Məhz bu yönümlü fakültələr milli türklüyümüzə və milli
mənliyimizə qayıdışın ilkin hazırlığını təmin edə bilər.
Onu da qeyd edək ki, bu qrup universitetlər və ya fa
kültələr vahid Türkoloji Mərkəzdən idarə olunmalıdır.
Türk ədəbi dilləri birliyinin linqvistik aspektlərini
reallaşdırmaq üçün, hər şeydən əvvəl, aşağıda qeyd olu
nan problemlərin həlli ön plana çəkilməlidir:
1. Yuxarıda qeyd olunduğu kimi, vahid türk əlifbası
yaradılmalı və həmin əlifba ilə fəaliyyət göstərən qəzet
və jurnallar təsis edilməli, kitablar nəşr edilməlidir.
2. Türk dünyası ölkələrinin hamısında eyni proqramla
gündəlik yayımlanan Radio və Televiziya Mərkəzi ya
radılmalı.
3. Azərbaycan-türk və Türkiyə türk dillərinin bazası
əsas götürməklə (digər türk dillərinin materiallarından da
istifadə olunmaqla) yuxanda adı qeyd olunan tarix-filo
logiya fakültələri üçün vahid "Türk dili " proqramı və
"Türk dili" dərsliyinin hazırlanması və həmin fənnin sə
ciyyəvi cəhətləri nəzərə alınmaqla vahid "Türk dili" nin
tədrisi metodikası hazırlanmalı.
4. Türk dillərinin çoxcildli izahlı lüğəti (qədim dövr də
nəzərə alınmaqla) hazırlanmalı.
5. Türk dillərinin vahid dilçilik terminlərinin izahlı
lüğəti hazırlanmalı.
6. Türk dillərinin ayrı- ayrı elm sahələri üzrə izahlı
terminlər lüğəti hazırlanmalı.
7. Böyük Türk Ensiklopediyası yaradılmalı.
126
8. Türk xalqlarının hamısının şəxs adlarını əhatə edən
vahid Türk şəxs adları lüğəti hazırlanmalı.
9. Türk dünyasının bütün bölgələrinin yer-yurd adları
və ya toponimləri nəzərə alınmaqla Türk toponimləri en
siklopediyası hazırlanmalı. Çünki hər bir toponim türk
xalqları tarixinin müəyyən bir səhifəsini özündə qoruyub
saxlayır.
10. Türk ədəbi dillərinin birliyinə doğru irəliləməyə
yaxından kömək edə biləcək ən mühüm vasitələrdən biri
də Türk xalqlarının şifahi ədəbiyyatı nümunələrinin, o
cümlədən qədim zamanlardan üzü bəri türk xalqlarının
elmi- fəlsəfi, əqli-etik düşüncəsinin ümumi məhsulu olan
atalar sözləri və zərb məsəlləri, ümumxalq təfəkkürünün
hikmətli sözlərini; laylaların, bayatıların, lətifələrin, ağıla
rın, nağılların, boyların (dastanların), alqışların, qarğış
ların və s. toplanıb mətbuat orqanlarında, həmçinin, ayrı-
ayrı kitablar halında çap olunub, geniş oxucu kütləsinin
öhdəsinə verilməsi də çox müsbət nəticələr əldə etməyə
imkan verər. Çünki bütün bunlar bir neçə minillik tarixə
malik olan türk xalqlarının özünün türklüyünü, türk m ədə
niyyətini, türk dilini saflaşdırmaq, yersiz olaraq, türk dil
lərində özünə yer tutan yad ünsürlərdən təmizlənməsi,
türk dillərinin birliyi prosesində ayrı- ayrı türk dillərinin
bir-birilə qaynayıb-qarışmasma və bir-birinə qovuşmasına
geniş imkanlar yaradar. Bu da türk xalqlarına və türk dil
lərinə özlərinin milli oyanışına, dillərinin milliləşməsinə,
zənginləşməsinə, səlisləşməsinə, büllurlaşmasına və va-
127
hid ümumtürk dili kimi sabitləşməsinə parlaq səhifələr
aça bilər.
11.
Gələcəkdə nəzərdə tutulan vahid ümumtürk dilinin
yaradılması istiqamətində geniş sahəli işlərin görülməsi
vacibdir. Bu işlərdən en mühümü ümumtürk dilinin lüğət
tərkibinin zənginləşdirilm əsi yollarının m üəyyənləş
dirilməsi və bu istiqamətdə bir sıra əməli işlərin görül
məsi daim diqqət mərkəzində olmalıdır. Bunun üçün, hər
şeydən əvvəl, ayrı-ayrı türk dillərinin daxili imkanları-lü
ğət tərkibi və başqa dillərdən sözalma imkanları nəzərə
alınmalıdır.
Vahid ümumtürk dilinin lüğət tərkibinin zənginləşdiril
məsi məqsədilə, ilk növbədə, türk dillərinin hamısı üçün
müştərək olan qədim mənbələrdə işlədilmiş ümumtürk
xarakterli qədim sözlərimiz vahid ümumtürk dilinin lüğət
tərkibinə qaytarılmalı və onlara yeni nəfəs, yeni ruh veril
məlidir.
İkincisi, vahid ümumtürk dilinin lüğət tərkibinin zən
ginləşdirilməsi üçün ən mötəbər mənbə sayılan leksik
dialektizimlərdən və ya ayn-ayrı türk dillərinin ümumtürk
xarakterli dialekt sözlərindən istifadə edilməsi daim
diqqət mərkəzində olmalıdır. Çünki həm ümumtürk xa
rakterli qədim mənbələrdə, həm də ayrı-ayrı türk dillə
rinin dialekt və şivələrində yüzlərlə-minlərlə elə sözlər
vardır ki, onlar bütün türk dünyası üçün anlaşılır və başa
düşülür. Belə sözlərin vahid ümumtürk dilinin lüğət
tərkibinə gətirilməsi də daim diqqət mərkəzində olmalı
128
dır. Bu m əqsədlə də, türk dillərinin ümumi dialektoloji
lüğəti hazırlanmalıdır.
Əgər lazım gələrsə, başqa dillərin lüğət tərkibindən də
bütün türk dilləri üçün anlaşıqlı və başa düşülən müxtəlif
sözlər və terminlər alıb vahid ümumtürk dilinin lüğət
tərkibinə gətirmək və onlardan fəal şəkildə istifadə etmək
olar. Həmçinin, vahid ümumtürk dilinin lüğət tərkibində
qarşılığı olan bəzi alınma sözləri (ərəb, fars, digər
dillərinin sözlərini) vahid ümumtürk (eləcə də, ayrı-ayrı
türk dillərində) dilində saxlamağa heç bir lüzum yoxdur.
İndi həm ayn-ayrı türk dillərini, həm də yaranmağa doğru
istiqamət götürmüş vahid ümumtürk ədəbi dilinin səlis,
saf, büllur, milli lüğət tərkibinə qaytarmaq, onu zəngin-
ləşdinnək daim ön planda olmalıdır.
Yuxarıda deyilənləri ümumiləşdirərək belə qənaətə
gəlmək olar ki, istər ayrı-ayrı türk dillərinin milliləşməsi,
istərsə də yeni istiqamət götünnüş türk ədəbi dillərinin
birliyinin milliləşməsi üçün, hər şeydən əvvəl, ilk növ
bədə, Türk dünyasının müstəqil dövlətlərinin hamısında
türk dili rəsmi dövlət dili statusuna malik olmalı və dil
lərini xarici təsirlərdən qorumalı və milli türk düşüncəsi
nin məhsulu olan türk sözləri və terminləri ilə zənginləş
dirilməli, saflaşdırılmalı, büllurlaşdırılmalı, təkm illəş
dirilməli və sabitləşdirilməlidir. Bu mənada, XI əsrin
görkəmli filoloq-alimi Mahmud Kaşğarlı demişkən, dili
mizi yaxud vahid ümumtürk dilini "ən açıq və doğru dil"ə,
ümumişlək dilə çevirmək üçün ümumtürk miqyaslı, zəruri
129
Dostları ilə paylaş: |