etdiyi metodika əsasında “e-kənd təsərrüfatı”
informasiya
sisteminin
qurulmasına
başlanılmışdır. Aİ-nin “İnteqrasiya Olunmuş
Nəzarət Sistemi”nin (IACS) prinsiplərinə
əsaslanan “e-kənd təsərrüfatı” informasiya
sistemi 7 altmoduldan, o cümlədən “Torpaq
Sahələrinin
İdentifikasiyası”,
“Fermer
Təsərrüfatlarının Reyestri” və “Subsidiyaya
Ərizələrin Qeydiyyatı və Təhlili” modullarından
ibarətdir. Beynəlxalq məsləhətçilər qrupu
cəlb edilməklə, “Heyvanların İdentifikasiyası
və Qeydiyyatı Sistemi”nin yaradılması üçün
texniki tapşırığın hazırlanmasına başlanılmışdır.
MDB ölkələri arasında ilk dəfə Azərbaycanda
Aİ təcrübəsinə uyğun “Fermer Təsərrüfatları
Məlumatlarının Monitorinqi Sistemi” (FTMMS)
qurulmuşdur.
•
Kənd
təsərrüfatı
sahəsində
məşğulluq və kənd yerlərinin inkişafı
Dövlət Statistika Komitəsinin məlumatlarına
əsasən, son 5 il ərzində ümumi məşğulluq
səviyyəsinin 6,8 faiz artımı müqabilində
emal sənayesində məşğul əhalinin sayındakı
artım 9,3 faiz, kənd təsərrüfatında isə 2,5
faiz olmuşdur. Regionların iqtisadi inkişaf
proqramları çərçivəsində yaradılan yeni iş
yerlərinin 71 faizi və ya 1,0 milyondan çoxu,
habelə yaradılan yeni müəssisələrin 42 faizi
və ya 29820-si regionların payına düşür. O
cümlədən yeni istifadəyə verilən mehmanxana
və mehmanxana tipli obyektlərin 68 faizi
və ya 202-si regionlarda fəaliyyət göstərir.
Qeyd edilənlərlə bərabər, ölkənin sosial-
iqtisadi inkişafının müasir mərhələsində kənd
yerlərinin inkişafı siyasətinin qabaqcıl dünya
təcrübəsi əsasında təkmilləşdirilməsi aktualdır.
Kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı sahəsinin GZİT təhlili
Güclü tərəflər
•
Mövcud təbii resursların (torpaq, su,
iqlim ehtiyatlarının) ölkədə kənd təsərrüfatının
inkişafı baxımından əlverişli olması;
•
özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq
ənənələrinin və bazar iqtisadiyyatı prinsiplərinə
əsaslanan aqrar siyasətin formalaşması;
•
müasir
texnologiyalara
əsaslanan
yeni emal sənayesi müəssisələri şəbəkəsinin
formalaşması;
•
kənd təsərrüfatı və ərzaq məhsulları üzrə
istehsalın artım dinamikasının dünya üzrə orta
göstəricilərdən yüksək olması;
•
dövlət müstəqilliyini əldə etdikdən
sonra mühüm ərzaq məhsulları ilə ölkənin
özünütəminetmə səviyyəsinin yüksəlməsi;
•
kənd
təsərrüfatı
məhsulları
üzrə
ixracın həcmində yüksək artım dinamikasının
mövcudluğu;
•
kənd təsərrüfatı məhsulları istehsalçılarının
müvafiq istehsal vasitələri ilə təminatına güclü
dövlət dəstəyinin verilməsi və hazırda istehsal
vasitələri ilə təminatın mövcud tələbata uyğun
səviyyədə ödənilməsi
•
həm bitkiçilikdə, həm də heyvandarlıqda
istehsalın intensiv üsullarla artırılması üçün
dövlət dəstəyi mexanizmlərinin yaradılması;
•
fəaliyyəti
mütərəqqi
təsərrüfatçılıq
metodlarına əsaslanan aqrobiznes müəssisələrinin
yaradılması və bu istiqamətdə təcrübənin tədricən
genişləndirilməsi;
•
beynəlxalq bazarlara yaxın olması
(Azərbaycan Rusiya bazarı kimi geniş bir bazara
yaxın yerləşir və Avropa və Yaxın Şərq bazarlarına
da çıxış imkanları böyükdür);
•
nisbətən yaxşı inkişaf etmiş kənd
infrastrukturunun mövcudluğu.
Zəif tərəflər
•
Mütərəqqi təsərrüfatçılıq metodlarının
tətbiqi təcrübəsinin geniş yayılmaması, əksər
məhsullar üzrə istehsalın artımında ekstensiv
amillərin rolunun böyük olması nəticəsində
məhsuldarlıq göstəricilərinin aşağı olması;
•
əkin sahələrinin suvarma suyu ilə
təminatında problemlərin olması;
•
bazar infrastrukturunun, o cümlədən satış
və anbar infrastrukturunun kifayət qədər inkişaf
etməməsi;
•
məhsulların həm istehsalı, həm emalı,
həm də ticarəti mərhələlərində yaradılan əlavə
dəyərin yüksəldilməsi üçün mövcud imkanlardan
zəif istifadə olunması;
•
kiçik torpaq sahibliyinə əsaslanan ailə-
10
kəndli təsərrüfatlarının üstünlük təşkil etməsi
və bu təsərrüfatların bazaryönümlülüyünün
aşağı səviyyədə olması;
•
aqrar siyasətdə təklifyönümlülüyün
(istehsal)
tələbyönümlülükdən
(bazar)
daha üstün olması və ümumilikdə bu
siyasətin “dəyər zənciri” yanaşması əsasında
təkmilləşdirilməsinə ehtiyac olması;
•
fermer
tərəfdaşlığının
və
kənd
təsərrüfatında kooperasiyanın, o cümlədən
aqrar-sənaye inteqrasiyasının zəif olması;
•
emal
sənayesi
müəssisələrinin
fəaliyyətinin yerli xammal mənbələrinə
əsaslanmasının
kifayət
qədər
yüksək
olmaması;
•
istehsalçıların maliyyə resurslarına
çıxışının və aqrar sığorta sisteminin zəif inkişaf
etməsi;
•
fermerlərin öz fəaliyyətini mütərəqqi
üsullarla həyata keçirmələri üçün müvafiq
sahələrdə bilik və bacarıqlarının aşağı olması;
•
kənd təsərrüfatı məhsulları istehsalının
ətraf mühitin mühafizəsi və təbii resurslardan
dayanıqlı istifadə şərtləri kifayət qədər nəzərə
alınmadan aparılması;
•
kənd təsərrüfatı sahəsi üzrə informasiya
və məsləhət xidmətləri sisteminin inkişaf
etməməsi;
•
kənd təsərrüfatı və ərzaq siyasətinin
effektivliyinin daha da artırılması baxımından
mövcud resurslarla bağlı təkmil informasiya
bazasının yaradılması işinin (elektron kənd
təsərrüfatının, torpaqların elektron kadastr
sisteminin və heyvanların identifikasiyası
sisteminin qurulmasının) başa çatmaması;
•
strateji əhəmiyətli ərzaq məhsulu kimi
buğda istehsalının rəqabətqabiliyyətliliyinin,
xüsusilə mövcud təbii resursların məhdudluğu
(taxılçılıq ölkələrindəki kimi geniş torpaq
sahələrinin olmaması) səbəbindən aşağı
səviyyədə olması;
•
qida təhlükəsizliyi, kənd təsərrüfatı və
ərzaq məhsulları üzrə keyfiyyətin idarəedilməsi
sisteminin beynəlxalq standartların tələblərinə
tam uyğunlaşdırılmaması;
•
kənd təsərrüfatı problemləri üzrə
həyata keçirilən elmi-tədqiqat fəaliyyətlərinin
praktika ilə əlaqələndirilməsinin zəif olması.
İmkanlar
•
kənd təsərrüfatı və ərzaq məhsulları
istehsalı və emalı sahəsinin inkişafının ölkənin
ümumi sosial-iqtisadi inkişaf siyasətində
prioritet istiqamətlərdən biri kimi müəyyən
olunması;
•
kənd təsərrüfatı və ərzaq məhsulları
istehsalının artırılmasını stimullaşdırmaq üçün
müvafiq dövlət dəstəyinin olması;
•
kənd təsərrüfatı və ərzaq məhsulları
bazarı üzrə bazar infrastrukturunun inkişafı
və effektiv bazar tənzimlənməsi sisteminin
formalaşdırılması tədbirlərinə başlanılması;
•
sərfəli ixrac bazarlarına coğrafi
yaxınlığın və bu bazarlarda əhəmiyyətli
mövqenin olması;
•
ixrac bazarlarına çıxışın artırılması üçün
genişəhatəli təşviq tədbirlərinin tətbiqinə
başlanılması;
•
əksər kənd təsərrüfatı məhsullarının
istehsalı üzrə müqayisəli üstünlüklərin yüksək
olması;
•
ekoloji təmiz kənd təsərrüfatının inkişaf
etdirilməsi imkanının olması;
•
aşağı əməkhaqqı xərcləri və işçi
qüvvəsinin kifayət qədər olması (bu amil
məhsulun maya dəyərinin aşağı olmasına
gətirib çıxarır);
•
milli
valyutanın
devalvasiyası
nəticəsində ölkədə istehsal olunan kənd
təsərrüfatı məhsullarının dünya bazarında
rəqabətədavamlılığının daha da artması
(məhsul istehsalı xarici valyuta ilə ifadədə
daha ucuz başa gəlir və nəticədə qiymət
üstünlüyü yaranır);
•
çoxfunksiyalı kənd təsərrüfatını inkişaf
etdirmək imkanı (kənd təsərrüfatı ilə məşğul
əhalinin kənd yerlərində iş tapmaq imkanlarının
məhdud olduğunu nəzərə aldıqda, kənd
turizminin inkişafı və enerji (bio, günəş, külək)
istehsalının genişləndirilməsi kənd təsərrüfatı
ilə məşğul olanların gəlirlərini artıra, bu da öz
növbəsində fermerlərin maliyyə imkanlarını
yaxşılaşdıra bilər).
Təhlükələr
•
mövcud təbii resurslar (torpaq və su
ehtiyatları) ölkədə kənd təsərrüfatının inkişafı
11