A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə22/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

yerdə  məskunlaşmışdılar.  Markvarta  görə  balıq  ovu  ilə  məşğul  olan  bu  boy  hun  dövründə 
türkləşmişdir.  IX  əsrdən  etibarən  barsillərin  adına  tarixi  qaynaqlarda  təsadüf  edilmir  (172,  s. 
292). Uyğur abidələrinin verdiyi məlumatlara əsaslanaraq S.Q.Klyaştornının ardınca biz güman 
edirik ki, barsil və kasarlar boz ok qəbilə birliyinə və VI əsrdəki uyğur dövlətinə daxil olmuş, 
xəzər və bulqar xanədanlarının təşəkkülü zamanı uyğurlardan ayrılaraq bu xaqanlıqların əsasını 
təşkil  etmişdir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  barsillərin  boz  ok  ittifaqına  daxil  olmasını 
inandırıcı  hesab  etməyən  tədqiqatçılar  da  vardır.  Məsələn,  bu  məsələ  ilə  əlaqədar  tarixçi 
S.
Gömeç bunları yazır: “... Barsil adı ayrıca Tibete seyahat eden beş uygur elçisinin raporlarında 
Pars-il 
şeklinde  geçmektedir.  Bizim  araştırmalarımıza  göre  şimdiye  kadar  Barsil  ve  Bersil 
şeklinde transkripsion edilen bu teknik adın Barsil veya Bars-el şeklinde okunması daha doğru 
olacakt
ır. Çünkü biliyoruz ki, bars ve ya pars Türk kültüründe önemli bir yere sahiptir ve şahıs 
adı ola bildiği gibi boy adı olması da çok mühtemeldir” (37, s. 19). 
Yer
i  gəlmişkən,  Tes  abidəsində  (9)  oğuzların  bozok  qəbilə  birliyinin  adına  da  təsadüf 
edilir.  Burada  bozokların  başçısının  da  Bedi  Bersil  və  Kadır  Kasarla  bərabər  dövlətə  xəyanət 
etdiyi  və  bunun  nəticəsində  tokuz  oğuz  xaqanlığının  göy  türklərə  məğlub  olması  vurğulanır. 
Bəllidir ki, bozok etnonimi sonralar "Oğuznamə" abidəsində də işlənmişdir. Bəzi tədqiqatçıların 
bozok  və  üçok  ayrımının  ancaq  X  əsrdən  etibarən  meydana  çıxa  biləcəyini  iddia  etməsinə 
baxmayaraq (37, s. 19), 
bizcə, VIII əsrdəki türk etnik tarixində artıq oğuzların bu boy bölgüsü 
meydana çıxmışdı. On ox və başqa birliklərə analogiya olaraq bozok və üç ok bölgüsünün də 
qədim olduğunu düşünə bilərik. 
Yatız. Uyğurların Terxin abidəsində təsadüf etdiyimiz etnonimlərdən biri də yatız/yataz) 
etnonimidir 
(şerq  2).  Türkologiyanın  bugünkü  səviyyəsi  yatız  boyunun  kimliyi  haqqında  tam 
məlumat əldə etməyə imkan vermir. Ona görə də T.Tekin bunun Çin mənbələrində adı çəkilən 
ye-
tis boyu ilə eyni ola biləcəyini ehtimal şəklində irəli sürür (165, s. 835). S.Q.Klyaştornı eyni 
etnonimi aytaz (?) şəklində transkripsiya edərək şöhrətli (proslavlenniy?) biçimində sual işarəsi 
ilə tərcümə edir. Transkripsiyada ytz hərfi işarələrini də mətnə əlavə etməsindən bəlli olur ki, bu 
etnonimin aytaz şəklində oxunmasına özü də şübhə ilə yanaşır (58, s. 91, 93). S. Gömeç də bu 
barədə: Burada adını tesbit edemediyimiz bir de yatız adı geçmektedir” - deyə yazmışdır (37, s. 
19). 
Runik  əlifba  ilə  yazılmış  uyğur  abidələrində  fonetik  dialektizmlərin  əks  olunmasına 
əsaslanıb  (məs.:  şad  yerinə  çad  yazılmışdır)  yatız  formasının  ediz  etnoniminin  təhrif  olunmuş 
şəkli olduğunu güman edirik. Mətndə yatız sözündən sonra oğuz etnoniminin gəlməsi də bu fikri 
qüvvətləndirir. Bəllidir ki, tölöslərin bir qrupu altı bağ bodun adı altında VII əsrin əvvəllərində 
bir siyasi ittifaq əmələ gətirmişdi. Altı bağ bodun bir az sonra edizlər də daxil olmaqla tokuz 
 
46 


oğuzlarla birləşdi. Tokuz oğuz federasiyası aşağıdakı boylardan təşkil olunmuşdu: 1. Buğu. 2. 
Bayırku. 3. Hun. 4. Tonqra. 5. Eskel. 6. Ediz. 7. Apa isi. 8. Ku- lun-wu-ku. 9. Ki-pi (37, s. 17). 
687-
ci  ildə  göy  türklərlə  tokuz  oğuzlar  arasında  baş  vermiş  qanlı  müharibəyə  bir  neçə 
abidədə işarə edilir. Terxin abidəsində də  yatız (ediz) etnonimi bu çərçivədə işlənmişdir. Ona 
görə  də  bizcə,  bu  faktlar  da  təsdiq  edir  ki,  yatız  forması  ediz  etnoniminin  təhrif  edilmiş 
variantıdır. 
Yağlakar boyu. Yağlakar etnonimi bəhs etdiyimiz uyğur abidələrində üç dəfə, həm də 
antroponimlərin  tərkibində  təsadüf  edilir.  Yağlakar  onomastik  vahidi  burada  antroponimlərin 
tərkibində işlənsə də Çin mənbələrindən bəllidir ki, bu xaqan boyu on uyğur qəbilə birləşməsinə 
daxil idi, uyğur xaqanlarının bir çoxu da məhz bu boydan çıxmışdı. Ona görə də tədqiqatçılar 
müəyyən etmişlər ki, Sevrey abidəsinin türkcə mətnində işlənən İnqi Yağlakar uyğur hökmdarı 
Bögü  kağanın  (759-779)  adlarından  biridir.  Mani  mətnlərində  (Mahrnamaq)  Yağlakar  ınal 
antroponimi  (M6)  işlənmişdir.  Süci  abidəsində  də  Yağlakar  kan  onomastik  vahidinə  təsadüf 
edilir. Bu onomastik vahidin tərcüməsi, anlaşılması haqqında müxtəlif fikirlər vardır. Bernştam 
Yaqlakar xanı qırğız xanı hesab edir. Buna S.Y.Malov vaxtilə ətraflı və tutarlı dəlillərlə cavab 
vermiş,  onun  doğru  olmadığını  göstərmişdir.  Abidənin  840-cı  ildən  sonra  qoyulmasını  nəzərə 
alaraq son dövrlərdə Süci abidəsinin birinci sətrindəki "Uyğur yerinte Yağlakar kan ata keltim" 
cümləsini Uyğur ölkəsindən Yağlakar xanı ataraq gəldim şəklində tərcümə edirlər (142, s. 255). 
 
                                                      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
47 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TURFAN  UYĞURLARININ  AD  SİSTEMİ 
 
a)
 
 
TURFAN  UYĞUR ABİDƏLƏRİNDƏ  ANTROPONİMLƏR 
 
Bəlli  olduğu  kimi,  840-cı  ildə  uyğur  xaqanlığı  yıxıldıqdan  sonra  uyğurların  böyük bir 
qis
mi  Şərqi  Türküstana  axın  etmiş  və  Turfan-Beşbalık  ətrafında  məskunlaşmışdır.  Buradakı 
uyğurlar demək olar ki, tamamilə oturaq həyat tərzinə keçmiş, şəhər məişətini mənimsəmişlər. 
Bu  uyğurlar  müxtəlif  dinlərə  etiqad  göstərmişlər.  Eyni  zamanda  uyğurlar  bu  bölgədə  yeni 
mədəniyyət  çevrəsinə  daxil  olmuş,  Çin,  soğd,  toxar, Höten, Hind xalqları  ilə  ictimai-siyasi  və 
m
ədəni əlaqə saxlamışlar. Antroponimlər sırf mədəniyyət faktoru olduğuna görə bu həyat tərzi 
uyğurların  adlarında  da  əks  olunmuşdur.  Bu  adlarda  uyğurların  zövqü,  dünyabaxışı,  mədəni 
səviyyəsi, inancları, həyat tərzi və s. geniş şəkildə öz əksini tapmışdır. Eyni zamanda bu adlarda 
qədim türk  antroponimik  sistemi,  advermə  ənənələrinin  əsas  prinsipləri  davam  etdirilmişdir. 
Turfan  uyğurlarının  ad  sistemi  Ötüken  türklərinin,  o  cümlədən  də  Ötüken  uyğurlarının  ad 
sistemlərindən kifayət qədər fərqləndiyindən buna ayrıca fəsil ayırmağı qərara aldıq. Bu fəsildə 
IX-
XIII əsrlərdəki kolofonlarda, hüquq sənədlərində işlənmiş şəxs adlаrı, eyni zamanda manixey 
və buddizm məzmunlu uyğur abidələrindəki şəхs аdları tədqiqata cəlb olunur. 
Burada  bir  məsələni xüsusi olaraq qeyd etmək  istəyirik.  Göytürk  və  uyğur  xaqanlıqları 
dövrü
ndəki yazılı abidələrdə qadın adları çox az işlənmişdir. Qədim türk cəmiyyətində qadının 
 
48 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə