A r X e o L o g ġ y a V ə e t n o q r a f ġ y a ġ n s t ġ t u t u



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə162/190
tarix30.10.2018
ölçüsü7,74 Mb.
#76055
1   ...   158   159   160   161   162   163   164   165   ...   190

 

 

451 



yekrəng (qara, qırmızı, sarı, ağ, göy və s.) yan "dirək"lər toxunurdu. Yelən zolaqlarında ən 

çox təsadüf olunan naxıĢ nümunələri "caynaq", "barmaq", "ləpir", "kökə" və s. ibarət 

olurdu. 

Xalçanın dekorativ bəzək kompozisiyasının əsas məğzini "göl" naxıĢları təĢkil 

edirdi. Bu səbəbdən də göl naxıĢları  mahiyyət etibarilə bu  və  ya digər çeĢnini  müəyyən 

edən baĢlıca meyar sayılırdı. 

Xalçanın yanları üçqat bükdərilmiĢ xüsusi "uc ipi" ilə ayrıca hörülürdü. Bunun 

üçün xalça tədricən toxunub qalxdıqca onun hər iki yanından üç ədəd kənar əriĢ tayının 

arası ayrıca hörülüb ilmə ilə bərabərləĢdilirdi. 

Yelənin sonuncu uc "dirəyin"dən sonra "daban" ilmələri bəndlənib toxunurdu. 

Bununla da ilməçalma əməliyyatı tamamlanırdı. Ġlmələr sökülməsin deyə, sonuncu ilmə 

çinindən sonra yenidən bir-iki barmaq enində arğac toxuması gedilirdi. Xalçanı hanadan 

düĢürmək üçün əriĢ tayları gücü ağacının alt hissəsində doğranırdı. Sökülməsin deyə, əriĢ 

tayları doğrandıqca onların ucları "tökmə" üsulu ilə hörülürdü. 

Azərbaycanda  tarixən  süjetli  xalçalara  nisbətən  ornamental  kompozisiyalı 

xalçalar üstünlük təĢkil etmiĢdir. Ornamental xalçaların bəzək-naxıĢ tərtibatına görə bir-

birindən seçilib fərqlənən çoxsaylı çeşniləri yaranmıĢdır. Xalça toxucularının müxtəlif 

nəsilləri  tərəfindən  dönə-dönə  toxunub  təkrarlanan,  hər  dəfə  də  yeni  çalarlar əlavə 

edilən  həmin  çeĢnilərin  xeyli  hissəsi  zamanın  sınaqlarından  keçib  dövrümüzə  qədər 

gəlib çatmıĢdır. 

Bəzək-naxıĢ  kompozisiyasına  görə,  Azərbaycan  ornamental  xalçaları 

xonçasız və xonçalı olmaqla iki tipoloji qrupa bölünür. 

Daha qədim tarixə malik olan xonçasız xalçalarm bir sıra çeşniləri zəmanə-

mizədək gəlib çatmıĢdır. 

Bədii-texniki xüsusiyyətlərinə görə Azərbaycanda dörd böyük xalçaçılıq məktəbi 

mövcud  olmuĢdur:  Təbriz,  Quba-ġirvan,  Qarabağ  və  Gəncə-Qazax  [199].  Bu  mək-

təblərin hər birinin bir sıra məhəlli istehsal mərkəzləri və çoxlu çeĢniləri yaranmıĢdır. 

Azərbaycanın ən qədim və məĢhur xalçaçılıq məktəblərindən biri Təbriz xal-

çaçılıq məktəbidir. ġöhrəti bütün dünyaya yayılmıĢ Təbriz xalçaçılıq məktəbi hələ Xl-

XV  əsrlərdə  çiçəklənmə  dövrü  keçirmiĢ,  XVI-XVII  əsrlərdə  isə  yüksək  inkiĢaf 

mərhələsinə çatmıĢdır. Bu məktəbə mənsub xovlu və xovsuz xalçalar bədii  tərtibat, 

kompozisiya  və  naxıĢ  bəzəklərinin  müxtəlifliyi  ilə  fərqlənir  və  iki  qrupa  ayrılırlar: 

Təbriz və Ərdəbil qrupları. 

Təbriz xalçaçılıq məktəbinin "Təbriz", "BaxĢayıĢ", "Ağaclı", "Saxsıda güllər", 

"Ərdəbil",  "Xətai",  "Bağ-behiĢt",  "Bağ-meĢə",  "Balıq",  "Buta",  "Ceyranlı"  və  b. 

klassik kompozisiyaları məĢhurdur. Bu xalçaların bəzəklərində incə nəbati və həndəsi 

naxıĢlar,  insan  və  heyvan  fiqurları,  memarlıq  abidələrinin  təsviri  əsas  yer  tutur. 

Təbrizdə  1539-cu  ildə  toxunmuĢ  "Ləçəktürünc"  kompozisiyalı  "ġeyx  Səfi"  xalısı 

Londonun  Viktoriya  və  Albert  muzeyində  nümayiĢ  etdirilir.  Ornamental  xalçaların  ən 

gözəl  nümunəsi  olan  bu  sənət  əsərinin  uzunluğu  56,  eni  12  m-dir.  Təbriz  xalçaçılıq 

məktəbinin süjetli xalça nümunələrindən olan "Dörd fəsil" və "Ov səhnəsi" əsərləri 




 

 

452 



isə Nyu-Yorkun Metropoliten muzeyində nümayiĢ etdirilirlər. 

Təbriz 


xalçaçılıq 

məktəbi 


ilə 

Azərbaycanın digər xalçaçılıq məktəbləri ara-

sında  yaradıcılıq  əlaqəsi  olmuĢdur.  Bu 

məktəbin  "Ləçəktürünc",  "Buta",  "Balıq", 

"Sərabi"  və  "ƏfĢan"  kompozisiyaları  ilə 

Bakının "Xiləbuta" və "XiləəfĢan", Qarabağın 

"Xanlıq"  və  "Balıq"  xalçaları  arasında  bədii 

cəhətdən uyğunluq vardır. 



Quba-Şirvan  xalçaları  qısa  xovlu 

(ilmələrinin  gödək)  olması,  zəngin  ornament 

bəzəkləri, 

rəmzi 


mahiyyətli 

naxıĢların 

çoxluğu,  rəng  əlvanlığı  ilə  seçilir.  Bu  qrup 

xalça  çeĢnilərində  xonça  və  xırda  naxıĢ 

motivləri üstün yer tutmuĢdur. 

Quba  xalçalarının  35  çeĢnisi  qeydə 

alınmıĢdır  [200].  Qonaqkənd  və  Dəvəçi 

xalçaları  texnoloji  xüsusiyyətinə  görə  Quba 

xalçaları  ilə  tipoloji  oxĢarlıq  təĢkil  edir. 

"ġahnəzərli", "Qonaqkənd", "Qımıl", "Qrız", 

"Cek",  "Alpan",  "Zeyvə",  Minarə",  "Köhnə 

Quba"  və  s.  çeĢnilərin  əsasını  xonça 

kompozisiyası təĢkil edir. Xırda naxıĢlı Quba 

xalçalarının  tipik  nümunələri  "Pirəbədil", 

"Herat  Pirəbədil",  "Qollu  Çiçi",  "Sırt  Çiçi", 

"Xırdagül Çiçi" çeĢnilərindən ibarətdir. 

Şirvan  xalçalarının  25-ə  qədər 

çeĢnisi  məlumdur  [201].  Salyan  və  Qəbələ 

mahalı  xalçaları  tipoloji  cəhətdən  ġirvan 

xalçalarına çox yaxındır. 

ġirvan 

xalçaları 



çeĢni 

rəngarəngliyinə  görə  Quba  xalçalarından 

qismən  fərqlənir.  Xonça  və  xırda  naxıĢ 

çeĢnilərindən 

("ġirvan", 

"ġamaxı", 

"Qobustan", "Salyan", "Qəbələ", "Ərçiman", 

"Mərəzə", "Sorsor", "ġilyan" və s.) əlavə, bu 

qrupa  "Namazlıq"  və  "Bəndirumi"  kimi 

orijinal  kompozisiyalı  xalça  çeĢniləri  də 

daxildir. ġirvan xalçalarında, həmçinin, buta 

motivli  bəzək  ünsürləri  ("gülabdan  buta", 

"çiçəkli buta", "bala buta", "badamı buta" və 



 

 

453 



s.) üstünlük təĢkil edir. 

Abşeron  xalçaları texniki cəhətdən Quba – 

ġirvan  xalçalarından  o  qədər  də  seçilmir.  Təkcə 

bədii bəzək məziyyətlərinə görə onlardan  müəyyən 

qədər  fərqlənir.  AbĢeronun  xonça  çeĢnili    xalçaları 

Suraxanı,  Novxanı,  Fatmayı,  Goradil,  Nardaran, 

Xızı,  Fındıqan,  Çaylı  kəndlərində  hazırlanan 

eyniadlı xalçalardan ibarət olmuĢdur. Bundan baĢqa 

AbĢeronda məĢhur ―XiləəfĢan‖, ―Xiləbuta‖ çeĢniləri 

də geniĢ yayılmıĢdır. [202]. 

Qarabağda  tarixən  dəst  xalça  hazırlamaq 

geniĢ dəb halını almıĢdır. Bu xalçalar böyük həcmli 

və  nəbati  motivli  ornamentləri  ilə  Azərbaycanın 

digər  bölgələrinə  məxsus  xalça  məmulatından 

fərqlənir.  "Nəlbəki-gül",  "Balıq",  "Dəryanur", 

"Açma-yumma",  "Xanlıq",  "Ləmpə",  "Bağçada 

güllər"  kimi  diqqəti  cəlb  edən  çeĢnilər  Qarabağ 

xalçalarının  ən  gözəl  nümunələri  sayılır  [203]. 

"Qoca",  "Buta"  ("Badam  buta",  "ġabalıd  buta"), 

"Xan  tirmə"  və  s.  uzun  müddət  dəbdən 

düĢmədiyindən müxtəlif tarixi dövrlərdə dönə-dönə 

təkrar  toxunmuĢdur.  Bu  cəhətdən  Qarabağ 

xalçaçılığının  tipik  nümunəsi  olan  XVII  əsrdə 

toxunmuĢ "Qoca" adlı çeĢni nümunəsi diqqəti daha 

çox  cəlb  edir.  Nə  vaxt  və  hansı  yollasa  Atlantik 

okeanını aĢıb uzaq Amerika qitəsinə gedib çıxmıĢ 

hazırda  Nyu-York  Ģəhərindəki  Metropoliten 

incəsənət muzeyində qərar tutmuĢ bu orijinal xalça 

nümunəsi  zanbaq  motivli  nəbati  naxıĢlarla  zərif 

Ģəkildə bəzədilmiĢdir. 

Qarabağın  ənənəvi  xonçasız  xalçaları 

arasında  "Balıq"  çeĢnili  qədim  xalça  növü  daha 

geniĢ  yayılmıĢdır.  Bu  çeĢninin  bəzək-naxıĢ 

ünsürləri  arasında  stilizə  olunmuĢ  balıq  rəsmi 

baĢlıca 

yer 


tutsa 

da, 


onun 

ornamental 

xüsusiyyətlərini nəzərə çapdıran və "göl" adlanan 

mərkəzi sahəsi nəbati naxıĢlarla, xüsusilə çoxsaylı 

zanbaq  və  qızılgül  rəsmləri  ilə  bəzədilmiĢdir. 

Qarabağın  "Bağçada  güllər"  çeĢnili  xalçası 

Drezden Ģəkil qalareyasında nümayiĢ etdirilən XIV 

əsrə  aid  bir  Florensiya  rəssamının  əsərində  öz 




Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə