A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə5/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   2   3   4   5   6   7   8   9   ...   190

 

 

14 



Kiçik Qafqaz dağlarının Dərələyəz və Zəngəzur silsilələri Naxçıvan Muxtar 

Respublikasının  ərazisindədir.  Naxçıvan  fiziki-coğrafi  vilayətinin  ən  hündür  nöqtələri 

Qapıcıq dağı (3904 m) və Küküdağ (3120 m) zirvələridir. Dərələyəz və Zəngəzur dağ 

silsilələrinin  qovĢağında  yerləĢən  Biçənək  aĢırımı  dəniz  səviyyəsindən  2346  

hündürlükdədir.  Vilayətin  çayları  Аrpасау,  Gilançay,  Əlincəçay,  Naxçıvançay, 

Ordubadçay  və  b.  öz  baĢlanğıclarını  Kiçik  Qafqaz  dağlarının  Zəngəzur  və  Dərələyəz 

silsilələrindən götürür və Araz çayına tökülürlər. Vilayətin ərazisi, əsasən, düzənlik, 

dağətəyi və dağlıq bölgələrə ayrılır. Naxçıvanın torpağı münbit və məhsuldardır. Torpaq 

örtüyü  düzənlikdə  boz,  dağ  ətəyində  Ģabalıdı,  dağlıq  hissədə  dağ-çəmən  torpağı 

tiplərinə aiddir. Ġqlimi kontinentaldır, yayı isti, qıĢı soyuq keçir. Bitki örtüyü və heyvanat 

aləmi  zəngindir.  Torpaq-iqlim  Ģəraiti  burada  taxılçılığın,  bağçılığın,  üzümçülüyün  və 

tütünçülüyün inkiĢafı üçün əlveriĢlidir. Naxçıvanın cənub-Ģərq hissəsi qədim zamanlardan 

baramaçılığın və ipəkçiliyin mərkəzi kimi tanınır. 

Qafqazın florasının 60 faizini Azərbaycanda bitən 4 mindən çox bitki növü 

təĢkil  edir.  Həmin  bitki  növləri  ən  çox  Böyük  Qafqaz  və  Kiçik  Qafqaz  dağlıq  böl-

gələrində yayılmıĢdır. Bu da hər iki dağlıq bölgədə maldarlıq təsərrüfatının inkiĢafına 

əlveriĢli Ģərait yaratmıĢdır. 

ƏlveriĢli relyef və iqlim Ģəraiti və bitki növlərinin çoxluğu ilə bağlı olaraq 

Böyük  və  Kiçik  Qafqaz  dağlıq  bölgələrinin  heyvanat  aləmi  də  olduqca  zəngindir. 

MeĢələrdə xallı pələng, ayı, canavar, tülkü, qaban, dağ keçisi, maral, cüyür, dovĢan və b. 

heyvanlara rast gəlmək olar. Çaylarda isə müxtəlif balıq növləri, о cümlədən qızıl balıq 

da vardır. 

Lənkəran  fiziki-coğrafi  vilayəti  TaliĢ  dağlarından  və  Lənkəran  ovalığından 

ibarətdir. TaliĢ sıra dağları Burovar, PeĢtəsər və TaliĢ dağ silsilələrindən ibarətdir. TaliĢ 

dağ  silsiləsi  Cənubi  Azərbaycan  ərazisindədir.  TaliĢ  dağları  cənub-Ģərqdə  Əlbürs, 

qərbdə isə Savalan dağları ilə birləĢir. Vilayətin ən hündür nöqtələri Gömürgöy (2493 m) 

və Qızyurdu (2433 m) zirvələridir [4]. Vilayətin Lənkərançay (BəĢəru), Vazaru, SadaĢaru, 

Astaraçay,  Təngərüd,  Pensərçay,  Ləkər,  Veravulçay,  QumbaĢıçay,  ViləĢ,  MiĢarçay, 

Göytəpəçay, Bolqarçay və b. çayları öz baĢlanğıclarını TaliĢ dağlarından götürürlər. 

Lənkəran  bölgəsinin  iqlimi  mülayim-isti  iqlim  tipinə  aiddir.  Lənkəran  ovalığı  və 

dağətəyi zolaq rütubətli subtropik iqlimə malikdir. 

Lənkəran bölgəsi IV dövr buzlaĢmalarına məruz qalmadığına görə burada III 

dövrdən  qalma  relikt  bitki  növləri,  о  cümlədən,  dəmirağac,  azadağacı,  ipəkakasiya, 

ĢümĢad, Ģabalıdyarpaq palıd və s. yayılmıĢdır. Bölgənin torpaqlaгı sarıtorpaq, qonur və 

qəhvəyi dağ-meĢə torpaqları tiplərinə aiddir. Məhsuldar torpaqlar, isti iqlim və bol su 

mənbələri  burada  taxılçılığın,  xüsusilə  çəltikçiliyin,  habelə  sitrus  meyvəçiliyinin, 

tərəvəzçilik və bostançılığın inkiĢafına Ģərait yaratmıĢdır. Bölgənin geniĢ çəmənlikləri 

və  örüĢləri  maldarlığın,  zəngin  meĢələri  isə  ovçuluğun  inkiĢafına  səbəb  olmuĢdur. 

Bölgənin Xəzər dənizi sahilində yerləĢməsi, six çaylar Ģəbəkəsi ilə təmin olunması, 

Murdov  və  Ġstil  kimi  böyük  su  tutarlarının  olması  burada  qədimdən  su  quĢlarının 

ovlanması və balıqçılıq üçün Ģərait yaratmıĢdır. 



 

 

15 



Böyük Qafqaz, Kiçik Qafqaz və TaliĢ dağlarının arasında yerləĢən Mərkəzi 

Aran  fiziki-coğrafi  vilayəti  ölkənin  ərazisinin  dörddə  birini  təĢkil  edir.  Kür-Araz 

ovalığından ibarət olan bu geniĢ ərazi ġirvan, Qarabağ, Mil, Muğan və Salyan düzlərinə 

bölünür [5]. Muğan düzünün bir hissəsi Cənubi Azərbaycan ərazisinə keçir. Mərkəzi 

Aranın yayı yağmuru az və isti, qıĢı mülayim keçir. Kür-Araz ovalığının torpaq örtüyü 

müxtəlif  olub,  boz,  boz-çəmən,  çəmən  torpaqları,  çəmən-bataqlıq  torpaq, bataqlıq 

və  Ģoran  torpaq  tiplərindən  ibarətdir  [6].  Ovalıq  səhra  və  yarımsəhra  bitkilərilə 

zəngindir. Burada soğan, qaraĢoran, sarıbaĢ, soğanaqlı qırtıc, tonqalotu, bərk quramat, 

ġərq bozağı, çiling burnu, daraqlı ayrığan, çərən, Ģahsevdi, qıĢotu və s. daha çoxdur. 

Mərkəzi  Aranın  xeyli  hissəsini  qıĢ  otlaqları  tutur.  Otlaqların  yem  ehtiyatını 

birillik efemer bitkiləri -  yovĢan, qarağan, kəngiz və b. Ģoran bitkiləri təĢkil edir [7]. 

Bu otlaqlar qıĢlaq Ģəraitində mal-qaranın əsas yem  mənbəyi hesab olunur. Ovalıqda 

heyvanat  aləminin  nümayəndələrindən  maral,  əlik,  ceyran,  dovĢan,  tülkü,  canavar, 

turac, kəklik, köçəri quĢlar və müxtəlif növ ilanlar yaĢayır. 

Cənubi Azərbaycan relyefi bir neçə dağ silsilələrindən və dağarası çökəkliklərdən 

ibarətdir.  Araz  çayının  sağ  sahilindən  baĢlanan  Qaradağ  silsiləsi  qərbdən  Ģərqə  doğru 

uzanır. Onun Ģimal yamacında dağarası dərələrin dərinliyi 1000 metrdən artıqdır [8]. 

Qaradağın  cənub  və  cənub-qərbinə  yaxın  110  km  məsafədə  Kiəmki-Qaraca 

dağ silsiləsi uzanır. Bu silsilə cənub-Ģərqdə Qaraca dağı (2875 m) vasitəsilə Savalan 

silsiləsinə  birləĢir.  Savalan  silsiləsi  qərbdən-Ģərqə  doğru  130  km  məsafədə  uzanır. 

Onun  ən  yüksək  zirvəsi  Savalan  dağıdır  (4821  m).  Cavan  dağlardan  olan  Savalan 

silsiləsinin  vulkan  lavalarından,  küllərindən  və  tuflarından  yaranmıĢ  yamacları 

Acıçay, Balıqlıçay və Qarasu çayları vasitəsilə parçalanmıĢdır [9]. 

BozquĢ dağ silsiləsi Acıçayın yuxarı və orta axarından cənub-qərbdən Ģimal-

Ģərqə doğru 125 km məsafədə uzanır. BozquĢ silsiləsi Ģimaldan Acıçay və Balıqlıçay, 

cənub-Ģərqdən isə Qızılüzən çayının sol qolları vasitəsilə parçalanır. Acıçaydan cənub-

qərbdə vulkan mənĢəli Səhənd dağı (3710 m) ucalır. Səhənd dağı ətrafındakı dağarası 

çökəklik  və  düzənliklərdən  öz  vulkan  konusu  ilə  çox  qabarıq  Ģəkildə  görünür. 

Zirvədən  radiuslar  Ģəklində  onun  ətəklərinə  doğru  uzanan  kiçik  çay  dərələri  dağa 

xüsusi görkəm verir [10]. 

Urmiya gölünün Ģimal-Ģərqində yerləĢən MiĢudağ silsiləsinin ən hündür zirvəsi 

Ələmdar dağıdır (3132 m). Ġranla Türkiyə sərhədi boyu 110 km məsafədə uzanan Qotur 

dağ silsiləsinin ən uca zirvələri Heravil (3676 m), Moğancıq (3676 m) və Avrin (3623 

m) dağlarıdır. Qotur dağ silsiləsinin Ģərq yamacı Sarısu, Qızılçay, Ələnd və Qotur çayları 

ilə  sərt  yarğanlar  halında  parçalanmıĢdır.  Qotur  silsiləsi  Bəzərkan,  Qaratəpə  və  b. 

aĢırımları ilə məĢhurdur. Qotur silsiləsindən cənubda, Urmu gölündən qərbdə yerləĢən 

Musalan  dağ  silsiləsinin  Ģərq  yamacları  da  Urmu  gölü  istiqamətində  bir  çox  çay 

dərələri vasitəsilə parçalanır [11]. 

Dağ silsilələri arasında Ərdəbil, Acıdərə və Mianə adlı iri dağarası çökəkliklər 

uzanır. Ərdəbil çökəkliliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuĢduğu yerdə 

vulkanik  çöküntülərdən  yaranmıĢ  düzənlikdən  ibarətdir.  Acıdərə  çökəkliyi  Təbriz-




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə