru quru-çöl, mülayim-isti, soyuq 

və  dağ-tundra  iqlim  tipləri  müĢahidə  edilir.  Burada  boz-qonur,  Ģabalıdı,  qəhvəyi  və 

qonur, dağ-meĢə, qara və dağ-çəmən torpaqları üstünlük təĢkil edir. Vilayətdə iqlim 

və torpaq tiplərinə müvafiq olaraq yarımsəhra, dağ-çöl, and dağ meĢələri, enliyarpaqlı 

dağ  meĢələri,  subalp  və  alp  çəmənləri,  qayalıq-buzlaq  landĢaftları  mövcuddur.  Böyük 

Qafqazın  meĢələri  çox  zəngindir.  Burada  palıd,  fıstıq,  vələs,  toz-ağacı  kimi  meĢə 

ağacları ilə bərabər Ģabalıd, qoz, fındıq, alma, armud, zoğal, alça kimi meyvə ağacları 

da  geniĢ  yayılmıĢdır.  Vilayətin  torpaq  örtüyü  və  iqlimi  burada  taxılçılıq,  üzümçülük, 

tütünçülük  və  meyvəçiliyin  inkiĢafı  üçün  Ģərait  yaratmıĢdır.  Böyük  Qafqaz  vilayəti 

hələ  qədimdən  dulusçuluq,  misgərlik  və  ipəkçilik  kimi  sənətkarlıq  sahələri  ilə  də 

məĢhurdur. 

Kiçik Qafqaz fiziki-coğrafi vilayətini Kiçik Qafqaz dağlarının Azərbaycana aid 

olan Murğuz, ġahdağ, Göyçə, Mıxtökən, Murovdağ, Qarabağ dağ silsilələri və Qarabağ 

yaylası təĢkil edir. Vilayətin ən hündür nöqtələri GamıĢdağ (3740  m),  Dəlidağ (3616 



m), Böyük ĠĢıqlı (3552 m), Hinaldağ (3367 m) zirvələri və Qaraarxac yaylasından (3362 

m)  ibarətdir.  Vilayətin  Ağstafaçay,  Zəyəmçay,  Tovuzçay,  ġəmkirçay,  Gəncəçay, 

QoĢqarçay,  Quruçay,  Bazarçay,  Qarqarçay,  Tərtər,  Ġncə,  BərgüĢad,  Xaçın,  Həsənsu, 

Həkəri  və  b.  çayları  öz  baĢlanğıclarını  Kiçik  Qafqaz  sıra  dağlarından  götürürlər. 

Dünyada məĢhur olan, göllər Ģahzadəsi Göygöl də Kiçik Qafqazdadır. 

Kiçik  Qafqazın  dağ  ətəklərində  iqlim  isti  və  yarımrütubətli,  orta  zolaqda 

mülayim-soyuq və yarımrütubətli, yüksək dağlıq hissədə isə soyuq və rütubətlidir. 

Vilayətin  torpaq  örtüyü  qəhvəyi  və  qonur  dağ-meĢə,  qara,  çimli  və  torflu 

dağ-çəmən  torpaqlarından  ibarətdir  [3].  Kiçik  Qafqazda  çılpaq  dağlıq,  enliyarpaqlı 

dağ-meĢə,  alp  və  subalp  çəmənləri  və  qayalıq-buzlaq  landĢaftları  yayılmıĢdır.  Kiçik 

Qafqazın  meĢələrində  palıd,  vələs,  fıstıq,  tozağacı,  ağcaqayın  və  b.  ağaclara  təsadüf 

edilir. Həmin meĢələrdə yabanı halda alma, armud, qoz, fındıq, zoğal, alça, gilas, əzgil, tut, 

üzüm,  nar,  heyva,  yemiĢan,  və  b.  meyvə  ağacları  bitir.  Vilayətin  torpaq  örtüyü  və 

iqlim  Ģəraiti  hələ  qədimdən  burada  əkinçiliyin  müxtəlif  sahələrinin,  xüsusilə 

taxılçılığın inkiĢafına səbəb olmuĢdur. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə