A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə23/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   19   20   21   22   23   24   25   26   ...   59

cəmiyyətdə özünəməxsus rolu olmasına baxmayaraq, bu abidələrin xarakteri ilə əlaqədar olaraq 
burada  qadın  adları  çox  az  gözə  çarpır.  Eyni  vəziyyət  Mahmud  Kaşqarlının  sözlüyündə  də 
müşahidə  edilir.  Bu  abidədə  7-8  qadın  adına  təsadüf  edirik.  Amma  uyğur  Koçu  dövlətinin 
zamanına aid olan uyğur abidələrində belə adların sayı yüzdən artıqdır. 
3.1.1.  Аntrоpоnimlərin  lеksik-sеmаntik  qruplаrı.  Türkologiyada  türk  antroponimlərini 
əmələgəlmə  yollarına,  yaranma  üsullarına  və  leksik-semantik  xüsusiyyətlərinə  görə  aşağıdakı 
şəkildə təsnif edirlər: 
1. Totemistik adlar; 
2. Məqsədli adlar
3. 
Təsadüfi adlar; 
4. Teofer adlar; 
5. Valideynl
ərin arzusuna görə verilən adlar
6. Şəxslərlə bağlı olaraq verilmiş adlar; 
7. Rütbə və titul bildirən sözlərlə düzələn adlar(125,s.143-144) . 
Bu bölgü 
əsasında biz Turfan uyğurlarının ad sistemini tədqiq edirik. 
I. 
Rütbə, titul əsasında əmələ gələn şəxs adları. Bu yolla düzələn şəxs adları, bəlli olduğu 
kimi, qədim türk yazılı abidələrində çoxluq təşkil edir. Ümumiyyətlə, qədim türk antroponimik 
s
istemində titulların mühüm rolu olmuşdur. Buna görə də burada, hətta titulun bəzən birbaşa şəxs 
adı  yerində  çıxış  etdiyini  də  müşahidə  edirik.  Bəhs  etdiyimiz  abidələrdə  kişi  adı  bildirən 
antroponimlərin  tərkibində  аşаğıdаkı  titul  və  rütbə  bildirən leksik vahidlər  işlənmişdir:  kan, 
san,un/sen,ön, b
eg,  ınal,  tarkan,  tutuk,  tutun,  çor, tigin,  elig,  toyın,  açari,  seli  və  s.  Qadın 
adlarında isə, əsasən, tenrim, katun, kunçuy və ağa titulları işlənmişdir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  abidələrdəki  rütbə  və  titul  bildirən  sözlərin  bəzisi 
Orxon-
Yenisey abidələrində də şəxs adlarının tərkibində fəal iştirak etmişdir. 
Yer
i gəlmişkən qeyd etmək lazımdır ki, uyğur Koço dövlətinin özünəməxsus titul sistemi 
diqqəti  cəlb  edir.  Turfan  uyğurlarının  hökmdarları  bir qayda olaraq Arslan bilge Tenqri ilig 
İdukut titulunu  daşıyırdılar.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  idukut  titulu, onun  mənşəyi 
haqqında müxtəlif fikirlər mövcuddur 
(15,  V, 334; 8, 493-503). 
Turfan bəyliyinin hökmdarları 
öncə kağan, sonralar isə kan, eliq kan, tenqriken və ən sonda ıdukut titulunu daşımışlar. Bəyliyə 
daxil  olan  qəbilələrin  başçıları  eltebər,  şahzadələr  tiqin,  vergi  toplayanlar  isə  tarkan titulu ilə 
tanınırdılar.  Beg  burada  sadəcə  vəzifə  adı  və  titul  kimi  işlənirdi.  Halbuki  bəg  göytürklərdə 
yüksək  vəzifə  sahiblərinə,  aristokrat  təbəqəsinin  nümayəndələrinə  verilən  ad  və  ya  titul  idi. 
Bundan  əlavə,  Turfan  bəyliyində  eş,  ayğuçı  və  toyın  titullarından  da  istifadə  edilmişdir  (10,s.  
69). 
İndi də titul və rütbə bildirən sözlərlə formalaşan şəxs adlarını gözdən keçirək: 
 
49 


1.Ağa  titulu.  Bu  titulla  aşağıdakı  antroponimlər  düzəlir:  Tokluğ  Kutluğ  ağa  (Arat  227) 
Kurçığan ağa (Arat 227). Bu titulla düzələn qadın adlarına sonrakı dövrlərdə daha çox təsadüf 
edilir. Məsələn, XIX əsrdə Naxçıvan xanının qızının adı Gövhər ağa idi. 
2. Beg titulu. Koço 
dövləti dövrünə aid kolofonlardakı antroponimlərin tərkibindəki beg 
titulunun i
şlənməsinə  az  rast  gəlirik.  Bu  abidələrin  özünəməxsus  cəhəti  ondan  ibarətdir ki, 
burada  qadın  adlarının  tərkibində  də  beg  titulu  işlənir.  Məs.:  Nirmalaşri  beg (Arat, 223). Bu 
antroponimdəki Nirmalaşri sanskrit dilindən alınmış sözdür; mənası “çirksiz, təmiz” deməkdir. 
Tanyaşri beq (Arat 223). R.Arat bu antroponimin sanskritcə olduğunu qeyd edir, onu bu dildəki 
Triratna buddizm termini ilə əlaqələndirir (8, 418).  İrinçin beq (Arat, 223). Bu antroponim də 
türkcə deyil, sanskrit dilindən alınmışdır, Buyan Kaya Kalın qızının adıdır. Buyan Kaya Kalının 
qardaşı qızının adının Ima beg olduğunu ehtimal etmək olar. Bu antroponimin fonetik cəhətdən 
ahəng qanununа  tabe  olmaması  göstərir  ki,  bu  antroponimin  də  apelyativi  sanskrit  mənşəlidir 
(8,s.  418). Ç
alır tutuk beg (Arat, 218), Beg buka (Zieme, II, 92), Kaya onq, tutuk beg (Zieme, II, 
87). Bu sonuncu şəxs adında Kaya komponentinin apelyativi bəllidir. Buradakı onq, tutuk titulu 
haqqında bəhs edərkən ilk öncə xatırlatmaq lazımdır ki, bəzi tədqiqatçılar оnu antroponim hesab 
etsələr də, KTş31-dəki “Tabğaç onq tutuk bis tümen sü kelti” cümləsindəki Onq, tutuk da elə 
hərbi rütbə, çin, tituldur, şəxs adı deyildir. Doğrudur, ola bilər ki, bu titul Köl tigin abidəsində 
antroponim  funksiyasını  yerinə  yetirmişdir.  Yuxarıdakı  beg  titulu  ilə  işlənən  bəzi 
antropоnimlərin qadın adı olması təəccüblü deyildir. Çünki ağa titulu kimi beg titulunun da türk 
antroponimiyası  tarixində  bəzən  qadın  adlarının  tərkibində  işlənməsinə  sonrakı  dövrlərdə  də 
təsadüf edilir. Məsələn, İlhanlı hökmdarlarından Olcaytunun qızının adı da Satı beg idi. 
3. Çor  titulu: Borluk ço
r (Zieme II). Bu antroponimin tərkibindəki borluk komponentinin 
apelyati
vi qədim türk abidələrində də “üzümçü, şərаbçı” mənasını bildirmişdir. Yeri gəlmişkən, 
bu  sözlə  qohum olan bor,  borlukçı  leksik  vahidlərinə  də  abidələrdə  rast  gəlirik.  Onu  da  qeyd 
etmək lazımdır ki, digər qədim uyğur abidələrində, məsələn, “Maytrısimit” abidəsində Manqçor, 
“Kalyanamkara  və  Papamkara”  abidəsinin  kolofonunda  Kösen  çor  işlənmişdir.  Bundan  əlavə, 
uyğur hüquq sənədlərində (USp.18) Borlukçı antroponiminə də təsadüf edilir. 
4. Katun titulu. Baçaq katun (Zieme III), Lala katun (Zieme III), Turmış katun tenqrim: 
Erdeni katun tenq
rim (USp26), Ana katun (Tuquş I, 20) 
Bu  antroponimlərin  tərkibindəki  baçağ  xristian  və  manixeylərdə  “oruc  tutmaq”,  “pəhriz 
saxlamaq” mənasını bildirir. Erdeni sanskrit dilindən alınmış sözdür, mənası “xəzinə, qiymətli 
metal” dem
əkdir. Lala antroponiminin apelyativi fars dilindən alınmış lalə sözüdür, Turmış isə 
tur/dur- 
feli ilə bağlıdır. 
5. Inal titulu. Bu titul Orxon-
Yenisey  abidələrində  də  (Inal  öge-Y49)  işlənmişdir.  Bəzi 
tədqiqatçılar bu titulun incə variantını da təhlil edirlər. Bu variant daha çox Mahmud Kaşqarlı 
 
50 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə