A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə9/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   ...   5   6   7   8   9   10   11   12   ...   59

sayır (37, s. 28.). L.N.Qumilyov isə bu kağanın adım Peylo olaraq göstərir (78, s. 366). Peylo 
sözü çox ehtimal ki, qədim türk  yazılı abidələrində rast gəldiyimiz boyla titulunun bir fonetik 
variantıdır (137,s.53-69). 
Hu-
su  adlı  bır  uyğur  eltəbərinin  oğlu  olan  Peylo  744-cü  ildə  basmıllara  hücum  edib 
onları məğlubiyyətə uğratdı. Uyğurlar basmılların başçısı Sede İşi kağanın başını kəsərək Çin 
imperatoruna göndərdilər və Kutluğ boylaya Kutluğ bilge kül kağan titulunun verilməsini və ya 
onun  bu  titulunun  tanınmasını  tələb  etdilər.  Beləliklə,  yuxarıda  göstərilən  tarixdə  Ötükəndə 
qurulan yeni uyğur dövlətinin ilk xaqanı Kutluğ bilge Kül kağan adı və ya titulu ilə taxta oturdu. 
Bu titul Çin qaynaqlarında Ku-tu-lu Pi-chia Cüeh Ko-han şəklində qeyd olunmuşdur (37, s. 23). 
Bu xaqana Tanq imperatoru tərəfindən eyni zamanda Fengi Wang adı, daha sonra da Huai-Jen 
titulu verilmişdir (113, s. 14). Prof. Dr. Özkan İzgi ilk uyğur xaqanının 747-ci ilə qədər dövləti 
idarə etdiyini, həmin ildə öldüyünü və bu vəsilə ilə qədim türk xaqanlarına titulların verilməsini 
belə  şərh  edir:  "Türk-Çin  münasibetlerinde  daima  çinliler  tarafından  türklerde  başa  geçen 
kağanlara  ünvan  verilmesi  ve  onların  kağanlıklarının  tanınması  büyük  merasimlerle  yapılırdı. 
Kutluğ kül Bilge kağan için ünvan verilmesi ve kağanlığının tanınması hadisesi Çin sarayında 
bir merasimle gerçekleşmiştir. Kutluğ Bilge kül kağan tarafından Çin sarayına bir elçi yollanmış 
ve el
çi  "Büyük  imperatorluk  sekreterliği
,,
 
dairesi  başkanı  tarafından  çağırılmış  ve  kendisine 
burada  kağanın  atama  evrakları  verilmiştir.  Elçi  daha  sonra  binadan  çıkarak  kendisini  Çin 
başkentinden  geri  getirecek  olan  imperatorluk  arabasına  binip  şehrin  dışına  gitmiştir.  Burada 
arabasından inen elçi kendi flama ve amblemleri ile yürüyüp ülkesine geri dönmüştür" (113, s. 
15). 
      747-
ci ildə hökmdar varis hesab edilən böyük oğluna  -- Tay bilge tutuka yabğu titulu 
vermişdir.  Bu  məlumat  uyğur  mətnlərində  də  vurğulanır:  Tay  bilge  tutukuğ  yabğu  anta  atadı 
(Şine-Usu,  şimal  12:  Terhin  cənub  t.5).  Bu  antroponimin  tərkibindəki  Tay  onomastik  vahidi 
ehtimal ki, Çin dilindən alınmışdır, böyük mənasını bildirir (Müqayisə et: Altun Tay sanqun — 
IV uyğur əlyazması 130, s. 204). Bilge komponenti uyğur xanədan adı ilə bağlıdır. Tutuk qədim 
türklərdə vəzifə adıdır, titul kimi şəxs adlarının tərkibində çıxış etmişdir. Qardaşı Moyun çora 
qarşı taxt uğrunda başlatdığı mübarizədə ağır məğlubiyyətə uğramışdır. Bu hadisələr Moyun çor 
ab
idəsində təfsilatı ilə təsvir olunmuşdur. 
Moyun çor (747-
759)  şəxs  adı  qədim  türk  abidələrində  işlənmir,  buna  ancaq  Çin 
mənbələrində təsadüf edirik. Ehtimal ki, bu antroponim kağanın taxta çıxmadan əvvəl daşıdığı 
addır (75
a
, s. 201). Bu uyğur xaqanı Çin mənbələrində Moyun ço və Ko-lo kağan adı ilə tanınır 
(39, s. 129) Mo-yen-
ço  şəklində olan Çin heroqliflərindən Şlegel  fərziyyə ilə Moyun  çor türk 
variantını meydana çıxarmış, ancaq sonralar P.Pelliot bunun Bayan çor şəklində olduğunu təsbit 
etmiş,  isbatlamışdır  (114,  s.  153).  Bəzi  tədqiqatçılar  bu  antroponimin  apelyativinin  sanskrit 
 
20 


dilindən  alındığını,  əslində  mənbə  dildə  punya  şəklində  olduğunu  və  xidmət  (rusca  zasluqa) 
mənasını  bildirdiyini  iddia  edirlər  (190,  s.  147).  Moyun  çor  adının  zəngin  və  güclü  mənasına 
gəldiyi  kimi,  Bodun  çor  formasından  yaranmış  olması  mülahizəsi  də  irəli  sürülməkdədir 
(190,s.36).  
         
Onu  da  qeyd  edək  ki,  S.Q.Klyaştornı  Moyun  çor  kağanın  gənclik  adının  Turyan 
olduğunu  və  bunun  Terhin  abidəsində  (cənub  t.  4)  işləndiyini  iddia  edir  (58,  s.  92).  Həmin 
tarixdən az sonra eyni abidəyə müraciət edən T.Tekin həmin hərfi işarələri şəkilçili zərf olaraq 
oxuyur  və  onu  “ayağa  qalxaraq”  şəklində  tərcümə  edir  (165,  s.  814).  Bizcə,  həmin  məsələ 
haqqında  sonuncu  fikir  daha  inandırıcıdır.  Çünki  Moyun  çorun  belə  bir  gənclik  adı  daşıdığı 
haqqında  Çin  mənbələrində  heç  bir  məlumata  rast  gəlmirik.  Digər  tərəfdən,  qədim  türk 
abidələrində adətən xaqanların ancaq hakimiyyəti dövründə aldığı rəsmi ad və titullar ənənəvi 
olaraq qeyd edilirdi. Moyun çor k
ağan taxta çıxdığı zaman türkcəsi Tengride bolmış El etmiş 
Bilge  kağan  olan  titul  almışdır.  Xanımı  da  İlbilge  katun  titulunu  almışdır:  Tenqride  bolmış  il 
etmiş Bilge kağan atadı, İlbilge katun atadı (Terhin ab. güney t. 6). Qeyd edək ki, göy türklərin 
əsilzadə  adlarında  da,  Koço  dövləti  uyğurlarının  adlarında  da  Eletmiş  elementi  gözə 
çarpmaqdadır.  Məsələn:  Ongin  abidəsində  Eletmiş  yabğu  antroponimi  (Oö4).  Ədəbiyyatda  bu 
xaqanın sonralar İdikut və Karluk kağan titullarını aldığı da göstərilməkdədir (165, s. 5). 
Moyun çorun böyük oğlunun adı Kutluğ bilge yabğu (Terhin ab. 12), digər oğlunun adı 
Bilge  tarkan  (eyni  mənbə)  olduğu  təsbit  edilmişdir.  Ancaq  T.Tekin  S.Q.Klyaştornının  bu 
yozumu ilə razılaşmayaraq mətnin eyni hərfi işarələrini Bilge Tölis Uluğ Bilge Şad şəklində bir 
antroponim olaraq oxuyur (165, s. 91). 
Bizcə,  bu  məsələdə  S.Q.Klyaştornı  haqlıdır,  T.Tekinin  bu  məsələ  haqqındakı  fikri  ilə 
razılaşmaq olmaz. Çünki Moyun çor öz abidəsində də iki oğlundan bəhs edir: Oğluma yabğu şad 
at  birtim.  Tarduş,  tölös  bodunka  bertim  (Şine-Usu  cənub  t.  7);  Oğlu  tarduş  yabğu,  Tölös  şad 
olurtı (Tes ab. gərb t. 6).  
Terhin abidəsində bir az aşağıda, 14-cü sətirdə abidəni yüksəldən, ucaldan Moyun çorun 
ikinci  oğlunun  adı,  bizcə,  tam  şəkildə  —  Bilge  kutluğ  tarkan  sengün  şəklində  yazılmışdır. 
Bəllidir ki, Terhin abidəsi təxminən 756-758-ci illərdə qoyulmuşdur. 
Moyun çor kağanın böyük oğlu xəyanət edib edam edildiyi üçün hökmdar öldüyü zaman 
onun ikinci oğlu yuxarıda bəhs etdiyimiz Bilge tarkan 759-cu ildə taxta oturmuşdur. Bu kağan 
türk tarixində mühüm rol oynamış, Çin dövləti ilə sıx əlaqə yaratmışdır. Məhz buna görə həm 
qədim türk mətnlərində, həm də Çin qaynaqlarında bu xaqanın bir neçə ad və titulları öz əksini 
tapmışdır.  Çin  mənbələrinə  görə  bu  yeni  uyğur  xaqanı  Teng-li Meuyü  titulu  ilə  taxta 
oturmuşdur.  Bu  qaynaqlarda  onun  gənclik  titulu  İdigyan  və  ya  İ-ti-chien  şəklində  əks 
olunmuşdur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bu antroponimin türk mətnindəki Ödkenç 
 
21 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə