olan geniş tədbirlər planı hazırlayıb, fasiləsiz həyata
keçirmək vacibdir. Əlbəttə, bunun üçün əsas şərtlərdən
biri və həm də, ən başlıcası əhalinin öz doğma ana dilində
danışması və ünsiyyət saxlaması, həmçinin, təhsil alması,
övladlarının ana dilində təhsil almasına lazımı şəraitin
yaradılması daim diqqət mərkəzində olmalıdır...
Məruzəmizi görkəmli Türkoloq-alim M.Kaşğarlımn bir
müdrik kəlamı ilə başladıq... Məruzənin müasirliyini və
aktuallığım nəzərə alaraq, Azərbaycanın, eləcə də, Türk
dünyasının Xalq şairi Zəlimxan Yaqubun bir müdrik
kə lamı-misraları ilə bitirmək istəyirəm. O, demişdir:
"Vaxt Təbrizin, dünya ərkin dünyası,
Y o l Tamının, haqqı dərkin dünyası.
Əzəl-axır, Dünya türkün dünyası,
Üç gün, beş gün gecim, tezim olacaq,
B u gün-sabah dünya bizim olacaq"...
130
"Müstəqil Azərbaycan Dövlətinin əsas ideyası
azərbaycançıhqdır. Hər bir azərbaycanlı ö z m illi
mənsubiyyətinə görə qürur hissi keçirməlidir".
H EYD Ə R Ə LİYEV.
I I B ö l m ə .
AZƏRBAYCAN DİLİNİN
MÜASİR PROBLEMLƏRİ
9. AZƏRBAYCANŞÜNASLIĞIN ATRİBUTLARI
XX əsrin sonuncu onilliyinin əvvəlində xalqımız öz
tarixi dövlətçiliyini bərpa etmiş, yeni Müstəqil Dövlət
qurmuşdur. Müstəqilliyimizin ilk illərində isə dövləti
mizin əsas ideyası - metodologiyası tam şəkildə işlənmə
miş qalırdı. Bu da, hər şeydən əvvəl, pedaqogikanın - tər
biyə nəzəriyyəsinin əsas strateji sahələrinin və həmçinin,
elmi tədqiqatlarımızın metodoloji prinsiplərinin dəqiq
şəkildə müəyyən edilməməsi ilə bağlı olmuşdur. Hətta,
humanitar elm sahələrinin alimlərinin bir qrupu Öz
tədqiqatlarında keçmiş Sovet metodologiyasına əsaslanır
və beləliklə də, müstəqil dövlətimizin əsas ideyasının -
131
metodoloji prinsiplərinin mahiyyətinin açılmasında çətin
lik çəkir və bəzən milli mənafelərimizə tamamilə cavab
verə bilməyən dolaşıq fikirlər və mülahizələr söyləyir,
bəzən öz yerlərində sayıb qalırdılar. Elmi ictimaiy
yətimizin qarşılaşdığı bu problemləri görən və hiss edən
ümummilli liderimiz, görkəmli strategiyaçı Heydər Əliyev
keçən əsrin sonuncu onilliyinin ortalarında ölkəmizin
ümumi strategiyası ilə yanaşı, dövlətimizin əsas ideyasını
və elmi metodologiyasını da hərtərəfli işləyib, birdəfəlik
bəyan etdi ki, "Müstəqil Azərbaycan Dövlətinin əsas
ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli
mənsubiyyətinə görə qürur hissi keçirməlidir."
Beləliklə də, müasir dünyanın geniş diapozonlu və
erudisiyalı tanınmış siyasətçisi və bacarıqlı dövlət xadimi,
öz xalqının mənafeyini hər şeydən üstün tutan, xalqımızın
tarixən formalaşmış və minilliklərdən bəri təşəkkül
tapmış mənəvi-siyasi ideyası ilə silahlanmış Heydər Əli
yev proqram xarakterli bu kəlamı ilə ölkəmizin ziyalı
larının və alimlərinin elmi metodologiyası yoluna yeni
yaşıl işıq yandırmış oldu. Və bununla da, görkəmli strate-
giyaçı istər alimlərimiz, istərsə də elm və təhsil müəssisə
ləri qarşısında böyük vəzifələr qoymuş və həmin vəzi
fələrin həyatda yerinə yetirilməsini ciddiliklə, təkidlə tə
ləb edirdi. Bu tələb isə, hər şeydən əvvəl, milli soykö-
kümüzə, tariximizə və tarixi mədəniyyətimizə, adət-
ənənələrim izə, dini görüşlərimizə, tarixi dövlətçilik
ənənələrimizin inkişaf etdirilməsinə əsaslanırdı. Başqa
sözlə desək, bu tələblər Azərbaycan türklərinin - milli
132
etnik tariximizin, tarixi coğrafiyamızın, maddi və mənəvi
abidələrim izin, folklorumuzun, ümumilikdə isə, ulu
babalarımızın irs qoymuş olduğu milli mədəniyyətimizin
və mənəvi dəyərlərimizin, incəsənətimizin və ədəbiyya
tımızın dərindən öyrənilməsi və hərtərəfli təbliğ olunma
sından ibarətdir. Əlbəttə, bu sahədə bütün təhsil müəs
sisələrinin, o cümlədən ümumtəhsil məktəblərinin, orta
ixtisas məktəblərinin və tabeçiliyindən asılı olmayaraq,
bütün ali məktəblərinin və tədris akademiyalarının üzəri
nə çox böyük vəzifələr düşür. Bu vəzifələr əsasən, "Azər
baycanşünaslığın əsasları" fənninin müasir səviyyədə təd
risi ilə yaxından bağlıdır. "Azərbaycanşünaslığın əsas
atributları" öz mahiyyətinə və məzmununa görə üç sahəni
əhatə edir:
1. Milli sərvətimiz - Ana dilimiz;
2. Ünvanımız - Azərbaycan (tarixi Azərbaycan) ərazisi;
3. Tarixi tərcümeyi-halımız və ya həyatnaməmiz - milli
- etnik tariximiz. Bu baxımdan, XVI əsrin görkəmli şairi
və mütəfəkkiri, dövlət xadimi və hərbi sərkərdəsi Ş.İ.Xə-
tainiıı gənclərimizə nəsihətindən bir parçanı xatırlamaq da
yerinə düşərdi. Şair yazmışdır: "Vətənimin bir ovuc tor
pağını bir ovuc altundan, dilimizin bir kəlməsini bir ölçü
mücəvhərdən üstün bildim. Dilimizin və Vətənimizin
əbədiyyən yaşaması üçün əlimdən gələni etdim. Məni
lənətlə yad etməyin: Yaxşı nə etdimsə, davam etdirin,
xətalarımı təkrar etməyin... Atalar sizə üç ƏMANƏT qo
yublar:
DİLİMİZ, QEYRƏTİMİZ, VƏTƏNİMİZ!"
133
Müasir elmin inkişaf səviyyəsini məntiqi baxımdan də
rindən və hərtərəfli təhlil etdikdən sonra belə nəticəyə
gəlmək olur ki, xalqımızın milli-etnik tarixinin yaradılma
sı üçün, hər şeydən əvvəl, xalqımızın milli sərvəti olan
ana dilimizin, ünvanı olan Vətənimizin coğrafiyasının və
tərcümeyi-halı və ya həyatnaməsi olan etnik tariximizin
lap qədim zamanlardan üzü bəri milli tarixşünaslıq və
azərbaycançılıq nöqteyi-nəzərdən tarixi reallıqla bağlı
olaraq, dərindən araşdırılmalı, öyrənil-məli, tədqiq edil
məli və xalqımıza təqdim olunmalıdır.
MİLLİ SƏRVƏTİMİZ - "ANA DİLİMİZ"
"Ana dilimiz" xalqımızın milli sərvətidir. Xalqımızın
milli sərvəti isə, hüquqi baxımdan "Azərbaycan Respub
likasının Konstitusiyası"nın 21-ci maddəsində çox aydııı
şəkildə belə təsbit olunmuşdur: "Azərbaycan Respubli
kasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Res
publikası Azərbaycan dilinin inkişafını təm in edir."
Deməli, Ana dili dedikdə rəsmi Dövlət dili, Rəsmi dövlət
dili dedikdə isə "Ana dili" nəzərdə tutulur. "Ana dili"
dedikdə, hər şeydən əvvəl, milli sərvətimiz, ünvanımız -
Böyük Vətənimiz - tarixi Azərbaycan, tərcümeyi-halımız
(həyatnamə), - tariximiz yada düşür. Bu, heç də, təsadüfi
deyil. Çünki "Ana dili" xalqımızın tarixi varlığı, xalqı
mızın həyatı, xalqımızın tarixləşmiş, əbədiləşmiş milli
sərvətidir. Elə bir sərvət ki, onu heç nə ilə əvəz etmək
134
mümkün deyil. "Ana dili" xalqımızın rəmzi, simvolu,
Dövlət Himni, Dövlət bayrağı, Dövlət gerbi, Müstəqil və
Suveren Azərbaycan Respublikasının rəsmi dövlət dilidir.
Deməli, "Öz millətini əbədi saxlamaq istəyənlər öz ana
dillərini saxlamağa çalışmalıdırlar və o dildə elm və fənni
övladi - millətə verməlidirlər" ("Kəşkül" qəzeti, XIX əsr).
XX əsrin görkəmli şairi K.M.Sönməz dilimizin əbədi
ləşdirilməsi ilə əlaqədar olaraq demişdir:
Könlüm quşu oxur Vətən gülüylən,
G ül necə ki, gülər ö z bülbülüynən,
Sözlərim i yazdım xalqın diliynən,
Odur adım ürəklərdən silinməz,
Yazılmasa, dilin qədri bilinməz.
Yuxarıda qeyd etdiyimiz fikir və mülahizələrə, həm
çinin bir bəndlik şer parçasında bədii dillə söylənilən və
xalqa m əsləhət görülən düşüncələrdən aydın olur ki, xal
qın yaşaması üçün, birinci növbədə, onun dilinin yaşaması
və inkişaf etdirilməsi, xalqın gənc nəslinə, övladlarına el
min ana dilində öyrədilməsi, yazılması zəruridir, vacibdir.
Ana dilimiz qədim tarixə malik olan xalqımızın hikmət
dəryası, müdriklik xəzinəsi, qüdrətli silahı, bol-bol nemə
ti, əbədiyaşar tarixi mənəviyyatımızın, ədəbiyyatımızın,
incəsənətimizin, elmimizin tükənməz xəzinəsi və inkişa
fının daimi mənbəyidir. Ana dilimiz xalqımızın əbədi
tarixidir, onun yer kürəsində qədim zamanlardan bəri tanı
nan ünvanıdır, siyasəti və siyasi coğrafiyasıdır, həyat və
135
Dostları ilə paylaş: |