A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə24/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

“Divanı”nda  (İnel öz-MK  I,  361)  və  ona  yaxın  dövrün  abidələrində  gözə  çarpır. Mahmud 
Kaşqarlı bu tituldan bəhs edərkən onun tigin ilə tarkan arasında bir vəzifə dərəcəsi bildirdiyini 
qeyd edir. Onun fikrincə, inel anası xanədandan, atası da xalqdan olan bütün gənclərə verilən bir 
tituldur (MK, I, 122). 
Ümumiyyətlə, şəxs adlarından əvvəl gələn bu titul bildirən sözün apelyativi, çox ehtimal 
ki, 
“inanmaq,  güvənmək,  etibar  etmək,  əmanət  etmək”  mənasını  bildirmişdir.  Bəhs etdiyimiz 
qədim uyğur abidələrində aşağıdakı şəxs adlarının tərkibində bu titul bildirən sözün işlənməsinə 
təsadüf etdik: Ödöş ınal (Tuquş I, 21), Adak tutuk ınal (Tuguş I, 21), Taqay ınal (Tuquş I, 14), 
Yaşkan ınal (Zieme, III, 268), Busardu ınal (Zieme III, 268), Kakaç ınal (Zieme, I, 73), Toyın 
kulı ınal (Zieme, I, 74), Tolun Toğrıl ınal (Zieme, I, 74), Kara ınal (Zieme, II, 91), It kaya ınal 
(Zieme,  II,  91),  Ara  kaya  ınal  (Zieme,  II,  91),  Ukmış  ınal  (BTT  II),  Kösen  ınal  (Zieme  III), 
Silakay ınal (Zieme, II, 89). 
Yeri g
əlmişkən onu da qeyd edək ki, “İki qardaş hekayəti”nin kolofonunda gözə çarpan 
şəxs adlarında bu titul əvvəldə gəlir: Inal taş, Inal toğmış (43,  51-53). 
Yuxarıdakı  antroponimlərdən  Kakaç  ınal  şəxs  adında  kakaç  komponentinin apelyativi 
“palçıq,  çirk,  rütubət”  deməkdir.  Həmin  söz  bu  mənada Mahmud  Kaşqarlının  “Divanı”nda  da 
işlənmişdir, qadın adı kimi çıxış edir. 
Taqay ınal antroponimində taqay sözü qədim türk dilində “dayı” mənasını ifadə edir. It 
kaya ınal antroponimi qədim dövrlərdə uyğurlar arasında itə sayqı göstərilməsinin izi kimi özünü 
göstərir.  Türk  onomastikasında  it,  köpək  kultu  haqqında prof. Əhməd  Cəfəroğlunun  bir 
məqaləsində ayrıca olaraq bəhs edilmişdir (257, 10). Onu da qeyd etmək lazımdır ki, USp. 26-da 
it  sözü  vasitəsilə  It  saman  və  It  tarkan  antroponimləri  də  işlənmişdir.  Toyın  kulı  ınal 
antroponimind
əki  toyın  onomastik  vahidinin  apelyativi “buddizm dininin rahibi” mənasını 
bildir
ən  Çin mənşəli sözdür.  Bu  onomastik  vahid  başqa  qədim  uyğur  antroponimlərinin 
t
ərkibində də gözə çarpır: Toyın çok (USp73), Toyın kulı şila (USp84), İdege toyın (AY 137) və 
s. 
6. Kunçuy titulu. T
ərkibində kunçuy komponenti olan qadın adları: Tüzün bilqe kunçuy 
v
ə Tüzün silik kunçuy (M 14, 35). Bu antroponimlərin tərkibindəki tüzün “bütün, əsl”, silik isə 
“bakir
ə” deməkdir. Bilqə apelyativi isə “müdrik” mənasını ifadə edir. Esen kunçuy (Zieme III). 
Buradakı  esen  “sağ,  salamat”  mənasını  ifadə  edir. Bu antroponim (esen) kumanlarda da gözə 
çarpır (Ziеmе, I, 82).  
7. Tarkan titulu: Kaş kaya tarkan (Zieme,  II, 87) antroponimi qədim türk dilindəki kaş
kaya v
ə tarkan apelyativi məlum olan komponentlərdən ibarətdir. İş ayğuçı avluç tarkan (Zwei 
Pfh.), Kenç turmış tarkan, It tarkan (Zwei Pfh.). Bundan başqa bu titula Huang Wenbinin nəşr 
 
51 


etdirdiyi m
ətnlərdə Ked toğmış tarkan, Oğul Arslan tarkan və manixey monastr mətnində Taş 
Svit Bars tarkan v
ə Kumar Bars tarkan antroponimlərində də təsadüf edilir (Zieme II, 88). 
8. Tenq
ri titulu. Bu titul I şəxsin təkində tenqrim şəklində, demək olar ki, daha çox qədim 
uyğur abidələrində təsadüf edilir. Bu abidələrdə tenqrim titulu şahzadələrə, kübar dairədən olan 
xanımlara  verilir.  Məs.:  Oğul  aşunmuş  tenqrim (Zieme III), Artuk tenqrim  (Zieme,  III),  Oğul 
umdu tenq
rim  (Zieme  III).  Bu  şəxs  adlarının  tərkibindəki  aşunmış  komponenti  aş-  felindən 
tör
əmişdir.  Bu  fel  “aşmaq,  yüksəlmək, ucalmaq” mənasını  bildirirdi.  Artuk  antroponiminin 
apely
ativi  “artıq”  leksik  vahidindən gəlir. Türk dövlətinin bəyliklər dövründəki  Artuk  oğulları 
sülal
əsini yada salmaq kifayətdir.  Bundan  başqa  bu antroponim kumanlarda (126,s.82), 
türkm
ənlərdə (148, s. 181) də gözə çarpır. Umdu komponenti “ümid, etibar” mənasındadır. 
L.Y.
Tuquşevanın nəşr etdirdiyi iki kolofonda da çok sayda qadın adı işlənmişdir. Müəllif 
m
əqaləsinin izahat hissəsində göstərir ki, bu kolofonda kişilərin bir çoxu ınal titulu ilə, qadınların 
çoxu is
ə tenqrim titulu ilə çıxış edir (173,s. 252). Amma nədənsə tərcümədə qadın adlarındakı 
tenqrim titulu burax
ılmışdır. Hər iki kolofonda tərkibində tenqrim titulu işlənən qadın adlarına 
t
əsadüf edilir.  Bunlar  aşağıdakı  antroponimlərdən ibarətdir:  İçkelmiş  tenqrim  (I, 9), Basana 
tenqrim (I, 10), Sumak tenqrim (I, 12), 
İlalmış  tenqrim (I, 14), Kutuk tenqrim  (I,  18),  Oğul 
yitmiş tenqrim (I, 19), Sevinç tenqrim (I, 20), Usdek tenqrim (I, 20), Ana katun tenqrim (I, 20), 
Arığ kunçuy tenqrim (I, 21), Tez kön tenqrim  (I, 21), Buyançuk tenqrim (I, 22), Tarım kunçuy 
tenq
rim  (I,  22),  Tadarçın  tenqrim  (I,  22),  Yığmış  tenqrim  (I,  24),  Kesik  tenqrim  (I,  24),  Il 
ornatmış tenqrim (II, 1), Sevik tenqrim (II, 2), Kızturmış tenqrim (II, 5), Il tını tenqrim (II, 9), 
Yarıçuk tenqrim (II, 7), Kutaçuk tenqrim (II, 9), Ornaçuk tenqrim (II, 10) və s. 
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, P.Zieme doğru olaraq Östek antroponimini Östen 
şəklində  oxuyur  (Ziеmе,  III,  275).  Bu  antroponimin  apelyativi  “östön,  gözəl”  mənasını  ifadə 
ed
ir.  Arığ  kunçuy  tenqrim antroponimində  arığ  komponentinin apelyativi “təmiz,  günahsız”, 
kunçuy 
“şahzadə  xanım”  deməkdir.  Tadarçın  tenqrim antroponiminin birinci komponentini 
P.Zieme L.
Tuquşevadan  fərqli olaraq  Taytarçın  şəklində  oxumaqdadır  (Zieme  III, 280). Bu 
onomastik vahidin mənası tam şəkildə aydın deyil. Onu uyğur abidələrində rast gəldiyimiz Tatar 
tenqrim antroponimi il
ə  müqayisə  etmək olar. Sumak tenqrim antroponimindəki Sumak 
onomastik vahidi kuma
nlarda  da  təsadüf edilir  (Ziеmе,  I, 126).  Bu antroponimin apelyativi 
“meşindən düzəldilmiş su qabı” deməkdir (159,s. 487). 
Bəhs etdiyimiz abidədə bir neçə antroponimin tərkibində İl komponenti çıxış edir: İlalmış, 
İl ornatmış, İlkelmiş. Bu xüsusiyyətə, ümumiyyətlə, digər uyğur antroponimlərinin də tərkibində 
t
əsadüf edirik: İl tözmiş, İl körmiş, İl karışur, İl evirmiş, İl tirmiş. Onu da qeyd edək ki, qədim 
uyğurlarda  kişi  adlarında  da  İl komponentindən istifadə  edilməsinə  təsadüf edilir:  İl  tеmür,  İl 
bars, 
İl Arslan tiqin (Zieme, II, 82). 
 
52 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə