A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə14/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   10   11   12   13   14   15   16   17   ...   59


tüken  yurdu  və  Teqres  yurdu)  arasındakı  vadilərim  və  tarlalarım  bunlardır:  səkkiz  qollu 
Selenqa, Orkun, Tuğla, Seben, Teledü, Karağa, Burğu. (165, s. 806).   
  
Adı çəkilən Seben və Teledü çayları Şimali Monqolustanda yerləşirdi. 
Keyre başı. Bu hidronim ehtimal ki, bir çayın adını bildirir. Onun Ongin çayı çevrəsində 
olduğunu  təxmin  edə  bilərik.  ŞU  abidəsində  bir  dəfə  işlənmişdir:  Keyre  başı  Üç  birküde  kan 
süsi... katıldım (Şuşm7). - Keyre başında və Üç birküdə xan qoşunu ilə birləşdim. 
Uyğur  abidələrində  bunlardan  başqa  Selenge,  Toğla,  Bolçu  (indiki  Urunqu),  Orkun,  Ertiş 
çaylarının  adlarına  da  təsadüf  edilir.  Lakin  bu  hidronimlər  Orxon-Yenisey  abidələri  fəslində 
ətraflı araşdırıldığına görə burada onlardan bəhs etməyi məqsədəuyğun hesab etmədik. 
 
c)
 
 
ORONİMLƏR 
Ötüken uyğurlarının yazılı abidələrində aşağıdakı oronimlər işlənmişdir: 
Köm
ür tağ. Bu oronim ŞU (8) və Terxin abidələrində (22) təxminən eyni sözlərdən təşkil 
olunmuş  mətn  içərisində  çıxış  etmişdir:  Kögürde,  Kömür  tağda,  Yar  ügüzde  üç  tuğluğ  türk 
bodun... - 
Köqürde, Kömür dağda, Yar ügüzdə üç tuğlu türk xalqı... 
Bu toponim Qobinin şimal-qərbində Kara kum ilə Ötükən arasında mövcud olan bir dağın 
adıdır. Bu oronimin apelyativi olan kömür leksemi şəffaf məzmuna malikdir və türk dünyasının 
müxtəlif  bölgələrində  bu  leksemlə  meydana  gələn  oronimlərə  təsadüf  edilir.  Məsələn, 
Azərbaycan toponimiyasında Kömür dağ adlı bir neçə coğrafi obyekt, oronim qeydə alınmışdır 
(12,  s.  301).  Bu  ononimlər  vulkan  mənşəli  dağ  süxurları  qara  rəngdə  olduğuna  və  kömürə 
bənzədiyinə görə bu adla adlandırılmışdır. 
Kömür  leksemi  eyni  zamanda  qədim  türk  dilində  dağ  başında  dar  yarğanlıq,  uçurum  yer 
mənasını bildirmişdir (94, s. 26).  
Yoğaru  yarış  oronimi  Tonyukuk  abidəsində  rast  gəldiyimiz  Yarış  yazının  (Ton.9)  bir 
hissəsinin,  yuxarı  tərəfinin  adıdır.  ŞU  abidəsində  basmıllar  və  karlukların  yurdu 
yağmalandıqdan  sonra  Yoğaru  yarış  adlanan  düzənlikdə  bir  daha  ağır  itki  vermələri  təsvir 
edilməkdədir (Ş-U cənub 31). Bu oronimin tərkibindəki yazı coğrafi termini çöl, səhra mənasını 
ifadə  edir  və  türk  dünyasının  çeşidli  bölgələrindəki  oronimlərin  tərkibində  çıxış  edir.  Məs.: 
Azərbaycan respublikası ərazisində Qara yazı, Yazı düzü (12, s. 257). Bu oronimin tərkibindəki 
yoğaru komponenti də bir çox türk oronimlərinin tərkibində gözə çarpır, aşağı coğrafi terminin 
antonimi 
kimi çıxış edir. Məs, Başqırdıstanda: Yuqarı Karqa, Yuqarı Yuldaşeva; Tatarıstanda: 
Yu
qarı Tarlau, Yuqarı avıl çişmesə, Dağıstanda Yuxarı yaraq, Türkmənistanda Yekarı Sumba, 
Yekarı muqal, Yekarı Topyatan, Qırğızıstanda Yokorku Ak bulak və s. (99, s. 66). Azərbaycan 
respublikasında yuxarı coğrafi termini ilə formalaşan 69 oronim və oykonim qeydə alınmışdır 
 
30 


(12, s. 269—
276). Yoğaru yarış oronimi ehtimal ki, uyğur xaqanlığının qərb sərhədlərinə yaxın 
bir bölgədə yerləşirdi. 
Udarğan.  Bu  oronim  bir  dəfə  Terxin  abidəsinin  21-ci  sətrində  işlənmişdir:  Ozmiş  tigin 
Udarqanta yorıyor tedi anı alğıl tedi. - (Atam Kül Bilge) Ozmış teqin Udarqandan gəlir, onu tut, 
— dedi.  
Bu oronim Ötükənin şərqində yerləşən bir dağın adıdır. 
Öngüz 
oronimi Ötükənin zirvələrindən birinin adıdır. Bu oronim Terxin abidəsinin cənub 
tərəfi  VI  sətrində  bu  şəkildə  işlənmişdir  (T.  Tekinin  oxunuşu):  Kağan  atanıp  katun  atanıp 
Ötüken  ortusunda  As  Öngüz  baş,  Kan  ıduk  baş  kedinin  örgin  bunça  etitdim.  -  Xaqan  adını, 
xatun  adını  alıb  Ötükenin  ortasında  As  önqüz  zirvəsinin,  Kan  ıduk  zirvəsinin  qərbində 
qərargahımı  yapdırdım.  Mətndən  də  göründüyü  kimi  bu  oronim  Xanqay  dağlarında,  Ötüken 
ərazisindəki zirvəni bildirir. Bu oronimin tərkibindəki As komponentinin apelyativi türk dilində 
ağ  (MK,  I,  80)  mənasını  da  bildirmişdir.  Bu  oronimin  tərkibindəki  öngüz  komponentinin 
apelyativi  isə  qədim  türk  dilində  işlənmiş  rəng  mənasını  bildirən  önq  leksemindən  ibarətdir. 
Demək, bu oronim ağ rəngli zirvə mənasını bildirmişdir. 
Kan Iduk baş oronimi də  yuxarıdakı mətndə işlənmişdir. Bu toponimin tərkibindəki kan 
komponentinin  apelyativi  əsas,  baş,  böyük,  müqəddəs  mənalarını  ifadə  etmiş  və  bir  neçə 
toponimin  tərkibində  çıxış  etmişdir.  Məsələn,  Xan  tenqri  Tyan-şan  dağlarının  zirvələrindən 
birinin adıdır. Eyni zamanda qırğız dilində kan jol, kan köçö ifadələrində kan sözü baş, böyük 
mənası ifadə etdiyi qeyd edilir (99, s. 74). Türk dünyasının çeşidli coğrafiyalarında tərkibində 
xan  leksemi  işlənən  toponimlərə  tez-tez  təsadüf  etmək  olar.  Məs,  Pekin  şəhərinin  başqa  adı 
Xanbalık  idi.  Qırğızıstanda  Xantau,  Özbəkistanda  Xanarık,  Türkmənistanda  Xanoyuk, 
Xanxovuz, Xanya
p,  Başqırdıstanda  Xantau,  Xankala,  Tuvada  Xan-tayqa, Xakasiyada Xançul, 
Altayda Kaan-
tura və s. (99, s. ^66). Türk mifologiyasından dağ və meşə kultu geniş şəkildə 
məlumdur. Ümumiyyətlə tarixi-mədəni apelyativlərə aid olan coğrafi adlar ilk zamanlarda təbiət 
qüvvə və varlıqlarının kultlaşdırılması nəticəsində, yəni dağ və çayların, yer və suyun,  yer və 
göyün ilahiləşdirilməsi, müqəddəsləşdirilməsi nəticəsində yaranmışdır. Sibir türklərində belə bir 
inam  vardır  ki,  hər  hansı  bölgə  və  ya  zirvənin  əsl  adını  bərkdən,  ucadan  demək,  söyləmək 
olmaz.  Çünki  dağ  iyələri/əyələri  qəzəblənə  bilər.  Qəzəbləndiyi  zaman  o  tabunu  pozanı 
xəstəliklə, ailəsinə bədbəxtlik gətirməklə, quyusunun suyunu qurutmaqla və s. cəzalandırar. Bu 
məsələ  ilə  əlaqədar  E.M.Murzayev  yazır: 
Н
а  вершинах  гор  воздвигались  каменные 
пирамиды обо

духам гор приносились жертвы, закаливали овец и быков, ставили ведра с 
молоком и кумысом. Н.А.Баскаков пишет о табуированной лекскике охотничего языка в 
номинации гор на Алтае: Абай-кобы  «лог старшего брата" в значении «медвежий лог», 
где название айы заменено обращением к старшему брату абай" (99
, s. 161). 
 
31 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə