A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə16/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

artıq balık lekseminin arxaikləşdiyini və onun  yerinə kənt lekseminin işləndiyini qeyd edir və 
yazır ki, balık islamlıqdan çox əvvəl işlənmiş, türk dilində sığınaq, qala, şəhər deməkdir (MK, I, 
379). 
Müasir  Azərbaycan  toponimlərinin  tərkibində  də  bu  coğrafi  terminə  daşlaşmış  şəkildə 
təsadüf edilir. Məs.: Balık indi İsmayıllı rayonunda bir kəndin adıdır (12, s. 69). 
Kasar. 
Qeyd etmək lazımdır ki, Moyun çor xaqan 751-ci ildə Tez çayının qərbində Kasar 
adlı bölgədə otağını, çadırını qurdurub yayı burada keçirmişdir: Ol yıl Ötüken kedin uçınta Tez 
başınta  Kasar  Kordan  örgin  anta  ititdim  çıt  anta  tokıtdım,  yay  anta  yayladım  (ŞU7).  -  "O il 
hökmdar otağını Tezin yuxarısında Ötükenin qərb  yamacında  Kasar və  Kordanda qurdurdum, 
divarlarını ucaltdım, yayı orda yayladım". 
 Onu da qeyd 
etməliyik ki, mətnin mötərizədə verilmiş hissəsi zədələndiyi üçün abidənin ilk 
tədqiqi zamanı oxunmamış, yalnız Terxin abidəsi aşkar edilib oxunduqdan sonra ŞU abidəsinin 
həmin qismi bərpa edilmişdir (58, s. 87). Buradakı kasar oykonimi tarixdə adı yaxşı bəlli olan 
xəzərlərlə  bağlıdır.  Xəzərlər,  xəzər  qəbiləsi  uyğur  qəbilə  ittifaqına  daxil  idi.  Ona  görə  də 
buradakı Kasar oykonimi etnotoponim sayılmalıdır. 
Uyğur abidələrində rast gəldiyimiz Ötüken yış, Kara kum, Çoğay kuzı, Kögmen toponimləri 
Orxon-Yenisey 
abidələri bölməsində ətraflı tədqiq edildiyindən biz burada həmin yer adlarının 
adlarını çəkməklə kifayətlənirik. 
 
d)
 
 
ETNONİMLƏR 
Qədim  türk  onomastik  sistemində  etnonimlər  özünəməxsus  yer  tutur.  Etnonimlər  həm 
ümumi,  həm  də  xüsusi  planda  rəngarəng  leksik-semantik  xüsusiyyətlər  ifadə  edir.  Tarixdən 
bəllidir  ki,  eyni  bir  etnonim  konkret  bir  dövrdə  müxtəlif  insan  cəmiyyətlərini  bildirdiyi  kimi, 
eyni  bir  etnos  müxtəlif  mənbələrdə  və  ya  dillərdə  çeşidli  adlarla  da  ifadə  oluna  bilir.  Etnik 
vahidlərin  həm  xalqın  özü  tərəfindən  yaradılması,  həm  də  başqa  xalqlar  tərəfindən  bu  etnosa 
verilməsi  də  etnonimikanın  maraq  dairəsinə,  tədqiq  obyektinə  daxildir.  Ona  görə  də  etnoslar 
sisteminin formalaşması və inkişafı problemləri mühüm əhəmiyyət kəsb edir. Türk etnonimləri 
tarix
ən  antroponimlər  və  toponimlərlə  sıx  şəkildə  bağlı  olduğuna  görə  bu  dil  vahidlərinin 
diaxronik aspektdə tədqiqi xüsusi aktuallıq kəsb edir. 
Orxon-
Yenisey  abidələrindəki  etnonimlər  bəhsində  bu  problemdən  geniş  şəkildə  bəhs 
edildiyindən burada ancaq run hərfli uyğur abidələrində işlənmiş etnonimlər nəzərdən keçirilir. 
Run hərfli uyğur abidələrində Orxon-Yenisey mətnlərində də rast gəlmədiyimiz  aşağıdakı 
etnonimlər işlənmişdir: 
Az. 
Bu xalq adına ŞU cənub  5-də etnoantroponim olaraq təsadüf edilir. Həmin etnonimə 
eyni zamanda Orxon abidələrindən  KTşm2; KTşm12; T13;T14; Talas V kitabələrində də  rast 
 
34 


gəlirik.  Bundan  başqa  az  etnonimi  Az tutuk  (KTş38)  və  Az eltəbər  (KTş23) 
etnoantroponimlərinin  də  tərkibində  müşahidə  olunur.  Orxon  abidələrinin  (Kül  tigin,  Bilgə 
xa
qan və Tonyukuk abidələri) verdiyi materiallar əsasında azların Kögmən dağları (indiki Sayan 
dağları)  ətrafında  yaşadığını  müəyyən  etmək  olur.  Güman  etmək  olar  ki,  Ötükəndən  xeyli 
aralıda  məskən  salmış  bu  xalq  qırğızlardan  vassal  asılılığında  olmuşdur.  Çünki  azlar  həmişə 
qırğızlarla  birlikdə  istər  göytürklərə,  istərsə  də  uyğurlara  qarşı  üsyan  etmişlər.  Bu  mülahizəni 
qəbul  etmiş  olsaq,  azların  sayca  bir  o  qədər  də  çox  olmadıqlarını  təsbit  etmiş  olarıq.  Azlara 
başçılıq edən şəxslərin tutuk və ya eltəbər titulu daşıması da öz növbəsində bunu göstərir. Çünki 
göytürklərdən asılı olan qırğızlar və türgislərin başçıları kağan titulu daşıyırdı. 
Az 
etnoniminin  apelyativinin  “güclü,  qüvvətli”  olmasını  güman  etmək  olar.  Bir  sıra 
tədqiqatçılar  Azərbaycan  sözünün  tərkibindəki  az  ünsürünü Orxon-Yenisey  abidələrində 
işlənmiş  az  etnonimi  ilə  əlaqələndirirlər  ki,  bu  da  kifayət  qədər  əsaslandırma  tələb  edir
. F. 
Ağasıoğlu hətta azları aslarla qarşılaşdırır. Azərbaycandakı Azıx (mağara) onomastik vahidini az 
etnoniminin izləri kimi qiymətləndirir (1, 12-17). 
Azların sonrakı tarixi barədə məlumat yoxdur. V.V. Bartold azları “naməlum xalq” hesab 
edir.  Görünür,  azsaylı  bu  türk  xalqı  orta  türk  dövründə  digər  türk  xalqlarının  tərkibində 
assimilyasiyaya uğrayaraq tarix səhnəsindən çıxmışdır.   
Uyğur. Uyğurlar qədim türklərin mühüm bir qolunu təşkil edir. Bu qəbilə birliyinin adına 
bir etnos kimi qədim türk abidələrindən çox-çox əvvəl Çin mənbələrində təsadüf edilmişdir. Çin 
mənbələrində uyğur adı huy-hu, huy-he, vey-vu heroqlifləri ilə ifadə edilirdi (112a, s. 334). Çin 
mənbələrində belə bir məlumat da öz əksini tapmışdır ki, 788-cı ildə uyğur xaqanı Tan sarayına 
uyğur etnoniminin Çin variantının dəyişdirilməsi, dəqiqləşdirilməsi haqqında bir elçilik heyəti 
göndərilmişdi. Bunun nəticəsində huy-he şəkli huy-hu formasına düşmüşdür (116
a
, s. 85). 
Çin  mənbələri  çinlilərin  uyğurların  göy  türklər  kimi  hunların  xələfi  olduqlarına,  qurtdan 
törədiklərinə inandıqlarını qeyd edir. Uyğurlara aid ən qədim məlumatlara eradan əvvəl İssık-kul 
gölü  ətrafından  tapılmış  materiallarda  təsadüf  edilsə  də,  bu  etnoni  ilk  dəfə  run  əlifbası  ilə 
yazılmış və göy türk hökmdarı Bilge kağanın şərəfinə ucaldılmış abidədə 716-cı il hadisələri ilə 
əlaqədar  işlənmişdir.  Ümumiyyətlə,  uyğur  etnoniminə  runik  əlifba  ilə  yazılmış  Bilge  kağan, 
Süci,  Şine-Usu,  Terxin,  Tes  və  Karabalqasun  abidəsində  rast  gəlirik.  Uyğur  etnoniminin 
mənşəyi  haqqında  müxtəlif  mülahizələr  vardır.  Uyğur  adı  haqqında  ən  qədim  mülahizələr 
əfsanələrdə  öz  əksini  tapmışdır.  Mahmud  Kaşqarlı  bu  etnonim  haqqında  bir  rəvayət  qələmə 
almışdır. Burada göstərilir ki, Makedoniyalı İskəndər uyğur ellərinə gəldiyi zaman uyğur xaqanı 
onun yanına dörd min adam göndərmiş, tulqalarına taxılan qanadlar şahın qanadları imiş. Bunlar 
həm önə, həm arxaya ox ata bilirdi. Zülqərnəyn (yəni Makedoniyalı İskəndər) bunlara heyran 
qalmış  və  işan  xodxorənd  demiş.  "Bunlar  özlərini  dolandırırlar,  başqalarına  möhtac  olmazlar, 
 
35 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə