A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə21/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   17   18   19   20   21   22   23   24   ...   59

oğuz  boylarının  tarixi  çox  qədimdir  və  onların  qəbilə  bölgüsü  Mahmud  Kaşqarlının  yaşadığı 
dövrdə deyil, daha qədim dövrlərdə olmuşdur. 
  
Bu  boy  adı  müasir  dövrdə  Türkiyə  Cumhuriyyəti  ərazisində  bir  neçə  yaşayış 
məntəqəsinin (İğdır və Kastamonu vilayətləində) adında öz varlığını saxlamaqdadır. 
Kasar
Bu etnonim Terxin, Tes və Şine-Usu abidələrində dörd dəfə işlənmişdir: Kadır 
kasar Bedi bersil... (Terx. 17); 
Bedi Bersil Kadır kasar anta barmış (Tes 10): Kasar koruğ kontı, 
çıt tikdi, örgin yaratdı (Tes 19); Ol yıl Ötüken kedin uçınta Tez başınta Kasar kordan örgin anta 
ititdim, çıt anta tokıtdım (Şine-Usu 7).  
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Şine-Usu abidəsi 1974— 1975-ci illərdə yenidən 
gözdən  keçirilərkən,  abidənin  bəzi  zədələnmiş  sətirləri  yeni  tapılmış  abidələrə  əsasən  bərpa 
edilmiş, bir sıra hərfi işarələrin oxunuşu dəqiqləşdirilmişdir (58, s. 85). Belə ki, abidənin VII-
sətrində  Q.İ.Ramstedtin  aksırak  ordu  şəklində  oxuduğu  hərf  kompleksini  S.Q.Klyaştornı 
əsaslandırılmış  şəkildə  kasar  kordan  olaraq  oxumuşdur.  Bu  mətndəki  kasar  leksik  vahidini  o 
etnonim  olaraq  gözdən  keçirir.  Abidədəki  izahdan  bəlli  olur  ki,  Uyğur  dövlətinin  hökmdarı 
Eletmiş  bilge  kağan  751-ci  ildə  Kasarın  qərbində  (bu  eyni  zamanda  Tuvada  Tez  çayının  da 
qərbinə düşür) qərargah qurdurmuşdur. 
Terxin və Tes abidələrində isə uyğur dövlətçiliyinin tarixindən bəhs edilərkən məlumat 
verilir, Kadır və Kasar qəbilə başçılarının fəaliyyəti qiymətləndirilir. Qeyd etmək lazımdır ki, bu 
abidələrdə  öz  əksini  tapmış  məlumatlardan  aydın  olur  ki,  tarixdə  yaşamış  güclü  xəzər 
xaqanlığının qurucusu olan qəbilə vaxtilə (VI əsrə qədər) göy türk xaqanlığının tərkibində uyğur 
federasiyasına daxil olmuşdur. Yeri gəlmişkən, Nuh əfsanəsinə görə Yafəsin 8 oğlundan biri də 
Xəzərdir  (112,  s.  376).  Çin  qaynaqları  Türküt  dövlətinin  qərb  ucundakı  xəzərlər  (kasar) 
haqqında məlumat verir (165, s. 812). 
Onu da 
qeyd  etmək  lazımdır  ki,  son  dövrlərdə  xəzərlərin  türkmənşəli  olması,  uyğur 
federasiyasına daxil olması haqqında bəzi mübahisəli fikirlər ortaya atılmışdır (140, s. 10-14). 
      
Xəzərlər  ağ  və  qara  olmaqla  iki  yerə  ayrılırdı.  Mənbələr  eyni  zamanda  xəzərlərin göy 
tanrı  dininə  etiqad  göstərdiyini  də  yazır.  Xəzər  dənizinin  adı  da  xəzər  etnosu  ilə  bağlıdır. 
Yuxarıda bəhs etdiyimiz abidələrdə kasarların (xəzər) VII əsrdə tokuz oğuzların tərkibində göy 
türklərə qarşı vuruşduqlarına da işarə edilir. Yeri gəlmişkən onu da xatırlamaq yerinə düşər ki, 
uyğur  xaqanlarından  biri  Kasar  kağan  824-832-ci  illərdə  hökmdar  olmuşdur.  Təəssüf  ki, 
Karabalqasun abidəsinin Çin mətnində ancaq Kasar kağana qədərki uyğur xaqanları haqqında 
məlumat verilməkdədir. S.Gömeç Kasar kağan haqqında belə yazır: "Kasar tiginin adından iki 
netice çıkarmak mümkündür: Birincisi, ağabeyi Küçlüg Bilge de olmak üzre Kasar tigin tokuz 
uyğur boyundan kasarlara (hazar) mensupdur.  İkincisi,  Küçlüg  Bilge  kardeşlerinden birini 
kasarlar  üzerine  göndermiş  olduğundan  dolayı  kardeşi  de  bu  adı  almış  ola  bilir.  Ancak  kasar 
 
44 


tiginden sonra iktidar mevkiine keçecek olan Hu tiginin de hulardan ola bileceyi ihtimali çok 
ku
vvetli olduğu için birinci görüşün doğru olması aşağı yukarı kesindir” (111, s. 54). 
Xəzərlər VI—X əsrlərdə Volqa ilə Krım arasında qüdrətli bir dövlət qurmuşlar. Dövləti 
idarə  edən  xəzər  qəbilə  birliyi  on  əsas  qəbilədən  təşkil  olunmuşdu.  Bu  birliyə  uyğur,  türqiş, 
xəzər, bulqar, sabir və başqa boylar daxil idi (İA, V,I, s. 397). Xəzərlər Türküt (tukyu) dövləti 
zamanında  isə  qərbi  göy  türklərə  tabe  idi.  L.Rasonyi  sabirləri  xəzərlərin  xələfi  adlandırır  və 
xəzər  sözünün  sərbəst  dolaşan  mənasını  bildirdiyini  göstərir  (128,  s.  114).  Xəzər  sözünün 
mənşəyindən  bəhs  edən  tədqiqatçılar  bu  etnonimi  kazax  etnonimi  ilə  qarşılaşdırır,  kökündə 
kaz/kas ünsürünün mövcudluğunu, kaspinin də bununla bağlı olduğunu göstərirlər (30
e
, s. 59). 
Bulak
. Bu etnonim qədim türk abidələrindən ancaq uyğur Şine-Usu kitabəsində iki dəfə 
toponim kimi işlənmişdir. I. Örünq beqiq Kara bulukiğ Anı olurmış (ŞU 220). Bir yegirminç ay 
yeqirmike  Kara  buluk  öndin  Sokak  yolı...  (ŞU  35).  Onu  qeyd  etmək  lazımdır  ki,  bu 
nümunələrdən  birincisi  bizcə,  etnotoponimdir.  İkinci  nümunə  isə,  bizim  fikrimizcə,  daha çox 
etnonim  kimi  nəzərdən  keçirilə  bilər.  Bu  etnonim  açıqca  buluk  şəklində  yazılsa  da  bəzi 
tədqiqatçılar  onu  bulak  şəklində  oxumaqdadır  (38,  s.  20).  Onu  da  qeyd  edək  ki,  H.Orkun bu 
leksik vahidi sual işarəsi ilə olsa da etnonim kimi oxumağa meylli olmuşdur (ETY, I, s. 172). 
Kara buluk toponiminin A
bakanın  ətrafında  olduğunu  güman  etmək  olar.  752-ci  ildə  tokuz 
oğuzlar və kırğızlar bir  ittifaq  yaradıb Kara buluk və Ürünq beqdə  yerləşərkən kırqızlara  elçi 
göndərmişlər. 
Bu  etnonim ehtimal ki,  sonralar bulak şəklinə düşmüşdür, çünki bu fonetik əvəzlənmə 
türk  dillərinin  fonetik  quruluşu  üçün  xarakterik  xüsusiyyətdir.  Məs.:  konuk  -  konak;  boğuz  - 
boğaz və s. Buradakı kara sözü güclü mənasındadır. 
Bulak  qəbiləsinin  adına  daha  sonra  X  əsr  ərəb  müəllifinin  "Hüdud-ül-aləm"  əsərində 
təsadüf  edilir.  Burada  bulakların  yağmalardan  olub  tokuz  oğuzlarla  qarışıq  yaşadığı  göstərilir 
(153, s. 72). Daha sonra bulaklar haqqında Mahmud Kaşqarlı məlumat verir. Müəllif bulakların 
bir  türk  boyu  olduğunu,  bir  ara  qıpçaqlara  dustaq  olduqlarını,  bu  səbəbdən  elke  bulak 
adlandıqlarını qeyd edir (MK, 1, 379). 
Bulak  etnonimi  bulğamaq  felindən  törəmişdir.  Bulğamaq  feli  Tonyukuk  abidəsində  də 
işlənmişdir. 
Bersil. 
Bersil etnonimi Terxin (17) və Tes (10) abidələrində tokuz oğuz xaqanlığının VII 
əsrin  ikinci  yarısında  göy  türklərlə  savaşda  məğlub  olması  epizodu  ilə  əlaqədar  xatırlanır.  Bu 
etnonim həmin abidələrdə kadır, kasar etnonimləri ilə yanaşı qeyd edilir. Mənbələrdə bersillər 
bulqar, xəzər türklərinin bir boyu olaraq  göstərilir. Bersillərin adına Bizans tarixçisi Feofilakt 
Simokattanın əsərində (VI əsr) barselt şəklində təsadüf edirik. Bəzi ehtimallara görə VI əsrdən 
başlayaraq barsillər Dərbəndin şimalında, Sulak və Terek çaylarının Xəzər dənizinə töküldüyü 
 
45 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə