A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə168/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   164   165   166   167   168   169   170   171   ...   190

 

 

466 



 


 

 

467 



tovlanmıĢ  çillədən  toxunan  qanovuzun  hər  qələməyi  12  mərrədən,  "lingə",  baĢqa 

sözlə,  2  teldən  tovlanmıĢ  qanovuzun  çilləsi  isə  8  mərrədən  ibarət  hazırlanırdı. 

ġərbaflıq  sənətində  bu  bir  "bəstan  iĢ"  sayılırdı.  Bu  halda  qanovuzun  çeĢidlərinin 

hamısında  qələməklərin  sayı  sabit  (10  ədəd)  qalırdı.  Kəraçi  çilləni  Ģərbafdan 

alarkən onun hansı məqsəd üçün istifadə olunacağı barədə xəbərdar edilirdi. 

Ġpək parçaların bir qismi "taxta-micə" texnikası ilə toxunduğundan onların 

çilləsində  əsas  qələməklərlə  yanaĢı,  məmulatın  naxıĢ  dekorunu  əmələ  gətirən 

müxtəlif  rəngli  ipək  telləri  sarınmıĢ  yardımçı  qələmçələr  də  iĢlənirdi.  Bir  bəstan 

iĢin çillə tellərini nirə-Ģanaya düzmək üçün "iĢ" tərraha verilirdi. 

Çillə telləri müəyyən qaydada, əvvəlcə nirə linkələrindən, sonra isə qoĢa halda 

Ģana  dəndələrinin  arasından  keçirilirdi  [242].  ġərbaflıq  sənətində  bu əməliyyat  "iĢin 

tutulması" adlanırdı (XXXIV tablo). 

ġərbaf nirə-Ģanaya tutulmuĢ iĢi tərrahdan geri alandan sonra onu kargər və pəs-

təkarın  köməyi  ilə  dəzgaha  qoĢdurub,  "arĢınnüma"  və  ya  "ədədi"  olmaqla,  müvafiq 

ipək məmulatı toxutdururdu. 

Xam ipəkdən hazırlanan məmulat növləri (mov, darayı, atlaz, qanovuz, tafta, 

çarĢab, kəlağayı və s.) bir qayda olaraq mütəhərrik ipək dəzgahlarında toxunurdu. 

Böyük təkamül yolu keçmiĢ mütəhərrik Ģərbaf dəzgahlarının bəzi nümunələri 



(yezdimo, dördayaq, kəlağayı dəzgahi) zəmanəmizədək gəlib çatmıĢdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

468 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

469 



Nirə-Ģana sisteminə malik olan ipək dəzgahlarının tipik növü yezdimo olmuĢ-

dur.  Dəzgah  karxananın  döĢəməsində  qazılmıĢ  "paçal"  adlanan  xüsusi  çala  üzərində 

qurulurdu. Yezdimonun mütəhərrik hissəsi iki cüt nirə, bir çüt təpkən, məkik, nəvərd və 

külkə-bağaralardan ibarət idi. Yezdimonun sabit hissələri çalanın kənarına basdırılmıĢ 2,5 

uzununda bir cüt dəstək, onlan karxananın divarının üst kətilinə və tavanına bərkidən qol 

və  ulama  ağacından,  qolların  üzərində  köndələn  dayanan  peĢənək  adlanan  asqı 

ağacından, təpkən künəsi və yezbənddən ibarət idi. Çillə telləri düzülmüĢ nirələr 4 cüt 

xırda və 4 ədəd iri külkə-bağara vasitəsilə peĢənəkdən asılırdı. Nirələrin alt qolları bir 

cüt şüftir vasitəsilə təpkən taylarına birləĢirdi. 

Yezdimo kompleksinə daha bir sıra yardımçı ləvazimat (qaç-qaç, xərək, çarpaz 



qarğıları, mumal ağacı, kan çubuğu, karvankeş, mətid, pəlkeş, nümnümə və s.) daxil idi. 

Çillənin  dəzgaha  quraĢdırılması,  baĢqa  sözlə,  "iĢin  bara  çəkilməsi"  əməliy-

yatını kargər, adətən, pəstəkarla köməkli görürdü. 

Çillə tellərinin nirə və Ģanadan iliĢmədən keçməsini təmin etmək üçün pəstə-

kar onun üzərinə əvvəlcə "Ģü" adlanan yapıĢqan məhlulu piləyir, sonra isə mumal ağacı 

vasitəsilə  arı  mumu  sürtürdü  [243].  Bunun  sayəsində  çillə  tellərinin  sürüĢkənliyi 

artırdı. 



 

 

470 



DolaĢıq düĢmüĢ çillə tellərini açıb nizamlamaq üçün pəstəkar baĢ və Ģəhadət bar-

mağının  ucu  ilə  tellərin  müəyyən  qismini  tutub  ehmalca  dartır  və  qəflətən  buraxırdı. 

"Pəzvurma",  yaxud  "dükçatma"  adlanan  bu  əməliyyat  nəticəsində  çillə  telləri  nizama 

düĢürdü. Toxuma prosesində sınmıĢ tellər çitrə (ağac yapıĢqanı) və pürüz (ipək qırıntısı) 

vasitəsilə  uc-uca  calanıb  öz  yerinə  salınırdı.  Pəstəkarın  icra  etdiyi  bu  əməliyyat 

"pürüzləmə" adlanırdı. 

Ġpək parça istehsalının həlledici mərhələsi "putatma" adlanan toxuma prose-

sindən ibarət idi. Bu iĢlə bilavasitə kargər, bəzən isə Ģərbaf özü məĢğul olurdu. 

Bunun üçün Ģərbaf özü, yaxud kargər dəzgahın oturacağında əyləĢib təpkən 

vasitəsilə nirələri endirib-qaldırdıqca çillə çarpazlarının alt və üst tayları aralanıb "ağız 

açırdı". Bu anda o, məkiyi sağ əli ilə sola və ya əksinə ötürməklə, lülədən çözələnib 

açılan  ara  ipəyini  çarpaz  taydarının  arasına  salır  və  dəftin  vasitəsilə  vurub  qabağa 

gətirirdi.  Sonra  sağ  ayağını  basmaqla,  növbəti  nirə  lingələrini  aĢağı  endirib,  çillə 

taylarına yenə də "ağız" açdırırdı. Bu dəfə o məkiyi sol əli ilə sağa atır və ara ipəyi 

növbəti  çarpazın  ağzına  düĢən  kimi  dəftini  özülə  tərəf  dartmaqla  ipək  telini 

əvvəlkinin yanına sıxlaĢdırırdı. 

Bu qayda ilə putatma, yəni toxuma əməliyyatı davam etdirilərdi. Çillə telləri 

müəyyən qədər toxunandan sonra pəlkeĢ vasitəsilə nəvərd fırladılaraq hazır hissə ona 

dolanırdı.  Parçanın  toxunmuĢ  hissəsi  nəvərdə  xeyli  dolandıqda  kargərin  iĢləməsinə 

mane  olurdu.  Ona  görə  də  parçanın  hazır  hissəsi  kəsilib  götürülürdü.  Dəzgah  yenidən 

nizamlanandan sonra toxuma əməliyyatı öz qaydası ilə davam etdirilərək,  150-200 

uzunluğunda olan bir "bəstən iĢ"in çilləsi tamam toxunub baĢa çatdırılırdı. 



 

 

 

 

 

 

TĠKMƏ SƏNƏTĠ 

 

Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca 



zəngin  və  rəngarəngdir.  Buraya  müxtəlif  növ  sap,  parça,  muncuq,  pilək  və  s.  bədii 

materiallar  daxildir.  Tikmə  sənətində  ən  çox  rəngli  ipək  saplar  iĢlədilir.  Lakin 

keçmiĢdə bu məqsədlə qızıl və gümüĢdən kəsilmiĢ incə tellərdən, ağac qabığı və fil 

sümüyündən hazırlanmıĢ lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daĢ-qaĢdan 

da geniĢ istifadə edilmiĢdir. 

Tikmə sənəti əsrlər boyu qadınların sevimli məĢğuliyyəti olmuĢdur. Yalnız xırda 

əmtəə  istehsalı  səviyyəsinə  yüksələndən  sonra  onunla  kiĢilər  də  məĢğul  olmağa 

baĢlamıĢdır. 

Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin [244] və 

klassik Ģairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik. 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə