A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   2   3   4   5   6   7   8   9   10   ...   59

nəticəsində  N.Yamadanın  bir  sıra  fundamental  əsərləri  meydana  çıxmışdır  (184, 185, 
186,186,187a
).  Bir  məqaləsində  N.Yamada  Radlovun  kitabındakı  USp.70-i  yenidən  oxumağa 
çalışmış,  mətndəki  bir  sıra  qaranlıq  yerləri  aydınlaşdırmış,  Radlovun  Sabın  sadı  şəklində 
oxuduğu  antroponimi  Saurıya  Siri,  Üşe  şəklində  oxuduğunu  Üsine,  Toluk  Tüke  şəklində 
oxuduğunu  isə  yenidən  gözdən  keçirib  Toğluk  tonqa  şəklində  transkripsiya  etmişdir  (187a, s. 
496-497). 
R.
Arat da altmışıncı illərdə uyğur hüquq sənədlərinin bir qismini yenidən gözdən keçirib 
nəşr  etdirmişdir  (8,  s.  493—599).  Müəllif  USp.55-i  venidən  gözdən  keçirərkən  V.Radlovun 
Tepiş  şəklində  oxuduğu  şəxs  adını  əlyazmanın  orijinalına  görə  Terbiş  şəklində  düzəltmişdir. 
Bundan əlavə o, Radlovun tarıtsanq şəklində oxuduğu ibarəni əlyazmanın fotoqrafına əsaslanıb 
Taysanqtakı yer adı, toponim şəklində düzəltmişdir (8, s. 594). 
E.R.
Tenişev də uyğur, salar, sarı uyğur dilləri və onların tarixi, abidələri ilə geniş şəkildə 
məşğul  olmuşdur.  Böyük  alim  bölgəyə  bir  neçə  dəfə  səfər  edib  çöl  materialı  toplamışdır.  Bu 
səfərlər zamanı o uyğur hüquq sənədləri də əldə etmiş və onların bəzisini nəşr etdirmişdir (bax: 
35b, s. 141-149; 167, s. 37-64). 
Keçmiş SSRİ alimlərindən LY.Tuquşevanın da qədim uyğur, o cümlədən uyğur hüquq 
sənədlərinin  nəşri  və  öyrənilməsi  sahəsində  müəyyən  xidmətləri  olmuşdur.  Müəllif  USp24  və 
17-
ni rus dilinə tərcüməsi və yeni oxunuşla (175, s. 209-220, 349-350), USp36, 111, 112, 120-ni 
də  eyni  şəkildə  yenidən  dəyərləndirərək  nəşr  etdirmişdir (176, s. 240-247). O, Usp.l11-dəki 
Radlovun bir ibarə şəklində oxuduğu Kıtay  yalavaç  alp turmış sözlərinin ən  az iki şəxsin adı 
olduğunu müəyyən etmişdir (s. 244). Bundan əlavə, o, əvvəllər nəşr olunmuş iki hüquq sənədini 
də oxumuş, rus dilinə tərcümə və izahla birlikdə çap etdirmişdir (173, s. 92-101). 
Larri K
larkın da uyğur hüquq sənədlərinin nəşrində özünəməxsus xidmətləri vardır. O, 
monqol hakimiyyəti dövrünə aid olan uyğur sənədlərini sosial-iqtisadi baxımdan, eyni zamanda 
filoloji  cəhətdən  tədqiq  etmişdir.  O,  eyni  zamanda  Radlovun  kitabındakı  mətnləri  yenidən 
gözdən  keçirmiş,  bir  sıra  onomastik  vahidlərin  yanlış  transkripsiyasına  düzəlişlər  vermişdir 
(79a). 
            
Bundan əlavə, Marçel Erdal, Peter Zieme, Şinasi Tekin əsasən nəşr olunmuş uyğur hüquq 
sənədlərinin linqvistik baxımdan tədqiqi ilə məşğul olmuş, bu sahədə bir sıra problemlərin həll 
edilməsinə kömək göstərməyə çalışmışlar (193, s. 257-263). 
           
XX  əsrin  səksəninci  illərinin  sonu,  doxsanıncı  illərində  bu  sahədə  Özkan  İzginin  və 
A.S
ərtqayanın əsərləri ortaya çıxmışdır. Yuxarıda qeyd edildiyi kimi Özkan İzgi kitabında uyğur 
hüquq  sənədləri  əsasında  uyğurların  mədəni-siyasi  tarixini  araşdırmış  və  25  uyğur  hüquq 
sənədini (bunların əksəriyyəti Radlovun USp kitabından alınmışdır) türkcəyə tərcüməsi ilə əlavə 
şəklində nəşr etdirmişdir (113, s. 115-147). 
 
16 


        A.S
ərtqaya  uyğur  hüquq  sənədləri  içərisindən  məktub  məzmunlu  kitabələri  (Radlovun 
USp kitabından) seçmiş, onların beşini yenidən mətnşünaslıq baxımından araşdırmış (USp 9, 17, 
24, 69, 92), açıqlamaları ilə birlikdə nəşr etdirmişdir (143, s. 237-264). 
 
 
 
ÖTÜKƏN UYĞURLARININ AD SİSTEMİ 
a)
 
ANTROPON
İMLƏR 
     
Uyğur xaqanlığı dövrünə (744—840) aid olan abidələr əsasən uyğur dövlət başçılarının 
fəaliyyətini işıqlandırmağa xidmət etdiyindən burada daha çox cəmiyyətin yüksək təbəqəsinin, 
hökmdar ailəsinin, onun ətrafının, sərkərdələrin, sarayın yüksək vəzifə sahiblərinin şəxs adları, 
titulları,  ad  alma  və  ad  dəyişdirmə  ənənələri  əks  olunmuşdur.  Bu  məsələ  ilə  əlaqədar 
V.
Mahpirovun  qeydləri  diqqəti  çəkir: "В  отношении  развития  и  соотнесенности 
антропонимических  систем  созданных  уйгурами  в  рамках  всех  этих  госудаврственных 
образований будет справедливым сказать, что все эти системы были тесно взаимосвязаны 
единой  этно-политической  и  лингвистической  традицией,  которая  за  небольшими 
отклонениями частного характера, некоторые титулы, другие социальные детерминативы 
и т. д. прослеживается на всем историческом и географическом пространстве расселения 
токуз  огузских  (уйгурских)  племен.  Данные  по  антропонимии  уйгуров    указанных  
государств  сохранились  как  в  собственно  уйгурских  источниках,  так  и  в  иноязычных 
источниках, особенно в китайских'' (88, s. 145). 
Faktlar  göstərir  ki,  uyğur  xaqanlığının  antroponim  sistemi  Göy  türklərdə  də  müşahidə 
olunan  ümumtürk  tendensiyalarını  davam  etdirmişdir.  Məsələn,  çoxadlılıq,  antroponimlərin 
müxtəlif kateqoriyalarının mövcudluğu, şəxs adı, er atı (igidlik adı), taxt adı, xanədan adı və s. 
Lakin  burada  göy  türklərdən  fərqli  hakim  dairənin  nümayəndələrinin  çoxlu  uyğur  və  Çin 
titullarına sahib olmaq meyli daha çox gözə çarpır. Uyğur xaqanlarının sülaləvi, xanədan titulu 
Bilgə kağan şəklində idi. Burada dəbdəbəli uyğur titulları ilə əlaqədar III Uyğur xaqanı Bögü 
xaqanın manixey mətnlərində keçən titulunu qeyd etməklə kifayətlənirik: Uluğ iliq tenqridə kut 
bolmış erdenin el tutmış Alp kutluğ Bilgə uyğur kağan Zahaqi-mani (59, s. 83) 
Uyğur  xaqanlığına  aid  onomastik  materialın  təhlili  göstərir  ki,  buradakı  antroponimik 
sistemin varislik əsasına dayanan vahid kökləri vardır. Tes abidəsində təsadüf etdiyimiz Yollığ 
kağan  və  Bumın  kağan  antroponimləri  eyni  şəkildə  Kül  tigin  abidəsində  də  işlənir.  Bu 
antroponimin  tərkibindəki  Yollığ  komponentinin  apelyativini  bəzən  yol  sözü  ilə  əlaqədar  izah 
etmişlər.  Son  araşdırmalarda  yol  sözünün  bildiyimiz  mənasından  əlavə  qədim  buddizm  dini 
məzmunlu  uyğur  abidəiərində  (ed-yol: at-yol:atlığ-  yolluğ),  monqol  və  yakut  dillərində  uğur, 
 
17 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə