A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   2   3   4   5   6   7   8   9   ...   59

işlənmiş toponimlərin  yerini müəyyən etmək səyi də diqqətəlayiq haldır. O bundan əlavə, Qərbi 
Avropa dillərində nəşr olunmuş onomastika ilə əlaqədar bəzi  yazıları da  türkcəyə  çevirmişdir 
(37, s. 10-14). 
     S.Q.
Klyaştornının mətnşünaslıq baxımından çox qiymətli olan "Terxinskaya nadpis" və 
"Tesinskaya stela" adlı məqalələri onomastik baxımdan da böyük əhəmiyyət kəsb edir. Burada 
ilk  dəfə  kasar/xəzər  və  Hötən  toponiminin türkcə  adı  olan  Kordan  leksik  vahidi  tarixi-filoloji 
cəhətdən təhlil edilir (58, s. 59). 
T.
Tekinin Terhin abidəsinin oxunuşuna həsr etdiyi məqaləsində də onomastik baxımdan 
maraqlı fikir və mülahizələr  çoxdur. Məsələn, müəllif abidənin mətnində rast  gəldiyi, təsadüf 
etdiyi İğdir etnonimi haqqında məlumat verir (165). 
Görkəmli türkoloq J.Hamiltonun  türkcəyə  tərcümə  edilmiş  "İyi  və  kötü  prens  öyküsü" 
kıtabında  və  "Tokuz  Oğuz  et  On  uyğur"  əsərində 
(JA c. 250, Paris, 1962) 
qədim  uyğur 
onomastikası üçün çox mühüm əhəmiyyət kəsb edən materiallara təsadüf edirik. Qədim uyğur 
onomast
ikasının  tədqiqində  L.N.Qumilyovun  böyük  xidməti  vardır.  Müəllif  bu  onomastik 
vahidlərin bərpasına çalışmış, bəzi antroponim, toponim və etnonimlərin mənşəyi, formalaşması 
haqqında qiymətli mülahizələr irəli sürmüşdür (78). 
Burada  Türkiyədə  ilk  dəfə  "Eski  uyğur  türkcesi  sözlüyü"nü  nəşr  etdirən  Əhməd 
Cəfəroğlunun  uyğur  titullarının  tədqiqinə  həsr  edilmiş  məqaləsini  də  xüsusilə  qeyd  etmək 
lazımdır (27). 
Bəllidir  ki,  qədim  uyğur  dilinin,  tarixinin  və  mədəniyyətinin  öyrənilməsində  Banqın 
tələbəsi A. von Qabenin böyük əməyi vardır. O, TTT seriyasından çıxan kitablarda, istərsə də 
uyğur  Koço  dövlətinin  günlük  həyatının  tədqiqinə  həsr  olunmuş  əsərində  qədim  uyğur 
onomastikasının problem məsələlərinə də toxunmuşdur (10). 
Mətnşünas  L.Y.Tuquşeva  "Süan-Tszyanın  bioqrafiyası"  abidəsinin  və  uyğur 
kolofonlarının, təsərrüfat sənədlərinin görkəmli tədqiqatçılarından biri kimi tanınır. O, irihəcmli 
"Süan- 
Tszyanın  bioqrafiyası"  abidəsini  iki  kitab  şəklində  Moskvada  nəşr  etdirmişdir  (
177).
 
Abidə səyahətnamə tipli bir əsər olduğu üçün burada çoxlu etnonim və toponimlər işlənmişdir. 
Müəllif böyük zəhmət, gərgin əmək sayəsində bu toponimlərin əksəriyyətinin yerini müəyyən 
etmiş,  onların  izahını  vermişdir.  Son  dövrlərdə  görkəmli  tarixçi  filoloq  Faruk  Sümərin 
ölümündən  sonra  əsasən  şəxs  adlarının  tədqiqinə  həsr  edilmiş  iki  cildlik  bir  kitabı  nəşr 
edilmişdir  (153).  Bu  tədqiqatın  təqdir  olunası  yönü  birinci  ondan  ibarətdir  ki,  burada  yazılı 
abidələrin materialları əsasında qədim dövrdən XV əsrə qədərki bir zaman kəsiyində türk şəxs 
adl
arının  ümumi  inkişaf  meylləri  tədqiq  edilib  ümumiləşdirilmişdir.  Burada  run  əlifbası  ilə 
yazılmış uyğur abidələrində və uyğur yazısı ilə qələmə alınmış təsərrüfat sənədlərində təsadüf 
edilən şəxs adları, titullar (hətta "Mahrnamaq"dakı şəxs adları da) təhlil olunmuşdur. 
 
14 


Colin Mackerr
as  "Uıgur  empıre  according  to  Tang chroniches"  (Canberra,  1972)  və 
"U
yğurlar" adlı əsərində Uyğurların siyasi tarixindən bəhs etsə də, şəxs adı və titulların izahına 
da  yeri  gəldikcə müraciət etmişdir. Müəllif Çin mənbələrinə  əsaslanıb  göstərir ki, 647-ci ildə 
uyğur xaqanı dövlət məmurlarının adlarını daha öncə də türklər arasında yayqın olan üsula görə 
tərtib etdi. Qeyd etdiyimiz kimi, müəllif daha çox uyğur titullarının üzərində dayanır, bunların 
çoxunun  onların  özlərinə  məxsus  olduğunu,  türkmənşəli  olduğunu  vurğulayaraq  yazır:  "Çin 
asıllı ancak birkaç resmi unvana rastlanır. Bunların çoğu da zaten Türkler tarafından daha önce 
kullanılmıştı, yani uyğurlar bunları doğrudan-doğruya Çinden almamıştı. En çok dikkati çeken 
unvan tutuk olup Çince du-du-
dan  gelmektedir.  Bu  unvan  bozkır  halkları  tarafından  yüzlerce 
yıldan beri kullanılıyordu... Bu yüzden de adı geçen unvan tutuk gerek uyqurlarda gerekse VIII 
asır  çincesinde  değişik  manalara  gelmektedir.  Tang  devletinde  du-du,  bazı  büyük  şehrrlerle, 
onlara bağlı bölgelerin adları olan du-du-fu-nun önde gelen memuru idi. Uyqurlarda ise tutuk 
boy  reisi  demek  idi...  Siyasi  vazifelerinin  yanısıra  bunlar  bir  de  devlet  hazinesi  için  vergi 
toplarlardı" (80, s. 433). 
Hüquq sənədlərindəki onomastik vahidlərin öyrənilməsi 
Qeyd edildiyi kimi
uyğur hüquq sənədlərinin sistemli şəkildə öyrənilməsində XX əsrin 
ilk  onilliklərindən  başlanmışdır.  Belə  ki,  1915-ci  ildə  F.W.K.Müller  taxta  üzərində  yazılmış 
Koço  şəhərinin  xarabalıqlarından  tapılmış,  uyğur  əlifbası  ilə  yazılmış  X  əsrə  aid  Bilgə  xan 
abidəsini  və  onun  alman  dilində  tərcümə  ilə  birlikdə  transkripsiyasını  nəşr  etmişdir  (102). 
Bundan  sonra  eyni  abidə  V.V.Radlovun  ölümündən  sonra  1928-ci  ildə  "Uigurische 
Sprachdenkmaler" adı ilə nəşr edilmiş kitabında 26-cı nömrə altında verilmiş, yəni uyğur hüquq 
sənədləri sırasına daxil edilmişdir. Bu kitabda 128 sənəd mətni verilmişdir. Bu abidələrdən 19 
ədədi buddizm (23, 26, 43, 44, 58, 59, 60, 89, 90, 94, 99, 100, 106, 128), 2 ədədi manixeyizm 
(95; 
97), 1 ədədi xristianlıq, 3 ədədi də dünyəvi məzmunludur. Yerdə qalan 103 mətn isə sırf 
hüquq sənədindən ibarətdir. 
Məlumdur ki, Radlovun bu əsərini tələbəsi S.Y.Malov nəşrə hazırlamış və bu mətnlərə 
xeyli izahlar ya
zmışdır.  Bu  o  deməkdir  ki,  S.Y.Malov  da  uyğur  hüquq  sənədlərinin  nəşri  və 
tədqiqi  ilə  məşğul  olmuşdur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Radlovun  kitabı  uyğur  hüquq 
sənədlərinin nəşri və öyrənilməsi sahəsində böyük hadisə sayılsa da burada araşdırmanın davam 
etməsini  tələb  edən  (xüsusilə  ayrı-ayrı  sözlərin  oxunuşunun  dəqiqləşdirilməsi  baxımından) 
məsələlər mövcuddur. Ona görə də S.Y.Malov müəlliminin ölümündən sonra bır sıra yeni uyğur 
hüquq  sənədi  nəşr  etmiş,  eyni  zamanda  1928-cı  ildə  Radlovun  kitabındakı  bəzi  abidələrin 
üzərində  işləyib  onları  yenidən  çap  etdirmişdir  (bax:  89a, s. 387-394; 90
a
, s. 129-149  ). Bu 
sahədə  yapon  türkoloqu  Nobuo  Yamadanın  xüsusi  xidmətləri  vardır.  O  demək  olar ki, bütün 
şüurlu  həyatını  uyğur  hüquq  sənədlərinin  nəşrinə  və  öyrənilməsinə  həsr  etmişdir.  Bunun 
 
15 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə