A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə164/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   160   161   162   163   164   165   166   167   ...   190

 

 

457 



rənglərini  cərgələrin  düzümünü  növbə  il  dəyiĢdirdikdə  məmulatın  üzərində  kön-

dələn "millər" yaranırdı. 

KeçmiĢ  məiĢətdə  təfsilə  ən  çox  yorğan,  döĢək,  mütəkkə,  nimdər  və  s. 

üçün mitil, yaxud üzlük məqsədilə iĢlənirdi. 



Çadraşan  Ģahmatsayağı  xanalı  toxunduğundan  onun  həm  əriĢ,  həm  də 

arğac ipliyi müxtəlif rənglərə boyanırdı. Bezin bu növünün toxuma texnikası həm 

əriĢ  düzümü,  həm  də  arğac  atmalarının  cərgələri  üzrə  rənglərin  aldəyiĢik 

edilməsinə  əsaslanırdı.  Xanaların  ölçüləri  (böyük  və  ya  kiçik,  yaxud  enli  və  ya 

ensiz  olması)  yenə  də  rəngli  əriĢ-arğac  taylarının  miqdarını  dəyiĢdirmək  yolu  ilə 

təmin edilirdi. 

Bezin  xanalı  növü  baĢlıca  olaraq  boğça,  örpək,  bəzən  isə  fitə,  qətfə 

məqsədilə iĢləndiyindən ədədi qaydada, vahid ölçülərdə toxunurdu. 

KeçmiĢ məiĢətdə iĢlənən pambıq parçalar arasında  midqal və çit  mühüm 

yer tuturdu. 



Midqal  bezə  nisbətən  cod,  lakin  xeyli  nazik  pambıq  parça  olub,  kətan 

toxuma üsulunda hazırlanırdı. 

Midqal bilavasitə məiĢətdə az iĢlənirdi. Adətən, ondan basma-naxıĢ üsulu 

ilə çit və qələmkar parçalar hazırlanırdı. Məhz buna görə də çox vaxt xalq arasında 

o, "xam midqal" adlanırdı. 

XIX  əsrdə  çit  istehsalında  kustar  üsulla  toxunan  yerli  midqal  ilə  yanaĢı, 

Avropa  və  Rusiyadan  ixrac  edilən  manufaktura  midqalından  da  geniĢ  istifadə 

olunurdu. 

Kustar  çit  istehsalı  ilə  bilavasitə  peĢəkar  boyaqçılar,  daha  doğrusu,  bu 

sahə  üzrə ixtisaslaĢmıĢ basma-naxıĢ ustaları  məĢğul olurdular. Onlar sifariĢ və  ya 

satınalma yolla əldə edilmiĢ xam bez, yaxud midqaldan basma-qəlib üsulu ilə əlvan 

bəzəkli çit hazırlayırdılar. Bu məqsədlə bezin zərif toxunmuĢ növündən (ağ, nazik 

ağ,  humayın  ağı)  daha  çox  istifadə  olunurdu.  Qəlib  vasitəsilə  naxıĢlanmıĢ  çit 

keçmiĢ məiĢətdə daha geniĢ yer tuturdu. Məhz bu səbəbdən də XIX əsrin sonlarına 

doğru  yerli bez istehsalı tənəzzülə  uğradığı  halda, satınalma  nazik ağla  kustar çit 

boyaqçıları  hələ  də  öz  sənətlərini  davam  etdirirdilər.  XIX  əsrin  80-ci  illərində 

Naxçıvanda 26, Ordubadda isə 7 nəfər basma-naxıĢ ustası çalıĢırdı [225]. Statistik 

ədəbiyyatda  "fabrik"  kimi  təqdim  edilən,  əslində  isə  kustar  istehsal  müəssisəsi 

səciyyəsi  daĢıyan  çit  dükanı  Naxçıvan  və  Ordubad  Ģəhərləri  ilə  yanaĢı,  Yaycı 

kəndində də möycud idi [226]. 

Ənənəvi pambıq parça növləri arasında qələmkarlıq məmulatı xüsusi yer 

tuturdu.  Qələmkar  süfrə,  pərdə,  canamaz,  dəsmal  və  s.  yaxın  keçmiĢədək  ev 

məiĢətinin ən zəruri ləvazimatı sayılırdı. Bunların hazırlanması mürəkkəb texniki iĢ 

üsulu və dərin peĢə səriĢtəsinə malik ixtisaslı usta əməyi tələb edirdi. 

Orta əsrlərdə qələmkar parça istehsalı mərkəzləri arasında Təbriz, Marağa və 

Naxçıvan  xüsusilə  fərqlənirdi.  Qələmkarlıq  üsulu  ilə  parça  üzərinə  bəzək  vurulması 

tətbiqi sənətin, xüsusilə ənənəvi naqqaşlığın mühüm sahələrindən olmaq etibarilə qədim 



 

 

458 



tarixə malikdir. Bununla belə, qələmkarlıq məmulatının hazırlanmasında istifadə olunan 

naxıĢ  motivlərinin  inkiĢafında  tətbiqi  sənətin  digər  növlərinin,  xüsusilə  xalça 

ornamentlərinin və orta əsr professional miniatür sənətinin dərin təsiri olmuĢdur. 

Bir qayda olaraq, qələmkar ustalar yaxma naxıĢları sıx toxunuĢlu pambıq parça 

(bez  və  ya  midqal)  üzərində  təbii  boyaqlarla,  ən  çox  isə  bitki  mənĢəli  boyaqlarla 

iĢləyirdilər. 

Parçanın toxumalarını sıxlaĢdırmaq məqsədilə əvvəlcə o, əhəng və qəlyədaĢı 

qatıĢığından  hazırlanmıĢ  xüsusi  məhlulda  biĢirilirdi.  Bunun  üçün  xam  bez  və  ya  midqal 

əvvəlcə  soyuq  suda  yuyulub  toxuma  prosesində  əmələ  gəlmiĢ  çirkdən  təmizlənir,  sonra 

əhəng qatıĢıq qəlyədaĢı məhlulunda qaynadılırdı. 

ġamaxı bəzzazları hər 10 top bezin biĢirilməsinə bir batman əhəng, yarım bat-

man  qəlyədaĢı  sərf  edirdilər  [227].  Məhlulun  ikili-birli  nisbətində  hazırlanmasına 

təkcə qələmkarlıqda deyil, eyni zamanda şiləçilik sənətində də ciddi əməl olunurdu. 

Şilə və ya qədək hazırlamaq üçün bilavasitə boyama, prosesindən əvvəl xam bez 

iki pay əhəng və bir pay qəlyədaĢı məhlulunda qaynadılırdı. Bu əməliyyat boyağın yaxĢı 

tutmasına  kömək  etməkdən  əlavə,  eyni  zamanda  parçanın  toxumalarını  sıxlaĢdırırdı. 

Xam  parçaya  nisbətən  boyalı  mal  daha  dözümlü  və  davamlı  olurdu.  Bu  səbəbdən  də 

müĢtəri tərəfindən o yaxĢı alınırdı. 

Qələmkarlıq  sənətində  həm  süjetli,  həm  də  ornamental  naxıĢ  motivlərindən 

geniĢ  istifadə  olunmuĢdur.  Bununla  belə,  süjetli  məmulat  əksər  hallarda  sifariĢlə 

hazırlandığından  onların  istehsalı  məhdud  səciyyə  daĢıyırdı.  Adətən,  bu  tip  məmulatın 

haĢiyəsində Qurandan və ya ġərq Ģairlərinin əsərlərindən götürülmüĢ ibrətamiz kəlamlar 

yazılırdı. Bundan fərqli olaraq, ornamental bəzəkli, xüsusilə nəbati motivli qələmkarlıq 

məmulatının  istehsalı  kütləvi  xarakter  daĢıyırdı.  Bu  cür  bəzək  motivləri  arasında  buta, 

qönçə, çiçək, zanbaq, budaq, sərv ağacı və s. rəsmlərə daha çox təsadüf olunurdu. Bəzən 

isə  həndəsi  və  astral  səciyyəli  naxıĢ  ünsürlərindən  (paxlava,  ay,  ulduz  və  s.)  də 

istifadə edilirdi. 

Parçanın astar üzünə rəngin keçməməsi üçün bir qayda olaraq, qələmkar boyası 

nisbətən  qatı  hazırlanırdı.  Ona  görə  də  boyanın  hazırlanması  ilə  bilavasitə  usta  özü 

məĢğul olurdu. 

Qələmkar istənilən rəsm və ya naxıĢın kontur xətlərini ütmə yolu ilə ucu qaral-

dılmıĢ sivri qələmlə çəkəndən sonra onun üzərini boyağa batırılmıĢ küt və yastı  uclu 

qarğı qələm vasitəsilə rəngləyib bəzən qələmin yastı ucunu parçanın üzərinə çəp, yaxud 

düz çəkməklə naxıĢ ünsürlərini əmələ gətirən xətlərin enli və ya nazik düĢməsi təmin 

olunurdu. 

NaxıĢ  ünsürlərinin  tələbindən  asılı  olaraq,  qələmkarlıq  sənətində  ucu 

müxtəlif ölçülərdə yonulmuĢ qələm növlərindən istifadə olunurdu. Bəzəyin doldurma 

üsulları ucıı yarıqlanmıĢ, yaxud ucuna əski dolanmıĢ xüsusi növ qələm və ya tiĢə vasi-

təsilə çəkilirdi. 

Xalis iplikdən hazırlanan kustar parça növləri ilə yanaĢı, keçmiĢ Ģəhər karxana-

larında ipəkqatıĢıq pambıq parçalar (kəsənfə, namazı, tətinlik, cütiplikli və s.) toxunurdu 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə