A zərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə5/59
tarix31.10.2018
ölçüsü1,2 Mb.
#77361
1   2   3   4   5   6   7   8   9   ...   59

Yağlakar  kan  ata  keltim)  müxtəlif  şəkillərdə  tərcümə  edir  və  leksik  vahidləri  də  müxtəlif 
formada izah edirlər. Məs. S.Y. Malov hələ keçən əsrin əllinci illərinin əvvəlində - 1952-ci ildə 
nəşr  etdirdiyi  "Yeniseyskaya  pismennost  tyurkov"  kitabında  bu  cümlə  və  onun  oxunması 
üzərində  geniş  şəkildə  durmuş,  A.N.Bernştamı  buradakı  Yağlakar  kanı  qırğız  xanı  hesab 
etdiyinə görə tənqid etmiş və bu onomastik vahidin coğrafi ad ola biləcəyini iddia etmişdir (89. 
s. 89). Son dövrlərdə Osman F.Sərtqaya həmin cümlənin üzərinə yenidən qayıtmış və bu şəkildə 
tərcümə etmişdir: Uyğur torpağından Yağlakar xanı ataraq gəldim (141, s. 311). 
V.Mahpirov 
kitabında qədim türk cəmiyyətində işlənmiş xüsusi adların filoloji təhlilinə 
təşəbbüs göstərmişdir. Bununla əlaqədar müəllif Turfan bəyliyinin, Koço dövlətinin antroponim 
və  toponimlərinə  toxunmuşdur.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  müəllif  qədim  türk 
onomastik  vahidlərini  bəzən  sadəcə  təsvir  etməklə  kifayətlənir  (88,  s.  150-159). Toponimist 
Eduard Mirzayev Mərkəzi Asiya areal coğrafi adları ilə daha dərindən məşğul olmuşdur. Bunun 
nəticəsində  türk  toponimiyasının  bir  sıra  məsələlərini  daha  geniş  şəkildə  araşdırıb  öyrənə 
bilmişdir.  Onun  "Oçerki  toponimiki
,,
 
(M.,  1974),  "Tyurkskie  qeoqrafıçeskie  nazvaniya"  (M., 
1996)  və  "Slovar  narodnıx  qeoqrafıçeskix  terminov"  (M.,  1978)  kitablarında  qədim  uyğur 
abidələrində  rast  gəldiyimiz  bir  sıra  yer  adları  da  təhlil  edilir.  Bu  kitablarında  o,  türk 
toponimlərini, xüsusilə Şərqi Türküstan toponimlərini hərtərəfli, müfəssəl tədqiq etmişdir. V.V. 
Bartold (1869-
1930)  Yaxın  Şərq,  Mərkəzi  və  Orta  Asiyanın  görkəmli  tarixçisidir.  Mənbələri 
dərindən  bilməsi  və  parlaq  tədqiqatçı  istedadı  ona  monumental  əsərlər  yazmağa  imkan 
vermişdir. Bu əsərlərində o, dağınıq şəkildə də olsa toponimik izahatlara, coğrafi adların şərhinə 
də yer vermişdir. Müəllif coğrafi xalq terminlərinin, məsələn, arık, balık, kır, tarxan, tuqay, yurt 
kimi  yerli  coğrafi  terminlərin  öyrənilməsinə  xüsusilə  diqqətlə  yanaşırdı.  Çünki  onun  fikrincə, 
bunların bir çoxu çox uzaq keçmişin izləridir. Ona görə də toponimlərin izahında tarixi faktlara 
söykənirdi.  Məsələn,  o,  balık  coğrafi  terminini  və  Beşbalık,  Xanbalık  toponimlərini  izah 
edərkən yazır: 
"... 
слово балык  по-турецки значило глина,город, следовательно, получил 
название по материалу, из которого воздвигались постройки, подобно тому, как арабы в 
смысле кочевники и оседлые употребляли термин люди войлока и люди  глины»
  (15, s. 
44).  A.  Lekok  öz  əsərini  bütünlüklə  Şərqi  Türküstanın  qədim  və  müasir  coğrafi  adlarının 
tədqiqinə həsr etmişdir (79). O, Şərqi Türküstan toponimik sisteminin formalaşmasında müxtəlif 
dillərin  iştirak  etdiyini  göstərir.  A.  Lekok  bu  bölgədəki  bir  çox  yaşayış  məntəqələrinə  həftə 
bazarı  günlərinə  görə,  müqəddəslərin  məzarına,  əlamətdar  hadisəyə  görə  ad  verildiyini  qeyd 
edir.  Alim  Kuça  toponiminə  ərəb-fars  dillərinin  təsiri  ilə  r  samiti  artırılıb  Kuçar  forması 
düzəldildiyini  də  göstərir.  Burada  müəllif  Tarim,  İrkeştam,  Teklemekan  toponimlərinin  də 
mənşəyini açmağa çalışmışdır. 
 
12 


Ozkan  İzgi  "Uyğurların  siyasi  ve  kültürel  tarihi"  (Ankara  1987)  adlı  kitabında  hüquq 
vəsiqələrinə  görə  uyğurların  tarixini,  mədəniyyətini  araşdırmağa  səy  göstərmişdir.  Müəllif  bu 
kitabında  o  zamankı  uyğurların  ad,  ləqəb  və  titullarına  da  toxunmuş,  onları  izah  etməyə 
çalışmışdır. O göstərir ki, uyğurlar hələ göytürklər zamanında buddizm dini ilə bağlı olmuşlar, 
belə  ki,  o  dövrdəki  uyğur  hökmdarının  adı  Pusa  idi.  Bu  antroponim  isə  sanskrit  dilindəki 
Bodhisatva s
özündən  törəmişdir  (113,  s.  16-17).  Daha  sonra  müəllif  Bögü  antroponiminin 
apelyativi,  onun  mənşəyi  üzərində  dayanır.  Müəllif  qədim  uyğurlarda  titulların  verilməsi 
haqqında da müəyyən mülahizələr ortaya qoymuşdur. O, ikinci əsərində də uyğur toponimlərinin 
izahına geniş yer vermişdir (113
a
). 
Macar alimi L.
Rasonyi  də  türk  onomastikasının  görkəmli  tədqiqatçılarından  biridir.  O, 
bir  neçə  məqaləsində  və  "Tarihte  türklük"  (Ankara,  1993)  kitabında  türk,  o  cümlədən  qədim 
uyğur antroponimlərinin əmələgəlmə yolları haqqında məlumat verir. 
Peter  Zieme  bir  neçə  məqaləsində  bilavasitə  qədim  uyğur  abidələrindəki, 
kolofonlarındakı şəxs adları və onların mənşəyindən bəhs etmişdir (195). Bu məqalələr qədim 
uyğur  onomastikasının  öyrənilməsi  sahəsində  ilk  təşəbbüsdür  desək  yanılmarıq.  Müəllif 
Ul
anqom  abidəsindəki  mübahisəli  şəxs  adını  Boğaz  şəklində  oxumağın  yanlış  olduğunu 
inandırıcı bir tərzdə göstərir və bunun Bars tigin şəklində oxunmasının məqsədəuyğun olduğunu 
qeyd edir (194, s. 230). 
Bəllidir ki, qədim uyğur abidələrinin ən yaxşı tədqiqatçılarından biri Rəşid Aratdır. Türk 
Turfan mətinlərinin naşirlərindən biri də bu məşhur türk alimidir. O, bir neçə hüquq sənədini 
yenidən tədqiq etmiş və "Eski türk hukuk vesikaları" adlı bir qiymətli əsər vücuda gətirmişdir. 
Bundan  başqa  "Uyğurca  yazılar  arasında  II"  məqaləsi  də  diqqəti  cəlb  edir.  Bu  mətn  Radlov 
nəşrindəki Usp.55-dir. Bu mətni yenidən tədqiq edən R. Arat Radlovun Tepiş şəklində oxuduğu 
antroponimin  Terbiş  şəklində  olduğunu  təsbit  etmişdir  (8, s. 594).  R.Aratın  "İduk-kut  ünvanı 
haqqında"  məqaləsi  də  uyğurşünaslığa  bir  töhfə  sayıla  bilər.  Bu  titulun  qədim  uyğur 
cəmiyyətində  işlənmə  xüsusiyyətlərini  təfərrüatı  ilə  araşdıran  müəllif  belə  qənaətə  gəlir  ki, 
İdukkut  titulu  türk  sülalələrindən  yalnız  Koço  türk  dövləti  hökmdarları  tərəfindən  istifadə 
edilmişdir (8, s. 501). 
Osman  Fikri  Sərtqayanın  uyğur  abidələrinin  öyrənilməsində  böyük  xidmətləri  vardır. 
"Kızıl kum yazıtında geçen kişi adı üzerine" adlı məqaləsində o, böyük mübahisəyə səbəb olmuş 
bu abidədəki şəxs adının Buğra tigin olduğu mülahizəsini irəli sürür (141, s. 142-143). 
Tarixçi alim S.
Gömeç  bır  sıra  məqalələrində  və  "Uygur türkleri tarihi ve kültürü" 
(Ankara,  1997)  adlı  kitabında  uyğur  onomastikasına  aid  maraqlı  fikirlər,  mülahizələr  irəli 
sürmüşdür. Hər şeydən əvvəl, müəllifin on uyğur və tokuz oğuz məsələsinə aydınlıq gətirmək 
təşəbbüsü  diqqəti  cəlb  edir.  Eyni  zamanda  S.Göməçin  Terhin,  Şine-Usu  və  Tes  kitabələrində 
 
13 


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə