I MƏRHƏLƏ IX - XII əsrlər - "Kitabi-Dədə Qorqııd"
dövrü.
II MƏRHƏLƏ XII - XV əsrlər - Həsənoğlu və Nəsimi
dövrü.
III MƏRHƏLƏ XV - XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli
dövrü.
IV MƏRHƏLƏ XVII - XVIII əsrlər - M.Əmani, Fədai,
S.Təbrizi, M.Şirvani, M.V.Vidadi və M.P.Vaqif dövrü.
V MƏRHƏLƏ XIX əsr - Q.Zakir, Ə.Nəbati, M.F.Axundov
və ilk milli mətbuatın, milli teatrın yaranması və fəaliyyəti
dövrü.
VI MƏRHƏLƏ
XX əsr - N.Nərimanov, C.Məmməd-
quluzadə, Ə.Sabir. S.Vurğun və milli mədəniyyətimizin və
mətbuatımızın sürətlə inkişafı dövrü.
TARİXİ ÜNVANIMIZ -
DOĞMA AZƏRBAYCANIMIZ
Böyük vo qədim Vətənimiz - tarixi Azərbaycan xalqı
mızın tarixləşmiş və əbədiləşmiş tarixi ünvanıdır. Məhz
bu ünvanda "Ana dili’’mizin ük səslərinin, ilk sözlərinin,
ilk cümlələrinin, ilk danışıq dilinin mətnlərinin, anaları
mızın - ağbirçək nənələrimizin ilk laylaları və ilk ağıları,
bayatı və nağıllarının, qışın uzun gecələrində səhərə kimi
danışılıb-qurtarmayan ibrətamiz dastanları bu dildə və bu
ərazilərdə yaranıb, yaşayıb və yazılıb, bu ərazilərə öz
tarixləşmiş ətrini və ruhunu hopdurmuşdur. Deməli, milli
sərvətimizin də, milli ünvanımızın da, tarixi torpaqları-
140
mızm da, ucsuz-bucaqsız ərazilərimizin də tarixi məkanı
Doğma Azərbaycandır.
Tarixi ünvanımız dedikdə isə, ilk növbədə, xalqımızın
tarixən məskunlaşdığı 500 min kv.km-lik böyük bir ərazi,
həmin ərazilərdə təxminən 4500 illik qədim tarixə malik
olan minlərlə yaşayış məntəqələri - şəhərlər, kəndlər,
qəsəbələr salınmış və beləliklə də, xalqımızın ünvanı
əbədiləşdirilmişdir. Bir sözlə, bu böyük ərazi Vətənimizə
çevrilmiş və bizim üçün doğmalaşmış, şanımız-şöhrətimiz
Vətən olmuşdur. Bu ərazinin ayrı-ayrı bölgələri də, başı
ağ çalmalı uca və məğrur dağlan da, sıldırım qayalan da,
keçilməz dərələri də, at işləməz yolları da, daim bərq
vuran dənizi də, gölü də, çayı da, büllur bulaqları da, bol
nemətli zəmiləri də, meşələri də, kol-kosları da, dağların
döşündə dəniz kimi dalğalanan gül-çiçəyi də, hətta, gül-
çiçəyin ayn-ayrt ləçəkləri də, bağ-bostanları da, odu-oca
ğı da, hətta, ocaqdakı daşı da Vətəndir. Odur ki, tarixi tale
yimizlə bizə yoldaşlıq edən, bizi böyüdüb boya-başa çat
dıran, müqəddəs Vətənimizin ən kiçik xırdaca bir daşı da,
gül-çiçəyin bir ləçəyi də, ağacların bir yarpağı da sərhəd
lərimizdən kənara düşməməlidir. Çünki V ətən mü
qəddəsdir! Vətən anadır! Vətəndən, torpaqdan pay veril
məz. Bu mənada Vətənimizin ərazi bütövlüyünün təmin
edilməsi, əbədi qorunması, müdafiə edilməsi bizim ən
müqəddəs vəzifəmiz olmalıdır.
Tarixi Azərbaycan şimal-şərqdən Dəmirqapı Dərbənd
və şimal-qərbdən Qafqaz (indi Vladiqafqaz), şərqdən Xə
141
zər dənizi və İran, qərbdən Gürcüstan və Osmanlı impe
riyası, cənubdan isə təxminən Kərkükə qədər uzanan
böyük bir ərazini əhatə edirdi. Odur ki, Azərbaycan-türk
dili həm öz tarixi Vətənimizdə, həm də Yaxm və Orta
Şərqdə, Güney Qafqazda hələ XI əsrdən bəri beynəlxalq
ünsiyyət vasitəsi kimi geniş şöhrət tapmış və həmin
xalqların dillərinə güclü təsir etmişdir.
TARİXİ TƏRCÜMEYİ - HALIMIZ -
MİLLİ - ETNİK TARİXİMİZ
Tarixi tərcümeyi - halımız və ya həyatnaməmiz dedikdə,
hər şeydən əvvəl, xalqımızın etnik milli tarixi yada düşür.
Bu həyatnamədə isə, dilimizin və xalqımızın varlığı da,
təşəkkülü və inkişaf tarixi də; Vətənimizdə tarixən baş
vermiş ictimai-siyasi hadisələr də, xalqımızın qələbələrlə
dolu qəhrəmanlıq səhifələri də, şan-şöhrəti də, dünya
xalqları arasındakı ictimai-siyasi mövqeyi də, iqtisadi
inkişafı da, dünya mədəniyyəti tarixinə bəxş etdiyi maddi-
mənəvi mədəniyyət abidələrimiz də, bu sahədə qazan
dığımız tarixi nailiyyətlərimiz də yada düşür. Bütün bun
lar isə, hər şeydən əvvəl, ulu babalarımızdan bizə miras
qalmış doğma milli tariximizdə əbədiləşmişdir.
Xalqımızın tərcüıueyi-halı və ya həyatnaməsi dünyanın
digər xalqlarının tarixi ilə müqayisədə dövlətçilik ənənə
ləri həm çox qədim, həm də müxtəlif dövlət qurumların
dan ibarət olmuşdur. Tarixin ən qədim dövrlərindən üzü
142
bəri tarixi Azərbaycan ərazisində yüzdən çox müxtəlif
dövlət qurumları yaranmış, mövcud olmuş, fəaliyyət
göstərmiş və müəyyən ictimai-siyasi hadisələrlə əlaqədar
olaraq, ya süqut etmiş, ya parçalanmış, müəyyən bir
dövlət tərəfindən işğal olunmuş, ya da onun ərazisində
yeni bir dövlət qurumu yaranmışdır. Tarixi Azərbaycan
ərazisində eramızdan əvvəl III minilliyin birinci
yarısından bu günə qədər 105 dövlət qurumu yaradılmış
vo fəaliyyət göstərmişdir. Onlardan 55 müstəqil dövlət, 4
bəylərbəylik, 21 xanlıq, 6 sultanlıq, 5 ərəblərdən asılı
knyazlıq, 6 məliklik, 4 müvəqqəti oyuncaq dövlətlər, 4
müvəqqəti xırda respublikalar olmuşdur.
Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu
Aratta eramızdan əvvəl III minilliyin birinci yarısında
yaranmış və ikinci yarısında süqut etmişdir. Azərbaycan
ərazisində mövcud olmuş ən böyük və ən qüdrətli
dövlətlərdən Manna (e.ə.IX-VII əsrlər), Midiya (e.ə.VII
əsrin sonlarından e.ə. 550-ci illərə qədər), Atropatena
(e.ə. IV əsrin 20-ci illərində yaranmış və bizim eranın I
əsrində süqut etmişdir), Albaniya (e.ə. IV əsrdə yaranmış
və bizim eranın VIII əsrində süqut etmişdir), Şirvanşahlar
(510-1538-ci illər), Atabəylər (1136-1225), Elxanilər
(1258-1357), Qaraqoyunlu (1410-1468), Ağqoyuıılu
(1468-1501), Səfəvilər dövləti (1501-1736); xanlıqlardan
Gəncə, Bakı, Qarabağ, İrəvan, Naxçıvan, Təbriz, Ərdəbil,
Marağa və s. qeyd etmək olar.
143
Dostları ilə paylaş: |