tərəqqi yoludur... Bu mənada, hər bir dilin, o cümlədən də
ana dilimizin əbədiliyi, inkişafı və tərəqqisi - xalqımızın
inkişafı və tərəqqisi deməkdir. Məhz buna görə də, tarixi
düşmənlərimiz olan İran şahlığı da, Ərəb xilafəti də, Çar
Rusiyası da və sonralar Sovet imperiyası da ölkəmizin
geniş və zəngin torpaqlarına göz dikmiş və ona sahib
olmaq üçün öncə xalqımızı öz ana dilindən, doğma m ədə
niyyətindən, soykökündən mərhum etməyi planlaşdırmış
lar. Bu məqsədlə, dünyəvi dövlətlər və imperiyalar
yaradan farslar da eramızdan əvvəl birinci minilliyin orta
larından bu günə qədər; VII-IX əsrlərdə ərəblər də, X-XX
əsrlərdə ruslar da belə etmişlər. Çünki hər hansı bir ölkəni
özününkü etmək istəyən imperiya iddialı dövlətlər, hər
şeydən əvvəl, həmin ölkənin xalqını məhv etmək, tarixin
səhifələrindən silmək üçün öncə onun dilini və mədəniy
yətini məhv etməkdən, soykökündən ayırmaqdan başla
yır. Bütün bunlara baxmayaraq, xalqımız öz doğma ana
dilini və mədəniyyətini məkrli düşmənlərdən qorumaq
üçün tarixin bütün m ərhələlərində qəhrəm ancasına
mübarizə aparmışlar. Bu mənada, XX əsrin görkəmli
alimi Cavad Heyətin bir beytini xatırlamaq yerinə düşərdi:
"Qədim və m əşhur məsəldir, deyirlər,
Fars d ili şəkərdir, Türk d ili hünərdir. "
M əhz bunun nəticəsidir ki, tarixin ayrı-ayrı m ər
hələlərində xalqımız öz doğma Vətəninin azadlığı və
müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə aparıb
136
hünər göstərdiyi kimi, yazıçı və alimlərimiz fars, ərəb və
rus dillərində yazıb-yaratmağa məhkum edilsələr də,
onlar öz doğma ana dilini və mədəniyyətini unutmamış,
hansı dildə yazdıqlarından asılı olmayaraq, onlar həmin
əsərlərini türk təfəkkürü ilə düşünmüş, sonra isə, həmin
fikirlərini ya fars, ya ərəb, ya da rus dillərində qeyd etmiş
lər. Onlar hansı dildə yazırdılarsa, həmin dilə doğma ana
dilinin və mədəniyyətinin şirinliyini, insanda xoş təəs
sürat və əhval-ruhiyyə yaradan ətrini və ruhunu hopdu
rurdular. Məhz bunun nəticəsidir ki, Azərbaycan-türk
dilinin minlərlə sözləri, ifadələri və hətta, atalar sözləri və
zərbül-məsəlləri lap qədim dövrlərdən fars, ərəb və rus
dillərinin lüğət tərkibinə keçmiş və indi də həmin dillərdə
fəal şəkildə işlənməkdədir. Bir sözlə, Azərbaycan-türk
dili öz varlığını saxlamaq və əbədiləşdirmək üçün tarixin
müəyyən mərhələlərində hakim ərəb və fars, eləcə də,
rus dili ilə mübarizə aparmış və bu mübarizədən qalib
çıxmış və dövrünün inkişaf etmiş ədəbi dili olaraq geniş
dairələrdə işlənmiş və hətta, XI əsrdən sonra Güney
Qafqazda və Yaxın Şərqdə xalqlararası ünsiyyət vasitəsi
olmuş və beynəlxalq dil kimi istifadə olunmuşdur. Bu
mülahizəni ayrı-ayrı xalqların müxtəlif dövrlərdə yaşamış
klassik alimləri və yazıçıları da təsdiq edirlər.
Tarixən doğma ana dilimizdə dünya mədəniyyətinin
şah əsərləri və incəsənət inciləri yaranmışdır. O cümlə
dən, V-V1I əsrlərdə məşhur "Kitabi-Dədə Qorqud"
dastanları, XIV əsrdə Həsənoğlunun və Nəsiminin şer
137
sənətinin ən qiymətli inciləri, XVI əsrdə dünya poeziya
mın korifeylərindən Ş.İ.Xətai və M.Füzuli dünyanın
klassik ədəbiyyatı səviyyəsində eyni sırada özünə layiqli
yer tuta bilən yetkin, kamil, qüdrətli, əbədiyaşar poeziya
inciləri yaratmışlar.
Azərbaycan-türk dili qədim tarixə və dörd min ildən
çox dövlətçilik ənənəsinə və 500 min kv.km-lik əraziyə
malik olan tarixi Azərbaycanda məskunlaşmış xalqımızın
ana dilidir. Bu dildə 50 milyondan çox adam danışır. Onun
42 milyonu öz tarixi ərazisində - Azərbaycan Respublika
sında, Güney Azərbaycanında (İranda), Borçalıda (Gür
cüstanda), Dərbənddə (Rusiya Federasiyasında), yerdə
qalam isə dünyanın 70-dən çox ölkəsində yaşayır. Qüzey
Azərbaycanının şimal-qərb ərazisində (indiki Ermənis
tanda) yaşayan Azərbaycan türkləri isə XIX-XX əsrlərdə
əvvəlcə "xalqlar həbsxanası" adlanan Çar Rusiyası, sonra-
lar isə onun varisi kimi çıxış edən Sovetlər imperiyası
tərəfindən hissə-hissə parçalanmış, bu torpaqlar yeri-yur
du olmayan ermənilərlə məskunlaşdırılmışdır. XIX əsrin
ortalarından isə üstüörtülü siyasətlə xırda-xırda erməni
inzibati idarələri yaradılmış və biləliklə də, ermənilərin
gizlin strateji planlarının tədricən reallaşması üçün "yol
lar" açılmışdır.
1917-ci ildə üç əsrdən çox hökmranlıq edən Romanov -
lar sülaləsinin hakimiyyətinə son qoyuldu və 1918-ci ildə
imperiyanın ağalıq etdiyi ölkələrin əksəriyyəti öz
müstəqilliyini və dövlətçiliyini bərpa etdi. Belə bir
138
zamanda 1918-ci ilin 28 mayında Azərbaycan türkləri də
öz müstəqilliyini elan etdi və cəmisi 23 ay yaşamış Azər
baycan Xalq Cümhuriyyətini yaratdı. Bu dövrdə Azər
baycan Xalq Cümhuriyyəti Vətənin bolşevik və daşnak
təcavüzündən müdafiəsi üçün zəruri tədbirlər gördüyü
kimi, ölkənin mədəni həyatının inkişafı üçün, də həyati
xarakterli bir sıra tədbirlər, planlar hazırlayıb həyata
keçirməyə başladı, o cümlədən maarif və mədəniyyətin
inkişaf etdirilməsi problemlərini ön plana çəkdi, ölkədə
Bakı Dövlət Universitetini təsis etdi, ana dilimizi-
Azərbaycan-türk dilini rəsmi dövlət dili elan etdi.
AZƏRBAYCAN - TÜRK ƏDƏBİ DİLİNİN
TƏŞƏKKÜLÜ TARİXİ
Şifahi xalq ədəbiyyatının verdiyi məlumatlara görə,
artıq, VII-IX əsrlərdə Azərbaycan-türk ədəbi dilinin şifahi
qolu tam mənası ilə formalaşmışdır. Bunu ayrı-ayrı şifahi
xalq ədəbiyyatı nümunələri açıq-aydın şəkildə təstiqləyir.
Azərbaycan-türk ədəbi dilinin yazılı qolu isə, IX-XII
əsrlərdə tam şəkildə təşəkkül tapmış və sonrakı dövrlərdə
də get-gedə sabitləşmiş, səlisləşmiş, zənginləşmiş və
daha da dəqiqləşmiş qaydada inkişaf yoluna qədəm qoy
muşdur. Bu dildə dünya mədəniyyəti xəzinəsinin inciləri
və şah əsərləri yaradılmışdır.
Azərbaycan-türk ədəbi dilinin inkişaf tarixini aşağıdakı
mərhələlərə bölmək olar :
139
Dostları ilə paylaş: |