A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə13/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   9   10   11   12   13   14   15   16   ...   59

əyri-üyrü  olduğundan  bu  adla  adlandırılmışdır.  Toponimin  tərkibindəki  kol  komponenti  isə 
müasir dilimizdəki əl, qol mənasındakı qol sözü ilə bağlıdır, su mənbəyinin qolu mənasını ifadə 
etmişdir.  Kol  leksemi  müasir  türk  dillərində  də  qol  və  vadi,  yarğan,  çökəklik,  çay  mənalarını 
bildirməkdədir. Qədim türk dilində də bu leksem qol və çay hövzəsi mənasını ifadə edir (DTS s. 
453). Bu bədən üzvünü bildirən leksik vahid göründüyü kimi həm də coğrafi termin olaraq çıxış 
edir.  Ona  görə  də  türk  dünyasının  çeşidli  bölgələrində  bu  terminlə  düzələn  toponimlərə  rast 
gəlmək  olur.  Məs.:  Orta  Asiya  və  Qazaxıstanda  Sarıkol,  Narınkol,  Muzkol,  Akkol,  Karakol 
hidronimləri,  Dağıstanda  Açıkol  hidronimi,  Şimali  Qafqazda  İtkol,  Ağaçlıkol  hidronimləri, 
Xakasiyada Xoltas hidronimi və Axxol oykonimi, Altayda Kooldor hidronimi və s. (99, s. 60). 
Tokuş  hidronimi  Şine-Usu  abidəsində  bir  dəfə  aşağıdakı  mətndə  işlənmişdir:  ...ıduk  baş 
kidinte Yabaş, Tokuş beltirinte anta yayladım (ŞU şərq21). - ...müqəddəs başdan qərbdə Yabaş 
və Tokuş (çaylarının) qovşağında orada yayladım. Bu hidronim ehtimal ki, Ubsu gölə tökülən 
bir kiçik çayın adıdır. Bu toponimin apelyativi ehtimal ki, qədim türk dilindəki tokı - (qılıncdan 
keçirmək, öldürmək) felindən törəmiş leksik vahiddir. 
Yabaş  (ŞU  şerq  21)  hidronimi  də  yuxarıdakı  mətndə  çıxış  edir.  Eyni  bölgəyə  aiddir.  Bu 
hidronimi  bəzi  tədqiqatçılar  Aybaş  şəklində  oxuyurlar  (38, s.  18).  Bu  məsələdə  biz  prof. 
Ə.Rəcəbovun transkripsiyasını doğru hesab edirik. Yabaş hidroniminin apelyativi bizcə yumşaq, 
sakit mənasını ifadə etmiş qədim türk sözündən ibarətdir. Yeri gəlmişkən ThSIV 3-də işlənmiş 
Yabaş  tutuk  antroponiminin  bu  toponimlə  əlaqəsi  ola  biləcəyini  düşünürük.  Tokuş  və  Yabaş 
hidronimləri  Moyun  çor  xaqanın  751-ci  ildəki  yürüşləri  ilə  əlaqədar  qeyd  edilmişdir.  O,  elə 
həmin ildə Tes çayının qərbində Yabaş və Tokuş çaylarının qovuşduğu yerdə otağını qurdurmuş, 
yayı keçirmiş və orada abidəsini yapdırmışdır.  
Tez. 
Bu hidronim Şimali Monqolustandakı bir çayın adıdır və Tes abidəsində gözə çarpır: ... 
Köl beg bilge kağan... Tezig Kasar koruğ kontı (Tez, cənub l9) ... Köl beg bilge kağan... Tez 
çayının sahilində Kasar koruğda yerləşdi. Bundan əlavə Terhin abidəsində bu hidronim Tezbaşı 
şəklində  də  çıxış  etmişdir.  Abidənin  həmin  hissəsini  T.  Tekin  elmi  şəkildə,  bizcə,  doğru 
oxumuşdur. (S.Q.Klyaştornı abidənin həmin sətrini tam şəkildə oxuya bilməmişdir): Tenqridə 
bolmış el etmiş bilge kağan el bilge katun kağan atığ, katun atığ atanıp Ötüken kidin uçınta Tez 
başınta  örgin  anta  ititdim  (Terx.qerb  I)  -  Tenqride  bolmış  el  etmiş  bilge  kağan  Elbilge  katun 
kağan və katun titulunu alıb Ötükenin qərb ucunda Tez (çayı) başında hökmdarlıq otağımı orada 
qurdurdum.  
Burada təsvir edilən Tez çayı öz mənbəyini Xanqay dağ silsiləsindən (Ötüken) alaraq Şimali 
Monqolustanın  və  Tuvanın  ərazisindən  keçərək  bir  çox  yollarla  Ubsa  nur  gölünə  tökülür.  Bu 
çayın  adı  monqol  və  Tuva  dillərində  Tes  şəklindədir.  Tez  çayının  mənbə  qismi  uyğur 
 
28 


xaqanlarının yaylaq yeri olmuş və mətndə təsvir edildiyi kimi Moyun çor xaqan da hökmdarlıq 
ənənəsinə uyğun olaraq çadırını məhz bu yerdə qurdurmuşdur. 
Burğu. Bu hidronim Şimali Monqolustanda mövcud olan Kaa- xem çayının qədim türkcə 
adıdır.  Burğu  hidronimi  bir  dəfə  ŞU  abidəsinin  şərq  tərəfi  XV  sətrində  işlənmişdir:  ...  kentü 
bodunım tidim, udu kelin tidim, kodıp bardı kelmedi, yiçe irtim, Burğuda yetdim (ŞUşərq15). - 
...  Öz  xalqımsınız,  dedim,  ardımca  gəlin,  dedim,  qoyub  qaçdı,  gəlmədi,  yenə  təqib  etdim, 
Burğuda yetdim. Burğu hidroniminin apelyativi bizcə bəzi türk dillərində (məs. Altay dilində) 
qalmış burğa (bu söz rus dilinə keçərək purqa şəklinə düşmüşdür) leksemi ilə eyni mənşəlidir. 
Burğa  leksemi  Altay  və  başqa  dillərdə  qar  çovğunu  mənasını  bildirir  (99,  s.  206).  Monqol 
dilində bu çayın adı Buruğu qool şəklindədir (165, s. 834). 
Kara sub. 
Bu  leksem  haqqında  tədqiqatçıların  müxtəlif  mülahizələri  vardır.  Belə  ki, 
S.Q.
Klyaştornı eyni hərfi işarələri ümumi isim kimi tərcümə etdiyi halda, T.Tekin, bizcə, haqlı 
olaraq  Terxin  abidəsi  cənub  tərəfi  29-cu  sətrindəki  ...  etmiş  esinizde  küç  Kara  sub  ermiş 
ifadəsini Muhtac olduğunuz qüdrət Kara sudur (dedilər) şəklində tərcümə etməkdədir (165, s. 
809). Müəllif bu hidronimin Şimali Monqolustanda yerləşən bir çay və ya gölün adı olduğunu 
təsbit etmişdir (165, s. 815). Alim bu hidronimi həmin bölgədəki Har us nuur (Kara su gölü) ilə 
eyniləşdirməyə  çalışmışdır.  Məlumdur  ki,  kara  leksemi  qədim  və  müasir  türk  xalqlarının 
hidronimlərinin  tərkibində  tez-tez  təsadüf  edilir.  Təsadüfi  deyildir  ki,  Orxon  abidələrində  də 
Kara 
köl (KTşm2) hidronimi işlənmişdir.  
Kanyüy  və  Künyüy  hidronimləri  Ötükənin  şərqində  yerləşən  çayların  adlarıdır.  Terxin 
abidəsinin  qərb  tərəfi  V  sətrini  T.  Tekin:  yaylağım  Ötüken  kuzı  kidin  uçı  Tez  başı  öndün 
Kanyuy Küünüy. 


Yaylağım  Ötükenin  şimal  yamaclarının  qərb  ucu  Tez  çayının  başı,  şərqi 
Kanyuy və Künyüy çayları" şəklində oxuyaraq buradakı Kanyüy və Künüy hidronimlərini təsbit 
etmişdir.  Müəllifin  fikrincə  abidədəki  Kanyuy  bugünkü  Xanuy  çayının  adıdır.  Künyüy  isə 
bukünkü Huni çayının qədim adı ola bilər (165, s. 819). Kanyüy hidroniminin apelyativi bizcə 
titul bildirən xan sözündən ibarətdir. Eyni zamanda türk hidronimləri tarixində kan leksemi əsas, 
baş, böyük coğrafi obyekt mənasında, bir də ümumiyyətlə çay mənasında işlənmişdir (99, s. 74). 
Uçuz köl  hidronimini  S.Q.
Klyaştornı  “mənasız”  şəklində,  “niçtojnıy  Kyul”  şəklində 
tərcümə etmişdir (59, s. 88-89). Lakin sonrakı tədqiqatçılar Tes abidəsinin IX sətrini bu şəkildə 
oxumuş və tərcümə etmişlər: ... buzuk başın ... Ucuz kölke... töke barmış. - bozokların başçısını 
Uçuz gölə tökmüş (38
a
, s. 4). Qeyd etmək lazımdır ki, bu hidronimin yerləşdiyi yeri müəyyən 
etmək mümkün olmamışdır. 
Seben 
  Teledü  T.Tekinin  aşağıdakı  mətndə  bu  şəkildə  oxuduğu  çay  adlarını  S.Q. 
Klyaştornı  Sebentürdü  şəklində  transkripsiya  etmişdir:  ...  Ötüken  eli  tegres  eli  ekin  ara  ılğam 
tarığlağım  sekiz  Selenge  Orkun,  Tuğla,  Seben,  Teledü,  Karağa,  Burğu  ol  (Terxin,  qərb,  4).  - 
 
29 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə