A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə167/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   163   164   165   166   167   168   169   170   ...   190

 

 

464 



DöĢəküzü  bəzək  tərtibatına  görə, "gül  yarpağı"  və  dırnaqlı"  olmaqla,  iki 

cür hazırlanırdı. NaxıĢlı döĢəküzü ipək qarıĢığı ilə toxunduqda "çarqat" adlanırdı. 

NaxıĢsız  (saya)  döĢəküzü  "ağyerli"  və  "ağəbirli"  olmaqla  iki  çeĢiddə  toxunurdu 

[237]. 


Cecim  tipli  ipək  məmulatına,  həmçinin,  XIX  əsrin  sonlarında  məiĢətdən 

çıxmıĢ  yorğanüzü  də  daxil  iri.  Yorğanüzü  eyni  zamanda  xam  ipək  qatıĢığı  ilə  də 

toxunurdu. 

Birüzlü  cecimlərin  tipik  nümunəsi  "saya"  adlanırdı.  Saya  cecim  bəzək 

etibarilə  bəsit  tərtibata  malik  olmaqdan  əlavə,  həm  də  nazik  toxunurdu.  Bu 

səbəbdən də onun hazırlanması xeyli az material (keci, boya və s.) tələb edirdi. 



Xam  ipək  toxuculuğu.  Azərbaycan  Ģərbaflığının  baĢlıca  sahəsini  xam 

ipəkdən  mütəhərrik  dəzgahlarda  toxunan  zərif  ipək  parça  istehsalı  təĢkil  edirdi. 

Azərbaycanın orta əsr Ģəhərlərində (Təbriz, ġamaxı, Ərdəbil, Marağa, Mərənd, Xoy, 

Salmas,  Naxçıvan,  Gəncə,  Beyləqan,  Qəbələ  və  s.)  Ģərbaflıq  sənəti  xam  ipək  toxu-

culuğu  ilə  təmsil  olunmaqla  böyük  tərəqqiyə  çatmıĢdı.  Xüsusilə  Təbriz  və  ġamaxı 

Ģəhərləri  uzun  müddət  xam  ipək  toxuculuğunun  baĢlıca  mərkəzləri  olmuĢdur.  Orta 

əsrlərdə  Azərbaycanda  olmuĢ  əcnəbi  səyyahların,  demək  olar  ki,  hamısı  ipək  toxu-

culuğunu  ġirvan  əhalisinin  baĢlıca  məĢğuliyyəti  hesab  etmiĢdir  [238].  Qeyd  etmək 

lazımdır  ki,  ġirvan  Ģərbaflığının  üstün  mövqeyi  XIX  əsrin  sonlarına,  kustar  ipək 

toxuculuğunun tənəzzülünədək davam etmiĢdir. 

ġərbaflığın bu sahəsi Ģəhər karxanaları ilə bağlı olub xırda əmtəə istehsalı səciy-

yəsi daĢıyırdı. XIX əsrdə ġamaxı və onun ətraf kəndləri (Basqal, Mücü və b.) yenə də 

karxana Ģərbaflığının mühüm mərkəzi olaraq qalmaqda idi. 1843-cü ildə təkcə ġamaxı 

Ģəhərində 220 Ģərbaf karxanası iĢləyirdi [239]. 

Karxana Ģərbaflığında ixtisaslaĢmanın dərinləĢməsi nəticəsində istehsal pro-

sesləri  üzrə  bir  sıra  yardımçı  peĢə  növləri  yaranmıĢdı.  Baramanın  açılıb  kələf  çarxı 

üzərinə  sarınması  ilə  mancılıqçı,  xam  ipək  tellərinin  seçilib  yenidən  güpü  üzərinə 

sarınması  ilə  nəqqat,  ipək  tellərinin  tovlanması  ilə  tovçu,  ara  ipəyinin  sarınması  ilə 

sarıyıcı  (lüləvəkil),  çillə  çəkməklə  karatan,  çilləni  bölüb  uzatmaqla  karaçı,  çillə 

taylarını nirə və Ģanaya düzməklə tərrah, bilavasitə toxuma əməliyyatı ilə kargər və 



pəstəkar, nəhayət hazır məmulatı boyamaq və naxıĢlamaqla boyaqçı (tavakeĢ) məĢğul 

olurdu. Xammal tədarükü və hazır məmulatın satıĢı məsələsinin təĢkili Ģərbafın (karxana 

sahibinin)  üzərinə  düĢürdü.  Bəzən  isə  o,  eyni  zamanda  kargər  (toxucu)  vəzifəsini  də 

görürdü. 

ġərbaf karxanalarında xam ipək bir sıra ilkin texniki emal prosesindən keçirdi. 

Belə  ki,  xam  ipək  qeyri-yeknəsəq,  nazik  və  mafraq  olub  bilavasitə  toxuma  prosesinə 

yaramadığından ilk növbədə bir neçə teldən ibarət çillə və lülə (ara ipəyi) hazırlanırdı. 

Çillə və ara ipəyinin hazırlanması isə bir sıra texnoloji prosesləri əhatə edirdi. 

Toxuma texnologiyasının tələbindən asılı olaraq xam ipək kələfləri ilk növ-

bədə şirab vasitəsilə biĢirilirdi. Bu əməliyyatdan sonra tiftiklənib dolaĢıq düĢmüĢ ipək 

telləri saf-çürük edilərək çıxardan təmizlənir və yenidən müəyyən sayda taylaĢdırılıb 



 

 

465 



"küpü"  adlanan  əl  çarxı  üzərinə  sarınırdı  (XXXIII  tablo).  Nəqqat  dəzgahında  icra 

edilən bu əməliyyatla "nəqqat" adlanan peĢəkar usta məĢğul olurdu [240]. 

Toxuma  prosesinə  baĢlamazdan  əvvəl  mafraq  ipək  telləri  tovvermə  yolu  ilə 

eĢilib  möhkəmləndirilirdi. BiĢirilən zaman iliĢkənliyini qismən itirmiĢ  ipək  lifləri bunun 

nəticəsində  burulub  bir-birinə  sarınmaqla,  toxuma  prosesi  üçün  zəruri  keyfiyyət  və 

münasib  yuvarlaq forma kəsb  edirdi. "Çarxto" adlanan tov dəzgahında icra edilən  bu 

əməliyyat nəticəsində ipək teli lazımi istehsal keyfiyyətini kəsb edirdi. 

Çillənin çəkilməsi, həmçinin, xüsusi istehsal vərdiĢinə yiyələnmiĢ ixtisaslı usta 

əməyi tələb edirdi. Bu mürəkkəb iĢ prosesi peştaxta, mərrə şanası, çilləçarx və əngələ 

adlanan  bir  sıra  əmək  alətlərinin  köməyi  ilə  görülürdü.  Bu  məqsədlə  karatan 

peĢtaxtanın  altına  düzülmüĢ  çərilərin  hər  birindən  bir  tay  ipək  teli  götürüb  onları 

mərrə  Ģanasının  gözcüklərindən  keçirəndən  sonra  çilləçarxa  bənd  edirdi.  Əl  ilə 

fırlanan çilləçarx hərləndikcə ipək telləri onun üzərinə dolanırdı. Karatan bir əli ilə 

mərrə Ģanasından gələn ipək tellərini dəstələyib bir yerdə cəm edir, digər əli ilə ara-

bir çilləçarxa təkan verməklə onu fırladırdı. Bu qayda ilə "ərd" və "mərrə" hesabı 

ilə bir bəstən iĢə kifayət edəcək miqdarda çillə teli hazırlanırdı. 

Ġpək  məmulatının  böyük  əksəriyyətinin  çilləsi  və  ara  ipəyi  müxtəlif 

rənglərə  boyanırdı.  Boyaq  üçün  ipək  əvvəlcə  qəlyədaşı  məhlulunda  biĢirilərək 

yapıĢqan qalığı və yağlaĢovdan təmizlənir, sonra  çarpaz dəzgahında xırda kələfcə 

formasına salınırdı. Bu iĢlə bilavasitə Ģərbaf özü məĢğul olurdu. 

Xam  ipəkdən  tarixən  müxtəlif  növ  ipək  parçalar  (siqlatun,  kimxa,  xitayi, 

atlaz,  zərbaf,  darayı,  mov,  tafta,  qanovuz,  alafa,  bənarə,  çarĢab,  kəlağayı  və  s.) 

toxunmuĢdur.  Ġpək  parçalardan  fərqli  olaraq  kəlağayı  həm  də  qəlib  vasitəsi  ilə 

naxıĢlanıb bəzədilirdi. 

Kəlağayının  basma-qəlib  üsulu  ilə  naxıĢlanması  ilə  "tavakeĢ"  adlanan 

peĢəkar qəlibkar ustalar məĢğul olurdular. 

Toxuma prosesi. Boyaqdan çıxandan sonra çillə daha bir sıra texniki emal 

prosesindən keçirdi. Belə ki, qaynar Ģirabda biĢirilərkən çillə tellərini Ģax saxlayan 

təbii yapıĢqanın xeyli hissəsi əridiyindən ipək telləri öz elastikliyini itirirdi. BiĢmiĢ 

ipəyin  bu  vəziyyəti  Ģərbaflar  arasında  "ölü  adlanırdı.  Ölü  ipəyin  telləri  bir-birinə 

qarıĢaraq  dolaĢıq  düĢürdü.  Çillə  ipəyi  yenidən  özünün  ilkin  keyfiyyətini  kəsb 

etmək üçün gön yapıĢqanı və buğda niĢastasından hazırlanmıĢ "Ģü-niĢasta" adlanan 

məhlula salınırdı. Bu yolla "dirilmiĢ" çillələr qələməklərə bölünmək üçün kəraçıya 

verilirdi. Bu məqsədlə çillə əvvəlcə iki qismə ayrılır, sonra onların hər biri 4 və ya 

5 qələməyə bölünürdü. 4-5 nəfərin köməyi ilə icra olunan bu əməliyyat nəticəsində 

çillə, hər birində eyni sayda ipək teli olmaqla 8-10 qələməyə bölünürdü. 

Qələməklərdə  ipək  tellərinin  miqdarı  bu  və  ya  digər  məmulat  növünün 

(yaxud)  onun  çeĢidinin  istehsal  texnologiyasına  (çərto,  səto,  lingə)  [241]  əsasən 

müəyyən  olunurdu.  Sıx  toxuma  texnologiyası  əsasında  hazırlanan  "çərto" 

qanovuzun,  yəni  4  ədəd  ipək  telindən  tovlanmıĢ  çilləsinin  hər  qələməyində  16 

mərrə, yəni 200x16=3200 ədəd ipək teli olurdu. "Səto" yəni 3 teldən ibarət  



Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə